Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-60/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X7, Məhkum və müdafiəçisi X11 iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2019-cu il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublik ası CM-nin 29,120.2.4, 128, 228.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2021-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: E.İ.Rüstəmov (sədrlik edən), F.N.Mahmudov və X.H.Səmədovdan ibarət tərkibdə) 04 fevral 2019-cu il tarixli hökmü ilə xx xxxx 1962-ci ildə Samux rayonunun Qarabağlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, həmin ünvanda qeydiyyatda olan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 29,120.2.4, 128, 228.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 29, 120.2.4-cü maddəsi ilə 14 il 6 ay, 128-ci maddəsi ilə 9 ay, 228.1-ci maddəsi ilə 1 il 6 ay və 228.4-cü maddəsi ilə 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanaraq onun üzərində qəti olaraq 15 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, habelə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 28 iyun 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim E.İ.Xasməmmədov, hakimlər T.A.Muxtarov və Ç.B.Məmmədovdan ibarət tərkibdə) 04 oktyabr 2019-cu il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2019-cu il tarixli hökm ü dəyişdirilmiş, Məhkum CM-nin 29,120.2.4-cü maddəsi ilə nəzərdə tutulan əməli CM-nin 29,120.1-ci maddəsinə tövsif edilmiş, ona həmin maddə 09 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən hökmlə Məhkum digər maddələrlə təyin edilmiş cəzaları hazırki qərarla CM-nin 29,120.1-ci maddəsi ilə təyin edilmiş 09 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq məhkum A.Q.Behbudovun üzərində qəti olaraq 09 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, apellyasiya şikayəti qismən təmin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2019-cu il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Res publikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X17 (sədrlik edən), X18 və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə) 26 fevral 2020-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2019-cu il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilmiş və cinayət işi apellyasiya məhkəməsində yenidən baxılması üçün təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2021-ci il tarixli qərarı ilə (hakimlər: Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə) məhkum və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 128-ci və 228.4-cü maddələri ilə təqsirli bilinməklə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddə üzrə ona cəza təyin olunmamış, Hökmdən Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci və 228.4-cü maddələri ilə cəza təyin olunmasına dair müddəalar çıxarılmış, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04.02.2019cu il tarixli 1(104)-120/2019 saylı hökmü ilə Məhkum Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinib təyin edilmiş 14 il 6 ay, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib təyin edilmiş 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası dəyişdirilmədən saxlanılmış, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanaraq onun üzərində qəti olaraq 15 il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə görə təqsirləndirilən şəxs Məhkum ibtidai istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq bir ədəd istifadəyə yararlı 5,6 mm kalibrli yivli odlu silahı və onun istifadəyə yararlı döyüş sursatları hesab edilən patronlarını əldə edib saxlayıb üzərində gəzdirərək 15 may 2018-ci il tarixdə həmin silahdan atəş açmışdır. Habelə o, ibtidai istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq bir ədəd ümumi uzunluğu 260 millimetr, dəstəyinin uzunluğu 122 millimetr və tiyəsinin uzunluğu 138 millimetr olan zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən ov bıçağını əldə edib 15 may 2018-ci il tarixd ə üzərində gəzdirmişdir. Bundan başqa Məhkum X20 idarəsinin balansında olan və Samux rayonunun Qarabağlar kəndində yerləşən 35/4q reper nömrəli subartezian quyusundan kənd əhalisinin əkin sahələrinin suvarlmasına növbə ilə suyun verilməsi rəsmi qaydada həvalə olunmuş həmkəndlisi X3 bir müddət əvvəl ona verilmiş suvarma suyunun elektrik enerjisinin sərfiyyat haqqını ödəmədiyi, eləcə də quyudan suyu çəkən su motorunun təmiri məqsədilə ondan Elsevər Qurbanovun tələb etdiyi pulu vermədiyi üçün sonuncu 15 may 2018-ci il tarixdə onun əkin sahəsinə yenidən suvarma suyu verilməsindən imtina etdiyinə görə X4 qəsdən öldürmək qərarına gəlmiş və bu niyyətini həyata keçirmək məqsədi ilə həmin tarixdə saat 14 radələrində, ibtidai istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib saxla dığı 5,6 mm kalibrli yivli odlu silah və onun döyüş sursatı hesab edilən patronları, habelə ibtidai istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etmiş olduğu soyuq silah hesab edilən ov bıçağı ilə silahlanıb yuxarıda adı çəkilən 35/4q reper nömrəli subartezian quyusunun Samux rayonunun Qarabağlar kəndində yerləşdiyi yerə gələrək ondan 168 metr aralı məsafədə Elsevər Qurbanovu həmin ərazidə özünə məxsus torpaq sahəsində yerləşən yardımçı tikilinin qarşısında ailə üzvləri – oğlu X8, qardaşı X12 və qardaşı oğlu X14 ilə bir yerdə olmasını görüb xüsusi əzab və işgəncə verilməsi ilə müşayiət olunan müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirərək, Elsevər Qurbanovu adları sadalanan yaxın ailə üzvlərinin gözü qarşısında onlara xüsusi əzab və iztirab verdiyini dərk edərək xüsusi am ansızlıqla qəsdən öldürmək məqsədi ilə Elsevər Qurbanova əhatəsində olduğu ailə üzvlərinin, habelə həmin vaxt qeyd edilən yardımçı tikilidə olmuş X15, X9 və X5 həyatı üçün ümumi təhlükəli üsulla özündəki 5,6 mm kalibrli yivli odlu silahdan 4-5 dəfə atəş açmış, lakin Elsevər Qurbanov cəld hərəkət edərək atılan güllələrdən yayınıb yanında olan şəxslərlə birlikdə yardımçı tikiliyə daxil olaraq orada gizləndiyindən Məhkum Elsevər Qurbanovu xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən öldürmək cinayətini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmiş, Elsevər Qurbanovu qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Bundan başqa Məhkum tərəfindən 5,6 mm kalibrli yivli odlu silahdan atılan güllələrdən biri kənar predmetə dəyib səkərək həmin vaxt hadisə yerində yardımçı tikilinin içərisində olmuş və atəş səsinə tikilidən çölə çıxan X6 boynunun sol nahiyəsinə dəyərək ona boynunun sol nahiyəsində kor güllə yarasından ibarət sağlamlığının qısa müddətə pozulmasına səbəb olan zərər çəkmiş şəxs Elsevər Kazımovun qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2021-ci il tarixli qərarından məhkum kassasiya şikayəti verərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayətində qeyd etmişdir ki, əməlinin AR CM-nin 29,120.2.4 maddəsi ilə tövsif edilməsi tamamilə qanunsuz və əsassızdır, ibtidai istintaq orqanı və həmçinin birinci və apellyasiya instansiya məhkəmələri onun əməlini düzgün qiymətləndirməyərək, əməlin t övsifində səhvə yol vermiş və son nəticədə o, əsassız olaraq uzun müddətli azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi və apelyasiya məhkəməsi işin faktiki hallarına uyğun nəticəyə gəlməmiş gəldikləri nəticə işin faktiki hallarına uyğun olmamaışdır. Belə ki, onun heç kimi xüsusi amansızlıqla öldürməyə niyyəti olmamış, zərərçəkmişin ailə üzvlərinin orada olmasından xəbərsiz olmuşdur. Lakin məhkəmələr sübutlara düzgün qiymət vermədən, heç bir araşdırma aparmadan, habelə zərərçəkmiş şəxsin fərqli ziddiyyətli ifadələri məhkəmə onların ifadələrini təhrif etmişdir. Beləliklə birinci instansiya və apellyasiya məhkəməsi işin faktiki hallarını nəzərə almamış sonda əsasız olaraq şəxsin əməlini düzgün tövsif e tməmişlər Məhkum kassasiya şikayətində qeyd olunanların nəzərə alınmasını, barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin 31 may 2021-ci il tarixli qərarının ləğv edilməsini və əməlinin Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsindən həmin məcəllənin 29,120.1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyasında müəyyən edilmiş minimum həddə cəza təyin edilməsi xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiə tərəfinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət v ə cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsəl ələrinə öz münasibətini bildirir. Kassasiya şikayətində mübahisələndirilən məsələ məhkumun əsassız olaraq CM-nin 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinməsidir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətiri b çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun əsassız olaraq CM-nin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etmə sə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Məhkum həmin Məcəllənin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinmiş, yəni, xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qqəsdən adam öldürməyə cəhd cinayətini törətməyə görə cinayət məsuliyyəti cəlb olunmuşdur. İş materiallarında olan, apellyasiya instansiya məhkəməsinin istintaqı zərərçəkmiş şəxs Elsevər Qurbanov ifadəsində göstərmişdir ki, o, həqiqətən kənddə artezian quyusunu işlətmiş, artezianın suyunun tənzimlənməsi, paylanması və xarab olduğu hallarda təmiri ilə məşğul olmuşdur. Məhkum gah suyun pulunu ödəməmiş, gah da artezianın təmir pulunu verməmiş, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Adilin öz qardaşı Maqsud da ona zəng edib Adilin arteziana gəldiyini deyib dava-dalaş olmasın deyə oradan getməsini demiş, o da bild irmişdir ki, o öz işləri ilə məşğuldur, lazımdırsa gəlib qardaşını özü aparsın. Buna baxmayaraq, Adilin silahla gələ biləcəyini düşünüb arteziandan təxminən 200 metr aralıda olan əkin sahəsindəki olacağına getmişdir. Həmin vaxt oğlu Hüseyn, qardaşı Eldəniz və sonuncunun oğlu Oruc əkin sahəsində olmuş, orada işləmişlər. Bir qədər sonra Adil ona zəng edib artezianın yanında olduğunu deyib oraya gəldiyini bildirmiş, o Adilin artezian tərəfdən əlində silah gəldiyini görüb tez oğlunu, qardaşını və qardaşı oğlunu olacağa keçirmişdir. Bu zaman olacaqda qonşu kəndin sakinləri Rəhman, Elsevər və Cavanşir də olmuş, sonuncular günorta naharı edib dincəlmişlər. O olacağın qapısının ağzında olarkən Adil ona zəng etmiş, ona demişdir ki, silahı götürüb gəlsin söhbət etsinlər. O Adilin yanına getməkdən im tina etmişdir. Bu anda görmüşdür ki, Adil olacaqdan təxminən 160-170 metr aralıda yerə uzanıb olacaq tərəfi silahla nişan alır. O dərhal olacağa tərəf keçmək istəmiş, bu zaman ilk açılan atəşin yanından ötüb keçdiyini hiss etmiş, buna baxmayaraq olacağa daxil ola bilmişdir. Bundan sonra Adil ikinci dəfə atəş açmış, ikinci atəş olacağın şiferinə dəymişdir. Həmin vaxt olacaqda olan qonşu kəndin sakini X31 sakitləşdirmək üçün olacaqdan bayıra çıxmaq istəyərkən Adilin növbəti atəşi açılmış və birdən görmüşdür ki, Elsevər yerə yıxılmışdır. Dərhal Elsevəri içəriyə doğru çəkib ona yardım göstərməyə başlamışlar. Daha sonra Adilin 1 yaxud 2 atəşi açması səsi də gəlmiş, ondan sonra atəş açılmamışdır. Onu da qeyd etmək istəyir ki, Adillə aralarında mübahisə yarandığından, Adilin əlində silah olduğunu görmüş, bu səbəbdən atəş açılan vaxt ailə üzvlərini olacağa göndərmişdir. Bundan başqa, iş üzrə qanuni qərar qəbul olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş, Apellyasiya instansiya məhkəməsinin iclasında ifadəsi elan olunaraq araşdırılmış zərərçəkmiş şəxs Elsevər Kazımov ifadəsində göstərmişdir ki, Samux rayonunun Çobanabdallı kəndində yaşayır, kəndin ərazisində əkin sahələri olduğu üçün hər il bu sahələrin əkilib-biçilməsi ilə məşğul olur. 15 may 2018-ci il tarixdə tarixdə əkin sahəsində olmuş, günorta naharına qədər işlədikdən sonra qonşu Qarabağlar kəndi sakini Elsevər Qurbanova məxsus olacaqda yemək yeməyə və istirahət etməyə keçmiş, həmin vaxt orada həmyerliləri Cavanşir və Rəhman da olmuş, onlar birlikdə olacaqda kölgələnib istirahət etmişlər. Bir qədər keçmiş içəri Els evər, Eldəniz və onların övladları da daxil olmuş, Elsevər Adil adlı həmkəndlisinin onlara atəş açdığını bildirmiş və olacaqdan bayıra çıxmamışdır. Onlar olacaqdan bayıra boylandıqda Adilin aralıda əlində silahla dayanıb onlar olan istiqaməti nişan aldığını gördüklərini, Adilin onların olduğu tikili (olacaq) istiqamətinə daha 3-4 dəfə atəş açdığını, həmin atəşlər arasında təxminən 5-6 saniyə vaxt keçdiyini, açılan atəşin səsindən hiss Adilin əlindəki silahın adi ov tüfəngi olmadığının aydın olduğunu, belə ki, ov tüfəngi ilə atəş açılarkən gurultu ilə səs çıxdığını, Adilin əlindəki silahdan açılan atəş zamanı isə nazik səs çıxdığını, həm də ki, Adilin təxminən 150-170 metr aralıda dayanıb onlar tərəfə atəş açdığını, ov tüfəngindən açılan atəşin isə bildiyinə görə 50-70 metr məsafə ancaq qət edə bidiyini, buna görə də əminliklə Adilin əlində olan silah ov tüfəngi deyil, çox güman ki, kiçik kalibrli uzun məsafəyə atəş aça bilən el arasında “melkaşka” və ya “osabyak” deyilən silah olduğunu deyə bildiyini, Adilin əlində silah olduğunu bildikləri üçün qorxularından heç kiminin bayıra çıxa bilmədiyini, Atəş səsi kəsilən kimi olacağın qapısını açıb çölə çıxdığını və elə həmin andaca Adilin yenidən atəş açdığını, tez içəri girmək istədikdə güllənin harasa dəyərək “tık” deyə səs çıxardaraq gəlib onun sol boyun nahiyəsinə dəydiyini və olacağın qarşısında yerə yıxıldığını, olacaqda olan adamların bunu görən kimi köməkləşib onu qapının ağzından çəkib olacağa saldıqlarını və stola əyləşdirib onun boynunu sarıdıqlarını, həmin vaxt daha bir atəş səsi eşidildiyini, özünü qan apardığını görü b tez aşağı əyilərək qapıdan çıxıb olacağın arxa tərəfinə keçdiyini və Cavanşirin orada saxladığı “Ford” markalı avtomobilə mindiyini, daha sonra Cavanşirin onu Gəncə şəhəri Beynəlxalq xəstəxanaya apardığını və həmin xəstəxanada onu əməliyyat etdiklərini bildirmişdir. Bundan başqa, iş materiallarından görünür ki, məhkum 19 iyul 2018-ci il tarixdə verdiyi ifadəsində "... mən də Elsevərin sözündən bərk əsəbləşdim və əlimdə olan işi yarımçıq qoyub evə gəldim ki, evdə olan silahı götürüb "Sarışın" yanına gedib onunla söhbət edərək onu vurub öldürüm.... Mən Elsevəri öldürmək istəyim barədə əvvəlcədən heç kimə xəbər verməmişdim... Lakin silah ilə Elsevəri öldürməyə getməyim barədə qardaşım Maqsuda da bir şey demədim. Elsevərin nəzarət etdiyi artezianın yanına çatıb öz nömrəmdən Elsevərə zəng e dib ona bildirdim ki, artezianın yanındayam silahı götür gəl bura, görüm məni necə başa salacaqsan. Həmin vaxt gördüm ki, Elsevər 2-3 nəfər ilə birlikdə öz torpaq sahəsində tikdiyi olacağın yanındadır. Mən özüm ilə gətirdiyim silaha güllə qoyub Elsevəri nişan aldım. Elsevər mənim onu nişan aldığımı görüb atəş səsini eşidən kimi tez qaçıb olacağa girdi. Güllə ona dəyməyib yanından keçdi..." deyə bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə qəsdən adam öldürmə cinayət əməli nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışsa, cinayət etməyə cəhd hesab edilir. “Qəs dən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında isə izah olunur ki, “Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onu n şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər” (qərarın 8-ci bəndi). Həmin Qərarın 8-ci bəndində həmçinin qeyd olunmuşdur ki, “Ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur. Ümumi təhlükəli üsulla adam öldürməyə ya ndırmaqla, partlatmaqla, zəhərləməklə, dağıtmaqla, qəzalar törətməklə, zərərçəkmiş şəxsi qətlə yetirmək məqsədilə onun olduğu qapalı yerə qaz buraxmaqla, kütləyə nizamsız atəş açmaqla adam öldürmə hallarını aid etmək olar.” Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum CM-nin 29, 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, məhkumun qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilərək əsaslı nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Konstit usiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kolle giyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayəti təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.2.4, 128, 228.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhk um olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin 31 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-60/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-60/2022
19.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver