Məhkəmə qərarları › İş №1(102)-6/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-6/2022

18.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-6/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 müdafiəçisi X4 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 fevral 2021-ci il tarixli, 1(107)-105/2021 nömrəli qərarından barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları 1. 01 may 195 6-cı il tarixdə Türkiyə Respublikasında anadan olmuş, Türkiyə Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu, Qazangül qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”)147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittihamçı X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir.

2. Zaqatala Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, 1(033)-33/2020 nömrəli hökmü ilə təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə 1000 (bir min) manat miqdarında cərimə cəzasına, Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi il ə 1000 (bir min) manat miqdarında cərimə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edilən cəzalar qismən toplamaqla Məhkum üzərində qəti olaraq 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzasının saxlanılmışdır.

3. Hökmdən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir.

4. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 fevral 2021-ci il tarixli, 1(107)-105/2021 nömrəli qərarı ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, 1(033)33/2020 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır.

5. X7 Məhkəməsinin Cinayət kolleg iyasının 18 fevral 2021-ci il tarixli, 1(107)105/2021 nömrəli qərarından barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar

6. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Məhkum kassasiya şikayətini apellyasiya instansiyası məhkəməsi qarşısında qaldırdığı eyni dəlillərlə əsaslandırmış, şikayətin müəllifi Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 fevral 2021-ci il tarixli, 1(107)-105/2021 nömrəli qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsinə xahiş edir.

7. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

8. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Məhkum kassasiya şikayətində apellyasiya instansiyası məhk əməsinin qərarının kassasiya qaydasında ləğv edilməsini (dəyişdirilməsini) şərtləndirən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 416-cı maddəsində təsbit olunmuş əsaslardan hər hansı birinə istinad etməyərək, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 fevral 2021-ci il tarixli, 1(107)105/2021 nömrəli qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsinə barədə tələb irəli sürmüşdür.

9. Məhkəmə kollegiyası Məhkum apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya instansiyası məhkəməsində mübahisələndirərkən bu cür qərarların kassasiya qaydasında ləğv edilməsi əsaslarından hər hansı birinə müraciət etməməsini onun öz mövqeyini kifayət qədər əsaslandırmadığını göstərən hal kimi qiymətləndirərək, həmin şikayə tlə əlaqədar həmçinin aşağıdakıları qeyd edir.

10. Apellyasiya instansiyası məhkəməsi barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək, tədqiq edilmiş biri-digərini tamamlayan sübutlarla barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin məlum cinayət əməlini törətməsini şübhə və ehtimal olmadan təsdiq etmişdir.

11. Məhkəmə kollegiyası qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilk qəbul etdiyi qərarlarından başlayaraq dəfələrlə qeyd etmişdir ki, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məh kəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (bax, məsələn, Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020).

12. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya şikayətində qaldırılan iddialardan fərqlənmir, kassasiya şikayətinin müəllifi hər hansı yeni və diqqətəlayiq amilə istinad etməmiş və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmamışdır. Məhkəmə kollegiyası bu halı da kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərarında kassasiya şikayətində mübahisələndirilən məsələlərə dair qanunvericiliyə müvafiq geniş əsaslandırma verilmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, Cinayət-Prosessual Məcəlləsinin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin barədə qənaətini şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən mahiyyətcə eyni dəlillər üzrə ətraflı araşdırma aparılmadan, apellyasiya məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kif ayətlənmək mümkündür.

13. Odur ki, məhkəmə kollegiyası Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 fevral 2021-ci il tarixli, 1(107)-105/2021 nömrəli qərarında əks olunmuş hüquqi mövqeyini qanuni və əsaslı yanaşma kimi qəbul edərək, həmin qərarın ləğv edilməsinə əsas verə biləcək – Azərbaycan Respublikası CPM-nin 416.1-cı maddəsində sadalanan əsaslardan hər hansı birini müəyyən etmir.

14. Beləliklə, məhkəmə kollegiyası şərh edilən əsaslara görə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Məhkum kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 fevral 2021-ci il tarixli, 1(107)-105/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilənlər əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1- ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Məhkum kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 fevral 2021-ci il tarixli, 1(107)-105/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar