Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-600/2021 17.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Nazim Rasim oğlu Mövsümovdan ibarət tərkibdə, katib-İsazadə X4 Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli hökmü ilə Məhkum A zərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı Telman Əhmədov tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Rayon Məhkəməsinin (sədrlik edən hakim: C.F.İmanov) 05 iyun 2020-ci il tarixli hökmü ilə, Məhkum - xx xxxx 1987-ci ildə Şəki rayon Kiş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmiş, Şəki rayon Kiş kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsi rli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum hazırkı cinayət işi ilə əlaqədar 24 fevral 2020-ci il tarixdə saat 12:40-dan 26 fevral 2020-ci il tarixdə saat 19:30dək axtarışla tutularaq Şəki ŞRPŞ-nin MSY-də saxlandığı 3 (üç) gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla Məhkum təyin edilmiş 2 (iki) il azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 05 iyun 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkum təqsirləndirilir ondan ötrü ki, o, s ilah qismində istifadə etdiyi pivə bakalı ilə Zərərçəkmiş şəxs zor tətbiq edib xəsarət yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Məhkum 22 noyabr 2019-cu il tarixdə saat 00:30 radələrində Şəki şəhəri, M.Cəbrayılov küçəsində yaşayış evlərinin çoxluq təşkil etdiyi ərazidə yerləşən, həmin zaman ictimai iaşə obyekti kimi fəaliyyət göstərən “Bakı” kafesinin içərisində, yaxınlıqda yaşayan şəhər sakinlərinin istirahət vaxtında tanışı Şəki şəhər sakini Zərərçəkmiş şəxs ilə orta dərəcəli sərxoş vəziyyətdə söhbət edən zaman aralarında baş vermiş mübahisə zamanı əsaslı səbəb olmadan nalayiq söyüşlər söyməklə ictimai qaydanı kobud surətdə pozaraq cəmiy yətə açıqca hörmətsizlik ifadə edib, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik göstərən, həmçinin kafenin iş rejimini və kafedə olan müştərilərin istirahət hüququnu pozan, vaxtından əvvəl müştərilərin getməsinə və kafenin bağlanmasına səbəb olan hərəkətlər edib silah qismində istifadə etdiyi pivə bakalı ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən bir dəfə vuraraq zor tətbiq edib sonuncuya sol təpəgicgah nahiyəsinin əzilmiş-cırılmış yarası xəsarətləri ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə qəsdən qərəzli xuliqanlıq cinayətini törətmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hökmdən Məhkum və müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: M.M.Hüseynov (sədrlik edən və məruzəçi), E.Ş.Hüseynov və G.Q.Abbasovdan ibarət tərkibdə) apelyasiya şikayətləri qismən təmin edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham verilmiş əməli həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş, onun Zərərçəkmiş şəxs ilə barışması nəzərə alınaraq, CM-in 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək barəsində hazırkı cinayət işi üzrə icraata xit am verilmişdir. Məhkum barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilərək onun, məhkəmə iclas zalında həbsdən azad edilməsi qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2020-ci il tarixli qərarından dövlət ittihamçısı Telman Əhmədov tərəfindən kassasiya protesti verilmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli qərarının əsassız və işin faktiki hallarına uyğun olmadığından ləğv edilməsi, cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Protest müəllifi qeyd edir ki, Məhkum CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai araşdırma və məhkəmələrdə aparılmış məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 23.11.2019-cu il tarixli 623 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı sol təpə gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası xəsarəti aşkar olunmuş, həmin xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müəyyən məsafədən atılmış pivə bakalının küt kənarının təsirindən əməl gəlməsi istisna edilmir, xəsarət 22.11.2019-cu il tarixə uyğundur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı şəxsi münasibətlər zəminində zorakılıq hərəkətlərini edərək onun sağlamlığına yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Be lə ki, Məhkumla Zərərçəkmiş şəxs arasında mübahisə sonuncunun başladığı söhbət zəminində, yəni Zərərçəkmiş şəxs təşəbbüsü ilə yaranmış, daha sonra Zərərçəkmiş şəxs “indi mən açım sandığı, töküm pambığı?” deməsi isə Məhkum sərt reaksiyasına, yəni Zərərçəkmiş şəxs baş nahiyəsindən vurmasına səbəb olmuşdur. Beləliklə də, Məhkum Zərərçəkmiş şəxs vurmasının konkret səbəbi və ağlabatan motivi olmuşdur. Baş vemiş hadisə vaxtı Məhkum qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiqləmək, bilərəkdən özüni ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmaq niyyəti olmamış, habelə o, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş bi rgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakılar üçün təhlükə və qorxu yaradan hərəkətlərə yol verməmişdir. Apelyasiya instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə baxılmış sübutları və xuliqanlıq cinayətinin əlamətlərini təsvir etdikdən sonra baxılan işdə bu əlamətlərinin müəyyən edilmədiyini qeyd edib Məhkum əməlinin hüquqi tövsifinin ittihamda göstərilən CM-nin 221.3-cü maddəsindən CM-nin 128-ci maddəsinə dəyişdirilməli olduğunu vurğulamışdır. Lakin, məhkəmə xuliqanlıq cinayətini xarakterizə edən məhz hansı əlamətləri müəyyən etmədiyinə görə və nə kimi faktlara, sübutlara əsasən təqsirkarın hərəkətlərində xuliqanlıq cinayətinin tərkibinin olmaması haqqında nəticəyə gəldiyini qərarda əsaslandırmamışdır. Halbuki, məhkəmə kollegiyası Məh kum qəsdən zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vuran xəsarət yetirməsini işin həqiqi halı kimi qəbul etmiş və bu səbəbdən onun əməlinə qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini nəzərdə tutan CM-nin 128-ci maddəsini şamil etmişdir. Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmasını həqiqət kimi qəbul etdiyi halda məhkəmənin Məhkum hərəkətində xuliqanlıq cinayətinin tərkibini şərtləndirən zəruri əlamətlərin olmaması haqqında nəticəyə gəlməsi, onun öz mülahizələrində ardıcıl olmadığını göstərir. Belə ki, məhkəmənin inkar etmədiyi işin faktik hallarına görə, hadisə “yaşayış evlərinin çoxluq təşkil etdiyi ərazidə yerləşən kafenin içərisində, yaxınlıqda yaşayan şəhər-sakinlərinin və kafedə olan şəxslərin istirahət vaxtında” baş vermiş, habelə həmin hadisə zamanı Məhkum orta dərəcəli sərxoş vəziyyətdə olmuş, Zərərçəkmiş şəxs vuraraq ona xəsarət yetirmiş, həmçinin kafenin iş rejimi pozulmuş və kafedə olan müştərilərin istirahət hüququ pozularaq onların vaxtından əvvəl getməsinə və kafenin bağlanmasına səbəb olmuşdur. Sağlamlığa zərər vurmanı müşayiət edən həmin (xuliqanlıq ittihamında cinayətin törədilmə yerinə, vaxtına, şəraitinə, davamiyyətinə, təqsirkarın sərxoşluğuna, zorakı hərəkətlərinin məzmununa dair) faktik halları həqiqət kimi qəbul edən apelyasiya instansiya məhkəməsinin nəyə görə Məhkum hərəkətlərində xuliqanlıq cinayətinin əlamətlərinin olmaması haqqında nəticəyə gəlməsi aydın deyildir. Apelyasiya instansiyası məhkəməsi Məhkum hərəkətində xuliqanlıq cinayətinin tərkibinin olmaması haqqında qənaətini, baxılan işdə xul iqanlığı xarakterizə edən konkret əlamətlərin müəyyən olunmaması, o cümlədən Məhkum xuliqanlıq motivi ilə hərəkət etməməsi və təqsirkarın zorakı hərəkətlərinin ictimai qaydanın pozulmasına səbəb olmaması ilə əsaslandırsa da, yuxarıda təsvir edilən, apelyasiya məhkəməsinin də qəbul etdiyi faktiki halların fonunda bu nəticə (yəni, Məhkum hər hansı əsaslı səbəb olmadan ictimai yer olan kafedə kənar şəxslərin yanında silah qismində istifadə etdiyi bakalla Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirməsində hamılıqla qəbul edilmiş davranış qaydalarına açıqaşkar hörmətsizliyin xuliqanlıq motivinin elementlərinin ifadə olunmaması; kafedə kənar şəxslərin də istirahət etdikləri vaxtda, Zərərçəkmiş şəxs xəsarət yetirilməsi və söyüş söyülməsi ilə cəmiyyətə hörmətsizliyin edilməməsi və ictimai qaydanın ko bud şəkildə pozulmaması haqqında qənaət) inandırıcı (işin faktiki halları ilə uzlaşan mülahizə kimi) görsənmir. Apelyasiya instansiyası məhkəməsinin hadisə zamanı kafedə olan şəxslərin heç bir səs eşitmədikləri üçün, onların dincliyinin, yəni ictimai qaydanın pozulmaması haqqında qənaəti cinayət işi üzrə dindirilmiş bir sıra şahidlərin, eləcə də zərərçəkmiş şəxsin ifadələrini nəzərə almadığından, sübutların tam, hərtərəfli və obyektiv araşdırılmasına, bu şəkildə tədqiq edilmiş bütün sübutların məcmusuna əsaslanmır. Belə ki, şahid qismində dindirilmiş X1 və X2, eləcə də Zərərçəkmiş şəxs ifadələrində hadisə zamanı kafenin iş rejiminin pozulduğunu, orada olan şəxslərin kafeni tərk etdiklərini bildirmişlər. Həmçinin təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs arasında baş vermiş hadisəyə kimi hə r hansı ədavət, düşmənçilik, qisas almaq üçün əsas ola biləcək konflikt olmamışdır. Zərərçəkmiş şəxs tərəfindən də ona və yaxud yaxınlarına qarşı əhəmiyyətli qanunsuzluq hərəkətlərə yol verilməmişdir. Apelyasiya instansiya məhkəməsi isə Məhkum hadisə zamanı söyüş söyməsini və vuraraq Zərərçəkmiş şəxs xəsarət yetirməsini şəxsi münasibətlər zəminində baş vermiş mübahisə kimi qəbul etmiş, Məhkum qanunsuz hərəkətləri nəticəsində kafenin iş rejiminin pozulmasını, oradakı şəxslərin narahat olmalarını və kafeni tərk etmələrini ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə olunması kimi nəzərə almamışdır. Beləliklə, məhkəmə işi qeyri-obyektiv, birtərəfli və qərəzli şəkildə apararaq cinayət qanunun normalarının tələblərini pozaraq şəxsin əməlini CM-nin 221.3-cü maddəsindən CM-ni n 128-ci maddəsinə tövsif etməklə işin faktiki hallarına uyğun olmayan mövqe nümayiş etdirib səhvə yol vermişdir. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi CPM-nin 144-145-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutları təhlil və bir-biri ilə müqayisə etməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirməli, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməli olduğu halda, qeyd edilən hallar tam, hərtərəfli yoxlanılmamış və qiymətləndirilməmişdir. Beləliklə, məhkəmə öz qərarında iş üzrə bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərməmiş, CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmiş, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun gəlməyərək z iddiyyətli sübutlara əsaslanmış, məhkəmə qərarının əsasını yolverilməz sübutlar təşkil etmişdir. Beləliklə, Şəki Apelyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət- prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə əsasən tədqiq edilməmiş, bunun nəticəsi olaraq Məhkum əməli CM-nin 221.3cü maddəsindən CM-nin 128-ci maddəsinə tövsif edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə Məhkum çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlə r: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya protestinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cin ayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Dövlət ittihamçısı Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli qərarının əsassız və işin faktiki hallarına uyğun olmadığından ləğv edi lməsi, cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi Məhkum bəhs olunan əməlini Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə tövsif etmiş, məhkəmə onu həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilib cəzaya məhkum etmiş, lakin işə baxan apelyasiya instansiya məhkəməsi ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum əməlinin CM-in 221.3-cü maddəsi ilə tövsif edilməsi ilə razılaşmayaraq onun əməlini Azərbaycan Respublikası CM-in 128-ci maddəsinə tövsif etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbаycаn Respublikаsı CM-in 221.1-ci mаddəsinə görə xuliqаnlıq ictimаi qаyd аnı kobud surətdə pozаn, cəmiyyətə аçıqcа hörmətsizlik ifаdə edən, şəxslər üzərində zor tətbiq olunmаsı ilə və yа belə zorun tətbiq edilməsi hədəsi ilə, hаbelə özgənin əmlаkının məhv edilməsi, yаxud zədələnməsi ilə müşаyiət edilən hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 mаy 2011-ci il tаrixli qərаrındа xuliqanlıq cinayət əməlinin əlamətlərini аçıqlаyаrаq göstərmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərək ətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictima i qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Xuliqanlıq əməlinin silah və silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda, belə əməl Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkibini yaradır. A zərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarında (3-cü bənd) izah olunur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Xuliqanlığın əsas tərkibini təsbit edən CM-in 221.1-ci maddəsinin dispozisiyasından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli Qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə...” 17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərindən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın əsas xüsusiyyəti, onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət sözügedən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nü mayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Məhkəmə təcrübəsində formalaşmış hüquqi mövqeyə görə, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsinin və Ali Məhkəmənin istinad olunan Qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını poz ması, həmin qayda və normalara etinasızlıq göstərməsi kimi hallar deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa zərər vurma və xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Belə ki, irəli sürülmüş ittihama əsasən Məhkum istinad edilən əməl ondan ibarətdir ki, o, 22 noyabr 2019-cu il tarixdə saat 00:30 radələrində Şəki şəhəri M.Cəbrayılov küçəsində fəaliyyət göstərən "Bakı” kafesində tanışı, Şəki şəhər sakini Zərərçəkmiş şəxs ilə orta dərəcəli sərxoş vəziyyətdə söhbət edən zaman aralarında baş vermiş mübahisə zəminində nalayiq söyüşlər söyməklə, silah qismində istifadə etdiyi pivə bakalı ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən bir dəfə vuraraq zor tətbiq edib sonuncuya “sol təpəgicgah nahiyəsinin əzilmiş-cırılmış yarası” xəsarəti ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. İşin faktiki hallarından məlum olur ki, təqsirləndirilən şəxs Məhkum və Zərərçəkmiş şəxs bir-birini çoxdan tanımışlar, onlar arasında yaxşı münasibət olmuşdur, buna görə də Zərərçəkmiş şəxs kafeyə daxil olanda Məhkum orada görüb ona yaxınlaşmış, hal-əhval tutmuş və Məhkum yanında əyləşmişdir. Daha sonra Məhkum, Zərərçəkmiş şəxs və onlarla kafeyə gələn X3, X4 və X5 adlı şəxslər birlikdə kafedəki kabinetlərdən birinə keçib oturmuş, Məhkum və Zərərçəkmiş şəxs pivə, X5, X4 və X3 isə çay içmişlər. Həmin vaxt təqsirləndirilən şəxs Məhkumla bərabər Zərərçəkmiş şəxs da sərxoş vəziyyətdə olmuşdur. Bunu özü etiraf edən Zərərçəkmiş şəxs ifadəsində həmin tarixdə anasının ad günü olduğu üçün evdə yemək yeyib bir qədər də araq içdiyini göstərmişdir. Zərərçəkmiş şəxs apelyasiya baxışı zamanı verdiyi ifadəsində həmçinin etiraf etmişdir ki, o, sərxoş vəziyyətdə olduğundan Məhkuma öz ailə problemləri barədə danışmağa başlamış, Məhkum ona ailəsindən (həyat yoldaşından) ayrılmaqda səhv etdiyini demiş, bu isə onun xoşuna gəlməmiş, onlar arasındakı söhbət mübahisəyə çevrilmiş, Məhkumun iradına kobud şəkildə etiraz edərək “indi mən açım sandığı, töküm pambığı?” dedikdə bu sözə görə Məhkum onun baş nahiyəsinə vurmuş, bərk sərxoş olduğundan Məhkumun onu yumruqla, yoxsa pivə bakalı ilə vurmasını bilməmiş, əlini başına apardıqda b aşının qanamasını görmüşdür. O, Məhkuma "sən niyə belə elədin?” dedikdə, Məhkum "sən danışığını bilmirsən, quşlayırsan” deyib kabinetdən çölə çıxmışdır. Göründüyü kimi, Məhkum Zərərçəkmiş şəxs vurmasının səbəbini onlar arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə təşkil etmişdir. Eyni zamanda, Məhkum Zərərçəkmiş şəxs vurmasını başqalarına nümayiş etdirmək niyyətində olmamış, hadisənin şahidləri öz ifadələrində həmin vaxt onun söyüş söyməsini də təsdiq etməmişlər. İş üzrə müəyyən edildiyi kimi, təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs vurması nəticəsində sonuncu “sol təpə-gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası” xəsarəti almışdır. Məhkəmə-tibbi ekspertizasının müvafiq rəyinə görə, həmin xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müəyyən məsafədən atılmış pivə baka lının küt kənarının təsirindən əmələ gəlməsi istisna edilmir, xəsarət 22.11.2019-cu il tarixə uyğundur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs qarşı törətdiyi əməl xuliqanlıq əməli deyil, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmadır. Həm ibtidai istintaq zamanı, həm də məhkəmə proseslərində Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Məhkumla barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bild irmiş, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 14.09.2020-ci il tarixli notarial qaydada təsdiqlənmiş ərizədə də onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmaması öz əksini tapmışdır. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 39.1 və 39.1.11-ci maddələrinə görə, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən ci nayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-600/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-600/2021
17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver