Məhkəmə qərarları › İş №1(102)-601/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-601/2019

23.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-601/2019 23.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Məhkum və Müdafiəçi2 iştirakı ilə, Gədəbəy Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Ci nayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2018-ci il tarixli qərarından Müdafiəçi1 İnqlab oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gədəbəy Rayon Məhkəməsinin (sədrlik edən hakim: Kazımov Marif Sabir oğlu) 04 oktyabr 2018-ci il tarixli hökmü ilə xx.xx.1991-ci ildə Gədəbəy rayonu, Novosaratovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Gədəbəy rayonu, Novosaratovka kəndində qeydiyyatda olan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, cəzasının əvvəlinin qazancından tutulmaların aparıldığı vaxtdan hesablanması və hökmün icrasının Gədəbəy raron İcra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Hökmdən zərərçəkmiş şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Çingiz Böyükxan oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə) 25 dekabr 2018- ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci tarixli hökmü dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə 1 il müddətinə azadlığın məhdudlaşdırıl ması cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2018-ci il tarixli qərarından Müdafiəçi1 İnqlab oğlu kassasiya şikayəti verərək məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəzanın yenidən təyin edilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 24 iyun 2017-ci il tarixdə saat 16 radələrində Gədəbəy rayonu, Novosaratovka kəndinin “Şahnazar” adlanan yaylaq sahəsində heyvanları otarma yeri ilə əlaqədar aralarında yaranmış mübahisə zamanı X6 yumruq və ağacla vuraraq ona alt dodağın şişkinliyi, selikli qişasının əzilmiş səthi yarası, sağ bazunun şişkinliyi, sağ bazu əzələsinin uzun başının travmatik qopması kimi xəsarətlər yetirərək sağlamlığın uzun müddətə pozu lmasına səbəb olan sağlamlığına qəsdən az ağır zərər yetirmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Apellyasiya məhkəməsi işin halları ilə uzlaşmayan qərar qəbul etmiş, Azərbaycan Respublikası CPM-nin və İnsan Hüquqları haqqında Avropa Konvensiyasının tələblərini pozmuş, apellyasiya şikayətində irəli sürülmüş əsassız dəlilləri əsas götürərək məhkuma daha ağır cəza təyin etmişdir. Məhkum ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək barışmağa cəhd etməsini, müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmadığını nəzərə alaraq, kassasiya şikayətinin təmin olunmasını və məhkuma apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın azaldılaraq birinci instan siya məhkəməsi tərəfindən təyin edilən cəza həddində cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının t ətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Müdafiəçi kassasiya şikayətində Məhkum cinayət əməlinin hüquqi tövsifini mübahisələndirməmiş, təyin olunmuş cəzanın yüngülləşdirilməsi xahiş etm işdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 mart 2002-ci il tarixli “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.214, 89.4.12 və 423-cü maddələrinə dair” Plenum qərarında göstərilmişdir ki, ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi yalnız məhkumun maraqları ilə tamamlanmamalıdır. Burada həm də cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi ziyana məruz qalmış tərəf kimi zərərçəkmişin maraqları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyə tinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Apellyasiya məhkəməsi qərar qəbul edərkən hesab edib ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən məhkumun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəli nəticələrini, zərərçəkmiş şəxsin mövqeyini tam nəzərə almamışdır. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası CM-nin 8, 41, 58 və maddələrinin tələblərinə əməl etməklə məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən hallar nəzərə alınmaqla Məhkum daha yüngül cəza təyin edilməsinə əsas vermədiyindən kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci ma ddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar