Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-6/2023 12.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Novruzov X4 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-421/2022 nömrəli, 31 mart 2022-ci tarixli qərarından Məhkum3 müdafiəçisi Müdafiəçi5 tərəfindən ver ilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum3 29 avqust 1995-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2da yaşamışdır.
2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1599/2021 nömrəli, 23 noyabr 2021ci il tarixli hökmü ilə Məhkum3 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 29 aprel 2021-ci il tarixdən hesablanması qər ara alınmışdır.
3. Həmin hökmlə həmçinin Məhkum1, Məhkum2, X3 da təqsirli bilinərək məhkum edilmişlər.
4. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum olunmuş şəxslər Məhkum2, Məhkum1, məhkum olunmuş şəxs Məhkum4 müdafiəçisi Müdafiəçi6 və məhkum olunmuş şəxs Məhkum3 müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-421/2022 nömrəli, 31 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin1(101)-1599/2021 nömrəli, 23 noyabr 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
6. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum3 müdafiəçisi Müdafiəçi5 kassasiya şik ayəti vermişdir.
7. Cinayət işinə kassasiya instansiya məhkəməsində mahiyyəti üzrə baxılanadək, Məhkum3 cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə müraciət edib, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. II. Hüquqi məsələlər
8. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna m alikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.
9. Məhkəmə kollegiyası Məhkum3 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə təqdim etdiyi ərizəsi ilə bağlı proses iştirakçılarının çıxışında bildirdiyi mövqeyini nəzərə alıb və həmin ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-421/2022 nömrəli, 31 mart 2022-ci tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd oluna nlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum3 ərizəsi təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-421/2022 nömrəli, 31 mart 2022-ci tarixli qərarından Məhkum3 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.