Məhkəmə qərarları › İş №1(102)-6/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-6/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-6/2024 31.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), İlkin Əbülfəz oğlu Rəcəbov və X2 ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və onun müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2023-cü il tarixli hökmündən Məhkum və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən birgə verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı Cabbarlı Bəhruz Qənbər oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 30 iyun 2021-ci il tarixli 1(046)-12/2021 nömrəli hökmü ilə xx xxxxx 1970-ci il tarixdə xxxx şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 259.2.4 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilmişdir. İşin halları: İttihama əsasən Məhkum Azərbaycan Respublikası CM-in 259.2.4 və 308.1-ci maddələri ilə təqsirli bilinmişdir ona görə ki, o, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, meşə fonduna daxil olmayan ağacın qanunsuz kəsilməsi barədə göstəriş verməklə təbiətə külli miqdarda ziyan vurmuşdur. Belə ki, Məhkum elan olunmuş ittihama əsasən o, Göyçay şəhər Bələdiyyəsinin sədri olmaqla hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etmək, əmr və sərəncamlar vermək, bələdiyyənin qərarlarını imzalamaq və digər təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malik v əzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, yəni Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində, köhnə uşaq xəstəxanası ilə üzbəüz yerləşən Şahid3 məxsus qeyri-yaşayış obyektinin genişləndirilməsi məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 sentyabr 2005-ci il tarixli 173 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması” Qaydalarının 7-ci bəndinin tələbinə zidd olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq razılığı olmadan 2020-ci ilin fevral ayında həmin qeyri-yaşayış obyektinin yanında yaş halda olan 01 (bir) ədəd Eldar şamı cinsindən olan ağacın kök üstə kəsilməsi barədə cinayətdən xəbərsiz olan Şahid2 qanunsuz göstəriş vermiş və sonuncu tərəfindən həmin ağacın kəsilməsi nəticəsində təbiətə külli miqdarda yəni, 18.000 (on səkkiz min) manat məbləğində maddi ziyan vurmaqla ətraf mühitin, ekoloji tarazlığının mühafizəsi sahəsində cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Vəzirxan Məlikov (sədrlik edən və məruzəçi), Rövşən Rəfiyev və Elçin Hüseynov) 02 sentyabr 2021-ci il tarixli, 1(107)-308/2021 nömrəli qərarı ilə Göyçay Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 1(046)-12/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmış, Dövlət ittihamçısı1 tə rəfindən verilmiş apelyasiya protesti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əziz Seyidov (sədrlik edən və məruzəçi), Tahir Kazımov və Ələsgər Novruzov) 20 aprel 2022-ci il tarixli, 1(102)-460/2022 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 sentyabr 2021-ci il tarixli, 1(107)-308/2021 nömrəli qərarı ləğv edilmiş, cinayət işi yeni apelyasiya baxışına təyin edilmiş, kassasiya protesti təmin edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İmanverdi Şükürov (sədrlik edən və məruzəçi), Akif Eyvazov və Xəqani Səmədov) 08 fevral 2023-cü il tarixli, 1(107)-3/2023 nömrəli hökmü ilə Göyçay Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 1(046)-12/2021 nömrəli hökmü ləğv edilmiş, Məhkum Azər baycan Respublikası CM-in 259.2.4 və 308.1-ci maddələri ilə təqsirli bilinərək, ona təqsirli bilindiyi CM-in 259.2.4-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması, CM-in 308.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 4 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Dövlət ittihamçısı1 tərəfindən verilmiş apelyasiya protesti təmin edilmişdir. Dövlət ittihamçısı Cabbarlı Bəhruz Qənbər oğlu kassasiya protesti verərək Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2023-cü il tarixli hökmünün ləğv edilməsini və işin yenidən apelyasiya instansiyası məhkəməsində baxışa təyin edilməsi barədə qərar qəbul e dilməsini xahiş etmişdir. Məhkum və onun müdafiəçisi Müdafiəçi3 birgə verilmiş kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2023-cü il tarixli 1(107)3/2023 nömrəli hökmünün ləğv edərək, cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Bəhruz Cabbarlı kassasiya protestini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi məhkumlara təqsirli bilindiyi maddə ilə yüngül həddə cəza təyin etmişlər. Belə ki, birinci instansiya məhkəməsində çıxış etmiş dövlət ittihamçısı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 259.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum e dilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilməsi, CM-in 308.1-ci maddəsi ilə təqsirli bilinib 02 İl müddətinə dövlət və yerli özünüidarə orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilməsi, CM 66.2 və 66.4-cü maddələrinə əsasən cəzaların qismən toplanması yolu ilə qəti olaraq 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 il müddətinə azadlıqdan məhrum edilməsi təklif edilmişdir. Lakin məhkəmə kollegiyası cəza təyini ilə bağlı hissədə işin faktiki halları yəni dəymiş ziyanın ödənilibödənilməməsi, təqsirləndirilən şəxs tərəfindən ekologiyaya vurulmuş ziyanın aradan qaldırılması ilə bağlı hər hansı hərəkətin edi lib-edilməməsini, təqsirləndirilən şəxsin törətdiyi əməlin onun həmin vaxt tutmuş olduğu və hazırda da icra etdiyi vəzifə ilə bağlı olmasını nəzərə almadan ona sanksiyada nəzərdə tutulmuş daha yüngül cəza növünü təyin etmiş və hökm də bu cəza növünün təyini məsələsini kifayət qədər əsaslandırmamışdır. Bələdiyyə sədri tərəfindən vəzifəli şəxs qismində bələdiyyə torpağına aid olan torpaq sahəsində mövcud olan Eldar şamı ağacı şifahi razılıq əsasında sahibkar tərəfindən kəsilmiş və nəticədə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə 18.000 manat miqdarında maddi ziyan dəymişdir. Faktiki olaraq da həmin ziyanın hər hansı bir hissəsi Məhkum tərəfindən ödənilməmişdir. Təqsirləndirilən şəxs Məhkum barəsində əlavə cəza qismində müəyyən vəzifə tutma və fəaliyyətlə məşğul olma hüququnda n məhrum edilməsi labüd olduğu halda məhkəmə kollegiyası bu məsələnin üzərində sükutla keçərək həm cəzanın məcəllədə nəzərdə tutulmuş məqsədlərinə nail olunmasında çətinlik yaratmış, həmçinin gələcəkdə təqsirləndirilən şəxs və ya digər vəzifəli şəxslər tərəfindən eyni xarakterli qanunsuz göstərişlərin verilməsinə rəvac vermişdir. Hazırki iş üzrə məhkəmə kollegiyası qanunvericiliyin cəza təyini ilə bağlı yuxarıda göstərilən tələblərini və ekoloji təhlükəsizliklə bağlı sadalanan halları, təqsirləndirilən şəxsin qanunsuz olaraq külli miqdarda qiyməti olan ağacın kəsməsinə göstəriş verməsini cəzanın növünü müəyyən edərkən kifayət qədər nəzərə almamış və əsassız olaraq ona törədilmiş cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmayan, təqsirli bi lindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir ki, bu cəza da cəzanın məqsədini, yəni məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını təmin edə bilməz. Kassasiya şikayətinin dəlilləri: Məhkum və onun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, ibtidai istintaq və dörd məhkəmə instansiyasının geridə qalmasına baxmayaraq hadisə baş verən vaxtı, yəni 2020-ci ilin fevral ayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 sentyabr 2005-ci il tarixli 173 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının meşə fo nduna daxil olmayan ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması” Qaydalarının 7-ci bəndi, eləcə də həmin Qaydaların özü artıq qüvvədə deyildi. Belə ki, “Yaşıllıqların götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli qərarı ilə “Yaşıllıqların götürülməsi Qaydası” təsdiq edilmiş və “Azərbaycan Respublikasının meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması Qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 19 sentyabr tarixli 173 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, N 9, maddə 864) 1-ci hissəsi ləğv edilmişdir. Yəni “Yaşıllıqların götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Re spublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli qərarının qəbul edilməsindən sonra ibtidai araşdırma orqanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 sentyabr 2005-ci il tarixli 173 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması” Qaydalarının 7-ci bəndinə istinad edə bilməzdi. Əslində ibtidai araşdırma orqanı “Yaşıllıqların götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli qərarının 2.7 və 2.9-cu maddələrinə istinad etməli idi. Məhkum əməllərində hətta hesab etsək ki, Azərbaycan Respublikası CM-in 259.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri vardır, onun ə məllərində Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olmasından söhbət gedə bilməz. Göründüyü kimi törədilməsi ehtimal edilən əməl CM-in həm ümumi 308.1-ci maddəsinə, həm də xüsusi normada nəzərdə tutulmuş CM-in 259.2.3-cü maddəsinin əlamətlərinə uyğun gəldiyi halda, CM-in 17.4-cü maddəsinə əsasən xüsusi norma tətbiq olunmalı olduğu halda həm istintaq orqanı, həm də apelyasiya instansiyası məhkəməsi Məhkum əməllərini Cinayət Məcəlləsinin 259.2.3 və 259.2.4-cü maddələri ilə tövsif etməli olduğu halda, CM-in 259.2.4 və 308.1-ci maddələri ilə tövsif etməkdə də səhvə yol vermişdir. Dövlət ittihamçısı apelyasiya protestində ibtidai araşdırma orqanının qərarı ilə təyin edilmiş və alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eks pertizası Mərkəzinin 17 iyun 2020-ci il tarixli 9/1338-7/225 saylı rəyinin birinci instansiya məhkəməsi tərəfindən sübutlar siyahısından çıxarılmasını qanunsuz və əsassız hesab etmişdir. Yəni ekspertlərin vəsatətindən aydın olur ki, obyektiv və tərəfsiz ekspert rəyi verilməsi üçün aqronom (mütəxəssis) rəyinin təqdim edilməsi və kəsilmiş ağacın gövdəsinə baxış keçirilməsi zəruridir. Lakin iş materiallarından görünür ki, ibtidai istintaq orqanı həm aqronom rəyinin təqdim edilməsində, həm də kəsilmiş ağacın gövdəsinə baxış keçirilməsində maraqlı olmamışdır. Bundan başqa iş materiallarından görünür ki, iş üzrə üç ekspertiza rəyi vardır (17 iyun 2020, 28 dekabr 2020 və 21 may 2021-ci il tarixli rəylər). Rəylərin hər üçü Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin e kspertləri tərəfindən verilmişdir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 14 avqust 2020-ci il tarixli məktubu ilə əlavə materiallar tələb etmiş, 16 sentyabr 2020-ci il tarixli məktubu ilə isə müvafiq materiallar olmadığı üçün ekspertizanın aparılmasından imtina etmişdir. 28 dekabr 2020-ci il tarixli ekspert rəyindən görünür ki, sözügedən ağac “küknar” ağacıdır və dəymiş ziyan 80 manatdır. 21 may 2021-ci il tarixli ekspert rəyindən görünür ki, sözügedən ağac “sərv” ağacıdır və dəymiş ziyanın həcmini müəyyənləşdirmək mümkün olmamışdır. Bundan əlavə iş üzrə nüfuzlu mütəxəssislərdən üç mütəxəssis rəyi alınmışdır. Belə ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi Mərkəzinin Gö yçay rayon Bitki Mühafizə Mərkəzinin baş aqronomu tərəfindən verilmiş 26 noyabr 2020-ci il tarixli mütəxəssis rəyində mübahisəli ağacın cinsinin (növünün) şamkimilər fəsiləsinə aid olan iynəyarpaqlı küknar ağacının olduğu göstərilmişdir. Həmin ağacların (küknar və həmişəyaşıl sərv) gövdələrində müəyyən oxşarlıq olsa da, aparılmış tədqiqatın nəticəsi kifayət qədər deməyə əsas verir ki, kəsilmiş ağac şam yox, küknar yox, həmişəyaşıl sərv ağacıdır. Aparılmış bioloji tədqiqatının nəticələrinə görə, ekspertiza tədqiqatına təqdim edilmiş 1(046)-12/2021 saylı cinayət işinin materiallarında olan Azərbaycan Respublikası KTN Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin 07 aprel 2021-ci il tarixli sonuncu mütəxəssis rəyinə əsasən kəsilmiş ağacın cinsi (növü) iynəyarpaqlılara aid olan həmişəyaşıl sərv ağa cı, yaşı təqribən 45, diametri 40 sm-dir. 2, 3 və 4-cü suallar üzrə tədqiqat aparılmadan 5-ci sual üzrə tədqiqat aparmaq mümkün deyil. Təkrar apelyasiya baxışı zamanı aparılmış məhkəmə istintaqı zamanı Göyçay Rayon Məhkəməsinin inzibati binasında maddi sübut kimi saxlanılan ağac kötüyünə baxış keçirilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun 14 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Göyçay Rayon Məhkəməsinin inzibati binasında maddi sübut kimi saxlanılan ağac kötüyünə baxış keçirilmiş və həmin kötüyün həmişəyaşıl Sərv bitkisinə aid olduğu müəyyən edilmişdir. Müdafiə tərəfi olaraq Göyçay Rayon Məhkəməsinin inzibati binasında maddi sübut kimi saxlanılan həmin ağac kötüyünə Şahid3 iştirakı ilə baxış keçirilməsi barədə müdafiə tərəfinin vəsatəti məhkəmə kollegiyası tərəfindən təmin edilməmişdir. Dövlət ittihamçısı apelyasiya protestində birinci instansiya məhkəməsinin qərarı ilə keçirilmiş və alınmış ekspertiza rəyləri arasında ziddiyyətlərin olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 may 2021-ci il tarixli 9/2541-7/401 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 1(046)-12/2021 saylı cinayət işinin materiallarında olan Azərbaycan Respublikası KTN Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin 07 aprel 2021-ci il tarixli sonuncu mütəxəssis rəyinə əsasən kəsilmiş ağacın cinsi (növü) iynəyarpaqlılara aid olan həmişəyaşıl sərv ağacı, yaşı təqribən 45, diametri 40 sm-dir. Qərarda göstərilən 2, 3 və 4-cü suallar üzrə tə dqiqat aparılması mümkün olmadığından, cavablandırılmamışdır. Həmin ekspert rəyləri arasında şəxsin cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi nöqteyi-nəzərindən hər hansı ziddiyyət yoxdur. Çünki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 dekabr 2020-ci il tarixli 9/5565-7/866 saylı ekspert rəyinə əsasən kəsilmiş ağacın cinsi (növü) Şamkimilər fəsiləsinə aid olan iynəyarpaqlı küknar ağacı, yaşı təqribən 45, diametri 41 sm.-dir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 may 2021-ci il tarixli 9/2541-7/401 saylı rəyinə görə kəsilmiş ağacın cinsi (növü) iynəyarpaqlılara aid olan həmişəyaşıl sərv ağacı, yaşı təqribən 45, diametri 40 sm-dir. Yəni hər iki rəy kəsilmiş ağacın məhz iynəyarpaqlılar fəsiləsinə aid olduğunu, yaşın ın və diametrinin demək olar ki, eyni olduğunu göstərir. Sadəcə birinci rəydə kəsilmiş ağacın iynəyarpaqlı küknar ağacı, ikinci rəydə kəsilmiş ağacın həmişəyaşıl sərv ağacı olduğu göstərilir. Bundan əlavə Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqəli Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nda həm iynəyarpaqlı küknar ağacının, həm də həmişəyaşıl sərv ağacının adı yoxdur. Göyçay RİH başçısının 05 dekabr 2018-ci il tarixli 22 №-li məktubundan görünür ki, Şahid3 Göyçay şəhərinin M.Ə.Rəsulzadə küçəsində (Göyçay Rayon Uşaq Xəstəxanası ilə üz-üzə) 50 kv.m sahədə birmərtəbəli yaşayış obyektinin tikintisinə icazə verilir. Azərbaycan Respublikası Konstitu siya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” 29 noyabr 2022-ci il tarixli Qərarının nəticə hissəsinin 3-cü bəndində qeyd olunur ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57, 83.0.6 və 85.4-cü maddələri ilə müəyyən olunmuş tələblərə riayət edilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintiyə icazənin verilməsi həmin ərazidə tikinti işlərinin aparılması məqsədilə yaşıllıqların kəsilməsi (götürülməsi) halında cinayət məsuliyyətinin yaranmasını istisna edir. Yəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 noyabr 2022-ci il tarixli Qərarı da Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4 və 308.1-ci maddələri ilə bəraət verilməsinin qanuni və əsaslı olduğunu bir daha təsdiq edir. Apelyasiya instansiyası məhkəməsi isə bu məsələ ilə bağlı öz qənaətində göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, tikinti layihəsinin təsdiqlənməsi və tikintiyə qanunvericiliklə müəyyən edilmiş qaydada icazənin verilməsi tikinti işləri aparılacaq ərazidə yaşıllıqların götürülməsi üçün əsas kimi çıxış edir. Bu baxımdan tikinti layihəsinin təsdiqlənməsi, tikintiyə icazənin verilməsi müvafiq ərazidə tikinti işlərinin aparılması məqsədilə yaşıllıqların kəsilməsi (götürülməsi) halında cinayət məsuliyyətinin yaranmasını istisna edir. Halbuki cinayət işinin gerçək vəziyyətindən aydın olur k i, hazırkı vəziyyətdə təqsirləndirilən şəxs tərəfindən, eləcədə müvafiq icra hakimiyyətə orqanın tərəfindən qanunvericiliyin yuxarıda iqtibas edilmiş tələblərinə əməl olunmamışdır. Ona görə də hazırkı vəziyyətdə tikintiyə icazə sənədinin olması təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsas ola bilməz. Müvafiq icra hakimiyyətə orqanın tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmamasına görə təqsirləndirilən şəxs Məhkum məsuliyyət daşımalıdırmı? Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Yəni cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən əlamətlər kimi ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmə k, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını güman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin obyektiv cəhətini törətmədiyinə görə onun hərəkətlərində həmin cinayət tərkiblərinin əlamətlərinin olmasından söhbət gedə bilməz. Məhkum hərəkətlərində yalnız Azərbaycan Respublikası CM-in 314-cü maddəsinin tərkib əlamətlərindən söhbət gedə bilərdi. Onu da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxanda adı çəkilən 29 noyabr 2022-ci il tarixli Qərarı istisna edir. Cinay ət işinin materiallarından və məhkəmə qərarlarından görünür ki, zərərçəkmiş şəxs 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tanınmışdır. Necə ola bilər ki, qanunsuz kəsilməsi ehtimal edilən ağac Göyçay Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində yerləşməsinə və həmin bələdiyyənin mülkiyyətində olmasına baxmayaraq zərərçəkmiş şəxs kim 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tanınır? Halbuki, birinci instansiya məhkəməsinin sorğusuna əsasən "xxxx" MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsinin mütəxəssisləri tərəfindən verilmiş 25 dekabr 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ağacın kəsildiyi torpaq sahəsi elektron məlumat bazasında mövcud olan Göyçay rayonu Göyçay bələdiyyəsinə aid DWJ məlumatlarına əsasən bələdiyyə mülkiyyətində olmaqla yaşayış məntəqəl əri torpaqlarına (ümumi istifadədə olan) aiddir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları ara şdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum və onun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkuma təqsirli bilindiyi CM-in 259.2.4 və 308.1-ci maddələri ilə bəraət verilməli olduğu halda barəsində qanunsuz və əsassız olaraq ittiham hökmü çıxarılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı cinayət işinin materialları araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Kassasiya şikayətindən görünür ki, kassatorlar Məhkum tərəfindən vətəndaş Şahid3 qeyri-yaşayış tikintinin yanında olan ağacının kəsilməsi barədə göstəriş verilməsi və həmin göstərişə əsasən həmin ağacın kəsilməsi faktları mübahisələndirmir. Kassasiya şikayətində kəsilmiş ağacın “Eldar şamı” cinsli olmasını mübahisələndirilir. İstintaq orqanı Məhkum göstərişinə əsasən kəsilmiş ağacın “Eldar şamı” olmasını tə sdiq etmək üçün məhkəməyə məhkumun özünün, ağacı kəsmiş Şahid2, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Şahid4, və Şahid5, qeyri-yaşayış tikintinin sahibi Şahid3 ifadələri, kompleks məhkəmə bioloji və əmtəəşünaslıq ekspertizasının 17 iyun 2020-ci il tarixli rəyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zərərçəkmiş şəxs Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində “Eldar şamı” ağacının kəsilməsi faktı aşkar edilməsi barədə 014 №-li 18 fevral 2020-ci il tarixli aktı və akta əlavə edilmiş fotoşəkilləri, həmin İdarənin Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində “Eldar şamı” ağacının kəsilməsi faktı ilə əlaqədar araşdırma nəticələrinə 59612 №-li 04 mart 20220-ci il tarixli aktı təqdim etmişdir. Həmin sübutlarla müəyyən edilmişdir ki, Məhkum göstərişinə əsasən Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində məhz “Eldar şamı” ağacı kəsilmişdir. Kəsilmiş ağacının cinsi həm məhkumun, həm yuxarıda qeyd edilən şahidlərin ifadələri, həm sadalanan ekspertiza rəyi və aktlarla və aktlara əlavə edilmiş fotoşəkillərlə müəyyən edilmişdir. Həmçinin aktlardan görünür ki, kəsilmiş ağacının kötüyünün diametri 50 santimetrdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 18 fevral 2020-ci il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı, baş məsləhətçi Şahid1 tərtib etdiyi 014 saylı aktda qeyd olunmuşdur ki, Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi ərazisində monitorinq keçirmiş, monitorinq zamanı həmin küçədə, köhnə uşaq xəstəxanası ilə üzbəüz yerləşən sahibkarlıq obyektinin yan hissəsində dm-5 0 sm. olan 1 ədəd Eldar şamı ağacının köküstü kəsilməsi faktı aşkar olunmuşdur. Şifahi sorğu əsasında Göyçay bələdiyyəsinin sədri yazılı olaraq bildirmişdir ki, sözügedən ağac onun göstərişi əsasında kəsilmişdir. Bələdiyyənin verdiyi 19 fevral 2020-ci il tarixli 73 saylı məktubunun və ərazidən çəkilmiş fotoşəkilin akta əlavə olunması qeyd edilmişdir. 04 mart 2020-ci il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi Şahid4 və məsləhətçisi Şahid5 tərəfindən tərtib olunmuş aktda qeyd olunmuşdur ki, 04 mart 2020-ci il tarixdə M.Ə.Rəsulzadə küçəsi ərazisində yerləşən bir ədəd Eldar şamı ağacının kəsilməsi ilə əlaqədar yoxlama aparılarkən aşağıdakılar aşkar edildi: 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf Mühitin Monitorinqi və Ekoloji Maa rifləndirmə Sektorunun müdiri X3 26 fevral 2020-ci il tarixli xidməti məruzəsinə əsasən 8 saylı RETSİ-nin xidməti ərazisi olan Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi ərazisində köhnə uşaq xəstəxanası ilə üzbəüz yerləşən sahibkarlıq obyektinin yan hissəsində 1 ədəd Eldar şamı ağacını köküstə yaş kəsilməsi faktı ilə məlumatı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 04 mart 2020-ciil tarixli 38 saylı sərəncamına əsasən aktı tərtib etmiş şəxslər tərəfindən araşdırılmışdır. Araşdırma zamanı əraziyə baxış keçirilərkən adı yuxarıda göstərilən ərazidə diametri 50 sm olan 1 ədəd şam ağacı kəsilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, 50 sm diametrində şam ağacını ünvan 2 ünvanda yaşayan və Göyçay rayon Yaşıllaşdırma İdarəsində fəhlə işləyən Şahid2 kəsmişdir. Şahid2 izahat verərək b ildirmişdir ki, Şam ağacını Göyçay rayon Bələdiyyəsinin sədri Məhkum şifahi göstərişi ilə o kəsmişdir. Araşdırma zamanı müəyyən etmişlər ki, Göyçay rayon Bələdiyyəsinin sədrinin göstərişi ilə Şahid2 02 may 2014-cü il tarixli «Yaşıllıqların Mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun (13 mad.) tələblərini pozaraq, xəta törətmişdir. Akta Şahid2 izahatı, fotoşəkili əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyun 2020-ci il tarixli 9/1338-7/225 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş akta əsasən Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində sahibkarlıq obyektinin yanında diametri 50 sm olan 01 ədəd ağac Eldar şamı ağacıdır. Təqdim edilmiş aktda 01 ədəd Eldar şamı ağacının yaşı barədə heç bir məlumat verilmədiyi üçün həmin ağacın yaşını müəyyən etmək mümkün olmadı. Tərtib edilmiş fotolar əsasında ekspertiza tədqiqatı aparılmamışdır. Aparılmış ekspert tədqiqatı nəticəsində, 04 mart 2020-ci il tarixdə 3 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 59612 saylı akta əlavə olaraq tərtib edilmiş cədvələ görə, Göyçay şəhər Bələdiyyəsinin sədri Məhkum göstərişi ilə Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində, köhnə uşaq xəstəxanası ilə üzbəüz 50 sm diametrli bir ədəd Eldar şamı adlı köküstə yaş ağacın qanunsuz kəsilməsindən, 2020-ci ilin fevral ayına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 nömrəli «Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydaları»nda mövcud olan qiymətlər ilə zərərçəkmişə dəymiş maddi ziyanın məbləği n əzəri hesablama yolu ilə 18.000 manat müəyyən edilir. Birinci instansiya məhkəməsində işə baxılarkən müdafiə tərəfinin vəsatəti əsasında iki mütəxəssis rəyi və iki ekspertiza rəyi alınmışdır. Həmçinin apelyasiya instansiyasında icraat zamanı da mütəxəssisin rəyi alınmışdır. Həmin rəylərdən görünür ki, mütəxəssislər kəsilmiş ağacının yerində Şahid3 tərəfindən tikilmiş qeyri yaşayış tikintinin altında torpaqda olmuş ağac kötüyü barədə rəylər vermişlər. Belə ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Göyçay Aqrar İnkişaf Mərkəzinin aqronomu X10 26 noyabr 2020-ci il tarixli rəydə qeyd etmişdir ki, kəsilmiş ağac şamkimilər fəsiləsinə aid olan iynəyarpaqlı küknar ağacıdır. Ağacın diametr 41 santimetr. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Göyçay Dövlət Aqrar İnkişa f Mərkəzinin bitkiçilik sektorun müdiri X11 və Azərbaycan Dövlət Aqrar Universitetinin Meşəçilik kafedrasının müəllimi X8 07 aprel 2021-ci il tarixli reydə qeyd etmişlər ki, kəsilmiş ağac iynəyarpaqlılara aid olan həmişəyaşıl sərv ağacıdır. Ağacın diametr 40 santimetr. Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Botanika institutunun icraçı direktoru X12 07 oktyabr 2022-ci il tarixdə rəy vermişdir ki, Şahid3 tərəfindən tikilmiş qeyri yaşayış tikintinin altında torpaqda olmuş ağac kötüyü həmişəyaşıl sərv ağacına məxsusdur. İstintaq materiallarında olan 2 fotoşəkildə olan göstərilən ağac isə Eldar şamıdır. Məhkəmə iclasında dindirilmiş mütəxəssislər X10, X8 və X12 özləri tərəfindən verilmiş rəyləri təsdiq etsə də, göstərmişlər ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naz irliyinin Zərərçəkmiş şəxs Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində “Eldar şamı” ağacının kəsilməsi faktı aşkar edilməsi barədə 014 №-li 18 fevral 2020-ci il tarixli akta əlavə edilmiş fotoşəkillərdə olan kötük Eldar şamı ağacına məxsusdur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən sübutlara nəzər salaraq qeyd edir ki, həmin sübutlardan açıq aydın görünür ki, məhkəmə baxışı zamanı mütəxəssislər tərəfindən tədqiq edilmiş ağacın kötüyü Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zərərçəkmiş şəxs əməkdaşları tərəfindən tərtib edilmiş aktda göstərilmiş ağac kötüyündən fərqlidir. Bu fakt yalnız mütəxəssislərin və şahidlərin ifadələri ilə deyil, həm də həmin kötüklərin diametrlərinin fərqli olması ilə təsdiq olunur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi əsaslı olaraq həmin sübutları qiymətləndirib nəticəyə gəlmişdir ki, məhkəmə iclası zamanı mütəxəsisslər tərəfindən verilmiş rəylər ziddiyyətli olmaqla şübhə doğurur. Həmin mütəxəssislərin rəyi əsasında keçirilmiş ekspertiza rəyləri də heç bir tədqiqat aparılmadan mütəxəssis rəyləri əsasında verdiyindən mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı toplanmış sübutların məcmusu məhkumun göstərişinə əsasən kəsilmiş ağacın növünün Eldar Şamı olmasını təsdiq etmək üçün kifayət edir. Həmin sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərini riayət edilməklə əldə edilmiş və onların mötəbərliyinə şübhə doğuran heç bir hal cinayət işi üzrə müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayəti nin məhkumun göstərişinə əsasən kəsilmiş ağacın Eldar şamı növünə aid olması sübutlarla təsdiq olunmadığına dair dəlili əsaslı hesab etmir. Kassasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” 29 noyabr 2022-ci il tarixli Qərarına əsasən Məhkum Azərbaycan Respublikası CM-in 259-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Belə ki, həmin qərarda qeyd edilir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57, 83.0.6 və 85.4-cü maddələri ilə müəyyən olunmu ş tələblərə riayət edilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintiyə icazənin verilməsi həmin ərazidə tikinti işlərinin aparılması məqsədilə yaşıllıqların kəsilməsi (götürülməsi) halında cinayət məsuliyyətinin yaranmasını istisna edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini əsasız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 57.2.8-ci maddəsinə əsasən tikintinin layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə ərazidəki yaşıllıqların vəziyyətini göstərən məlumatlar tam və dürüst əks edilməli, yaşıllıqların salınması mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun olmalıdır. Həmin Məcəllənin 85.4-cü maddəsinin tələblərinə əsasən tikintiyə icazədə tikinti ərazisində olan ağacların, kolları n və digər yaşıllıqların mühafizəsi tədbirləri nəzərdə tutulmalıdır. Tikinti layihələrinin icrası nəticəsində götürülən yaşıllıqların miqdarı, növ tərkibi və bərpa dəyəri haqqında məlumatlar tikinti layihəsinin ekologiya bölməsinə daxil edilir. Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, tikintinin aparılması barədə Şahid3 verilmiş sənədlərdə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57, 83.0.6 və 85.4-cü maddələri ilə müəyyən olunmuş tələblərə riayət edilməmişdir. Hətta həmin sənədlərdən görünür ki, Şahid3 həmin ərazidə 50 kvadrat metr ölçüdə qeyriyaşayış obyektinin tikilməsinə icazə verilsə də, həmin yerdə şam ağacının olmasını nəzərə alınıb, qeyri-yaşayış obyektinin eskiz və layihə sənədlərində həmin obyektin ölçüsü 20 kvadrat metr nəzərdə tutulmuşdur. Şahid3 if adəsindən də görünür ki, obyekt tikilən zaman o ağac kəsməmişdir. Obyekt tikiləndən sonra obyektin yanında ağac kəsilib, lakin onun bu barədə heç bir məlumatı olmamış, o bu barədə heç kimə müraciət etməmişdir. Ağac kəsildikdən sonra o yenidən obyektin artırılması barədə icazə almış və obyekti böyütmüşdür. Göründüyü kimi Şahid3 ağacın yerində obyektin tikintisinə icazə həmin ağacın kəsiləndən sonra verilmişdir. Məhkum özü də ifadəsində göstərmişdir ki, ağacın kəsməsi barədə göstəriş onun tərəfindən Şahid3 obyektin tikilməsi ilə əlaqədar deyil, həmin ağacın köhnə olması və elektrik xəttinə maneçilik törətməsi səbəbindən verilmişdir. Kassasiya şikayətinin Məhkum cinayət əməlinin öz xidməti səlahiyyətlərindən istifadə etməklə törətməsi ilə əlaqədar əməlinin Azərbaycan Respublikası CM-in 259.2. 3-cü maddəsi ilə əhatə olduğundan məhkəmə tərəfindən əsassız olaraq onun əməli həmin maddə ilə deyil CM-in 308.1-ci maddəsi ilə tövsif edilməsi barədə dəlilinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsi istintaq orqanının məhkumun əməlinin belə tövsifi ilə razılaşaraq cinayət prosessual qanunvericiliyinin tələblərini rəhbər tutmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli s ürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 318.2-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsa təti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 259.2.3 və 308.1-ci maddələrinin sanksiyalarından görünür ki, CM-in 308.1-ci maddəsində daha yüngül cəza nəzərdə tutulmuşdur. Göründüyü kimi istintaq orqanı CM-in 17.4-cü maddəsinin tələblərinə zidd olaraq Məhkum əməlini xüsusi norma ilə deyil, ümumi norma olan CM-in 308.1-ci maddəsi ilə tövsif edərək faktiki olaraq məhkumun əməli daha yüngül cinayət məsuliyyəti nəzərdə tutulmuş normanı tətbiq etmişdir. Məhkəmə baxışı zamanı nə dövlət ittihamçısı, nə zərərçəkmiş şəxsin nümayəndəsi Azərbaycan Respublikası CPM-in 318.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu ilə əlaqədar cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatət qaldırmamışdır. Belə olan halda məhkəmə tərəfindən məhkumun əməlinin daha yüngül cinayət məsuliyyətini nəzərdə tutan CM-in 308.1-ci maddəsi ilə tövsif edilməsi və həmin maddə ilə onun barəsində ittiham hökmünün çıxarılması CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsiri yalnız məhkəmə istintaqında tədqiqi edilmiş sübutlara əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə topla nmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Apelyasiya instansiyası məhkəməsinin hökmündən görünür ki, Məhkum özünü təqsirli bilməsə, onun qeyd olunan maddələr ilə təqsirliliyi cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla – məhkumun, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, kompleks məhkəmə-əmtəəşünaslıq və bioloji ekspertizasının rəyi, istintaq hərəkətləri protokolları və digər sənədlərlə tam sübuta yetirilmişdir. Apelyasiya instansiyası məhkəməsi apelyasiya protesti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin bəraət hökmünü ləğv etmiş və məhkumun elan edilmiş ittiham üzrə təqsirli olmasına dair gəldiyi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apelyasiya instansiyası məhkəməsi əməlin tövsifi və təqsirləndirilən şəxsin cinayəti törətməsində təqsirliliyi barədə iş üzrə düzgün nəticəyə gəlmişlər. İş materiallarından görünür ki, məhkəmələrin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq e tdiyi sübutlara uyğun gəlmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apelyasiya məhkəməsi iş üzrə nəticəyə gələrkən hansı sübu tlara əsaslanmasını, bu sübutlara hansı səbəblərdən üstünlük verməsini hökmdə göstərmişdir. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmənin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apelyasiya instansiyasında müdafiə tərəfinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin d əlillərini əsassız sayır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi Məhkum əməlini CM-in 259.2.4 və 308.1-ci maddələri ilə düzgün tövsif etmiş və işə baxılarkən cinayət-prosessual hüquq normaları düzgün tətbiq etmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Apelyasiya məhkəməsinin hökmündən da görünür ki, apelyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların məhkəmə tərəf indən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Yekun məhkəmə qərarları qəbul edilərkən məhkəmələr tərəfindən araşdırılmış sübutlara Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Kassasiya protestinin başlıca dəlili Məhkum cəza təyin edilərkən törətdiyi cinayətin xarakteri və ic timai təhlükəlilik dərəcəsinin, həmçinin onun cəzasını yüngülləşdirən halların düzgün nəzərə alınmaması və nəticədə ona yüngül cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Digər tərəfdən, Azərbaycan R espublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən b əhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. İşdən görünür ki, apelyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, onun əməlində cəzasını ağırlaşdıran halların olmaması q ənaətinə gələrək ona təqsirli bilindiyi CM-in 259.2.4-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması, CM-in 308.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin etmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkə mə kollegiyasının fikrincə Məhkum təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və məhkumun şəxsiyyətinə uyğun gəlir. Belə ki, Məhkum törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi analoji kateqoriya cinayətlərdən daha yüksək ictimai təhlükəlilik dərəcəsi ilə fərqlənmir, cinayət işi üzrə Məhkum əməllərində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qəbul etdiyi qərarlarında Milli Məhkəmələrə dəfələrlə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət t örətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmə işin hallarını və məhkumun şəxsiyyətini nəzərə alıb Məhkum təqsirli bilindiyi maddədə müəyyən edilmiş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə onun islah oluna biləcəyi barədə nəticəyə gələrək həm milli qanunvericiliyinin normalarına, həm də Avropa Məhkəməsinin tövsiyələrinə düzgün əməl etmişlər. Məhkum təyin edilmiş cəza Azərbaycan Respublikası CM-in 41.1 və 58.3-cü maddələrinin tələbləri baxımından açıq-aşkar ədalətsiz cəza kimi qiymətləndirilə bilməz. Qərardan görünür ki, məhkəmə Məhkum təyin edəcək cəzanın növünü müəyyən edərkən məhkumun şəxsiyyətini və işin hallarını düzgün nəzərə almışdır. İşin materiallarında da Məhkum cəzasının ağırlaşdırılması üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya protestinin dəlilləri əsassızdır. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protesti və kassasiya şikayəti ilə razılaşmayaraq həmin protest və şikayətin təmin edilmədən, Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2023-cü il tarixli Məhkum haqqındakı hökmünün həm kassasiya protestinə, həm kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməs in. Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4 və 308.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2023-cü il tarixli hökmü kassasiya protestinə və məhkum və onun müdafiəçisinin birgə verdikləri kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar