Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-602/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, bəraətləndirilmiş şəxs Məhkum və müdafiəçisi X4 iştirakları ilə, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 noyabr 2019-cu il tarixli hökmü ilə bəraət verilmiş Məhkum barəsindəki hökmdən Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 1(043)-137/2018 nömrəli 04 oktyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Yaşar Həşimov), Məhkum 07 iyul 1984-cü il tarixdə ********* rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, İİ qrup əlil, əvvəllər məhkum olunmamış, ünvan1 ünvanında qeydiyyatda olan və yaşamış; Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi i lə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, CM-in 69.3-cü maddəsinə əsasən 10 may 2018-ci il tarixdən 12 may 2018-ci il tarixədək həbsdə saxlanıldığı cəmi 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmaqla ona qəti olaraq 11 (on) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin ittiham hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 2,351 qram təmiz çəkidə narkotik vasitə olan həşiş qətranı əldə edib sellofan və salfet kağızları kəsiklərində büküb qablaşdıraraq üzərində satış məqsədi olmadan qanunsuz saxlamış, 10 may 2018-ci il tarixdə saat 14 radələrində həmin narkotik vasitəni ağız boşluğunda X21 aerovağzal kompleksində daşıyarkən X22 XPŞ-nin əməkdaşlarının ona yaxınlaşmasını gördükdən sonra məsuliyyətdən qurtarmaq üçün ağız boşluğundan çıxardıb tulladığı həmin narkotik vasitə X22 X23 əməkdaşları tərəfindən götürülmüşdür. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 yanvar 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Çingiz Məmmədov, hakimlər Elçin Xasməmmədov və Əlizamin Abdullayevdən ibarət tərkibdə) Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)999/2019 nömrəli 16 iyul 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İmran Hacıqayıbov, hakimlər Gülzar Rzayeva və Fərhad Kərimovdan ibarət tərkibdə) məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 yanvar 2019-cu il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-296/2019 nömrəli 18 noyabr 2019-cu il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim Salman Hüseynov, hakimlər Teyyub Muxtarov və Şamil Rzaquliyevdən ibarət tərkibdə) Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli hökmü ləğv edilmiş və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilmi şdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 noyabr 2019-cu il tarixli hökmündən Dövlət ittihamçısı2 tərəfindən kassasiya protesti verilmişdir. Kassasiya protestinin dəlilləri: Kassator kassasiya protestini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin bəraət hökmü əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışma təyin edilməlidir. Məhkəmə kollegiyası hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, ekspertiza rəyləri və digər sübutları toplanmış bütün sübutların məcmusu ilə müqayisəli şəkildə təhlil və tədqiq etməyərək Məhkum əməllərinə düzgün hüquqi qiymət verməmiş, nəticədə sonuncuya ittiham olunduğu CM-in 234.1-ci maddəsi ilə bəraət verməkdə səhvə yol vermişdir. İş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübut ların məcmusu ilə tam sübut olunmuşdur ki, Məhkum Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 2,351 qram təmiz çəkidə narkotik vasitə olan həşiş qətranı əldə edib sellofan və salfet kağızları kəsiklərində büküb qablaşdıraraq üzərində satış məqsədi olmadan qanunsuz saxlamışdır. Məhkum birinci və apellyasiya instansiya məhkəmələrində keçirilən məhkəmə istintaqları zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilməmiş və ifadələrində göstərmişdir ki, o, 10 may 2018-ci ildə saat 14 radələrində Gəncə şəhərində tanış olduğu S6 adlı şəxslə onun Rusiya Federasiyasından gələn tanışını qarşılamaq üçün X29 gəlmişdir. S6 təklifi ilə onlar ikinci mərtəbədə olan kafedə oturmuşlar. Bir neçə dəqiqədən sonra iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq qolundan tutub aparmaq istəmişlər. O, bunun səbəbini soruşduqda həmin şəxslər onu yerə yıxmışlar. O, məcbur olub həmin şəxslərlə birlikdə polis şöbəsinə getmiş və şöbədə ona üzərində nə varsa çıxardıb stolun üstünə qoymasını demişlər. O da polis əməkdaşlarının dediklərini yerinə yetirmiş və cibində olanların hamısını çıxardıb stolun üstünə qoymuşdur. Həmin əşyaların içərisində bir büküm də olmuş, ondan bu bükümün nə olduğunu soruşduqda bilmədiyini və ona məxsus olmadığını bildirmişdir. Polis əməkdaşları həmin bükümü açmış və içərisindəkinin narkotik vasitə olduğu məlum olmuşdur. Belə hesab edir ki, hava limanının kafesində polis əməkdaşları onu yerə yıxarkən həmin bükümü onun cibinə qoymuşlar. Məhkum suallara cavab verərək bildirmişdir ki, istintaq zamanı müstəntiq onu dindirərkən əgər özünü təqsirli bilməsə barəsində polisə müqavimət göstərmə maddəsi ilə əlavə ittiham veriləcəyini bildirmişdir. Eləcə də istintaq zamanı dindirilməmişdən əvvəl tanımadığı şəxslər onu döymüş, nəticədə aldığı zərbədən ayağı qırılmışdır. Bundan əlavə X1palı otaqda saxlanılmışdır, onun isə qapalı məkanlara fobiyası vardır. Bütün bunlardan qorxaraq istintaq zamanı özünü təqsirli bilmiş və narkotik vasitəni guya Gəncə şəhərindəki Bayraq meydanının yaxınlığında tapdığını və üstündə gəzdirərək Hava Limanına gətirdiyini bildirmişdir. O, heç bir narkotik vasitəni əldə etməmiş, üzərində saxlayaraq gəzdirməmiş, buna görə ona verilmiş ittihamda özünü təqsirli bilmir və barəsində bəraət hökmü çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkum məhkəmə istintaqında ibtidai istintaq zamanı dindirilməmişdən əvvəl tanımadığı şəxslərin onu döyməsini və nəticədə aldığı zərbədən ayağı qırılmasını göstərsə də, hansı tibb müəssisəsində və hansı müddətlərdə tibbi yardım aldığını, həmin xəsarətlərin bu günə kimi qalıbqalmadığını bildirməmişdir. İbtidai istintaq zamanı Məhkum «diz oynağının hemarterozu» diaqnozu ilə xəsarət alması ilə əlaqədar olan material üzrə Gəncə şəhər prokurorluğunda araşdırma aparılmış və həmin araşdırma zamanı Məhkum və polis əməkdaşlarından alınmış izahatlarla, eləcə də məhkəmə- tibb ekspertizası keçirilərək alınmış rəylə müəyyən edilmiş dir ki, Məhkum aldığı xəsarət- «sol diz oynağının yumşaq toxumalarının əziyi və qançırı» yüngül zərər vurmaya aid olmaqla öz ehtiyatsızlığı nəticəsində almışdır. Bu səbəbdən həmin material üzrə 13.06.2018-ci ildə cinayət işinin başlanması rədd edilmişdir. İbtidai və məhkəmə istintaqları zamanı şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən DİO-da və X22 XPŞ-nin İTB- nin Baxış qrupunda xidmət edir. O, 10 may 2018-ci ildə saat 14 radələrində X21 aerovağzalının qarşısında xidmət aparan zaman bir nəfər təxminən 30-35 yaşında olan şəxsin aerovağzalın qarşısında cibindən xırda büküm çıxardıb ağız boşluğuna qoyduğunu və aerovağzalın daxilində olan yoxlama postundan keçdiyini görmüşdür. Bundan sonra o, aerovağzalın daxilində olan X22 XPŞ-nin NMQ-nun baş əməliyyat müvək kili İ6 və CAQ-nun əməliyyat müvəkkili S6 həmin şəxsin ağız boşluğuna nə isə qoyub yoxlama postundan keçdiyini bildirmişdir. Daha sonra İlqar Həsənov həmin şəxsə, yəni adı sonradan ona məlum olan Məhkum yaxınlaşanda Məhkum ağız boşluğundan nə isə çıxardıb yerə tullamışdır. Həmin vaxt da polis əməkdaşları İ6 və S6 həmin yerdən İ6 saxlıyaraq X22 XPŞ-nə gətirmişdirlər. Həmçinin ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ona elan edilmiş ittihamla özünü təqsirli bilmişdir. Lakin, Məhkum birinci və apellyasiya instansiya məhkəmələrində keçirilən məhkəmə istintaqları zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilməmişdir. Məhkəmə kollegiyasının iclasında X9 ifadəsində göstərmişdir ki, o, X22 XPŞ-nin CAQ-nun əməliyyat müvəkkili vəzifəsində xidmət aparı r. 10 may 2018-ci ildə saat 14 radələrində iş yoldaşı X12 ilə X21 aerovağzalının içərisində olan zaman X22 XPŞ-nin İTB-nin Baxış qrupunun inspektoru polis nəfəri polis kiçik serjantı X15 onlara yaxınlaşaraq təxminən 30-35 yaşında olan bir nəfər şəxsin aerovağzalın qarşısında ağız nahiyəsinə sellofana bükülü nə isə qoyduğunu və aerovağzalın daxilində olan yoxlama postundan keçdiyini bildirmişdir. Bundan sonra, F6 həmin şəxsi onlara göstərmişdir. Həmin vaxt onlar görmüşlər ki, polis nəfərinin onlara göstərdiyi şəxs yanında olan şəxslə aerovağzalın daxilində olan ikinci mərtəbədəki kafeyə getmişlər. O, həmin şəxslər əyləşən yerə tərəf yaxınlaşanda onlardan biri, yəni adı sonradan onlara məlum olan Məhkum ağız boşluğundan nə isə bükülü çıxardıb yerə tullamışdır. Sonra o. Məhkum yerə tulladığı bükümün nə olduğunu soruşmuşdur. Məhkum isə ona heç nə deməyib həmin yerdən qaçıb getmək istəmişdir. Lakin o, Məhkum saxlayaraq getməsinə mane olmuşdur. Bundan sonra iş yoldaşı X12 onlara yaxınlaşmışdır və Məhkum ağız nahiyyəsindən çıxardıb yerə tulladığı bükümlə birlikdə X22 XPŞ- nə gətirmişlər və bu barədə raport yazmışdır. S6 Səlimov verilən suallara cavab olaraq bildirmişdir ki, o, şübhəli şəxs olması barədə polis şöbəsinin rəisinə şifahi məruzə etmiş, rəis isə həmin şəxsə yaxınlaşaraq məsələni aydınlaşdırmağı tapşırmışdır. Məhkum yerə atdığı bükülünü yerdən götürməyi dedikdən sonra sonuncu bükülünü yerdən götürmüşdür. İstintaq zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, 10 may 2018-ci il tarixdə saat 14 radələrində 2018-ci ilin may ayının əvvəlində tanış olduğu İ lqar adlı şəxslə X29 gəlmişdir ki, Rusiya Federasiyasından gələn tanışını qarşılasın. X26 aerovağzalına girib ikinci mərtəbədə olan çayçıda oturmuşdurlar. Həmin vaxt İlqar ağız nahiyyəsindən siqaret sellofanına bükülmüş büküm çıxardıb həmin bükümü stolun üstündə olan salfet kağızına bükmüşdür. Təxminən bir-iki dəqiqədən sonra həmin yerə iki nəfər mülki formada olan şəxslər yaxınlaşmışdırlar. İlqar da həmin şəxsləri görəndə salfet kağızına bükülmüş bükümü yerə tullamışdır və həmin şəxslərlə mübahisə etməyə başlamışdır. O, da görmüşdür ki, İlqarı həmin iki nəfər tutub saxlayır, ona görə oradan kənarlaşmışdır. Daha sonra ona məlum olmuşdur ki, həmin iki nəfər polis əməkdaşları olubdur. Sonra polis əməkdaşları İlqarı X22 XPŞ-nə aparmışdır. Bundan başqa o, İlqarın ağız nahiyəsindən çıxardıb y erə tulladığı bükümün içərisində nə olduğunu bilməmiş, İlqar bu barədə ona heç nə deməmişdir, nə də ki onun ağız nahiyyəsində olan maddə barədə onun məlumatı olmamışdır. Məhkəmə kollegiyasının iclasında şahid kimi dindirilmiş X10 ifadəsində göstərdi ki, 10 may 2018-ci ildə saat 14 radələrində 2018-ci ilin may ayının əvvəlində tanış olduğu İlqar adlı şəxslə X29 gəlmişdir ki, Rusiya Federasiyasından gələn tanışını qarşılasın. X26 aerovağzalına girib ikinci mərtəbədə olan çayçıda oturmuşlar. Həmin vaxt İlqar ağız nahiyyəsindən siqaret sellofanına bükülmüş büküm çıxardıb stolun üstündə olan salfet kağızına bükmüşdür. Təxminən bir-iki dəqiqədən sonra həmin yerə iki nəfər mülki formada olan şəxslər yaxınlaşmışlar. İlqar da həmin şəxsləri görən kimi salfet kağızına bükülmüş bükümü yerə tullamışdı r. S6 verilən suallara cavab olaraq bildirmişdir ki, mülki geyimdə olan polis əməkdaşları İlqara yaxınlaşan kimi sonuncu həmin yerdən qaçmaq istəmiş, lakin onu da İlqarı da polis əməkdaşları tutmuş və X22 XPŞ-nə aparmışlar. Bundan başqa o, İ6 ağız nahiyəsindən çıxardıb yerə tulladığı bükümün içərisində nə olduğunu bilməmiş, İlqar bu barədə ona heç nə deməmişdir, nə də ki onun ağız nahiyyəsində olan maddə barədə onun məlumatı olmamışdır. 10 may 2018-ci ildə Məhkumla görüşərkən sonuncunun heç bir xəsarəti olmamışdır. İstintaq zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Şəmkir rayonu Alabaşlı kəndində yaşayır. O, 2017-ci ildən X18 Limanında aerovağzalda yerləşən kafedə işləyir. 10 may 2018-ci il tarixdə saat 14 radələrində X18 Limanının aerovağzalının daxilində olan ka fedə olan zaman kafedəki masalarin birində əyləşən tanımadığı şəxslərin bir yerə toplaşdığını və həmin yerdə iki nəfər çay içən şəxslərin səs-küyünü eşitmişdir. Sonra həmin yerdə X36 X23 mülki formada olan əməkdaşlarını görmüşdür. Daha sonra X36 X23 mülki formada olan əməkdaşlarının bir nəfər 30-35 yaşlarında olan şəxsin qolundan tutub apardıqlarını görmüşdür. Beləliklə də, bütün şahidlər ibtidai istintaq, birinci və apellyasiya instansiya məhkəmələrində bir-birini tamamlayan eyni ifadələr vermişlər. Buna görə də, həmin ifadələrin mötəbərliyinə şübhə yeri qalmamışdır. Bundan başqa, işə əlavə edilmiş 10 may 2018-ci il tarixli "Baxış keçirilməsi və götürmə haqqında" protokoldan görünür ki, X18 Limanının aerovağzalının inzibati binasında Məhkum ağız boşluğundan çıxardıb yerə tulladığı salfet kağızına bükülmüş büküm açılmışdır. Həmin salfet kağızına bükülmüş bükümün içərisindən qəhvəyi rəngli, yumşaq plastik vəziyyətdə, spesifik iyə malik olan, narkotik vasitə "həşiş qətranma" oxşar kütlə aşkar olunmuşdur. Həmin vaxtda Məhkum bildirmişdir ki, həmin kütlə ona məxsus deyil. Sonra həmin kütlə elektron tərəzi ilə çəkilmiş və kütlənin ümumi çəkisi 2,4 qram olmuşdur. Daha sonra həmin kütlə zərfə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin X22 X23 zərflər üçün möhürü ilə möhürlənmişdir. Bu barədə protokol tərtib olunaraq video çəkiliş aparılmışdır. İş üzrə 10 may 2018-ci ildə məhkəmə-bioloji ekspertizası təyin edilmiş və 10 may 2018-ci il tarixli, 178 nömrəli rəy alınmışdır. Rəydə göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində "Vət.Məhkum əlin dən yerə atdığı kütlə..” yazılar və imzalar olan kağız paketdə, bir ədəd ağ rəngli salfet kəsiyi bükümündəki, digər bir ədəd sellofan kəsiyinə bükülmüş təmiz çəkisi - 2,351 qram olan maddə (bitki mənşəli kütlə), narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-həşiş qatranıdır. Həşiş qatranının təmiz çəkisi-2,351 qram, tədqiqata istifadə edildi0,05 qram, qalıq-2,301 qramdır. 14 may 2018-ci tarixli, təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanılması protokolu və həmin protokola əlavə edilmiş foto cədvəldən görünür ki, təqsirləndirilən şəxs Məhkum 10 may 2018-ci ildə saat 14 radələrində X19 Limanının aerovağzalının kafesində ağız boşluğundan çıxardıb yerə tulladığı həşiş qatranını Gəncə şəhərinin ərazisindən əldə etdiyini əyani olaraq təsdiq et mişdir. Məhkəmə kollegiyası göstərilən müddəaların tələblərini nəzərə almadan məhkəmədə tədqiq edilən və Məhkum törətdiyi cinayət əməlini təsdiq edən sübut növlərini işin bütün halları ilə bağlı düzgün qiymətləndirməmiş, hökmdə bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin motivlərini əsaslandırmamış və məhkəmə iclasında tədqiq edilmiş bütün sübutların məcmuyunu deyil, yalnız təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqları zamanı vermiş olduğu ziddiyyətli ifadələri əsas götürmüşdür. Məhkəmə kollegiyası Məhkum CM-nin 234.1 -ci maddəsi ilə bəraət verərkən heç bir mötəbər sübuta əsaslanmamış, ibtidai və məhkəmə istintaqları zamanı toplanmış sübutlar CPM-nin 143- 146-cı maddələrinin tələblərinə əsasən tam və hərtərəfli yoxlanılmamış, əldə olunmuş sübutlar müqayisəli şəkil də təhlil olunmayaraq əsassız olaraq onların mötəbərliyi şübhə altına alınmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, nəticədə Məhkum irəli sürülmüş ittiham üzrə bəraət verilmişdir. Qanunun bu tələblərinə əməl edilməməsi isə CPM-nin 416.0.2 və 416.0.3-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin hökmünün kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kassator göstərilənlərə kassasiya protestinin təmin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2 34.1-ci maddəsi ilə bəraət verilməsinə dair Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 noyabr 2019-cu il tarixli hökmünün ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısı Hafiz İmranovun və kassasiya protestinin təmin edilməməsinə dair bəraət verilmiş şəxs Məhkum və onun müdafiəçisi H6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair Məhkum barəsin dəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 noyabr 2019-cu il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün t ətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı kassasiya protestində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qanunsuz və əsassız olaraq bəraət verilməsini vurğulayaraq Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 noyabr 2019-cu il tarixli hökmünü ləğv edərək, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bu tələbini apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2-ci (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinə uyğun olaraq sübutları tədqiq etmədikdə), 416.0.3-cü maddələrinin (məhkəmə təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsa sını yolverilməz sübutlar təşkil etdikdə) pozulması ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, o, 10 may 2018-ci il tarixdə saat 14 radələrində Gəncə şəhərində tanış olduğu S6 adlı şəxslə onun Rusiya Federasiyasından gələn tanışını qarşılamaq üçün X29 gəlmişdir. S6 təklifi ilə onlar ikinci mərtəbədə olan kafedə oturmuşlar. Bir neçə dəqiqədən sonra iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq qolundan tutub aparmaq istəmişlər. O, bunun səbəbini soruşduqda həmin şəxslər onu yerə yıxmışlar. O, məcbur olub həmin şəxslərlə birlikdə polis şöbəsinə getmiş və şöbədə on a üzərində nə varsa çıxardıb stolun üstünə qoymasını demişlər. O da polis əməkdaşlarının dediklərini yerinə yetirmiş və cibində olanların hamısını çıxardıb stolun üstünə qoymuşdur. Həmin əşyaların içərisində bir büküm də olmuş, ondan bu bükümün nə olduğunu soruşduqda bilmədiyini və ona məxsus olmadığını bildirmişdir. Polis əməkdaşları həmin bükümü açmış və içərisindəkinin narkotik vasitə olduğu məlum olmuşdur. Belə hesab edir ki, hava limanının kafesində polis əməkdaşları onu yerə yıxarkən həmin bükümü onun cibinə qoymuşlar. Apellyasiya kollegiyasının iclasında şahid kimi dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən DİO-da və X22 XPŞ-nin İTB-nin Baxış qrupunda xidmət edir. O, 10 may 2018-ci ildə saat 14 radələrində X21 aerovağzalının qarşısında xidmət aparan zaman bir nəf ər təxminən 30-35 yaşında olan şəxsin aerovağzalın qarşısında cibindən xırda büküm çıxardıb ağız boşluğuna qoyduğunu və aerovağzalın daxilində olan yoxlama postundan keçdiyini görmüşdür. Bundan sonra o, aerovağzalın daxilində olan X22 XPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili İlqar Həsənova və CAQ-nun əməliyyat müvəkkili S6 həmin şəxsin ağız boşluğuna nə isə qoyub yoxlama postundan keçdiyini bildirmişdir. Daha sonra İlqar Həsənov həmin şəxsə, yəni adı sonradan ona məlum olan Məhkum yaxınlaşanda Məhkum ağız boşluğundan nə isə çıxardıb yerə tullamışdır. Həmin vaxt polis əməkdaşları İlqar Həsənov və X30 saxlayaraq X22 XPŞ-nə gətirmişlər. İbtidai istintaq və birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, yuxarıda qeyd olunan ünvanda yəni, ünvan 2 tu tduğu vəzifədə isə 2018-ci ildən xidmət aparır. 10 may 2018-ci ildə saat 14 radələrində iş yoldaşı X9 ilə X21 aerovağzalının içərisində olan zaman X22 XPŞ-nin İTB- nin Baxış qrupunun inspektoru polis nəfəri polis kiçik serjantı X15 onlara yaxınlaşaraq bir nəfər təxminən 30-35 yaşında olan şəxsin aerovağzalın qarşısında cibindən xırda büküm çıxardıb ağız nahiyəsinə qoyduğunu və aerovağzalın daxilində olan yoxlama postundan keçdiyini bildirmişdir. Bundan sonra F6 həmin şəxsi onlara göstərmişdir. Həmin vaxt onlar görmüşdürlər ki, polis nəfərinin onlara göstərdiyi şəxs yanında olan şəxslə aerovağzalın daxilində olan ikinci mərtəbədəki kafeyə getdilər. Sonra isə o, həmin şəxslər əyləşən yerə tərəf yaxınlaşanda onlardan biri, yəni adı sonradan onlara məlum olan Məhkum ağız boşluğundan nə isə bük ülü çıxardıb yerə tullamışdır. Sonra o, Məhkum yerə tulladığı bükümün nə olduğunu soruşmuşdur. Məhkum isə ona heç nə deməyib həmin yerdən qaçıb getmək istəmişdir. Lakin o, Məhkum saxlayaraq getməsinə mane olmuşdur. Bundan sonra iş yoldaşı X9 onlara yaxınlaşmışdır və Məhkum ağız nahiyyəsindən çıxardıb yerə tulladığı bükümlə birlikdə X22 XPŞ-nə gətirmişdirlər və bu barədə raport yazmışdır. Apellyasiya instansiyası məhkəməsində X12 ifadəsində göstərmişdir ki, 10 may 2018-ci ildə saat 14 radələrində iş yoldaşı X9 ilə X21 aerovağzalının içərisində olan zaman X22 XPŞ-nin İTBnin Baxış qrupunun inspektoru polis nəfəri polis kiçik serjantı X15 onlara yaxınlaşaraq təxminən 3035 yaşında olan bir şəxsin aerovağzalın qarşısında cibindən xırda büküm çıxardıb ağız nahiyəsinə qoyduğunu və aerovağzalın dax ilində olan yoxlama postundan keçdiyini bildirmişdir. Bundan sonra Fərid Rəhimov həmin şəxsi onlara göstərmişdir. Həmin vaxt onlar göstərilən şəxsin yanında olan şəxslə aerovağzalın daxilində olan ikinci mərtəbədəki kafeyə getdiyiklərini görmüşlər. İ6 verilən suallara cavab olaraq bildirmişdir ki, telefon vasitəsilə yuxarı rəhbərliyə şifahi olaraq məruzə edərək şübhəli şəxs olduğu məruzə edilmiş, rəhbərliyin razılığı əsasında əməliyyata başlamışlar. O, X20 özünü təqdim edən kimi sonuncu ağzından nə isə çıxarıb yerə atmış və qaçmağa cəhd etmişdir. Məhkumla onun arasında təxminən 2 metr məsafə olduğundan dəqiq görməsə də, İlqarın ağzından çıxartdığı bükülünün sellofanla örtülü olduğunu zənn edir. Həmin vaxt Məhkum tutaraq qaçmasına mane olsalar da, digər şəxsi tuta bilməmişlər. Məhkum sərbəs t şəkildə bölməyə gələrək izahat vermiş, törətdiyi əməli etiraf edərək, narkotik vasitəni tapdığı yeri göstərmişdir. Məhkum üzərindən aşkar edilmiş narkotik vasitənin necə qablaşdırıldığı yadında deyil, ifadənin yerində yoxlanılması zamanı iştirak etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, "Baxış keçirilməsi və götürmə haqqında" 10 may 2018-ci il tarixli protokolda göstərilmişdir ki, Azərbaycan Respublikası DİN-nin NBPİ-nin HNPİ-nin X22 X23 İstintaq Qrupunun baş müstəntiqi polis mayoru X13 tərtib edirəm həmin protokolu, X22 XPŞ-nin NMQ-nun Başəməliyyat müvəkkili polis baş leytenantı X5, X22 XPŞ-nin CAQ-nun əməliyyat müvəkkili polis baş leytenantı X2, 07.07.1984-cü ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı orta təhsilli, evli, işsiz, Gəncə şəhər ** *********** yaşayan Məhkum və onun müdafiəçisi Gəncə şəhər Hüquq Məsləhətxanasının vəkili X6 iştirakları ilə ondan ötrü ki, Azərbaycan Respublikası CPM-nin 236 və 237-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkum üzərində narkotik vasitə gəzdirməsi barədə X22 XPŞ-nə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar olaraq Məhkum X21 aerovağzalında saxlanılaraq X22 XPŞ-nə gətirilmişdir. Baxış zamanı vətəndaş Məhkum Hava Limanının aerovağzalında əlindən tulladığı salfet kağızına bükülmüş büküm aşkar edilmişdir. Həmin büküm açıldı, onun içərisində tünd qəhvəyi rəngli, yumşaq plastik vəziyyətdə, spesifik iyə malik olan, narkotik vasitə "həşiş qətrana" oxşar kütlə aşkar edilərək götürüldü. Həmin kütlə elektron tərəzidə çəkildi, narkotik vasitəyə oxşar kütlənin ümumi çəkisi 2,4 qram olmaqla zərfə qoyulub qablaşdırıldı və zərf Azərbaycan Respublikası DİN-nin NBPİ-nin HNPİ-nin X22 XPŞ-nin "Zərflər üçün" möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Baxış zamanı iştirak etmiş vətəndaş Məhkum bildirdi ki, aşkar olunan kütlə ona məxsus deyil. Protokolda qeyd edilmişdir ki, şübhəli şəxs Məhkum heç bir səbəb göstərmədən protokolu imzalamaqdan imtina etdi. Amma iş materiallarında olan video çəkilişdən görünür ki, Məhkum onda narkotik maddənin olmaması, təqdim edilən narkotik maddənin ona məxsus olmaması səbəbi ilə protokolu imzalamaqdan imtina etmişdir. Bundan başqa, protokoldan müəyyən edilir ki, Məhkum üzərində narkotik vasitə gəzdirməsi barədə X22 XPŞ-nə daxil olmuş əməliyyat məlumatı üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı daxil olan məlumata əsasən əməliyyat-axta rış tədbiri keçirilmişdir. Lakin cinayət işinin materiallarında əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar yoxdur. Bununla əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, CPM-in 177.3-cü maddəsinə əsasən, aşağıdakı istintaq hərəkətlərinin məcburi aparılması üçün bir qayda olaraq məhkəmə qərarının alınması tələb olunur: Yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, axtarış, götürmə və digər istintaq hərəkətlərinin aparılması (177.3.1); tutulmuş və ya həbs edilmiş şəxsdən başqa, şəxsin iradəsinə zidd olaraq onun şəxsi müayinəsi (177.3.2); əmlak üzərinə həbs qoyulması (177.3.3); poçt, teleqraf və digər göndərişlərin üzərinə həbs qoyulması (177.3.4);. telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrl ə ötürülən məlumatların ələ keçirilməsi (177.3.5); maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti və vergilərin ödənilməsi barədə məlumatlar daxil olmaqla, şəxsi, ailə, dövlət, kommersiya və ya peşə sirrini təşkil edən məlumatların ələ keçirilməsi (177.3.6); meyitin qəbirdən çıxarılması (ekshumasiya) (177.3.7); cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsinə şübhə yaradan əməliyyatların icrasının dayandırılması (177.3.8) CPM-in 177.4-cü maddəsinə əsasən, baxış, axtarış və götürmə istisna edilməklə (burada baxış dedikdə CPM-in 177.3.1-ci maddəsində nəzərdə tutulan yaşayış yerinə xidməti və istehsalat binalarına baxış nəzərdə tutulur) yaşayış yerində, xidməti və istehsalat binalarında digər istintaq hərəkətlə ri, habelə bu Məcəllənin 177.3.6 və 177.3.7-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri yalnız məhkəmənin qərarı əsasında aparıla bilər. Müstəntiq müvafiq məhkəmə qərarı olmadan öz qərarı əsasında aşağıdakı istintaq hərəkətlərini məcburi apara bilər: Yaşayış yerində, xidməti və ya istehsalat binalarında baxış, axtarış və ya götürmə aparılmasıbu Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar və hallar olduqda (177.4.1); şəxsi müayinə aparılması-bu Məcəllənin 238-2-ci maddəsində nəzərdə tutulmuş hallarda (177.4.2); əmlak üzərinə həbs qoyulması-bu Məcəllənin 249.5-ci maddəsində nəzərdə tutulmuş hallarda (177.4.3); poçt, teleqraf və digər göndərişlərin üzərinə həbs qoyulması, habelə telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürül ən məlumatların ələ keçirilməsi-şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə olan ağır və ya xüsusilə ağır cinayətlər üzrə sübutların müəyyən edilməsi üçün təxirə salına bilməyən hallar yarandıqda (177.4.4.); cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsinə şübhə yaradan əməliyyatların icrasının dayandırılması – pul vəsaitləri və ya digər əmlakla əməliyyatın terrorçuluğun maliyyələşdirilməsinə yönəlməsini və ya cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasını güman etməyə kifayət qədər əsas verən təxirə salına bilməyən hallar yarandıqda (177.4.5. Azərbaycan Respublikası CPM-in 177.3.1-177.3.5 və 177.3.8-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri təxirə salına bilm əyən hallarda müstəntiqin əsaslandırılmış qərarı ilə aparılmışdırsa, müstəntiq bu Məcəllənin 443.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir. Müstəntiqin qərarı istintaq hərəkətinin məhkəmənin qərarı olmadan aparılmasının zəruriliyi və təxirə salına bilməməyi əsaslandırılmaqla bu Məcəllənin 446.2-ci maddəsinin tələblərinə uyğun olaraq tərtib edilir. (CPM 177.5) Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsinin İ hissəsinə əsasən, Əməliyyat-axtarış fəaliyyətinin subyektləri bu Qanunla müəyyən edilmiş qaydada aşağıdakı əməliyyat-axtarış tədbirləri tətbiq edə bilərlər: 1) vətəndaşların sorğusu; 2) soraqlaşma; 3) telefon danışıqlarına qulaqasma; 4) poçt, teleqraf və digər göndərişlərin yoxlanılması; 5) texniki ra bitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması; 6) məhkumların məktublarının yoxlanılması; 7) nəqliyyat vasitələrinə baxış keçirilməsi; 8) binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə; 9) binaların, o cümlədən yaşayış binalarının, habelə digər qapalı tikililərin, qurğuların, torpaq sahələrinin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsi; 10) insanların güdülməsi; 11) şəxsiyyətin eyniləşdirilməsi; 12) nəzarət qaydasında mal alınması; 13) əşya və sənədlərin tədqiqi; 14) müqayisəli tədqiq üçün nümunələrin toplanılması; 15) nəzarətli göndəriş; 16) cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi; 17) hüquqi şəxsin yaradılması; 18) əməliyyat eksperimen ti, yəni cinayətkar fəaliyyəti təqlid edən davranış modelinin tətbiqi. İV. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan: 1) şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər; 2) cinayəti hazırlayan, törədən, törətmiş, cəzaçəkmə müəssisələrindən və ya həbsdən qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Məhkəmə kollegiyası vurğulayır ki, göründüyü kimi “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanun da şəxsin üzərinə baxış keçirilməsi kimi bir anlayışı nəzərdə tutmur. Qanun yalnız əsas olduqda binalara, tikililərə, qurğulara və torpaq sahələrinə baxış keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 445.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı əsasında aşağıdakı əməliyyat axtarış tədbirləri həyata keçirilir: Telefon danışıqlarına qulaq asma (445.1.1); poçt, teleqraf və digər göndərişlərin yoxlanılması (445.1.2); texniki rabitə kanallarından və digər texniki vasitələrdən məlumatın çıxarılması (445.1.3); binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış keçirilməsi (445.1.4); texniki vasitələrdən istifadə etməklə və ya səs yazan, video, foto, kino və digər çəkiliş cihazların quraşdırılması yolu ilə mənzilin müşahidə edilməsi (445.1.5); insanların güdülməsi (445.1.6) CPM-in 445.2-ci maddəsinə əsasən, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonr a 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. Məhkəmə qeyd edir ki, CPM-in 445.2-ci maddəsinin tələbindən də göründüyü kimi “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsinin ikinci bəndinə əsasən, c inayəti hazırlayan, törədən, törətmiş, cəzaçəkmə müəssisələrindən və ya həbsdən qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 445.1.4 və 445.2-ci maddələrinə əsasən binaya, o cümlədən yaşayış yerlərinə xidməti və istehsalat binalarına, hasarlanmış tikinti obyektlərinə, qurğu və torpaq sahələrinə məhkəmənin qərarı olmadan əməliyyat-axtarış fəaliyyəti həyata keçirən orqanın səlahiyyətli şəxsinin qərarı əsasında daxil olma və onlara baxış keçirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, əməliyyat-axtarış fəaliyyətini həya ta keçirən orqanlar praktikada bir çox hallarda “baxış”la “axtarış”ı səhv salırlar. Bununla bağlı məhkəmə qeyd edir ki, “baxış” öz-özlüyündə gözlə görünən, aşkarda olan və vizual baxışla müəyyən edilməsi mümkün olan hərəkəti özündə ehtiva edir. Əməliyyat-axtarış tədbirinə daxil olan “baxış” zamanı gözlə görünməyən, aşkarda olmayan və fiziki təsir olmadan aşkar olunması mümkün olmayan əşyaların aşkar edilməsi baxışın predmetinə daxil deyildir. Əgər aşkara çıxarılan əşya vizual baxışla deyil, görünməyən yerdən fiziki təsir tətbiq etməklə aşkar olunursa, o zaman bu istintaq hərəkətinin adı “baxış” deyil, “axtarış”dır. “Axtarış” istintaq hərəkəti isə CPM-nin 177.3.1 və 177.4.1-ci maddələrinin tələbinə əsasən məhkəmənin qərarı əsasında aparılır. CPM-in 177.4.1-ci maddəsinin tələbinə əsasən yaşa yış yerində, xidməti və ya istehsalat binalarında baxış, axtarış və ya götürmə aparılması - bu Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar və hallar olduqda müstəntiq öz qərarı əsasında bu istintaq hərəkətlərini apara bilər. CPM-in 243.3-cü maddəsinə əsasən, təxirə salına bilməyən hallarda müstəntiq axtarış və ya götürməni məhkəmənin qərarı olmadan yalnız aşağıdakıları güman etməyə əsas verən dəqiq məlumat olduqda apara bilər: Şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsini (243.3.1); şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, həbsdən və ya azadlıqdan məhrum etmə yerlərindən qaçmış şəxsin yaş ayış yerində gizləndiyini (243.3.2); yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olmasını (243.3.3); yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükə olduğunu (243.3.4). Göstərilən qanun normalarının tələblərindən yanaşdıqda belə nəticə hasil olur ki, apellyasiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki,CPM-in 243.1-ci maddəsinə əsasən axtarış və ya götürmə bir qayda olaraq məhkəmənin qərarı əsasında aparılır. Lakin hazırki iş üzrə məhkəmə qərarı olmamışdır. Bundan başqa, CPM-in 245.3-cü maddəsinə əsasən müstəntiq axtarış və ya götürməni foto, video və kino çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə etməklə aparmaq hüququna malikdir. Axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. "Ba xış keçirilməsi və götürmə" haqqında 10 may 2018-ci il tarixli protokolda göstərilmişdir ki, "Məhkum üzərində narkotik vasitə gəzdirməsi barədə X22 XPŞ-nə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar olaraq Məhkum X21 aerovağzalında saxlanılaraq X22 XPŞ-nə gətirilmişdir. Baxış zamanı vətəndaş Məhkum Hava Limanının aerovağzalında əlindən tulladığı salfet kağızına bükülmüş büküm aşkar edilmişdir". Lakin, protokoldan müəyyən edilmir ki, büküm Məhkum "üzərində" dedikdə, konkret haradan aşkar edilib götürülmüşdür. Bundan başqa, "Baxış keçirilməsi və götürmə" haqqında 10 may 2018-ci il tarixli protokolda Məhkum barəsində keçirilmiş əməliyyat axtarış tədbirinin "İphone" markalı telefon aparatı ilə video çəkiliş edildiyi və diskə köçürülərək cinayət işinin materiallarına əlavə olunacağı qeyd edilmi şdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına qeyd edilən əməliyyat axtarış tədbirinin keçirilməsini əks etdirən video görüntü kimi istintaq orqanın qiymətləndirdiyi həmin görüntünü məhkəmə kollegiyası nəzərdən keçirərkən Məhkum üzərindən iddia edilən narkotik vasitənin aşkar edilməsi müşahidə edilmir. Yalnızca iddia edilən narkotik vasitənin müstəntiqin otağında yerləşən masanın üzərində olduğu görünür. Apellyasiya məhkəməsi qərarını belə əsaslandırmışdır ki, ittiham tərəfinin sübut kimi istinad etdiyi baxış və götürmə əməliyyatı qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən sübut kimi öz əhəmiyyətini itirmişdir və həmin protokol sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, iş üzrə şahid qismində dindirilmiş polislərin ifadələri məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş və təkzibedilməz mötəbər sübutların məcmusu ilə təsdiq edilmiş işin halları ilə üst-üstə düşmədiyindən və real həqiqəti əks etdirmədiyindən inandırıcı deyil və Məhkum CM-in 234.1-ci maddəsi ilə təqsirli bilənərək məhkum edilməsi üçün istifadə edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi öz qərarında haqlı olaraq vurğulamışdı r ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməli və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi itti ham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, cinayət təqibi üzrə Məhkum təqsirinin sübuta yetirilməməsini düzgün qiymətləndirmiş, Məhkum təqsirinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi barədə gəldiyi nəticəni kifayət qədər əsaslandırmış, qanuni və əsaslı hökm çıxarmışdır. Kollegiya vurğulayır ki, cinayət işinin materiallarındakı sübutların mabədində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməməsi mümkünsüzdür və buna görə də bəraət hökmünün qanuni və əsaslı olması heç bir şübhə doğurmur. Beləliklə, kassasiya kollegiya sı kassasiya protestinin dəlillərini cinayət işinin materiallarındakı və işə baxan apellyasiya instansiya məhkəməsinin hökmünün təsviri-əsaslandırıcı hissəsindəki istinad etdiyi sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, X11 bəraət verilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, onun təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqın da” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən kassatorun dəlillərini tutarlı bir sübuta söykənmədiyindən qəbul etmir və onların əsassız olması nəticəsinə gəlir. Məhkəmə kollegiyasının qənaəti belədir ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum haqqındakı bəraət hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi ilə müəyyən edilən hallardan heç biri müəyyən edilməmişdir. Beləliklə, kassasiya kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materiallarındakı və apellyasiya instansiyası məhkəməsinin hökmünün təsviri-əsaslandırıcı hissəsind əki sübutlarla müqayisəli şəkildə tədqiq edərək həmin dəlilləri təkzibedilməz bir fakta və sübuta söykənmədiyindən qəbul etmir, onları əsassız hesab edir və belə nəticəyə gəlir ki, kassasiya protestinin təmin edilməməsi və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 18 noyabr 2019-cu il tarixli bəraət hökmünün kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qanuni və əsaslıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA A L D İ: Kassasiya protesti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilmiş Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kol legiyasının 18 noyabr 2019-cu il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-602/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-602/2020
24.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver