Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-6/2025 14.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Kantayev Nurəddin Mahama oğlunun iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsi nin 24 noyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 213.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Hacıyev Zaur Arif oğlu) Məhkum, 7 sentyabr 1955-ci il tarixdə Lənkəran rayonunun Nüvədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2007-ci il tarixli hökmü ilə CM-in 178.2.2, 178.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək CM-in 66.3 və 68.2-ci maddələrinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə islah işləri və 3.300 (üç min üç yüz) manat miqdarında cərimə cəzalarına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 14 may 2009-cu il tarixli qərarı ilə ona həmin hökmlə təyin edilmiş cərimə cəzası aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzası ilə əvəz edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 noyabr 2009-cu il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 14 may 2009-cu il tarixli qərarı ləğv edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2010-cu il tarixli hökmü ilə ona Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2007-ci il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzası yenidən aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzası ilə əvəz olunmuş, “Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 17 mart 2009-cu il tarixli Qərarının 1.5-ci bəndinə əsasən həmin cəzadan azad edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 5 avqust 2011-ci il tarixli hökmü ilə CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə 2 (iki) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2011-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək əməli CM-in 221.2-ci maddəsindən CM-in 132ci maddəsinə tövsif edilməklə 3 (üç) ay müddətə, CM-in 67.1, 68.1.3-cü maddələrinə əsasən isə hökmlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və CM-in 70-ci maddəsinin tələblərinə uyğun olaraq həmin cəza 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2də yaşayan, CM-in 213.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun məhkəməyədək icraat zamanı şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddət həmin cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və CM-in 70-ci maddəsinə əsasən bu cəza 1 (bir) il 6 (altı) ay sınaq mü ddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunmuş, cəzanın icrası isə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilmişdir. Hökmlə həmçinin iş üzrə verilmiş mülki iddia qismən təmin edilmiş və Məhkum 132871,85 manat məbləğində pulun tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum, Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyiciləri kimi qeydiyyata alınmış, hüquqi ünvanı Sumqayıt şəhəri, Dostluq küçəsi, ev 1 olan "xxxx" firmasında (VÖEN:**********) və hüquqi ünvanı Sumqayıt şəhəri, 13 mkr, ev 1, mənzil 8 olan "xxxx" MMC-də (VÖEN:**********) özü faktiki rəhbər olarkən, həmin cəmiyyətlərin nizamnamələrində nəzərdə tutulmuş funksiyaları özü tam yerinə yetirərək, əmlaklarının, maliyyə-təsərrüfat fəaliyyətini n uçotunun aparılması vəzifəsini üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergi tutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 77.3, 78.1, 98, 101, 104, 105.1, 130.1, 130.2, 149, 153-156, 159, 167-168, 173-174, 177 və 178-ci maddələrinin tələblərini pozaraq, cəmiyyətlərin qeydiyyatda olduğu vergi orqanlarına təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və ya bəyannamə təqdim etməməklə, vahid niyyətlə əhatə olunan qəsdlə, ümumili kdə xeyli miqdar təşkil edən, 146920,98 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, o, "xxxx" firmasının adından vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsində malların təqdim edilməsindən 2018-ci il üzrə gəliri 1134521,30 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərcləri 1109812,33 manat, əldə etdiyi mənfəəti 24708,97 manat və ödəməli olduğu mənfəət vergisini 4941,79 manat bəyan edib, qismən ödəməməklə, 4091,86 manat; həmçinin 2018-ci ilin may ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində ƏDV tutulan dövriyyəni 393554,77 manat, ƏDV-ni 70839,86 manat, əvəzləşdirilən ƏDV-ni 0,0 manat və ödənilməli ƏDV-ni 70839,86 manat bəyan edib, 27344,88 manat ödəməklə, 43494,98 manat; 2018-ci ilin may ayı üzrə işçiyə ödədiyi 175,0 manat əmək haqqından 0,23 m anat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini cari bəyannamə əsasında bəyan edib, ödəməməklə, 0,28 manat; həmin ilin iyun ayı üzrə işçiyə ödədiyi 200,0 manat əmək haqqından 3,78 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini cari bəyannamə əsasında bəyan edib, ödəməməklə, 3,78 manat olmaqla, “Karqotrans" firmasının adından cəmi 47590,90 manat az; bundan başqa, "xxxx" MMC-nin adından vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsində malların təqdim edilməsindən 2018-ci il üzrə gəliri 1497366,12 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərcləri 1464515,15 manat, əldə etdiyi mənfəəti 32850,97 manat və ödəməli olduğu mənfəət vergisini 6570,19 manat bəyan edib, 1642,54 manat ödəməklə, 4927,65 manat; həmçinin, 2018-ci ilin may ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində ƏDV tutulan dövriyyəni 774319,77 manat, ƏDV-ni 139377,56 manat, əvəzləşdirilən ƏDV-ni 0,0 manat və ödənilməli ƏDV-ni 139377,56 manat bəyan edib, 44979,19 manat ödəməklə, 94398,37 manat; 2018-ci ilin may ayı üzrə işçiyə ödədiyi 175,0 manat əmək haqqından 0,28 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini cari bəyannamə əsasında bəyan edib, ödəməməklə, 0,28 manat; həmin ilin iyun ayı üzrə işçiyə ödədiyi 200,0 manat əmək haqqından 3,78 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini cari bəyannamə əsasında bəyan edib, ödəməməklə, 3,78 manat olmaqla, "xxxx" MMC-nin adından cəmi 99330,08 manat dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli hökmündən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Əsgərova Ruhiyyə Orucəli qızı və İsmayılov Azər İbrahim oğlundan ibarət tərkibdə), 2 may 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2024-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində ibtidai araşdırma orqanı tərəfindən ona qarşı irəli sürülmüş və təqsirli bilindiyi ittihama, ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış bəzi sübutlara, cinayət işi üzrə ibtidai araş dırmanın aparılması ardıcıllığına və barəsindəki Sumqayıt Şəhər Məhkəməsinin hökmünə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarına istinad edərək həmin yekun məhkəmə aktlarını əsassız aktlar kimi qiymətləndirən Məhkum kassasiya şikayətini belə əsaslandırmışdır ki, "xxxx" MMC aldığı tikinti materiallarının pulunu "xxxx" Firmasına və "xxxx" MMC-yə ona görə qaytara bilməmişdir ki, 2 saylı Ərazi Vergi İdarəsi tərəfindən həmin MMC-nin depozit hesabına məhdudiyyət qoyulmuş, yəni alqı-satqı və yükün idxalı dayandırılmış, vergi orqanı isə əsassız olaraq onun vergi borcunun olmasını müəyyən edərək həmin borcun ödənilməsi barədə ona qarşı iddia qaldırmışdır. Halbuki, onun tərəfindən 110.000 manat məbləğində əlavə dəyər vergisi ödənilmiş, şəxsi vərəqəsində bu hal əksini tapmış, lakin vergi orqanı bu ödəməni qəbul etməmişdir. Bu faktın təsdiq edilməsi məqsədilə o, məhkəmə iclaslarında təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət qaldırsa da, onun vəsatəti təmin edilməmiş, şəxsi vərəqəsi isə məhkəmələr tərəfindən sübut kimi qəbul edilməmiş, nəticədə isə o, törətmədiyi cinayətə görə əsassız olaraq məhkum edilmişdir. Bundan başqa, işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən, o, məhkəmədən son söz demək üçün ona vaxt verilməsini xahiş etmiş, lakin məhkəmə onun bu haqda verdiyi vəsatətini təmin etməmiş, bu prosessual hərəkət keçirilmədən barəsində ittiham hökmü çıxarılmışdır. Apellyasiya instansiyası məhkəməsi isə bu pozuntuya heç bir əhəmiyyət verməmiş və həmin hökmün dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul etmişdir. Şərh oluna n dəlillərə əsaslanaraq məhkum olunmuş şəxs Məhkum onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında qanuna müvafiq qaydada məlumatlandırılmış, lakin mülki iddiaçının – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə mülki iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum kassasiya şikayətinin məzmunundan göründüyü kimi, o, həmin şikayətində məhkəmələr tərəfindən araşdırılmış sübutlara düzgün qiymət verilməməsini, ona qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməməsini, nəticədə isə qanunsuz və əsassız olaraq məhkum olunmasını iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqq ında tələbini CPM-in 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.11-ci maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: Odur ki, məhkəmə kollegiyası Məhkum şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, m əhkəmə kollegiyası yenə də xatırladır ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddənin tələblərindən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, gö stərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalana n qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxış ın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrə əsaslanaraq məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunubolunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməllərin bütün hallarının müəyyən edilməsinə əsasən bu əməllərə maddi hüquq normasının düzgün tətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkə mə kollegiyası ilk növbədə qeyd edir ki, Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 63-cü maddəsinin tələbinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğ unu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin, o cümlədən dövlətin və cəmiyyətin də cinayətkar qəsdlərdən qorunmasını, belə qəsdlər nəticəsində vurulmuş zərərin ödənilməsi və ya aradan qaldırılması üçün cinayət mühakimə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən müvafiq tədbirlərin görülməsini, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını da nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhk əmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, la kin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-in 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkə tsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cina yət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yo lverilməzdir. CPM-in 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, CPM-in ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-in 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-in 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr t əqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-in 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməl idir. CPM-in 145.3-cü maddəsi cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əs asında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-in 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs in təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan hüquqi mövqe Azərbaycan Respubl ikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyy ənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə ist intaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılm ası zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Şərh edilən beynəlxalq və milli qanunvericiliyin normaları və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmünü və Məhkum CM-in 213.1-ci maddəsi ilə təqsirli bilinməsi ilə razılaşaraq bu hökmü dəyişdirilmədən saxlamış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin ye kun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Bundan başqa, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmələr işin faktiki hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmış və həmin məhkəmələrin gəldikləri nəticələr üzrə sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmün təsviri-əsaslandırıcı və hazırki qərarın “İşin halları” hissələrində göstərilən cinayət əməllərini törətməsi barədə mötəbər nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə adı çəkilən şəxsin ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qə naətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni Məhkum ibtidai araşdırma və məhkəmə iclasında verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndələrinin, şahidlərin ifadələri, yoxlama aktları, mütəxəssis və məhkəmə-mühasibatlıq ekspertizasının 28 yanvar 2019-cu il tarixli 28110 saylı, 3 dekabr 2021-ci il tarixli 9/7539 saylı, 7 sentyabr 2023-cü il tarixli 9/3034 saylı rəyləri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş çoxsaylı sübut əhəmiyyətli sənədlərlə tam təsdiq edilir. Həmin sübutların hər birisi ayrı-ayrılıqda birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən məhkəmə kollegiyası hazırki qərarda həmin sübutların təkrarən təsvirinə ehtiyac görmür və bu sübutları təhlil edərək vurğulamağı lazım bilir ki, həmin sübutlar əsasında işin müəyyən edilmiş faktiki hallarının başqa cür müəyyən edilməsi, o cümlədən Məhkum təqsirli bilindiyi əməlləri törətməməsi barədə nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. Buna görə məhkəmə kollegiyası bununla bağlı kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayır və hesab edir ki, məhkəmələrin müəyyən etdikləri işin faktiki halları ibtidai araşdırma zamanı hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsaslanmışdır. İş materiallarından göründüyü kimi, məhkəmələrin gəldikləri nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq məhkəmələr hökmün və yekun qərarın əsaslandırılması zamanı yolverilməz sübutlar dan istifadə etməmiş, iş üzrə sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Ən əsası isə məhkəmə kollegiyası onu qeyd etməyi lazım bilir ki, digər sübutların toplanılması və araşdırılması ilə yanaşı, məhkəmələrin iş üzrə gəldikləri nəticənin əsasında duran və məhkum olunmuş şəxs tərəfindən mübahisələndirilən məhkəməmühasibatlıq ekspertizalarının keçirilməsi zamanı da hər hansı bir pozuntuya yol verilməmiş və həmin ekspertiza rəylərində əksini tapmış nəticələr həm elmi cəhətdən, həm də toplanmış sübutlara istinad edilməklə əsaslandırılmış, digər tərəfdən isə ekspertizanın keçirilməsi zamanı ekspertlərə hər hansı təzyiq və ya təsirin göstərilməsi müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi ibtidai araşdırma zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri ilə razılaşmayaraq işə birinci instansiya məhkəməsinin məhkəmə iclasında baxılarkən iş üzrə təkrar məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət qaldırmış və məhkəmə tərəfindən 15 mart 2023-cü il tarixdə qəbul olunmuş qərarla vəsatət təmin edilərək “Məhkəmə ekspertizası fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin və CPM-in 97 və 267-ci maddələrinin tələblərinə uyğun olaraq belə ekspertiza təyin edilmiş, həmin ekspertiza üzrə əsaslı və obyektiv rəy verilməsi üçün isə ekspertlərə cinayət işinin bütün materialları, o cümlədən Məhkum məhkəmə baxışı z amanı təqdim etdiyi mühasibatlıq sənədləri göndərilmişdir. 15 mart 2003-cü il tarixli qərar əsasında keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 7 sentyabr 2023-cü il tarixli 9/3034 saylı rəyi ilə də, belə ekspertizanın əvvəlki rəylərində olduğu kimi yenə də müəyyən edilmişdir ki, Məhkum rəhbərlik etdiyi müəssisələr tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergi borcunun məbləği 146920,98 manat təşkil edir, o cümlədən: - Karqotrans” MMC-nin cari bəyannamələrə əsasən 2018-ci ilin may ayı üzrə ödənilmədən yayındırılmış əlavə dəyər vergisinin məbləği 43494,98 manat, 2018-ci ilin may ayı üzrə MÖMV-nin məbləği 0,28 manat, 2018-ci ilin iyun ayı üzrə MÖMV-nin məbləği 3,78 manat, 2018-ci il üzrə MÖMV-nin məbləği 4091,86 manat, ümumilikdə isə 47590,90 manat; - "x xxx" MMC cari bəyannamələrə əsasən 2018-ci ilin may ayı üzrə ƏDV-nin məbləği 94398,37 manat, 2018-ci ilin may ayı üzrə MÖMV-nin məbləği 0,28 manat, 2018-ci ilin iyun ayı üzrə MÖMV-nin məbləği 3,78 manat, 2018-ci il üzrə MÖMV-nin məbləği 4927,65 manat, ümumilikdə isə 99330,08 manat olmuşdur. Göründüyü kimi, təhlil edilən ekspertizanın rəyi üzrə ekspertlərin gəldikləri nəticələr həm iş üzrə toplanmış və araşdırılmış digər sübutlarla uzlaşır və həmin rəylə Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsi bir daha təsdiq edilir. Göstərilən ekspertiza rəyinin də qanunsuz yolla əldə olunmuş sübut kimi qiymətləndirilməsi üçün əsas görməyən məhkəmə kollegiyası həmçinin ekspertizanın aparılmasına dair CPM-in XXXV fəslində təsbit edilmiş normaların tələbləri ilə yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə də nəzər yetirir və hesab edir ki, ekspertizanın təyin olunması və keçirilməsi zamanı bunlara tam əməl olunmuşdur. Belə ki, “Yevgeniya Lazar Ruminyaya qarşı iş üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. Qeyd olunanlardan çıxış edərək məhkəmə kollegi yası hesab edir ki, təhlil edilən rəy verildikdən sonra Məhkum həmin rəylə də razılaşmayaraq məhkəmə iclaslarında yenə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət qaldırsa da, məhkəmələr haqlı olaraq həmin vəsatətin təmin olunmasından imtina etmiş, onun bu haqda verdiyi əvvəlki vəsatətində istinad etdiyi hallar isə birinci instansiya məhkəməsinin 15 mart 2023-cü il tarixli qərarında əksini tapmış və 7 sentyabr 2023-cü il tarixli rəyi vermiş ekspertlər tərəfindən nəzərə alınmışdır. Odur ki, məhkəmə kollegiyası bu məsələ ilə bağlı Məhkum kassasiya şikayətinin dəlillərini əsassız və qəbul edilməz sayaraq eyni zamanda onu da qeyd edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi işt irakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş, məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə etibarı ilə isə ibtidai araşdırma orqanı tərəfindən Məhkum əməllərinin CM-in 213.1-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşaraq onun bu maddələrlə təqsirli bilinməsini qanuni və əsaslı saymışlar. Eyni zamanda, iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin də razılaş dığı Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli hökmündə və apellyasiya instansiyası məhkəməsinin 2 may 2024-cü il tarixli yekun qərarında işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edib qiymətləndirilməklə yanaşı, həmçinin sübutların hansına üstünlük verilməsi də kifayət qədər əsaslandırılmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, istər Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi, istərsə də onun törətdiyi əməlin hüquqi tövsifi barədə məhkəmələrin gəldikləri nəticə iş materiallarına, işin faktiki hallarına və qanunun tələblərinə tam uyğundur və kassasiya şikayətinin dəlilləri də bu nəticələrin şübhə altına alınması üçün heç bir əsas vermir. Bununla yanaşı məhkəmə kollegiyası işə b irinci instansiya məhkəməsinin məhkəmə iclasında baxılarkən Məhkum son söz demək hüququnun pozulması barədə onun kassasiya şikayətinin dəlilinə münasibət bildirilməsi üçün məhkəmə kollegiyası cinayət işinin materiallarına müraciət edərək qeyd edir ki, 24 noyabr 2023-cü il tarixdə məhkəmə iclasının keçirilməsinə dair protokola əsasən, həmin tarixdə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı və sonuncunun müdafiəçisi müvafiq olaraq ittiham və müdafiə nitqləri ilə çıxış etdikdən sonra məhkəmə Məhkum son söz vermiş, lakin o, buna hazır olmadığını və məhkəməyə əlavə sənədlər təqdim edəcəyini bəhanə edərək bunun üçün ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə onun bu xahişini nəzərə nəzərə alaraq Məhkum son söz deməkdən ötrü bir neçə saat verilə biləcəyini təklif etsə də, sonuncu bununla razılaşmamış və sonda son söz deməyəcəyini bildirmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən Məhkum son söz deməkdən ötrü kifayət qədər imkanlar yaradılmış, hətta bu hüququndan istifadə etməsinə hazırlaşmaqdan ötrü ona bir neçə saat verilməsini də təklif etmiş, lakin o, bu təkliflə razılaşmayaraq həmin hüququn həyata keçirilməsindən özü qəti şəkildə imtina etmişdir. Bu halların prosessual qanunvericiliyinin tələblərinə zidd olmaması barədə qənaətə gələn məhkəmə kollegiyası həmçinin məhkəmə tərəfindən məhkumun təhlil edilən hüququnun pozulmamasını da qeyd edir və belə qənaətə gələrkən prosessual hüquq normalarının aşağıdakı tələblərinə əsaslanır. Belə ki, təqsirləndirilən şəxsin məhkəmə baxışında son sözlə çıxış etmək hüququ CPM-in 91.5.28-ci maddəsində nəzərdə tutulmuşdur. CPM-in 342.1-ci maddəsinə əsasən, məhkəmə çıxışları və replikalar qurtardıqdan sonra təqsirləndirilən şəxsə son söz verilir. Təqsirləndirilən şəxs son sözünü söyləyərkən ona suallar verilməsinə yol verilmir. CPM-in 342.2-ci maddəsinin tələbindən görünür ki, məhkəmə təqsirləndirilən şəxsin son sözünün müddətini müəyyən edə bilməz. Təqsirləndirilən şəxs məhkəmədə baxılan ittihama açıq surətdə aid olmayan hallara toxunduqda, məhkəmə iclasında sədrlik edən onun sözünü kəsmək hüququna malikdir. CPM-in 342.3-cü maddəsinə görə, təqsirləndirilən şəxs son sözündə elan edilmiş ittihamın məhkəmədə hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyətə malik olan yeni hallar barədə məlumat verdikdə, məhkəmə, məhkəmə istintaqını təzələyir. Əvvəla iş materiallarının təhlili göstərir ki, Məhkum barəsindəki cinayət işinə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən təxminən on bir ay müddətində baxılmış, məhkəmə iclaslarında ona iş üçün əhəmiyyət kəsb edən sübutları məhkəməyə təqdim etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmış, sonuncu çoxsaylı mühasibatlıq və digər sənədləri məhkəməyə təqdim etmiş, onun və müdafiəçisinin qaldırdıqları vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul edilmiş, 24 noyabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında isə məhkəmə istintaqı yekunlaşmazdan əvvəl həm o, özü, həm də onun müdafiəçisi, habelə cinayət prosesinin digər iştirakçıları əlavə sübutların məhkəməyə təqdim edilməsi ilə bağlı vəsatətlər qaldırmamış və buna görə məhkəmə tərəfindən təqsirləndirilən şəxsin də razılaşdığı məhkəmə istintaqının tamamlanması və məhkəmə çıxışlarının başlanması barədə qərar qə bul edilmiş, həmin çıxışlar qurtardıqdan sonra isə, yuxarıda qeyd olunduğu kimi, Məhkum son sözlə məhkəməyə müraciət etmək üçün kifayət qədər imkanlar yaradılmışdır. Qanunvericiliyinin yuxarıda təsvir edilmiş tələblərindən çıxış edərək məhkəmə kollegiyası vurğulayır ki, təqsirləndirilən şəxsin son sözlə məhkəmədə çıxış etmək onun hüququdur və o, digər hüquqları ilə yanaşı, bu hüququnu da öz iradəsi əsasında həyata keçirir, bununla bağlı məhkəmənin yeganə vəzifəsi isə ondan ibarətdir ki, həmin hüququn həyata keçirilməsi üçün təqsirləndirilən şəxsə müvafiq imkanlar yaratsın. Qeyd olunanlara əsaslanaraq məhkəmə kollegiyası Məhkum birinci instansiya məhkəməsinin məhkəmə iclasında son sözlə çıxış etməkdən imtinasında məhkəmə tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsini görmür və buna görə məhkumun bu məsələ ilə bağlı da dəlillərini əsassız hesab edərək ümumilikdə kassasiya şikayətinin təmin edilməsini mümkün bilmir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya qaydasında mübahisələndirən qərarında Məhkum apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini həmin qərarda göstərmiş, bunlara dair gəldiyi nəticəni toplanmış və tədqiq edilmiş sübutlara (onların məcmusuna), işin faktiki hallarına, qanunun normalarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Məhkum kassasiya şikayətində göstərdiyi dəlillər araşdırılmış sübutlarla təkzib edildiyindən həmin dəlillər və onların əsasında irəli sürülmüş kassasiya tələbi məhkum olunmuş ş əxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər və tələb kimi qiymətləndirilməlidir. Belə olan halda, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, baxılan işdə CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM-in 416.1.2 və 416.1.11-ci maddələrində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Kassasiya şikayətində Məhkum onu barəsində açıq-aşkar ağır cəzan tədbirinin seçilməsini mübahisələndirməsə də məhkəmə kollegiyası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq həmin şikayətin dəlillərindən asılı olmayaraq bu məsələni də yoxlamış və müəyyən etmişdir, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı və dəyişdirmədən qüvvədə saxladığı birinci instansiya məhkəməsinin hökmü ilə bu məsələ həll olunarkən məhkəmə CM-in 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməkdə düzgün olaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi halları - yaşını, İİİ dərəcəli əlil olmasını, oğlunun İİ Qarabağ Müharibəsində iştirak etməsi nəticəsində yaralanaraq onun da İİİ dərəcəli əlill olmasını və medallarla təltif edilməsini, cəzanı yüngülləşdirən və işin digər hallarını, həmçinin CM-in 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və bu hallara uyğun olaraq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini mümkün bilmiş, bununla da ədalətsizliyə və qanunsuzluğa yol verməmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı halı müəyyən etməyərək və kassasiya şikayətinin təmin edilməsi haqda Məhkum və onun müdafiəçisi N.M.Kantayevin, həmin şikayətin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-in 213.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2024cü il tarixli qərarı kassasiya şikayətinə münas ibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-6/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-6/2025
14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver