Məhkəmə qərarları › İş №1(102)-600/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-600/2020

30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-600/2020 30.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun Bəraət almış şəxs X və onun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abbaszadə Rəhim İsaq oğlunun iştirakları ilə xx xxxxxxx 1968-ci ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydi yyatda olmaqla yaşayan Xna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apelyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X15 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: S.İ.Əliyev (sədrlik edən), C.İ.Hüseynov və E.H.İsmayılov) X CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: V.C.Cəfərov (sədrlik edən), F.G.Zeynallı və M.Ə.Rzayev) apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü ləğv edilmiş, Xna qarşı irəli sürülmüş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmişdir. İşin halları: İş üzrə tərtib edilmiş ittiham aktına əsasən təqsirləndirilən şəxs X, istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında xx xxxx 2018-ci il tarixdə, saat 14 radələrində sonuncunun istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - təmiz çəkisi 2020 qram olan bir bağlamada əldə etdiyi, kustar üsülla hazırlanmış narkotik vasitə hesab edilən heroini 5000 manat pulun müqabilində məlum olmayan şəxsin deyəcəyi ünvana çatdırması üçün Xırdalan şəhəri 28ci məhəllə Qalubiyə küçəsində yerləşən 13 B saylı yaşayış binasının qarşısında həmin şəxsdən almaqla qanunsuz olaraq əldə edib üzərində saxlamış və Xırdalan şəhəri 28-ci məhəllə Qalubiyə küçəsində yerləşən Naxçıvan kafesinin qarşısına kimi üzərində daşımış və həmin yerdə Abşeron rayon polis şöbəsinin əməkda şları tərəfindən saxlanılaraq üzərinə keçirilmiş baxış zamanı bir ədəd göy rəngli polietilen torbanın içərisində əlində saxladığı narkotik vasitə hesab edilən həmin 2020 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxışının təyin edilməsi xahiş olunur. Protest müəllifi bildirir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən, habelə X2a CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair hökmün əsasını yolverilməz sübutlar təşkil etdiyindən hökm ləğv edilməlidir. Dövlət ittihamçısı hesab edir ki, apellyasiya instansiya məhkəməsi X2un narkotik vasitə olan 2020 qram heroini apararkən polis əməkdaşları tərəfindən tutulması ilə əlaqədar keçirilmiş əməliyyat tədbirlərinin qanunvericiliyin tələblərinə uyğun olmamasına dair səhv nəticəyə gəlmişdir. Belə ki, həmin tədbir “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun tələblərinə müvafiq olaraq əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı əsasında həyata keçirilmiş və rəsmiləşdirilmişdir. Ona görə də həmin sənədlər birinci instansiya məhkəməsi tərəfindən sübut kimi qəbul edilmişdir. Dövlət ittihamçısı həmçinin hesab edir ki, iş üzrə şahid kimi dindirilmiş polis əməkdaşları – X 11, X16, X10, hal şahidləri - X17 və X3 ifadələri işin obyektiv hallarını əks etdirdiyi halda, apellyasiya instansiyası məhkəməsi həmin ifadələri əsassız olaraq X2un təqsirliliyini təsdiq edən sübut kimi qəbul etməmişdir. Protestdə qeyd edilir ki, apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, X2 ibtidai araşdırmanın ilkin mərhələsində törətdiyi cinayəti etiraf etmiş və özünü CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda təqsirli bilmişdir. Protestdə həmçinin qeyd olunur ki, apellyasiya məhkəməsində şahid qismində dindirilmiş X4 və X1 ifadələrinin işin faktiki halları ilə tam təkzib olunmasına baxmayaraq, məhkəmə əsassız olaraq həmin ifadələri mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə dindirilməsini zəruri hesab etdiyi şahid X7 məhkəmədə dindirilməsini isə təmi n etməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxs X2 və müdafiəçi R.Abbaszadənın çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəllifi qeyd edir ki, Xnun əməlində ittiham edildiyi CM-nin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmələr həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışlar. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əs aslandırılmış və sübuta yetirilmiş olmalıdır... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci madd əsi) Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq T.Babaşova bəraət vermiş, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri onun xeyrinə həll etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Xnun ətrafında keçirilmiş əməliyyat axtarış tədbirləri cinayət prosessual qanunvericliyinin tələblərinə uyğun keçirilmədiyindən, bu fəaliyyət nəticəsində əldə edilmiş materiallar sübut növü kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 137-ci maddəsinin tələbinə əsasən Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa u yğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair”.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2015-ci il tarixli Qərarının nəticə hissəsinin 1 və 2-ci bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş ma teriallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. İş materiallarından görünür ki, X xx xxxx 2018-ci il tarixdə saat 13 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmişdir. Polis idarəsində, X2a narkotik vasitəni qanunsuz saxlamaqda şübhəli olduğu bildirilmiş və şübhəli şəxs kimi tutulduqdan so nra, dəvət olunmuş hal şahidlərinin iştirakları ilə onun üzərində şəxsi axtariş keçirilmişdir. Keçirilmiş axtarış zamanı, X2 əlində saxladığı üzərində “Levis original” sözləri yazılmış sellofan torbanı təqdim edərək, həmin torbanın içində narkotik maddə olduğunu bildirmişdir. Həmin sellofan torbaya baxdıqda içində şəffaf yapışqan lentlə sarınmış iri həcmli bükülü otmuşdur. Həmin yapışqanı açarkən içində qara rəngli sellofanda spesifik qoxuya malik, ilk baxışdan narkotik vasitə heroinə oxşar kütlə olduğu müəyyən olunmuşdur. Sözügedən əməliyyat axtarış tədbirinin, baxış protokolunun X2un narkotiklə tutulduğu yerdə və vaxtda deyil, Abşeron rayon Polis bölməsində tərtib edilməsi, onun saxlanılması zamanı hal şahidlərinin iştirakının təmin edilməməsi birinci instansiya məhkəməsi tərəfindən ar aşdırılmamışdır. Belə ki, cinayət işinin 1-ci cildinin 4-21-ci vərəqlərində olan sənədlərdən və 22-23-cü vərəqlərində olan xx xxxx 2018-ci il tarixli şəxsi axtarış və götürmə keçirilməsi haqqında» protokoldan müəyyən olunur ki, xx xxxx 2018-ci il tarixdə, Bakı şəhəri, Qaradağ rayon Sahil qəsəbəsinin sakini Xnun mütəmadi olaraq narkotik vasitələr qəbul etməsi və üzərində narkotik vasitələr saxlaması barədə Abşeron RPİ-nə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin hazırlanıb həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Abşeron Rayon Polis İdarəsinin NMQnun baş əməliyyat müvəkkili Rüstəm Vahidov,əməliyyat müvəkkili Beyrək Nəsirov və CAŞnin kiçik inspektoru Əjdər Məmmədovdan ibarət əməliyyat qrupu xx xxxx 2018-ci il tarixdə, saat 13 radələrində, Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə Qalubiyə küçəsində X2un ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Saat 14 radələrində Xnun Xırdalan şəhəri 28-ci məhəllə Qalubiyə küçəsində yerləşən Naxçıvan kafesinin qarşısında dayandığını müşahidə etmiş və X2a yaxınlaşıb özlərini ona təqdim etmişlər. Onlar X2a onlarla birlikdə Abşeron Rayon Polis İdarəsinə gəlməyini təklif etmiş və X2 onlarla birlikdə Abşeron Rayon Polis İdarəsinə gəlmişdir. Polis idarəsində, X2a narkotik vasitəni qanunsuz saxlamaqda şübhəli olduğu bildirilmiş və şübhəli şəxs kimi tutulduqdan sonra, dəvət olunmuş hal şahidlərinin iştirakları ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Keçirilmiş axtarış zamanı, X2 əlində saxladığı üzərində “Levis orginal” sözləri yazılmış sello fan torbanı təqdim edərək, həmin torbanın içində narkotik maddə olduğunu bildirmişdir. Həmin sellofan torbaya baxdıqda içində şəffaf yapışqan lentlə sarınmış iri həcmli bükülü olmuşdur. Həmin yapışqanı açarkən içində qara rəngli sellofanda spesifik qoxuya malik, ilk baxışdan narikotik vasitə heroinə oxşar kütlə olduğu müəyyən olunmuşdur. Şifahi sorğu zamanı, X2 bildirmişdir ki, narkotik vasitə olan heroini hadisə olan gün, yəni xx xxxx 2018-ci il tarixdə Ağarza adlı şəxs ona vermişdir ki, Xırdalan şəhərində yerləşən “Bizim” marketin qarşısında onu gözləyəcək şəxsə çatdırsın. X2dan aşkar olunmuş, bir ədəd sellofan torbanın içindəki bükümdə olan kütlə ekspertizaya təqdim olunmasından ötrü, qablaşdırılaraq möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokol iştirakçılara ucadan oxunduqdan sonra, həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə kollegiyası əməliyyat orqanları tərəfindən X2un tutulması zamanı CPM-nin 147 və 148-ci maddələrinin pozulmasına dair apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin üzərində narkotik vasitəni gəzdirməsi barədə əldə edilmiş əməliyyat məlumatı Azərbaycan Respublikası CPM-nin 148.2.1-ci maddəsində qeyd olunan “cinayət əməlini törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalandıqda” kimi qiymətləndirilə bilməz. Belə ki, şəxsin üzərində narkotik vasitəni gəzdirməsi, saxlaması barədə əməliyyat məlumatının olması açıq-aşkar surətdə müşahidə olunan cinayət əməli deyil, həmçinin bu əməliyyat məlumatı digər əlavə sübutlarla və ya əməliyyat-axtarış tədbirlərinin nəticəsi ilə təsdiq olunmadan birmənalı olaraq onun cinayət törətməsini təxmin etməyə də əsas vermir. Cinayət işinin materiallarında əməliyyat işçisinin əməliyyat məlumatı barədə tərtib etdiyi raportda əlavə heç bir təsdiqedici məlumatlar, sübutlar öz əksini tapmamışıdr. Cinayət işinin faktiki hallarından göründüyü kimi, təqsirləndirilən şəxsin barəsində yalnız əməliyyat məlumatı olmuş, bu məlumatın dəqiqliyi yoxlanılmamış, əlavə əməliyyataxtarış tədbirləri keçirilmədən az ağır və ya ağır cinayətlər kateqoriyasına aid olan bu cinayət əməli üzrə onun barəsində dərhal və təxirəsalınmaz istintaq hərəkətlərinin aparılması zərurəti də cinayət işinin materiallarında öz əksini tapmamışdır. Digər tərəfdən, təqsirləndirilən şəxsin tutulduğu yerdə üzərində şəxsi axtarışın keçirilməməs l, tutulan anda onun müdafiəçi ilə təmin edilməməsi, oradan birbaşa polis əməkdaşlarının nəzarəti və müşayiəti ilə 10-15 dəqiqədən sonra polis şöbəsinə gətirilərək şəxsi axtarışa məruz qalması onun təqsirinin sübut olunması istiqamətində ciddi şübhələrin yaranmasına əsas verir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, ibtidai istintaq orqanı T.Babaşovun tutulduğu anda dərhal onun üzərində şəxsi axtarışın keçirilməməsinin səbəblərini əsaslandırmamışdır. Onun 10-15 dəqiqə polis əməkdaşlarının tam nəzarəti altında qalması və yalnız bundan sonra onun barəsində istintaq hərəkətinin keçirilməsi polis əməkdaşlarının obyektiv olmalarına şübhələrin yaranmasına əsas vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında polis əməkdaşları tərəfind ən istintaq tədbirinin lazımı qaydada, qanunun tələblərinə uyğun keçirilməsi barədə mübahisələndirilə bilinməyən sübutlar yoxdur. Təqsirləndirilən şəxsin polis şöbəsinə gətirilərkən 10-15 dəqiqə ərzində polis əməkdaşlarının tam nəzarətində olduğu müddətdə onun əlində olan sellofan torbanın içində məhz narkotik vasitənin olmasını təsdiq edən sübutlar yalnız tədbirdə iştirak edən polis əməkdaşlarının ifadələridir. Məhkəmə kollegiyası bu sübutlara qiymət verərək qeyd edir ki, narkotik maddəni ittiham olunan əməkdaşların ifadələri, maraqlı şəxs olduqlarına görə mötəbər sübut kimi o halda qəbul edilə bilər ki, digər mötəbər sübutlarla təsdiqini tapsın. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin tutulduğu andan müdafiəçi ilə təmin olunmaması məsələsinə münasibətdə qeyd edir ki, əməliyyat-axtarı ş fəaliyyətini həyata keçirən orqan tərəfindən qəbul olunmuş qərarın əsaslandırıcı hissəsində üzərində narkotik vasitə gəzdirməsi şübhə edilən şəxsin cinayət başında yaxalanması üçün onun barəsində bir sıra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zərurəti qeyd olunur. Yəni əməliyyat fəaliyyətini həyata keçirən orqan cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması ehtimalını əvvəlcədən görürdü, bunu real sayırdı. Belə olan təqdirdə əməliyyataxtarış fəaliyyətinin qanuna uyğun keçirilməsi və onun nəticələrinin qanuniliyi baxımından şəxsin tutulması ehtimalı olması daha ətraflı nəzərə alınmalı, tutulan şəxsin tutulduğu anda müdafiəçi ilə təmin olunmalı, onun müdafiə hüququn daha tam və ətraflı həyata keçirilməsi üçün şəraitin yaradılması və təşkil edilməsi təmin edilməli idi. Hə mçinin, məhkəmə kollegiyası qeyd edir ki, protokol tərtib edilərkən qeyd olunan əməliyyat axtarış tədbiri, daha doğrusu, şəxsi axtarış və götürmə X2un narkotiklə tutulduğu yerdə və vaxtda keçirilməmiş, bu barədə protokol isə Abşeron Rayon Polis İdarəsində tərtib edilmişdir. Eyni zamanda onun saxlanılması zamanı hal şahidlərinin iştirakı təmin edilməmişdir. Bundan əlavə, X2 təhqiqat orqanı tərəfindən xx.xx.2018-ci il tarixdə saat 14.20-də şübhəli şəxs qismində tutulmuş, həmin an ona müdafiəçi təqdim olunmuşdur. Lakin 30 dəqiqədən sonra keçirilən şəxsi axtarış və götürmə zamanı müdafiəçinin iştirakı təmin edilməmişdir. Avropa Məhkəməsi “Lahıcov Azərbaycana qarşı” işi üzrə qərarında nəzərə almışdır ki, məlumat əsasında saxlanması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlan ılarkən dərhal və saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqədən sonra Zaqatala rayon polis şöbəsində keçirilmişdir. Məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi qeyd edilən sübutun “atılmasının” mümkünlüyü ilə əlaqədar əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə əlaqədar hər hansı sübut mövcud deyil. Üzərində və avtomobilində aşkar edilən maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq zamanı və məhkəmədə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş və həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məh kəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız baxılmadığından, şikayətçi bu sübutların qanuniliyini mübahisələndirmək, həmin sübutların yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Şikayətçiyə qarşı ittiham yalnız üzərində və avtomobilində aşkar edilən maddi sübutlara əsaslanmışdır. Şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə edilməsi şəraitini nəzərə alaraq və onun sübutların qanuniliyi ilə bağlı etirazlarına və arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması, sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla, Avropa Məhkəməsi məhkəmə araşdırmasını ədalətsiz və 6-cı maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini t əkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Yəni Avropa Məhkəməsinin qənaətincə, axtarış (o cümlədən şəxsi axtarış), baxış keçirilməsi şəxs saxlanıldıqdan dərhal sonra cinayət-prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir. Ərizəçinin üzərində tapılmış maddi sübutun onun barəsində yekun ittiham hökmünün çıxarılması üçün yegan ə sübut kimi çıxış etdiyindən ona qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 134.5-ci maddəsinin tələblərinə əsasən istintaq hərəkəti protokolundakı natamamlıq ittiham etmək məqsədi ilə təhqiqatçının, müstəntiqin, prokurorun və ya ha l şahidinin ifadələri ilə aradan qaldırıla bilməz. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, xx xxxx 2018-ci il tarixdə X2la birlikdə Xırdalan şəhərində gəlmiş və kafedə birlikdə oturduğu şəxslər Fəxrəddin Qocamanov və Səxavət Hüseynov da apelyasiya məhkəməsində verdikləri ifadələrində təsdiq etmişdir ki, Teymurun əlində hər hansı çanta olmamışdır. Azərbaycan Respublikasının CPM-nin 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir., Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Bundan əlavə hal şahidləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246.3-cü maddəsində göstərilib ki, şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 94-cü maddəsinin tələblərinə görə, cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəl b edilmiş şəxs hal şahidi ola bilər. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının və məhkəmələrin əməkdaşları, yetkinlik yaşına çatmamışlar, Azərbaycan Respublikasının vətəndaşı olmayanlar, cinayət prosesinin iştirakçısı və ya onların yaxın qohumları, habelə görmə, eşitmə və nitq qabiliyyətində qüsurları olan və ya psixi xəstəliklərdən əziyyət çəkən şəxslər cinayət işi üzrə hal şahidi ola bilməzlər. Hal şahidi qismində cəlb olunmuş hər bir şəxs onun iştirakı ilə baş verənləri tam və düzgün dərk etmək qabiliyyətinə malik olmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 115.2-ci maddəsi isə hal şahidinin istintaq hərəkətinin icraatında əvvəllər iştirakı həmin cinayət təqibi üzrə aparılan digər istintaq hərəkətinin icraatında təkrar iştirakını istisna etmir, bir şə rtlə ki, onun iştirakı mütəmadi xarakter daşımamalıdır. Hal şahidinin iştirakının mütəmadi xarakter daşıması onun iştirakı ilə aparılmış hərəkətin etibarsız hesab edilməsinə əsas ola biləcəyindən (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 115.4-cü maddəsi) şəxsi axtarış və götürmə aparılarkən dəvət olunmuş hal şahidlərinin cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olub-olmamasının müəyyənləşdirilməsi ibtidai istintaq orqanının əsas vəzifələrindəndir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 115.3-cü maddəsi: “Hal şahidinə etiraz məsələsini istintaq hərəkətlərini aparan şəxs həll edir.’’). Hazırkı baxılan cinayət işi üzrə sorğu əsasında əldə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 1(060)-410/2015 saylı, xx xxxxxxx 2015-ci il tarixli 1 (060)-346/2015 saylı saylı, xx xxxxxx 2016-cı il tarixli 1(060)-529/2016 saylı, xx xxxx 2019-cu il tarixli 1(060)-311/2019 saylı hökmlərin surətindən görünür ki, hazırkı cinayət işi üzrə hal şahidi qismində iştirak etmiş X17 qeyd edilən cinayət işləri üzrə hal şahidi qismində iştirak etmişdir. Qeyd edilən cinayət işlərinin hər biri narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olmuşdur. Yuxarıda qeyd edilənlər ona dəlalət edir ki, ibtidai istintaq zamanı Xnun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən hal şahidi qismində dəvət edilmiş şəxs X17 əvvəllər də mütəmadi olaraq müxtəlif cinayət işləri üzrə keçirilmiş şəxsi axtarış və götürmə hərəkətləri zamanı hal şahidi qismində iştirak etmişdir. Digər bir tərəfdən, yuxarıda qeyd edilən şəxsin mütəmadi o laraq hal şahidi qismində iştirak etdiyi və yuxarıda sadalanan cinayət işlərinin hamısı narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması, daşınması və satılması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə olan cinayət işləridir. Digər hal şahidi X5 apelyasiya məhkəməsi prosesində qeyd etmişdir ki, əvvəllər də hal şahidi qismində bir neçə dəfə iştirak etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinin tələbinə görə məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsin ə görə qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33.1-ci maddəsində göstərilmişdir ki, hakimlər cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 144 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1.1-ci maddəsinə əsasən sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Pro sessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; -zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri- insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; -şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; -sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlu m olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; -müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Odur ki, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin X17 və X3 mütəmadi olaraq hal şahidi qismində cinayət işlərində iştirakını, əvvəllər hal şahidi qismində iştirakları ilə bağlı yalan ifadələrini və bununla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan tələblərinə əsasən X17 və X3 hal şahidi qismində iştirak edərək imza etdikləri xx.xx.2018-i il tarixli axtarış və götürmə keçirilməsi haqqında protokolun, habelə hal şahidiləri X17 və X3 ifadələrinin cinayətprosessual qanunvericiliyin tələblərinə ə sasən etibarsız və qeyri mötəbər sübut kimi qəbul edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Göründüyü kimi, Xna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilməsi üçün ittiham tərəfinin istinad etdiyi xüsusatlar hüquqi qüvvəsi olmayan, hər hansı halın sübut olunmasında istifadə edilə bilinməyən, maddi sübuti əhəmiyyəti olmayan və əsaslı şübhə doğuran xüsusatlardır. (“axtarış və götürmə keçirilməsi haqqında” xx xxxx 2018-ci il tarixli protokol, şahidilərin ifadələri, narkotik vasitə barədə məhkəmə-bioloji ekspertizasının rəyi). Beləliklə, ibtidai araşdırma zamanı toplanmış, birinci və apellyasiya instansiyaları məhkəmələrində araşdırılmış sübutların məcmusuna qiymət verən məhkəmə kollegiyası hesab edir ki, Xna Azərbayca n Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunarkən cinayət prosessual qanunvericiliyin tələbləri kobud surətdə pozulmuş, iş üzrə təhqiqat və istintaq aparılarkən Azərbaycan Respublikası CPM-nin bir sıra tələblərinə riayət edilməmiş, birinci instansiya məhkəməsi isə məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmadan onun barəsində ittiham hökmü çıxarmışdır. Azərbaycan Respublikasının CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləs inin 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. Bu maddənin İİ hissəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı h ər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirldiyi halda çıxarılır (CPM-ni 351.2-ci maddə). Məhkəmə kollegiyası iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndir ilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Xna verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Avropa Məhkəməsi qeyd edir ki, istənilən şübhə vicdanlı şübhə olmalıdır. X8rşı məhkəmə işi üzrə qərarında məhkəmə qeyd etdi ki, şübhənin həqiqi və vicdanlı olması onun əsaslığının zəruri elementlərindən birini təşkil edir. Lakin şübhə yalnız o halda əsaslı sayıla bilər ki, şübhəli şəxsin güman edilən cinayətlə əlaqəsi olduğunu obyektiv olaraq göstərən faktlara və ya informasiyaya əsaslansın. Buna görə də, sözügedən şəxsin törətdiyi hərəkətlərin onun hüquq pozuntusunda iştirakını birbaşa təsdiq etdiyini göstərən, yaxud sənədlərlə və ya məhkəmə-tibb ekspertizasının nəticələri ilə təsdiq edilən sübutlar olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq olsun, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınma sının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü əsaslı olduğundan, kassasiya protestində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan protestin təmin edilmədən, həmin hökmün isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Bəraət almış şəxs X barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar