Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-60/2019 29.01.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)60-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 29 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Gülnarə Eldar qızı Musayevanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Kərimov Mehram Məlik oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2017-ciil tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə və qeyrisini təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 fevral 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Kərimov Mehram Məlik oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli hökmü ilə (hakimlər X10 (sədrlik edən), X14 və X2 ibarət tərkibdə) Təqsirləndirilən şəxs – xx xxxxxx 1977-ci ildə Laçın rayonunun *********** kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2 azyaşlı uşaqları olan, ali təhsilli, Azərbay can Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilmiş, Laçın rayonunun ************ kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəzaya, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.09.2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplama yolu ilə birləşdirilərək ona qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin ed ilmişdir. Həmin hökmlə X11 da təqsirli bilinib məhkum edilmişdir. İşin halları: Hökmə əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını külli miqdarda ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı X11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, H6 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə sonuncunun övladları X3 və X5 “Beynəlxalq” universitetdən “Odlar Yurdu” universitetinə keçirilməsi və diplomlarının alınmasına vəd verib aldatmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə, əvvəlcə 2011-ci ilin fevral ayında ünvan 1 ünvanda yerləşən “Odlar Yurdu” univers itetinin xidməti otağında 14.000 manat pulunu və bir neçə gün sonra isə həmin ünvanda 2.000 manat pulunu X7 vasitəsilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 16.000 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən Zərərçəkmiş şəxs və məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X13 və X8 ibarət tərkibdə) 02 fevral 2018-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxsin apelyasiya şikayəti təmin edilmiş, hökm dəyişdirilmiş, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli hökmü üzrə təqsirli bilindiyi cinayət əməli CM-nin 1 78.3.2-ci maddəsindən, həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və ona 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 iyun 2014-cü il tarixli hökmü “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli qanunu ilə Cinayət Məcəlləsində edilmiş dəyşikliklərə uyğunlaşdırılmaqla, onun həmin hökm üzrə əməlləri CM-nin 178.3.2-ci maddəsində həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmiş və ona həmin maddə ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun göstərilən iş üzrə tutulub saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmaqla qeyd olunan hökm üzrə üzərində 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli hökmü üzrə təqsirli bilindiyi CM-nin 178.3.2-ci maddəsi «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 20 oktyabr 2017-ci il tarixli Qanununla Cinayət Məcəlləsində edilmiş dəyişikliklərlə uyğunlaşdırılmaqla onun əməli CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin hökm üzrə CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) il 6 (altı) aya endirilmiş, Təqsirlən dirilən şəxs sonuncu hökm üzrə hazırki qərarla təyin edilən 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının 28 sentyabr 2016-cı il tarixli hökmü üzrə hazırda yeni qanunvericiliyə uyğunlaşdırıldıqdan sonra hökmlərin məcmusu üzrə müəyyən edilən 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə CM-nin 66.2 və 66.5-ci maddələri tətbiq edilməklə qismən toplamala yolu ilə birlişdirilməklə (cinayətlərin məcmusu üzrə) ona qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm Təqsirləndirilən şəxs aid qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 fevral 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Kərimov Mehram Məlik oğlu kassasiya şikayəti verə rək Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, sonuncu hökm üzrə Zərərçəkmiş şəxs məhkum Təqsirləndirilən şəxs qarşı hər hansı iddia və tələbi olmadığına görə mülki iddia üzrə ziyanın ödənilməmiş 9500 manat hissəsi digər məhkum X4 tutulması qət edilmişdir. Həmçinin cəza təyin edilərkən məhkəmə Təqsirləndirilən şəxs CM-nin 59.1.14-cü maddəsinə əsasən vurulmuş ziyandan bir qismini ödəməsini, zərərçəkmişin ondan şikayətinin və tələbinin olmamasının, 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşaqlarının olmasını yüngülləşdirici hal kimi nəzərə almamış, ona ittiham olunduğu maddənin sanksiyasının yuxarı həddində cəza təyin etmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsi C PM-nin 520-ci maddəsinin tələbi qaydasında birinci instansiya məhkəməsi tərəfindən baxılmalı olan hökmlərin CM-nə uyğunlaşdırılınası haqqında qərar qəbul etmiş, bununla da kobud qanun pozğunluğuna yol vermişdir. Belə ki, yuxarıda qeyd edilən məhkum barəsində hökmlər yalnız cəzaçəkmə müəssisəsinin təqdimatı və ya məhkumun ərizəsi əsasında CM-ə uyğunlaşdırıla bilərdi. Həm də bu zaman birinci instansiya məhkəməsi müraciətə baxdıqdan sonra məhkum apellyasiya şikayəti vermək hüququna malik idi ki, apellyasiya instansiyası məhkəməsi heç bir müraciət olmadan məhkumun haqqında olan hökmü CM-ə uyğunlaşdırmaqla məhkumun birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermək hüququnu pozmuşdur. Həmçinin apellyasiya məhkəməsi “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklikl ər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Qanununun “Keçid müddəalarına dair” olan 2.5-ci maddəsinin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, həmin maddədə göstərilir ki, bu qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkib qurtarmamış şəxslərin məhkum edildiyi cinayətə görə bu qanunla daha yüngül sanksiya tətbiq edilməsi nəzərdə tutulmuşdursa, həmin şəxslərin cəza müddətləri bu qanuna əsasən tətbiq edilməli olan sanksiyanın yuxarı həddindən çox olduğu halda cəza müddətləri həmin həddə qədər azaldılır. Göründüyü kimi apellyasiya məhkəməsi nəinki prosessual pozğunluğa yol vermiş, həmçinin maddi hüquq normasını da düzgün təfsir etməmişdir. Qeyd edilən maddi hüquq normasının məzmunundan görünür ki, məhkəmələr yalnız daha yüngül sanksiya tətbiq edilməsi nəzərdə tu tulduğu halda qeyd edilən normaya istinad edə bilər. Əgər əməl daha yüngül maddəyə tövsif edilirsə bu zaman məhkəmələr yeni cəza təyin etməklə məhkumun əməlini CM-yə uyğunlaşdırmalıdır. Təqsirləndirilən şəxs barəsində hər üç hökm üzrə əməlləri ağır cinayətdən az ağır cinayətə tövsif edilmiş, bütün hökmlər üzrə vurulmuş ziyan tamamilə ödənilmiş, zərərçəkmiş şəxslərin ona qarşı hər hansı şikayət və tələbləri qalmamışdır. Apellyasiya məhkəməsi Təqsirləndirilən şəxs haqqında olan hökmləri CM-ə edilmiş dəyişikliklərlə bağlı uyğunlaşdırılma aparsa da işdə olan zərərçəkmişlərə vurulmuş ziyanın ödənilməsi, həmin şəxslərin ondan heç bir şikayət və tələblərinin olmaması, əməllərinin ağır cinayətdən az ağır cinayətə tövsif edilməsi, bununla da əməllərinin ictimai təhlükəliliyinin əsaslı surətdə azalm ası, himayəsində iki azyaşlı uşağının olması, siyasi elmlər üzrə fəlsəfə doktoru olmasını yüngülləşdirici hallar kimi nəzərə almamış, nəticədə onun haqqında qanunun normasını düzgün təfsir etməmiş, cəzasını ittiham olunduğu hökmlərin məcmusu üzrə daha aşağı həddə qədər yüngülləşdirməli olduğu halda bunu etməmişdir. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçini, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 fevral 2018-ci il tarixli qərarı yekun cəzanın təyi n edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetir ilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 2.5-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkib qurtarmamış şəxslərin məhkum edildiyi cinayətə görə bu Qanunla daha yüngül sanksiya tətbiq edilməsi nəzərd ə tutulmuşdursa, həmin şəxslərin cəza müddətləri bu Qanuna əsasən tətbiq edilməli olan sanksiyanın yuxarı həddindən çox olduğu halda cəza müddətləri həmin həddə qədər azaldılır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 iyun 2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə olduğu 2 gün bu cəzadan çıxılmaqla üzərində 6 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanmış və CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzası 3 il sınaq müddətinə şərti hesab edilmişdir. Məhkəmə həmin hökmlə onun vurulmuş zərəri könüllü olaraq ödəməsini cəzanı yüngüllşdirən hal kimi müəyyən etmişdir. Həmin iş üzrə vurulmuş zərər bir epizod üzrə 30000 manat təşkil et mişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs iki epizod üzrə 20000 manat və 50000 manat zərər vurmaqla dələduzluq əməli törətdiyinə görə CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 iyun 2014-cü il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilmiş və CM-nin 67.1-ci maddəsinə əsasən əvvəlki hökmlə təyin edilmiş 6 il 11 ay 28 gün cəza qismən yeni hökmlə təyin edilmiş cəza ilə birləşdirilərək məhkumun üzərində 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Həmin hökm üzrə zərərçəkmiş şəxslərə vurulmuş zərərin tam ödənməsi müəyyən edilməmişdir. Kassasiya şikayətin in bu barədə dəlili əsassızdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 iyun 2014-cü il tarixli və 28 sentyabr 2016-cı il tarixli hökmləri ilə təyin edilmiş cəzaları çəkib qurtarmamış ona həmin hökmlərlə təyin edilmiş cəzalar 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 2.5-ci maddəsinə əsasən tənzimlənərkən cəza həmin qanunla Azərbaycan Respublikası CM-nin 178.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinədək 5 ilə endirilə bilərdi. Apellyasiya instansiya məhkəməsi isə ona 06 iyun 2014-cü il tarixli hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası nın müddətini 4 il 6 aya endirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cəzanın göstərilən həddə qədər azaldılması Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 2.5-ci maddəsinə uyğun olmasa da, məhkumun hüquqi vəziyyətini yüngülləşdirən olmaqla, kassasiya protesti də verilmədiyindən dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin dəlilləri nəzərə alınaraq göstərilən qanunun 2.5-ci maddəsinə zidd olaraq, məhkumun 06 iyun 2014-cü il tarixli hökm üzrə müəyyən edilmiş ziyanı ödəməsini nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin müəyyən etdiyi həddə qədər (3 il 9 ay müddətinə) endirilsə də, bu hökm üzrə təyin edilmiş cəzadan 28 sentyabr 2016-cı il tarixli hökmlə təyin edilmiş cəzaya CM-nin 67.1-ci maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasının birləşdirilməsi nəzərə alınmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 fevral 2018-ci il tarixli qərarı ilə isə məhkumun hüquqi vəziyyəti daha da yaxşılaşdırılaraq 06 iyun 2014-cü il tarixli hökm üzrə təyin edilmiş və tənzimlənmiş cəzadan 28 sentyabr 2016-cı il tarixli hökm üzrə tənzimləmə qaydasında təyin edilmiş 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası birləşdirərək yekun cəza 6 il 6 ay müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 iyun 2014-cü il tarixli və 28 sentyabr 2016-cı il tarixli hökmləri 20 oktyabr 2017-ci il tarixli Azərbaycan R espublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Qanunu qəbul edilənədək qanuni qüvvəyə mindiyindən və məhkum edilmiş şəxs həmin hökmlər üzrə təyin edilmiş cəzanın çəkilməsi mərhələsində olduğundan ona həmin hökmlər üzrə təyin edilmiş cəzalar bu qanunun 2.5-ci maddəsinin qaydalarına uyğun tənzimlənməlidir və bu zaman vurulmuş zərərin ödənməsinə dair cəzanı yüngülləşdirən halların nəzərə alınması nəzərdə tutulmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən də tənzimləmə həmin qanunun 2.5-ci maddəsinə əsasən aparılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 fevral 2018-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublika sının 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli qanunu ilə Cinayət Məcəlləsində edilmiş dəyşikliklərə uyğunlaşdırılmaqla Təqsirləndirilən şəxs barəsindəki Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 iyun 2014-cü il tarixli hökmü, onun həmin hökm üzrə əməlləri CM-nin 178.3.2-ci maddəsində həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmiş və ona həmin maddə ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun göstərilən iş üzrə tutulub saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmaqla qeyd olunan hökm üzrə üzərində 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli hökmü üzrə əməli CM-nin 178.3.2-ci maddəsindən CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin hökm üzrə CM-nin 67.1ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) il 6 (altı) aya endirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 fevral 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs cinayət əməli CM-nin 178.3.2-ci maddəsindən, həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və ona 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsindəki 26 sentyabr 2017-ci il tarixli hökmü qanuni qü vvəyə minənədək 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Qanunu qəbul edildiyindən onda tənzimləmə həmin qanunun 2.5-ci maddəsinin müəyyən etdiyi məhdudiyyət nəzərə alınmadan aparılmalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli hökmü üzrə vurulmuş zərərin ödənilməsini nəzərə alaraq CM-nin 60.1-ci maddəsinin qaydaları tətbiq edilərək məhkuma 3 il 9 ay cəza təyin edilməli olduğu halda Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası 02 fevral 2018-ci il tarixli qərarı ilə səhvən ona 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Ona görə də, həmin cəza 3 il 9 ay həddində müəyyən edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası 02 fevral 2 018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsindəki sonuncu hökm üzrə cəzanı tənzimləmə qaydasında endirdikdən sonra, əvvəlki hökmlərin məcmusu üzrə müəyyən edilən 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə CM-nin 66.2 və 66.5-ci maddələri tətbiq edilməklə qismən toplama yolu ilə, cəmi 6 ay birləşdirilməklə (cinayətlərin məcmusu üzrə) ona qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli hökmü ilə təyin edilmiş cəza tənzimləmə qaydasında 3 il 9 aya endirilsə də, həmin cəzadan 6 ay müddətinin əvvəlki hökmlərlə təyin edilmiş və birləşdirilmiş 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə birləşdi rilərək üzərində 7 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmasına dair hissələrdə qərar dəyişdirilmədən saxlanmalıdır. Lenskayanın Rusiyaya qarşı işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 29.01.2009-cu il tarixli qərarında göstərilir ki, “Hüquqi dövlətin ən mühüm Prinsiplərindən biri hüquqi müəyyənlikdir və onun mənasına görə heç bir tərəf yalnız işin yenidən araşdırılması və ya yeni qərar əldə edilməsi məqsədi ilə prosesin yenidən keçirilməsini tələb edə bilməz. Bu prinsipdən yalnız o hallarda kənara çıxıla bilər ki, əhəmiyyətli və xüsusilə vacib hallar bunu tələb etsin. Konvensiya prinsipcə yekun məhkəmə qərarı ilə nəticələnmiş prosesin Dövlətlərə məhkəmə səhvlərinin düzəldilməsinə imkan vermək üçün yenidən açılmasına icazə verir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Ap ellyasiya Məhkəməsinin Cinayət kollegiyası Təqsirləndirilən şəxs barəsindəki hər üç hökmü “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017ci il 20 oktyabr tarixli qanunu ilə Cinayət Məcəlləsində edilmiş dəyşikliklərə uyğunlaşdırılmaqla və yekun nəticəyə gələrkən məhkumun hüquqi vəziyyətini pisləşdirən hər hansı kobud pozuntuya yol verməmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, məhkuma təyin edilmiş yekun cəza barədə qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci və 419.10.4-cü maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsindəki Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 8 il müddətinə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 fevral 2018-ci il tarixli qərarı ilə 4 il 6 aya endirilmiş, azadlıqdan məhrum etmə cəzası 3 (üç) il 9 (doqquz) aya endirilsin və Azərbaycan Respublikası CMnin 66.2 və 66.5-ci maddələri tətbiq edilməklə ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə yekun cəzası təyin edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqayıbov
Məhkəmə qərarları › İş №1(102)-60/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-60/2019
29.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver