Məhkəmə qərarları › İş №1(102)-60/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-60/2024

17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-60/2024 17.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apelyasiya Məh kəməsinin Cinayət kollegiyasının 16 iyun 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Novruz Kərimov (sədrlik edən), hakimlər Rasim Sadıxov və Azər Paşayevdən ibarət tərkibdə) 11 mart 2022-ci il tarixli, 1(101)-173/2022 nömrəli hökmü ilə xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3 və 240.1-ci maddələri ilə təqsirl i bilinib CM-in 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 240.1-ci maddəsi ilə 1 (bir ) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinin tələbələrinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 09 aprel 2021ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 2021-ci ilin təxminən aprel ayının birinci yarısında Bakı şəhəri, satış məqsədi ilə qanunsuz olaraq başqa mənbədən təmiz çəkisi 0,127 qram narkotik vasitə tiryək, narkotik vasitələrə və ya psixotrop maddələrə aid o lmayan güclü təsir edən maddələr 2 (iki) ədəd tramadol kapsulları, 25 ədəd tramadol tabletləri və 6 (altı) ədəd preqabalin kapsullarını, habelə külli miqdarda ümumi təmiz çəkiləri 2,066 qram narkotik vasitə olan heroin və 3203,248 qram qurudulmuş marixuana, 5,374 qram psixotrop maddə olan metamfetamin əldə edərək yaşadığı ünvan 1 ünvanında yerləşən evin qarajından saxlanc yeri kimi istifadə etməklə saxlamış, həmçinin əldə etdiyi həmin maddələrdən 02 ədəd bükümdə ümumi təmiz çəkisi 0,818 qram narkotik vasitə olan heroin və təmiz çəkisi 1,217 qram qurudulmuş marixuana, 3,662 qram psixotrop maddə olan metamfetamin, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr olan 02 ədəd preqabalin kapsulu və 1 (bir) ədəd tramadol tabletini üzərində saxlamaqla daşımış, Bakı şəhər Suraxanı RPİ-nin 33-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 09 aprel 2021-ci il tarixdə saat 17-da ünvan 1 ünvanında yerləşən evin qarşısında saxlanılıb Suraxanı RPİ-nin 33-cü Polis bölməsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış həyata keçirilən zaman əynində olan qara rəngli şalvarın yan ciblərindən kimyəvi tərkiblərinə görə eynilik təşkil edən 2 (iki) ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,115 qram və 0,703 qram ümumi təmiz çəkiləri 0,818 qram narkotik vasitə olan heroin, bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 1,217 qram narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd kibrit qutusunda 2 (iki) ədəd tərkibində 0,6 qram güclü təsir edən maddə preqabalin olan üzərlərində “Galara...Pregabal in” göstəriciləri olan blister kəsiklərində ümumilikdə 2 (iki) ədəd ağ/qırmızı rəngli dərman kapsulları və tərkibində 0,225 qram güclü təsir edən maddə tramadol olan üzərində “Royal...Tramadol” göstəriciləri olan 01 ədəd blister kəsiyində 1 (bir) ədəd qırmızı rəngli tablet aşkar edilərək götürülmüş, külli miqdarda 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,105 qram, 0,121 qram, 3,436 qram ümumi təmiz çəkiləri 3,662 qram psixotrop maddə olan metamfetamin, həmçinin yaşadığı evin qarajına keçirilən baxış zamanı sonuncunun qabaqcadan həmin yerdə saxladığı üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin və qurudulmuş marixuana, psixotrop maddə olan metamfetamin, güclü təsir edən maddə olan preqabalin və tramadolla kimyəvi tərkiblərinə görə eynilik təşkil edən 7 (yeddi) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkilən 0,092 qram, 0,265 qram, 0,176 qram, 0,111 qram, 0,256 qram, 0,131 qram, 0,217 qram, ümumi təmiz çəkisi 1,248 qram narkotik vasitə olan heroin, bir ədəd kibrit qutusunda təmiz çəkisi 2,031 qram və bir ədəd sellofan paketdə təmiz çəkisi 3200 qram, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,127 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, 09 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,760 qram, 0,139 qram, 0,144 qram, 0,193 qram, 0,020 qram, 0,137 qram, 0,159 qram, 0,154 qram, 0,006 qram, ümumi təmiz çəkiləri 1,712 qram psixotrop maddə olan metamfetamin, tərkibində 5,4 qram güclü təsir edən maddə tramadol olan üzərində “Royal...Tramadol” göstəriciləri olan 2 (iki) ədəd bütöv və 2 (iki) ədəd blister kəsiklərində ümumilikdə 24 ədəd qırmı zı rəngli tabletlər, tərkibində 1,2 qram güclü təsir edən maddə preqabalin olan 4 (dörd) ədəd üzərlərində “Galara...Pregabalin” göstəriciləri olan blister kəsiklərində ümumilikdə 4 (dörd) ədəd ağ-qırmızı rəngli və tərkibində 0,1 qram güclü təsir edən maddə tramadol olan üzərində “Tramadol 50mq” göstəriciləri olan 1 (bir) ədəd blister kəsiklərində ümumilikdə 2 (iki) ədəd ağ-göy rəngli dərman kapsulları, külli miqdarda ümumi təmiz çəkisi 3202,031 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İbrahim İbrahimli (sədrlik edən və məruzəçi), Zəki Babayev və Ziya Şirinov) 5 oktyabr 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Vidadi Cəfərov (sədrlik edən və məruzəçi), Şahin Yusifov və Tahir Kazımovdan ibarət tərkibdə) 16 mart 2023-cü il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarı məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinə əsasən ləğv edilmiş, cinayət işi apelyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Qədim Babayev (sədrlik edən və məruzəçi), hakimlər İlqar Murquzov və Anar Tanrıverdiyevdən ibarət tərkibdə) 16 iyun 2023-cü il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsi nin 11 mart 2022-ci il tarixli, 1(101)-173/2022 nömrəli hökmü dəyişdirilmiş, hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 7 (yeddi) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasının müddəti 05 (beş) il 06 (altı) aya endirilmiş, Hazırki qərarla CM-in 234.4.3-cü maddəsi ilə təyin olunan və hökmlə CM-in 240.1-ci maddəsi ilə təyin olunmuş cəzaları CM-in 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəza təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin 16 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsini və Məhkum elan olunmuş Azərbaycan Respublikası CM -in 234.4.3 və 240.1-ci maddələri ilə bəraət verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı4 kassasiya protesti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apelyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı4 kassasiya protestinin dəlillərini onunla əsaslandırmışdır ki, məhkəmələr təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyəti ilə bağlı hallar əsassız olaraq cəzanı yüngülləşdirən kimi qiymətləndirmişdir. Belə ki, təqsirləndirilən şəxsin “ilk dəfə cinayət törətməsi” ancaq onun davranış və hərəkətləri təhlil olunduqdan sonra cəzanı yüngülləşdirən hal və davranışının adekvat qiymətləndirilməsi kimi qəbul edilə bilər. Belə olan halda məhkumun cəzasının əvvəllər cinayət törətməməsi əsası ilə azadlıqdan məhrum etmə cəzasının iki il azaldılması qəbul edilən hal deyildir. İlk dəfə cinayətin törədilməsi heç də bütün situasiyalarda cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilməməlidir, bu hallar CM-nin 59.2-ci maddəsinə uyğun olaraq konkret işin şəxsiyyəti və davranışı səciyyələndirən əsasları ilə hökmdə, yaxud yekun qərarda ifadə olunmalıdır (hazırki işdə isə belə əsaslandırmalar yoxdur və məhkəmə qərarında ümumi sözlərlə və tələbnaməyə əsaslanmaqla kifayətlənmişdir). Birinci instansiya məhkəməsində şəxsin himayəsində iki azyaşlı uşağının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi qəbul edilmiş və cəza təyini zamanı nəzərə alınmışdır. Son olaraq, məhkəmənin müəyyən etdiyi cəzanı yüngülləşd irən halla törədilmiş cinayət əməlinin xarakteri arasındakı uyğunsuzluq mövcuddur. Məlumdur ki, CM-in 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməli ağırlığına görə CM-in 15-ci maddəsinə əsasən az ağır və ağır cinayətlər kateqoriyasına aiddir və bu hal mübahisəsizdir. Eyni zamanda, həmin cinayət əməli xarakterinə görə bilavasitə ictimai təhlükəsizliyi qoruyan sosial münasibətlər sisteminə qəsd edən cinayətdir, əlavə olaraq əməlin ictimai təhlükəliliyi fərdin özü ilə bərabər digər cəmiyyət üzvlərinin, vaxtında düzgün tədbirlər görülməsə, bütövlükdə sosial mühitin sağlamlığının da təhlükəyə alınması ilə xarakterizə oluna bilər. Məlum olduğu kimi, Məhkum üzərindən həm narkotik vasitə olan marixuana, heroin, psixotrop maddə olan metamfetamin, həmçinin güclü təsir edici dərman həbləri aşkar edilərək götürülmüşdür. Eyni zamanda Məhkum yaşadığı evin qarajından müxtəlif növ narkotik vasitələr tiryək, heroin, qurudulmuş marixuana, psixotrop maddə olan metamfetamin, müxtəlif güclü təsir edici dərman həbləri aşkar edilmişdir. Aşkar edilən narkotik vasitələrin miqdarına (0,127 qr tiryək, 2,066 qr heroin və 3203,248 qr qurudulmuş marixuana ) diqqət yetirmək kifayətdir ki, apelyasiya məhkəməsi tərəfindən ona təyin edilən cəzanın ədalətli olmaması, cəzanın məqsədinə nail olunmasına xidmət etmədiyi aşkardır. Göründüyü kimi, Məhkum təyin edilmiş cəzanın növü həm onun, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuş, eyni əmələ görə məhkum olunmuş digər şəxslə rin islah olunmasına mənfi təsir göstərməklə yanaşı, həm də cəzasızlıq şəraitinə yol açmışdır. Nəticədə isə, eyni cinayət əməlləri törətmiş və barəsində oxşar yüngülləşdirici hallar olan şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cinayət qanununun xəbərdaredici funksiyasının əhəmiyyətinin itirilməsi təhlükəsi yaranmışdır. Məhkəmə kollegiyası cinayət qanunvericiliyin əsas prinsipi olan ədalət prinsipinə əməl etmədən, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsi, xarakterini, işin hallarını nəzərə almadan Məhkum ədalətsiz və cəzanın məqsədlərini təmin etməyən cəza təyin etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır k i, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, təhqiqat və istintaq zamanı Məhkum ifadələrində göstərmişdir ki, onda aşkar edilmiş marixuana və metamfetamini şəxsi istifadə etmək üçün əldə etmiş, onların satışı ilə heç bir vaxt məşğul olmamış və satmaq məqsədi də olmamışdır. Lakin birinci instansiya məhkəməsində Məhkum verdiyi ifadələrində göstərmişdir ki, qarajda aşkar olunan yarım qram metamfetamin və yarım qram marixuana narkotik vasitələrdən başqa digər narkotik vasitələr ona məxsus olmamışdır. Apelyasiya məhkəməsinə şahid qismində dindirilmiş Məhkum anası X3 və qonşusu X9 ifadələrində Məhkum polis əməkdaşları tərəfindən qarajdan aparıldığını və qarajın qapısı açıq olmaqla mühafizəçi qismində polis əməkdaşanının orada saxlandığını, bir neçə dəfə polis ə məkdaşlarının qaraja gəlib getmələrini və bir neçə saatdan sonra Məhkum qaraja gətirilib orada baxış keçirildiyini göstərmişlər. Göründüyü kimi qarajda baxış keçirənə kimi polis əməkdaşlarının daxil olma imkanları olmuş və iş üzrə həmin xüsusatların araşdırılmaması şübhəli halların mövcudluğundan bəhz edir. Şəxsi axtarış zamanı götürülmüş əşyalar prosessual pozuntu ilə götürülmüş, götürülən ot kütləsi, üç ədəd həb, 5 ədəd bükümdə olan maddə təsvir olunmamış, dəqiq ölçülməmiş, sadəcə olaraq götürülməsi qeyd olunmuş, qablaşdırma prosessual tələblərə uyğun aparılması protokolda öz əksini tapmamışdır (c.1 i.v.29-30). Yalnız ekspertizanın rəyinin giriş hissəsində zərfə bükülüb nömrələnmiş vəziyyətdə olması qeyd edilmişdir. Protokolun təhlili ona dəlalət edir ki, qablaşdırma həmin vaxt Məhkum və digər iştirakçıların yanında qablaşdırılmamış, qablaşdırma təhqiqatçı tərəfindən kənarda edilmişdir. Həmçinin maraqlıdır ki, necə olub ki, Məhkum cibində olan bu qədər narkotiki növbətçi hissə onun üstünü yoxlayarkən aşkar etməmişdir. Təlimata əsasən kənar şəxs polis idarəsinə, bölməsinə daxil olmaq istədikdə şifahi qaydada onun üstü yoxlanılır, telefon və digər elektron daşıyıcı qurğular, hətta siqaret və yandıran götürülüb növbətçi hissədə saxlanılır. Qeyd olunanlar şübhə doğuran hallardı. Şəxsi axtarış zamanı təhqiqatçı aşkar olunan əşyaları narkotik vasitələrə bənzərtmişdirsə onda mütləq qaydada tələb olunurdu ki, onların miqdarı dərhal yerində axtarış zamanı tərəzi ilə müəyyən edilsin. Çünki əgər götürülən əşya narkotikdirsə onun miqdarından asılı olaraq əməl tövsif olunmalıdır. Odur ki, bu qaydada götürülmüş sübutlar əhəmiyyətsiz sübutlar hesab olunmalı, mötəbərliliyi şübhə altına salındığından sübutlar siyahısından çıxarılmalıdır. Şəxsin yaşadığı dəqiq ünvan əməliyyatçılara məlumdur, etimad doğuran və qərəzsiz mənbədən məlumat daxil olur ki, Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur, satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək saxlayır və daşıyır və məhz bu məqsədlə həmin şəxsin yaşadığı ünvana baxış keçirilməsi qərara almır, lakin hər hansı bir səbəb və əsas göstərilmədən küllü miqdarda narkotik vasitənin və psixotrop maddənin saxlanması ehtimalı olan ünvana baxış keçirilmir. İşin bu halı da ittiham tərəfinin sübutlarına sarsıdıcı zərbə vurmaqla, həmin sübu tların mötəbərliyini şübhəli vəziyyətə gətirir. Bundan başqa, 09 aprel 2021-cı il tarixdə təhqiqatçı tərəfindən Məhkum yaşayış yerinin köməkçi sahəsi hesab olunan qarajda aparılan axtarışın cinayət prosessual qanunvericiliyin tələblərinə zidd olduğu aşkar sürətdə cinayət işinin materiallarından görünür. Belə ki, CPM-in 177-ci maddəsində başlanmış cinayət işi üzrə istintaq hərəkətlərinin məcburi aparılması hüququ tənzimlənir. Həmin maddənin 177.3-cü maddəsində digər istintaq hərəkətləri ilə yanaşı “yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, axtarış, götürmə və digər istintaq hərəkətlərinin aparılmasında bir qayda olaraq məhkəmə qərarının alınması tələb olunur. Azərbaycan Respublikası CPM-in 177.4-cü maddəsi müstəntiqə “yaşayış yerində, xidməti və ya istehsalat binalarında ba xış, axtarış və ya götürmə aparılması - bu Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar və hallar olduqda;” icazə verir ki, məhkəmənin qərarı olmadan öz qərarı əsasında həmin istintaq hərəkətini məcburi qaydada aparsın. Beləliklə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər üzrə yaşayış yerində axtarışın aparılması yalnız məhkəmənin qərarı əsasında aparılmalı olduğu halda qanunsuz olaraq məhkəmənin qərarı olmadan aparılmışdır. Cinayət prosessual qanunun tələbinə görə cinayət işi başlanmadan yaşayış yerində axtarışın aparılmasına qadağa qoyulmuşdur. Konkret cinayət işi üzrə həmin qadağaya əməl edilməmişdir. 09 aprel 2021-ci ildə təhqiqatçı tərəfindən Məhkum yaşayış yerində axtarış keçirilmiş, 10 aprel 2021-ci ildə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Qeyd olunan prosessual sənədlərdən görünür ki, cinayət işi başlanılmadan yaşayış yerində axtarış keçirilmiş və qarajdan narkotik vasitələr və psixotrop maddələri aşkar edilmişdir. Qeyd olunan sübutlar qanunsuz əldə edildiyindən sübutlar siyahısından çıxarılmalıdır. Məhkum verilən ittihama əsasən subyektiv cəhətə aid olan narkotik vasitələrin və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin satış məqsədi ilə əldə olunması cinayət işinin materialları ilə sübuta yetirilməmişdir. Belə ki, Məhkum alıcı ilə kontaktı müəyyən edilməmiş, telefon nömrəsində olan Watsapp proqramında narkotik vasitə ilə bağlı yazışmalar və bank kartından pulun digər karta köçürülməsi faktı müəyyən edilməmişdir. Məhkum ifadəsində göstərilən xüsusatla rı obyektiv yoxlamaq məqsədi ilə Şahid4 dindirilməsinə zərurət olsa da bununla bağlı verilmiş vəsatət də təmin olunmamışdır. Bundan başqa, məhkəmə Məhkum anası Rəhanət Məcidovanın və qonşu Fuad Səfərovun məhkəmədə verdikləri ifadələrinin təhlilini ittiham yönüllü aparmışdır. Belə ki, hər iki şahid Məhkum polis əməkdaşları tərəfdən qarajdan aparıldığını və qapısı açıq vəziyyətdə olan qarajın bir neçə saat ərzində polisin müşahidəsi altında olmasını təsdiq etmişlər. Fuad Səfərov məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, qonşusu Məhkum polis əməkdaşları tərəfindən aparıldığını uşaqlarından bilib məhləyə çıxmış və artıq Məhkum aparıldığını və açıq qapısı olan qarajın qarşısında polis əməkdaşının olduğunu və özünə məxsus telefon aparatlarını qarajdan götürmək istədikdə polis əməkdaşı onu daxilə buraxmamışdır. Eyni ilə Rəhanət Məcidova ifadə vermiş, sadəcə olaraq həyəcanlı olduğundan qonşusu Fuadın qarajın yanına gəlib-gəlməməsini görmədiyini bildirmişdir. Bu halı məhkəmə ifadələr arasında ziddiyyət kimi qəbul etmiş və ifadələrə tənqidi yanaşmışdır. Halbuki polisin orada olmasına və həmin vaxt qarajın qapısının açıq olmasına dair ifadələri fərqli olmamışdır. Məhkum həmin yerdən aparılmasından iki ilə yaxın müddət keçdiyindən şahidlər hadisənin detallarını tam xatırlamaya da bilərdilər. Hər iki şahid ittihamın həlli və iş üçün əhəmiyyətli olan xüsusatları, yəni Məhkum küçədən yox, qarajdan aparıldığını, qarajda aparılan axtarışa qədər həmin yerdə açıq qapısı olan qaraj polis əməkdaşının nəzarətində olmasını, bu ifadələrlə sonradan aşkar olunan sübutların mötəbərliliyinini şübhə altına salmalarına baxmayaraq, məhkəmə bu ifadələri əhəmiyyətsiz ifadə kimi hesab etmiş, ən azında qonşu Fuad Səfərovun ifadəsinin yalan olması qənaitinə gəlib onun əməlinə hüquqi qiymət verməli olduğu halda bu məsələyə heç bir münasibət bildirməmişdir. Həmçinin, apelyasiya məhkəməsi razılaşmışdır ki, qarajdan və şəxsin üzərindən götürülən maddi sübutlar detallı təsvir edilməmişdir. Məhkəmənin əsaslandırmasına əsasən əməliyyat-axtarış tədbilrərinin həyata keçirilməsinə dair qərar səlahiyyətli şəxs tərəfindən tərtib olunmadığından təhqiqatçı haqqında xüsusi qərarın çıxarılması kifayət etmiş, axtarış zamanı maddi sübutların çəkilməməsi, təsvir olunmaması və cinayət işi başlanmadan yaşayış sahəsində axtarışın keçirilməsi ittihama təsir etməmiş və Məhkum təqsiri sübuta yetdiyi üçün bəra ət hökmün çıxarılmasına əsasların olmaması qət edilmişdir. Lakin məhkəmə 09 aprel 2021-ci il tarixdə yaşayış yerində axtarışın keçirilməsinə və sonra, yəni 10 aprel 2021-ci il tarixdə cinayət işinin başlanmasına ümumiyyətlə münasibət bildirməmişdir. Məhkəmə Məhkum ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadələrinin işin faktiki hallarına uyğun ifadələr kimi qiymətləndirib həmin ifadələri sübut kimi nəzərə alınmasını əsaslı hesab etmişdirsə, onda Məhkum satış məqsədi olmadan şəxsi istifadə üçün onda aşkar olunmuş narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin istifadə etməsini də əsaslı saymalı idi. Məhkəmə mütləq qaydada hansı hissədə Məhkum istintaqa verdiyi ifadəsini nəzərə almasını və hansı hissədə nəzərə almamasını, aşkar olunmuş narkotik vasitələrin və psixotrop və güclü təsir edən maddələrin yalnız həcminə görə ittiham hökmü çıxarmamalı idi, həmçinin onların satış məqsədi ilə əldə olunmasını əsaslandırmalı və buna dair sübutları qeyd etməli idi. Lakin sübutlar mövcud olmadığından formal olaraq “sübuta yetirilmişdir” cümləsindən istifadə etməklə kifayətlənmişdir. Beləliklə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamışdır. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi” haqqında qərarın qanunsuz olduğu Suraxanı Rayon Məhkəməsi tərəfindən müəyyən edildiyindən həmin qərar əsasında aparılan tədbirlər qanunsuz hesab edilməli və bu tədbir nəticəsində cinayətin obyektinə aid əldə olunan predmet sübut kimi qəbul oluna bilməz. Bu tələb müdafiə tərəfin fantastik arzularından irəli gəlmir, həmin tələb cinayət qanununun mü dəalarından irəli gəlir. Göründüyü kimi 09 aprel 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarın qanuniliyi şübhə doğurur və bu şübhələrin aradan qaldırılması mümkün olmadığından təqsirləndirilən şəxsin xeyrinə təsvir olunmalıdır. Bununla yanaşı müdafiə tərəfi qeyd edir ki, əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərarda konkret olaraq hansı tədbirin keçirilməsi göstərilməmiş, mücərrəd cümlələrdən istifadə edilmişdir. Həmin qərar məhkəmə tərəfindən məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanunauyğun hesab edilməmişdir həmçinin ona görə ki, E.İsmayılov yalnız tutulmuş və o, polis şöbəsinə gətirilərək baxışa və şəxsi axtarışa məruz qalmışdır. Lakin CPM-in 445.1-ci maddəsində məhkəmənin qərarı əsasında həyata keçirilən əməliyyat axtarış tədbirlə ri sırasında şəxsin üzərində axtarış keçirilməsi adlı əməliyyat axtarış tədbiri nəzərdə tutulmamışdır. Yuxanda göstərilənlərə əsasən müdafiə tərəfi hesab edir ki, 09 aprel 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar səlahiyyətli şəxs tərəfindən qəbul olunmadığından və qərar saxtalaşdırıldığından həmin qərar əsasında əldə olunmuş sübutlar və 09 aprel 2021-ci il tarixdə yaşayış yerində axtarışın aparılmasına dair qərar cinayət işi başlanmadan tərtib olunduğundan və həmin tarixdə qərar icra olunduğundan həmin qərar əsasında əldə olunmuş sübutlar qanunsuz hesab edilərək sübutlar siyahısından çıxarılmalı və Məhkum elan olunmuş Azərbaycan Respublikası CMin 234.4.3 və 240.1-ci maddələri ilə bəraət hökmü çıxarılmalıdır. Məhkəmə kollegiyası işin materialla rını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Müdafiəçi2 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkuma elan edilmiş ittihamda təqsiri məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, birinci instansiya məhkəməsi sübutları Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə uyğun tədqiq etmədən qərəzli mövqe tutaraq, mümkün olmayan sübutlara əsaslanıb onun barəsində qanunsuz və əsassız olaraq ittiham hökmü çıxarmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı cinayət i şinin materialları araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsiri yalnız məhkəmə istintaqında tədqiqi edilmiş sübutlara əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplan mış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, Məhkum ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də onun, qeyd olunan maddələrlə təqsiri cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla – onun özünün ibtidai istintaq zamanı verdiyi ilkin ifad ə, şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, ekspertiza rəyləri, axtarış və götürmə haqqında protokolları və maddi sübutlarla tam sübuta yetirilmişdir. Apelyasiya instansiyası məhkəməsi də apelyasiya şikayəti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin işin halların müəyyən edilməsi və məhkumun elan edilmiş ittiham üzrə təqsirli olmasına dair gəldiyi nəticə ilə tam razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apelyasiya instansiyası məhkəmələri əməlin tövsifi və təqsirləndirilən şəxsin cinayəti törətməsində təqsirliliyi barədə iş üzrə düzgün nəticəyə gəlmişlər. Kassasiya şikayətində qeyd edilmişdir ki, hazırki cinayət işi ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri qanun pozuntusu ilə aparılmış, Məhkum üzərində və ona məxsus olan qarajda aşkar ed ilmiş maddi sübutlar – narkotik vasitələr və güclü təsir edən maddələr axtarış aparılması barədə protokollarda təhqiqatçı tərəfindən təsvir edilməmiş, onların miqdarı protokolda qeyd edilməmiş, qarajın açıq və polis əməkdaşların sərəncamında uzun müddət qaldıqdan sonra orada axtarış aparılmışdır. Ona görə əməliyyat-axtarış tədbirləri və qarajda axtarış nəticəsində əldə edilmiş sübutlar əhəmiyyətsiz və etibarsız hesab edilməlidir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinə Məhkum barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar əlavə edilsə də, hər hansı bir əməliyyat-axtarış tədbirin keşirilməsi barədə sənədlər cinayət işinə əlavə edilməmiş, əməliyyat-axtarış qrupuna daxil edilmiş polis əməkdaşları yalnız Məhkum olduğu yeri müəyyən edib onu polis b ölməsinə gətirmişlər. Maddi sübutlar isə təhqiqatçı tərəfindən cinayət-prosessual qanunvericiliyinə əsasən istintaqa qədər aparılmış yoxlama zamanı aşkar edilərək götürülmüşdür. Ona görə də əməliyyat-axtarış tədbirləri nəticəsində hazırki cinayət işi üzrə heç bir sübut əldə edilməmişdir. Məhkumun üzərində və onun qarajında axtarış zamanı aşkar edilmiş narkotik vasitənin və güclü təsir edən maddənin təhqiqatçısı tərəfindən protokollarda ətraflı təsvir edilməməsi həmin istintaq hərəkətlərin nəticələrin qanunsuz olmasına dəlalət edən hal kimi çıxış edə bilməz. Bununla əlaqədar qeyd edilməlidir ki, axtarış zamanı aşkar edilərək götürülmüş narkotik vasitələr və güclü təsir edən maddələr qablaşdırılaraq ekspert tədqiqatına verilmiş və ekspertiza rəyində onların növləri və miqdarı dəqiq müəyyən e dilmişdir. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, uzun müddət qarajın qapıları açıq vəziyyətdə və polisin nəzarəti altında olduğundan orada keçirilmiş axtarışın nəticəsində əldə edilmiş sübutlar da mötəbər hesab edilə bilməz. Apellyasiya məhkəməsində kassasiya şikayətinin bu dəlili ilə əlaqədar araşdırma aparılmışdır. Belə ki, şahid qismində dindirilmiş məhkumun anası X4 göstərmişdir ki, hadisə vaxtı o evdə olmuşdur. Polis əməkdaşları oğlu Məhkum1 apardıqdan sonra o, qarajın yaxınlığında daşın üstündə oturub gözləmişdir. Qarajın qapısında polis əməkdaşı durmuş və heç kimi qarajın içinə buraxmamışdır. Bir neçə saatdan sonra polis əməkdaşları Məhkum1 birlikdə gəlmişlər və qaraja daxil olmuşlar. Şahidin ifadəsindən görünür ki, Məhkum tutulmasından sonra qarajın qapısı açıq olsa da axtarış aparılanadək qaraja heç kim daxil olmamışdır. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayəti ilə razılaşmayaraq nəticəyə gəlir ki, hazırki cinayət işi üzrə Məhkum elan edilmiş ittihamda təqsiri müəyyən edən sübutların mötəbərliyini şübhə altına almaq əsaslar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, məhkəmələrin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olma sını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apelyasiya instansiyasında apelyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də məhkəmə kollegiyası şikayətinin dəlillərini əsassız sayır. Məhkəmələr işin hallarını, yəni məhkumun üzərində və ona məxsus qarajda bir neçə növ narkotik vasitələrin, güclü təsir edən maddələrin və tərəzin aşkar edilməsini, narkotik vasitələrin və güclü təsir edən maddələrin miqda rını, habelə onun istifadəsində olan telefonun nömrələrinə ayrı-ayrı şəxslər tərəfindən kartına pul köçürülməsi barədə mesajların göndərilməsini nəzərə alıb düzgün nəticəyə gəlmişdir ki, Məhkum həmin narkotik vasitələri və güclü təsir edən maddələri məhz satış məqsədi ilə əldə edib saxlamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, Məhkum əməli CM-in 234.4.3 və 240.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apelyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apelyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkə n konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apelyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradıl mışdır. Yekun məhkəmə qərarları qəbul edilərkən məhkəmələr tərəfindən araşdırılmış sübutlara Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Kassasiya protestinin başlıca dəlili Məhkum cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, həmçinin cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmaması və nəticədə ona yüngül cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət tör ətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı nın 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı mad dələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləş dirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. İşdən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən himayəsində 30 sentyabr 2017-cı il təvəllüdlü Mədinə Məcidova və 25 avqust 2019-cu il təvəllüdlü Tofiq Məcidov olmaqla iki azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi, o cümlədən əməlində cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb ona CM-in 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 240.1-ci maddəsi ilə 1 (bir ) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum etmiş, CM-in 66.3-cü maddəsinin tələbələrinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Ape lyasiya instansiyası məhkəməsi apelyasiya şikayətini qismən təmin edərək Məhkum törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində iki azyaşlı uşağın olmasını və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq nəticəyə gəlmişdir ki, ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə daha yüngül cəza təyin etməklə onun islah olunmasına və cəzanın digər məqsədlərinə nail olmaq mümkündür. Bununla əlaqədar apelyasiya məhkəməsi Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təyin olunmuş 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasını 5 il 6 aya endirmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissə sinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə kollegiyasının fikrincə Məhkum apelyasiya məhkəməsi tərəfindən təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və məhkumun şəxsiyyətinə uyğun gəlir. Belə ki, Məhkum törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi analoji kateqoriya cinayətlərdən daha yüksək ictimai təhlükəlilik dərəcəsi ilə fərqlənmir, məhkumun cəzasını yüngülləşdirən hallar mövcuddur, cinayət işi üzrə Məhkum əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya m əhkəməsi işin hallarını və məhkumun şəxsiyyətini nəzərə alıb Məhkum təqsirli bilindiyi maddədə müəyyən edilmiş aşağı həddə cəza təyin etməklə onun islah oluna biləcəyi barədə nəticəyə gələrək həm milli qanunvericiliyinin normalarına, həm də Avropa Məhkəməsinin tövsiyələrinə düzgün əməl etmişlər. Məhkum təyin edilmiş cəza Azərbaycan Respublikası CM-in 41.1 və 58.3cü maddələrinin tələbləri baxımından açıq-aydın ədalətsiz cəza kimi qiymətləndirilə bilməz. Qərardan görünür ki, məhkəmə Məhkum təyin edəcək cəzanın növünü müəyyən edərkən məhkumun şəxsiyyətini və işin hallarını düzgün nəzərə almışdır. İşin materiallarında da Məhkum cəzasının ağırlaşdırılması üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya protestinin dəlilləri əsassızdır. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq m əhkəmə kollegiyası kassasiya protesti və kassasiya şikayəti ilə razılaşmayaraq həmin protest və şikayətin təmin edilmədən, Məhkum barəsində olan Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2023-cü il tarixli qərarının həm kassasiya protestinə, həm kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 20 23-cü il tarixli qərarı kassasiya protestinə və məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar