Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-601/2021 05.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Fərhad Abdulkərim oğlu Kərimov, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 noyabr 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi-vəkil Ələkbərov Ağaşirin Gülşirin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2020-ci il tarixli hökm ü ilə Məhkum Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən Məhkum müdafiəçisi-vəkil Ələkbərov Ağaşirin Gülşirin oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası 13 noyabr 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayətini təmin etmədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2020-ci il tarixli hökmünü dəyişdirilmədən saxlanmışdır. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 noyabr 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Ələkbərov Ağaşirin Gülşirin oğlu kassasiya şikayəti verərək, məhkumun cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Kas sasiya şikayəti məhkəmə baxışına təyin edilənədək məhkum cəzaçəkmə müəssisəsindən ərizə göndərərək müdafiəçisinin kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, Respublikası Cinayət-Prosessual Qərara aldım: Məhkum ərizəsi təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 noyabr 2020-ci il tarixli qərarından verdiyi kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-601/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-601/2021
05.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver