Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-601/2020 20.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, məhkumun müdafiəçisi-vəkil Hüseynov Altay Xəlil oğlunun iştirakları ilə, Bakı A ğır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə x1nun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli hökmündən məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: N.A.Kərimov (sədrlik edən), R.A.Allahverdiyeva və T.X.Nəsrullayevadan ibarət tərkibdə) x1–xx.xx.1983-cü ildə ünvan 1 anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olub ünvan 2-də yaşamış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2017-ci il tarixdən hesablanmışdır. İşin halları: Hökmə əsasən x1 xx xxxx 2017-ci il tarixdə, saat 20 radələrində ünvan 3 ünvanında yerləşən evin həyətində onun üçün aşkar surətdə on dörd yaşına çatmayan, yəni xx.xx.2008-ci il təvəllüdlü x2 zor tətbiq etmədən barmağını x2 əynində olan qısa şortun üzərindən onun cinsiyyət orqanına sürtərək, əxlaqsız hərəkətlər etmişdir. İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına əsasən x1 xx xxxx 2017ci il tarixdə saat 20 radələrində oğlu x3 xəstələnməsi ilə bağlı dərman preparatı götürmək üçün qayınanası x4 yaşadığı ünvan 3 ünvanında yerləşən həyət e vinə gələrək həmin dərman preparatını x4 götürdükdən sonra sonuncu ona sovqat hazırlamaq üçün evdə olan zaman o, həyətə çıxmış, bu vaxt baldızı x5 2008-ci il təvəllüdlü azyaşlı qızı x2 həyətdə tək olmasını görmüş, bundan sonra onun üçün aşkar surətdə on dörd yaşına çatmayan barəsində edilən qanunsuz və seksual xarakterli hərəkətlərin mənasını və xarakterini dərk etmək iqtidarında olmayan x2 köməksiz vəziyyətindən istifadə edərək ona zor tətbiq etməklə qucağına aldıqdan sonra öz cinsi ehtirasını pozğun formada təmin etməyə yönələn hərəkətlər edərək x2 fiziki ağrı yetirib əynində olan qısa şortun üzərindən barmağını onun cinsiyyət orqanına sürtməklə sonuncunun qızlıq pərdəsinin tamlığını pozmadan aşkar surətdə 14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Hökmdən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Bayramov Əmir Novruz oğlu (sədrlik edən və məruzəçi), Qasımov Əflatun İbrahim oğlu və Məmmədov Namiq Eyyub oğlundan ibarət tərkibdə) xx xxxxxx 2018-ci il tarixli hökmü ilə apelyasiya şikayəti təmin edilməmiş, apelyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ləğv edilmiş, iş üzrə yeni hökm çıxarılmış, x1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası na məhkum edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından məhkum x1 tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verilmişdir. Kassasiya şikayətində məhkum ona təyin edilmiş cəzanın aşağı həddə endirilməsini, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci və 70-ci maddələrinin tətbiq edilməsini, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə əlavədə isə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək birinci instansiya məhkəməsinin hökmünün qüvvəsində saxlanması, ona təyin edilmiş cəzanın aşağı həddə endirilməsi, alternativ cəza növü təyin edilməsi xahiş etmişdir. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum x1 kassasiya şikayətini və ona əlavəni o nunla əsaslandırmışdır ki, istər birinci instansiya məhkəməsi, istərsə də apelyasiya instansiya məhkəməsi ona təyin edilən cəzanın yeni qanuna əsasən həddini, cinayətin xarakterini, şəxsiyyətini, ailə vəziyyətini, cinayətin törədilməsində rolunu, ilk dəfə gənc olaraq cinayət törətməyini və cəzanı yüngülləşdirən halları nəzərə almamışdır. Qeyd olunanları nəzərə alaraq kassasiya şikayətinin təmin edilməsini, ona təyin olunmuş cəza müddətinin aşağı həddə endirilməsini, barəsində Azərbaycan Respublikası CM-nin 62 və 70-ci maddələrinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib, kassasiya şikayətinin və ona edilmiş əlavənin dəlillərini müzakirə edib, kassasiya şikayətinin və ona edilmiş əlavənin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikay ətinin və əlavənin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə b axışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətində məhkumun cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq toplanmış, məhkəmə iclasında tədqiq edilmiş və qiymətləndirilmiş, sübut etmə predmetinin müəyyən edilməsi üçün möt əbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsaslanmaqla məhkumun cinayət əməlinin hüquqi tövsifini, elan edilmiş ittihama uyğun dəyişmişdir. Birinci instansiya məhkəməsinin cinayət əməlinin hüquqi tövsifində yol verdiyi səhvi düzəltmişdir. Kassasiya şikayətində əsasən cəzanın yüngülləşdirilməsi, məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62 və 70-ci maddələrinin tətbiq edilməsi məsələsi xahiş edildiyindən məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hökmünün cəza təyininə aid hissəsini kassasiya şikayətinin dəlilləri üzrə yoxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hökmdə x1nun ilk dəfə məhkum edilməsini və zərərçəkmiş tərəfin x1na qarşı şikayətinin və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzan ı yüngülləşdirən hallar kimi nəzərə aldığını göstərmişdir. Zərərçəkmiş tərəfin x1na qarşı şikayətinin və tələbinin olmaması halı həm də Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal kimi də qiymətləndirilə bilər. O halda Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən məhkuma təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət işinin materiallarından müəyyən edilir ki, məhkuma təyin edilmiş 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin (15 il) dörddə üçündən (11 il 3 ay) xe yli yüngül və sanksiyada nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddindədir. Kassasiya şikayətində məhkumun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci və 70-ci maddələri tətbiq edilməklə cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müə yyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Cinayət işinin materiallarında x1nun cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar, eləcə də məhkumun cəza çəkmədən islah olunmasına əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də məhkum x1nun barəsind ə cəza təyini məsələsinə baxılarkən Azərbaycan Respublikası CM-nin 62-ci və 70-ci maddələrinin tətbiq edilməsinə dair kassasiya şikayətinin dəlillərinin təmin edilməsi üçün əsasların mövcudluğu müəyyən edilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi, Azərbaycan Respublikası CM-nin 62-ci və 70ci maddələrinin tətbiq edilməsi, eləcə də apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasına dair kassasiya şikayətinin və ona əlavənin təmin edilməsi üçün qanuni əsaslar olmadığından kassasiya şikayətinin dəlilləri əsassız hesab edilir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunla rın pozulması, məhkum x1nun müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: x1 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. x1nun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli hökmü kassasiya şikayətinə və ona əlavəyə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-601/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-601/2020
20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver