Məhkəmə qərarları › İş №1(102)-602/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-602/2019

15.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-602/2019 15.05.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 602/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "15" may 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun iştirakı ilə Yevlax rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli hök mü ilə Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə bəraət almış Təqsirləndirilən şəxs barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2018-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Yevlax rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Məlikov Vəzirxan İsgəndər oğlu) xx xxxxxxxx 1988-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, Yevlax şəhəri,ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Həmin hökmlə X12 Azərbaycan Respublikası CM-nin 2 34.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuşdur. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham olunmuşdur ona görə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə 1 ədəd kağız bükülüdə ümumi çəkisi 0,376 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib özündə saxlamış, 2017-ci fevral ayının 6-da saat 0930 radələrində həmin 1 ədəd kağız bükülüdə ümumi çəkisi 0,376 qram narkotik vasitə olan heroini yaşadığı evin qarşısındakı küçədə tanıdığı X10 10 manata qanunsuz olaraq satmışdır. Yevlax rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə bəraət verilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilm iş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Hüseynov Mirbahəddin Mirdamət oğlu, hakimlər Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə) 14 dekabr 2018-ci il tarixli qərarı ilə Yevlax rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2018-ci tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək həmin qərarı ləğv etməklə cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkə məsi və həmin məhkəmənin gəldiyi nəticəni olduğu kimi təkrarlayan apellyasiya instansiya məhkəməsi əldə edilmiş sübutları qarşılıqlı tədqiq etmədən əsassız olaraq təqsirləndirilən şəxsə elan edilmiş ittihamın sübuta yetirilmədiyi, həmin sübutların CPM- nin 125-ci maddəsində sadalanan tələblərə cavab vermədiyi qənaətinə gəlmişdir. Belə ki, məhkəmə kollegiyası hesab etmişdir ki, təqsirləndirilən şəxslər X8 və X14in ibtidai istintaq zamanı narkotik vasitəni Təqsirləndirilən şəxs almalarını, lakin məhkəmə istintaqı zamanı ondan narkotik vasitə almadıqlarını bildirmələri məsələsinə qiymət verərək hesab etmişdir ki, X8 və X14 ibtidai istintaq zamanı öz məsuliyyətlərini yüngülləşdirmək və onlara güzəşt edilməsi üçün belə ifadələr vermişlər. X17 və X14 özləri də məhkəmə proseslərində təsdiqləmişlə r. Apellyasiya instansiyası məhkəməsi isə həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına heç bir şübhə olmayan X8 və X14in ibtidai istintaq zamanı vermiş olduqları ifadələrini nəyə görə sübut kimi qəbul etməməsini qərarda əsaslandırmamışdır. X8 və X14in məhkəmə istintaqı zamanı verdikləri ifadələr iş üzrə obyektiv nəticəyə gəlməyə imkan verən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, cinayət işinin materialları ilə müəyyən edilir ki, X8 və X14 məhkəmə iclasında ifadə verərək Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı göstərdiklərindən imtina edib Təqsirləndirilən şəxs narkotik vasitə satmadığını göstərmişlər. Göründüyü kimi, X8 və X14 ziddiyyətli ifadələr verib ibtidai istintaqda verdikləri ifadələrdən fərqli olaraq Təqsirləndirilən şəxs təqsirinin olmama sını bildirmişlər. Həmçinin protestdə qeyd edilmişdir ki, məhkəmədə Təqsirləndirilən şəxs azadlıqda qaldığı müddətdə onun cinayət prosesində iştirak edən X8 və X14ə qanunsuz təsir göstərə bilməsinə dair əsaslı şübhələr olmasına baxmayaraq, bu məsələni, o cümlədən X8 və X14in uzun müddətə ərzində- ibtidai istintaqda verdikləri ifadələrindən imtina etmələrinin səbəblərini ümumiyyətlə araşdırmadan yekun qərar qəbul etmişdir. Halbuki, X8 və X14 ibtidai istintaqda Təqsirləndirilən şəxs təqsirliliyini davamlı olaraq israr etmişlər və bu barədə ətraflı, ardıcıl, biri-birini tamamlayan ifadələr vermişlər. Bundan başqa, X8 məhkəmə iclasında ifadəsində ibtidai istintaq zamanı cinayət məsuliyyətinin yüngülləşdirilməsi üçün narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını göstərdiyini bildirmişdir. X1 4 də X8un məsuliyyətini yüngülləşdirmək məqsədi ilə narkotik vasitəni Təqsirləndirilən şəxs satdığını göstərdiyini bildirmişdir. Buradan da görünür ki, X8 və X14 təqsirləndirilən şəxsin məsuliyyətdən azad olunması üçün təqsirsizliyinə dair həqiqətə uyğun olmayan ifadə vermişlər. Çünki, X8 və X14 məhkəmə kollegiyasının iclasında narkotik vasitəni Təqsirləndirilən şəxs aldıqlarını bildirdikləri halda məsuliyyətlərinin nə formada yüngülləşə biləcəyini izah edə bilməmişlər. Bütün bunlar göstərir ki, X8 və X14in məhkəmə istintaqında Təqsirləndirilən şəxs narkotik vasitə satmaması barədə ifadələri açıq-aydın yalan olmasına baxmayaraq, məhkəmə çoxsaylı obyektiv sübutları kənara ataraq, sübutların qiymətləndirilməsinə səthi və birtərəfli yanaşmaqla, yalnız həmin şəxslərin məhkəmə istintaqında veri lmiş və işin obyektiv hallarına zidd olan yalan ifadələrini «mötəbər» sübut kimi qəbul etmişdir. Halbuki, X8 və X14in məhkəmə istintaqında verdiyi ifadələrinin açıq-aşkar yalan olması işdə olan sübutlardan və işin obyektiv hallarının təhlilindən görünür. Təqsirləndirilən şəxs təqsiri X8un və X14in ilkin ifadələri, üzləşdirmədə dindirmə protokolları, ekspertiza rəyləri və digər sübutlarla tam təsdiq olunur. Beləliklə, işin obyektiv hallarının təhlilindən görünür ki, X8 və X14in məhkəmə istintaqında verdikləri ifadə həqiqəti əks etdirmir. Göründüyü kimi, istər cinayət işi üzrə toplanmış ibtidai istintaq materialları (şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri və sair sənədlər), istərsə də birinci və apellyasiya instansiya məhkəməsində aparılmış istintaq zamanı Təqsir ləndirilən şəxs törətdiyi cinayət əməli tam sübuta yetirilmiş olsa da, nəticə etibarilə Şəki Apellyasiya Məhkəməsi tərəfindən iş üzrə toplanmış sübutlara birtərəfli yanaşmaqla onlara düzgün və obyektiv hüquqi qiymət verilməmiş, əsassız və ədalətsiz qərara gəlinmişdir. Belə ki, birinci instansiya məhkəməsi və birinci instansiya məhkəməsinin gəldiyi nəticəni olduğu kimi təkrarlayan apellyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs məsuliyyətindən yaxa qurtarmaq üçün verdiyi özünü müdafiə xarakterli, istintaq materialları ilə təkzib edilmiş ziddiyyətli ifadələrini, iş üzrə dindirilmiş şahidlərin polis əməkdaşları olması və onların ifadələrinin təqsirləndirilən şəxsin ifadələri ilə ziddiyyət təşkil etməsini əsas götürərək belə nəticəyə gəlmişlər ki, Təqsirləndirilən şəxs CM-nin 234.2- ci maddəsi ilə olan cinayəti törətməsi sübuta yetirilmir. Bundan başqa, protestdə qeyd edilmişdir ki, məhkəmədə təqsirləndirilən şəxsin mənafeyinə uyğun ifadə verməyə cəhd edən şahidlər X8un və X14in təqsirləndirilən şəxsi müdafiə xarakterli ifadə vermələrini nəzərə almamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmənin istinad etdiyi təqsirləndirilən şəxsin özünün məhkəmədə verdiyi ifadəsinə münasibətdə isə qeyd edilməlidir ki, həmin ifadə özünü müdafiə xarakterli ifadədir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27.12.19 96-cı il tarixli 3 saylı Qərarının 4-cü bəndinə görə, ittiham hökmü bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Təqsirləndirilən şəxs təhqiqat və ya ibtidai istintaq dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsinin dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Göründüyü kimi, istər cinayət işi üzrə toplanmış ibtidai istintaq materialları (təqsirləndirilən şəxsin izahatı və ifadələri, şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri və sair sənədlər), istərsə də məhkəmələrdə aparılmış istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli tam sübuta yetirilmiş olsa da, nəticə etibarilə məhkəmələr tərəfindən əsassız və ədalətsiz nəticəyə gəlinmişdir. Məhkəmələr tərəfindən Plenum qərarının tələblərinə əhəmiyyət verilməmiş, şahidlər X8un və X14in ibtidai istintaq zamanı verdiyi ifadəsini dəyişməsinin səbəblərini guya “araşdırmaqla” işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verilməmiş, olduqca ziddiyyətli və açıq-aşkar yalan ifadələrinə tənqidi yanaşılmalı olduğu halda göz yumulmuşdur. Bütün bunlar isə məhkəmənin bəraət hökmü çıxararkən istinad etdiyi təqsirləndirilən şəxsin və şahidlər X8un, X14in məhkəmədə verdikləri ifadələrinin qeyri-səmimi olmasına dəlalət edən hallardır. CPM-nin 42-ci maddəsinə əsasən bəraət hökmü hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda, təqsirləndirilən şəxsin əməlir,də cina yət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda, şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildiyində və ya onun əmələ aidiyyəti sübut edilmədikdə, şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplamlmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. «Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4№-li qərarı»nın 12-ci bəndində göstərilir ki, bəraət hökmünün təsviri hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqsirsiz olması bərədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilir. Lakin, məhkəmə bəraət verilməsi üçün əsas ola biləcək hallan müəyyən etməməsinə baxmayaraq, Təqsirləndirilən şəxs təqsirsiz olması ilə bağlı heç bir əhəmiyyət kəsb etməyən halları əsas kimi götürmüşdür ki, bu da məhkəmənin bəraət verməsi üçün süni əsaslar yaratmağa çalışdığını sübut edir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi CPM-nin 144- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutları təhlil və bir-biri ilə müqayisə etməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirməli, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməli olduğu halda, qeyd edilən halları tam, hərtərəfli yoxlanılmamış və qiymətləndirilməmişdir. Ona görə dövlət ittihamçısı ape llyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsinə dair çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə ka ssasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normaya uyğun olaraq kassasiya protestinə mahiyyəti üzrə baxaraq belə qənaətə gəlir ki, protestin dəlilləri apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas vermirlər. Kassasiya protestində Təqsirləndirilən şəxs düzgün olmayaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə bəraət verildiyi iddia edilir və bununla əlaqədar bir neçə dəlillərə istinad olunur. Həmin dəlillərlə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, belə dəlillər apellyasiya protestində də göstərilmiş, apellyasiya məhkəməsi qərarında həmin dəlillərə münasibət bildirmiş, onlarla razılaşmadığının səbəblərini göstərmiş, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün olaraq bəraət verilməsinə dair mövqeyini qərarında ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin qərarda bununla əlaqədar aşağıdakılar göstərilmişdir: “... Birinci instansiya məhkəməsi iş üzrə ibtidai istintaq materiallarına qiymət verərkən qeyd etmişdir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs kifayət qədər əsas olmadan Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham verilmişdir. Halbuki, onun həmin cinayət əməlini törətməsi sübuta yetirilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünün, digər təqsirləndirilən şəxslər X8 və (şahid qismində dindirilmiş) X14in ifadələri ilə X8un və onun vasitəsilə X14in narkotik vasitəni Təqsirləndirilən şəxs almaları faktı təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan qiymətləndirməsini düzgün hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 349.5.1 -ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda qanuni hesab edilir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər X8 və X14in ibtidai istintaq zamanı narkotik vasitəni Təqsirləndirilən şəxs almalarını, lakin məhkəmə istintaqı zamanı ondan narkotik vasitə almadıqlarını bildirmələri məsələsinə qiymət verərək hesab etmişdir ki, X8 və X14 ibtidai istintaq zamanı öz məsuliyyətlərini yüngülləşdirmək və onlara güzəşt edilməsi üçün belə ifadələr vermişlər. X17 və X14 özləri də məhkə mə proseslərində təsdiqləmişlər. Məhkəmə iclaslarında dindirilmiş digər şahidlərin isə əsas qismi polis əməkdaşları olmaqla iş üzrə və işin nəticəsində maraqlı şəxslər olduqlarından, məhkəmə onların təqsirləndirilən şəxsin əleyhinə ifadə vermələrini təbii saymış və onların ifadələrinə tənqidi yanaşmışdır. Polis əməkdaşlarının şahid ifadələri ittihamı müdafiə xarakteri daşımışdır. Ona görə də məhkəmə tərəfindən onların ifadələri bitərəflik və obyektivlik tələblərinə cavab verməyən, mötəbər olmayan sübutlar kimi qiymətləndirilmişdir. Digər tərəfdən, əməliyyat-axtarış tədbirində iştirak etmiş polis əməkdaşları Təqsirləndirilən şəxs X8a və ya X14ə narkotik vasitə satmasını şəxsən görməmiş, bu məlumatı yalnız X8 və X14dən eşidərək ifadələrində göstərmişlər. X8 və X14 isə sonradan həmin məlumatı, yəni narkotik vasitəni Təqsirləndirilən şəxs almalarını inkar etmiş, belə bir faktın baş verməməsini bildirmişlər, işin bu halı Təqsirləndirilən şəxs X8a və ya X14ə narkotik vasitə satması barədə polis əməkdaşları tərəfindən verilən ifadələrin də sübut əhəmiyyətini heçə endirir. Nəhayət, iş üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizasının 13 noyabr 2017-ci il tarixli 482 saylı rəyinə əsasən, X14in üstündən aşkar olunaraq götürülən 0,376 qram narkotik vasitə - heroin ilə Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülən 40,344 qram narkotik vasitə - heroin xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eynidir. Yuxarıda qeyd edildiyi kimi, Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr hökmünə əsasən Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, həmin hökmdən verilən apellyasiya və kassasiya protestləri isə müvafiq məhkəmə instansiyaları tərəfindən təmin edilməyərək bəraət hökmü qüvvəsində saxlanılmışdır. Qeyd edilən hökmə əsasən 40,344 qram narkotik vasitə - heroinin Təqsirləndirilən şəxs məxsus olması təsdiqini tapmamışdır. Belə olduğu halda həmin narkotik vasitə ilə xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eyni olub. X14in üstündən aşkar edilərək götürülən 0,376 qram narkotik vasitənin (heroinin) sonuncuya Təqsirləndirilən şəxs tərəfindən satılması barədə istintaq orqanının gəldiyi nəticə qəbuledilməzdir. Çünki, CPM-in 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir... X14in üstündən aşkar olunmuş 0,376 qram narkotik vasitənin (heroinin) ona Təqsirləndirilən şəxs tərəfindən satılması barədə istintaq orqanının gəldiyi nəticə sonuncuya bəraət verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə hökmünə ziddir. Belə vəziyyətdə qanunun tələbinə görə, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunmuş hallara zidd olan və ya uyğun gəlməyən məlumatlar və faktlar ittihamın sübutu üçün qəbul və istifadə edilə bilməz. Şərh olunanlardan göründüyü kimi, işdə Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiqləyən mötəbər sübutlar yoxdur. Başqa sözlə, işdə olan sübutlar Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutu lmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün yetərincə əsaslı və mötəbər deyildir. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə görə, cinayət mühakimə icraatının əsas vəzifələrindən biri təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. CPM-in 21-ci maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 145.3cü maddəsinə görə, ittihamın subut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirlənd irilən şəxsin xeyrinə təfsir edilir «Barbera, Messege və Yabardo İspaniyaya qarşı» iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. CPM-in 350.1-ci maddəsinə əsasən, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 350.2-ci maddəsinə görə də, bu Məcəll ənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-in 42.1 və 42.1,4-cü maddələrinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 42.2-ci və 42.2.4-cü maddələrinə müvafiq olaraq, bu Məcəllənin 42.1.4-cü maddlşsjndə nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə həmin şəxs barəsində bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası yuxanda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, apellyasiya protesti üzrə məhkəmə baxışı nəticəsində də Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə ona istinad edilən cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələr düzgün və əsaslıdır, məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verməkdə haqlı olmuşdur. Yuxarıda şərh edilənlərlə həmçinin təsdiq olunur ki, Təqsirləndirilən şəxs təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair Yevlax Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli hökmünün ləğv edilməsi və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılması haqqında dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlilləri əsassızdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı X11 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə və X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli hökmü bəraət verilmiş şəxs Təqsirləndirilən şəxs münasibətdə dəyişdirilmədən saxlanılmalıdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi, apellyasiya protestinin dəlillərinə münasibət bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmiş, həmin d əlilləri qanunla nəzərdə tutulmuş qaydada cavablandırmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə bəraət verilməli olduğuna dair nəticəni ittiham tərəfinin özünün təqdim etdiyi sübutlara, ittihamın sübut edilməsində yaranmış və aradan qaldırılması artıq mümkün olmayan şübhələrə, işin faktiki hallarına, qanunun tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına, işin faktiki hallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də həmin nəticənin, ümumilikdə, apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas vermirlər. Kassasiya protestində ittiham tərəfinin təqdim etdiyi sübutlar sadalamaqla ittihamın təsdiq olunduğu iddia edilir. Kassasiya protestinin bu dəlili ilə əlaqədar qeyd olunmalıdır ki, protestdə ibtidai istintaq zamanı verilmiş ifadələrə istinad edilir və nə səbəbdən şahidlərin ibtidai istintaqdakı ifadələrinə üstünlük verilməli olduğu (məhkəmədəki ifadələrə münasibətdə) açıqlanmamışdır, ittiham tərəfinin belə mövqeyi əsaslandırılmır. İş materiallarından isə görünür ki, ifadələri işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs əleyhinə ifadə vermiş X8 və X14 məhkəmədə ibtidai istintaqdakı ifadələrindən fərqli, hətta həmin ifadələrlə kəskin ziddiyyət təşkil edən ifadələr verərək narkotik vasitənin Təqsirləndirilən şəxs satdığını inkar etmiş, ifadələri arasında olan ziddiyyə tlərin (ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qarşı ifadə vermələrinin) səbəblərini izah etmiş və məhkəmə kollegiyasının qənaətinə görə, həmin izah kifayət qədər inandırıcı görünür, hər bir halda həmin izahın həqiqəti əks etdirmədiyi barədə fikir söyləməyə əsas yoxdur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən digər müvafiq normalarla yanaşı həm Azərbaycan Respublikası CPM-nin 19.4.5 və 33-cü maddələrin tələblərinə və İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 3d bəndinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 19.4.5-ci maddəsində təsbit edilmişdir ki, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək hüquqlarını təmin etməlidir. Azə rbaycan Respublikası CPM-nin 33-cü maddəsində göstərilmişdir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər; cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir; cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 3d bəndində qeyd edilmişdir ki, cinay ət törətməkdə ittiham olunan hər kəs ən azı onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsi hüququna malik olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlərin çağırılması və dindirilməsi hüququna malik olmaq hüquqlara malikdir. İbtidai istintaqda Təqsirləndirilən şəxs əleyhinə ifadə vermiş şəxslərin CPM-nin 19.4.5-ci maddəsinin tələblərinə riayət etməklə və İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 3d bəndinə uyğun olaraq məhkəmədə dindirilməsi zamanı özlərinin Təqsirləndirilən şəxs qarşı verdikləri ifadələrdən imtina etmələrini, əvvəlcə ona qarşı ifadə vermələrinin səbəblərini izah etmələrini, birinci instansiya məhkəməsində verilmiş ifadələrin həqiqətə uyğu n olmadığı qənaətinə gəlmək üçün əsasların olmadığını nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkəmələr tamamilə haqlı olaraq həmin şəxslərin məhkəmədəki ifadələrinə üstünlük vermiş, onlara əsaslanmışlar. Həmin məsələlərlə əlaqədar məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları və hal şahidlərinin (X1, X2, X3 və X4) ifadələrindən də görünür ki, X14 və X8da narkotik vasitə aşkar edilərkən onlar həmin vasitəni Təqsirləndirilən şəxs satdığını bildirməmişlər. Əksinə, həmin şahidlər (Təqsirləndirilən şəxs məsuliyyətdən boyun qaçırmasında bu şahidlərin maraqları olmaları barədə fikir söyləməyə əsas yoxdur) göstərmişlər ki, X8 narkotik vasitəni tapdığını bildirmişdir. Məhkəmə kollegiyası işin bu hallarını nəzərə alaraq hesab edir ki, ittihamın sübuta yetirilməsində şübhələr mövcud olmuş, bu şübhələrin aradan qaldırılması artıq mümkün deyil və məhkəmələr haqlı olaraq onları Təqsirləndirilən şəxs xeyrinə təfsir etmişlər. Kassasiya protestində bir sıra cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına istinad edilərək, bu normaların və qərarların müddəaları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış və apellyasiya məhkəməsinin qərarı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi ilə ziddiyyət təşkil etmir. Bütün bunlar Təqsirləndirilən şəxs verilmiş ittihamın təsdiq olunmadığı qənaətinə gəlməyə əsas verir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 21.2, 21.3, 125.1, 14 5.3, 146.1 və 33.2-ci maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində nəzərdə tutulmuş və göstərilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsində təsbit olunur ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsində göstərilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsinə görə isə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə kollegiyası işdə olan sübutları və işin hallarını yuxarıda göstərilən normaların tələbləri baxımından bir daha təhlil edərək belə qənaətə gəlir ki, məhkəmələrin iş üzrə mövqeləri iş materiallarına uyğun olmaqla qanunidir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublika sı CM-nin 234.2-ci maddəsi ilə bəraət almış Təqsirləndirilən şəxs barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar