Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-602/2021 05.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxxx 1988-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 uşağı olan, məhkum olunmayan, taksi sürücüsü, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2yan, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcə lləsinin (bundan sonra CM-in) 263.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 24 sentyabr 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi, “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Əliyev Kamal Vəli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Naxçıvan Şəhər Məhkəməsinin 14 avqust 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Qabil Məmmədov) Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, c əzaçəkmə müddətinin başlanğıcının 14 avqust 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 24 sentyabr 2019cu il tarixli qərarı ilə (hakimlər: Ə.N.Novruzov (sədrlik edən), S.M.Qarayev və F.R.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Şəhər Məhkəməsinin 14 avqust 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə görə təqsirləndirilən şəxs Məhkum 19 may 2019-cu il tarixdə, saat 21:20 dəqiqədə etibarnamə olmadan idarə etdiyi X2 məxsus “Naz Lifan LF 7162 C 620” minik markalı, **-TA-*** nömrə nişanlı avtomobillə Naxçıvan şəhəri, Nizami küçəsi ilə Naxçıvan şəhər məscidi istiqamətindən H.Əliyev Sar ayı istiqamətinə doğru hərəkətdə olarkən "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin birinci hissəsinin tələblərini pozaraq hadisənin qarşısını almağa texniki imkanı olduğu halda Gənclik Mərkəzinin (Kinoteatrın) yanında piyada keçidi zolağı ilə yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs qabaqcadan görməli olduğu və görə biləcəyi halda cinayətkarcasına etinasızlıq göstərərək onu görməmiş, piyada Zərərçəkmiş şəxs hərəkət istiqamətini məcburi dəyişməsinə səbəb olmuş və ehtiyatsızlıqdan piyada keçidi zolağından 2,96 metr məsafədə idarə etdiyi avtomobilin qabaq tərəfi ilə həmin piyadanı vuraraq ona xəsarət yetirmiş və nəticədə piyada Zərərçəkmiş şəxs aldığı xəsarətə görə hadisə yerində ölmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 24 sentyabr 2019-cu il tarixli qərarının dəyişdirilməsi və Məhkum CM-nin 58-60-cı maddələrinin tələbləri nəzərə alınaraq 4 il 6 aydan az olmaqla azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, birinci və apelyasiya instansiya məhkəmələrinin təqsirləndirilən şəxs Məhkum təyin etdiyi cəza qeyri-obyektiv, əsassız, ədalətsiz və qeyri humanistdir. Belə ki, Məhkum hərəkətlərində CM-nin 59.1.10-59.1.13-cü madələrində nəzərdə tutulmuş bütün hallar mövcud olduğundan və işdə ağırlaşdırıcı hallar olmadığından CMnin 60.1-ci maddəsinə əsasən Məhkum ittiham olunduğu CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddi olan 6 il müddəti nə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən, yəni 4 il 6 aydan çox cəza təyin edilə bilməzdi. İş materiallarından görünür ki, Məhkum hadisədən dərhal sonra özü hadisə barəsində müvafiq orqanlara məlumat verməklə, könüllü təqsirini boynuna almaqla cinayətin açılmasına fəal kömək etmiş, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərməyə çalışmış, hadisə yerinə tibbi yardım avtomaşını gəlməsini təşkil etmiş, zərərçəkmiş şəxsin həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına çalışmış, zərərçəkmiş şəxsin yaxın qohumları və sonradan hüquqi varis kimi tanınmış şəxslə barışıq əldə etməyə çalışmış, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması üçün hərəkətlər etmişdir. Digər tərəfdən isə cinayət işində təqsirləndirilən şəxsin cəzasını ağırlaşdırıcı hallar yoxdur. Müdafiəçi hesab edir ki, məhkəmələr Məhkum barəsində qeyd edilən cəzanı yüngülləşdirən halların olmasını nəzərə almayıb ona ağır cəza təyin etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəli llərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməmə si məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum məhkəmələr tərəfindən təyin edilmiş cəzanın sərt olması bildirilir. Ona görə də məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum təqsirliliyi ilə əlaqədar sübutların şərh olunmasını zəruri hesab etmir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyət ini, ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində iki nəfər azyaşlı uşağının olmasını, səmimi peşmançılığını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi və ağırlaşdıran halların olmamasını düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətb iq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinay ət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü ha qqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəl ilik dərəcəsini, məhkumun şəxsiyyətini, ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində iki nəfər azyaşlı uşağının olmasını, səmimi peşmançılığını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublik ası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum əməlində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətinin tərkibinin mövcud olması nəticəsinə gəlinərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 24 sentyabr 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğunda n, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 24 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-602/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-602/2021
05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver