Məhkəmə qərarları › İş №1(102)-603/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-603/2019

09.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-603/2019 09.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, məhkum Təqsirləndirilən şəxs, müdafiəçi X4 iştirakı ilə, Sabunçu Rayon Məhkəməsinin 30 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respu blikası CM-nin 192-1.3.2 və 213.1-ci məddələri ilə bəraət verilmiş, Azərbaycan Respublikası CM-nin 213-1.1 maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 avqust 2018-ci il tarixli qərarından mülki iddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Şuşa rayon Vergilər Şöbəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Sabunçu Rayon Məhkəməsinin 30 may 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Z.A.Şirinov) xx xxxxxx 1966-cı il tarixdə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayanTəqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-1.3.2 və 213.1-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin epizodlar üzrə bəraət verilmişdir. Hökmlə həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 213-1.1-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı 1 il 6 ay 28 gün müddət nəzərə alınaraq ona təyin edilmiş cəza yüngülləşdirilmiş və üzərində qəti olaraq 200 manat cərimə cəzası saxlanılması qərara alınmışdır. Hökmdən mülki iddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Şuşa Rayon Vergilər Şöbəsi və məhkum tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət ko llegiyasının (hakimlər: Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Babayev Qədim Xalid oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 13 avqust 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 avqust 2018-ci il tarixli qərarından mülki iddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Şuşa rayon Vergilər Şöbəsi kassasiya şikayəti verərək mülki iddianın tam təmin edilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 53-1.2-ci maddəsinin və “İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması və idman mərc oyunlarının təşkili və keçirilməsi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.08.2010-cu il tarixli Qərarının 1.3, 2.1 və 2.5-ci maddələrinin tələblərini pozmaqla, akkreditasiya olunmadan ünvan 3 ünvanında yerləşən məntəqədə özünə məxsus 050 *** ** ** mobil nömrəsinə gələn sms-lər vasitəsilə 27.11.2011-ci il tarixdən 03.11.2016-cı il tarixədək Bakı şəhərində yaşayan müxtəlif şəxslərdən pul yığaraq qanunsuz idman mərc oyunlarını təşkil etmiş, nəticədə Gənclər və İdman Nazirliyinin 16 sentyabr 2010-cu il tarixli kollegiya qərarına əsasən Azərbaycan Respublikası ərazisində idman mərc oyunlarını həyata keçirməyə akkreditasiya olunmuş yeganə təşkilat olan «xxxx» QSC-nə (VÖEN: **********) 2012-2015-ci illər ərzində 213013,0 manat, 2016-cı il üzrə 5414,0 manat, ümumilik də külli miqdar təşkil edən 218427,0 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs 27.11.2011-ci il tarixdən 03.11.2016-cı il tarixədək Bakı şəhərində yaşayan müxtəlif şəxslərdən pul yığaraq qanunsuz idman mərc oyunlarını təşkil edərək yığdığı pul vəsaitini «xxxx» QSC-nə köçürməli olduğu halda, həmin cəmiyyətə köçürməyərək Vergi Məcəlləsinin 101.5-ci maddəsinin tələbini pozaraq 2016-cı il üzrə 4645,0 manat gəlir vergisini, Vergi Məcəlləsinin 220.9-cu maddəsinin tələblərini pozaraq 2012-2015-ci illər üzrə 58914,0 manat, 2016-cı il üzrə 2787,0 manat sadələşdirilmiş vergini, ümumilikdə xeyli miqdar təşkil edən 66346,0 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa Təqsirləndirilən şəxs aksiz markası ilə markalanmalı olan lakin, belə mark a olmadan ümumilikdə xeyli miqdar təşkil edən 804.6 manat dəyərində 21 ədəd 0,5 litrlik “Stoliçnaya” (qırmızı), 10 ədəd 0,5 litrlik “Stoliçnaya” (göy), 1 ədəd 0,5 litrlik “Nemiroff”, 3 ədəd 1,0 litrlik “Nemiroff”, 3 ədəd 1,0 litrlik “Russkiy Standart”, 6 ədəd 0,75 litrlik “Nederburq”, 3 ədəd 0,75 litrlik “Haffelin”, 1 ədəd 0,75 litrlik “Sante Rita”, 1 ədəd 0,75 litrlik “Zonenburq”, 1 ədəd 0,75 litrlik “Tosori”, 22 ədəd 0,33 litrlik “Shefe” markalı alkoqollu içkiləri 2016-cı il ərzində istintaqa bəlli olmayan mənbədən əldə edərək fəaliyyət göstərdiyi ünvan 4 ünvanda yerləşən obyektdə satış məqsədilə saxlamışdır. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr əsassız olaraq mülki iddianı təmin etməmişdir. Təqsirləndirilən şəxs tərəfindən qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və keçirilməsi nəticəsində “xxxx” QSC-yə və dövlətə dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə iş üzrə cəlb edilmiş mütəxəssisin 17 mart 2017-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs tərəfindən 2011-2016-cı illər üzrə qanunsuz idman mərc oyunları ilə bağlı vətəndaşlardan ümumilikdə 6.120.291,47 manat məbləğində vəsaitin daxil olması müəyyən edilmiş, nəticədə bu fəaliyyətdən ümumilikdə 66.346 manat vergilərin dövlət büdcəsinə ödənilməsindən yayınmışdır. Dəymiş ziyanın və dövlət büdcəsinə ödənilməli olan vergi məbləğinin hesablanmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun olub-olmamasına münasibət bildirmək ekspertin deyil, məhkəmənin səlahiyyətinə aid olduğundan məhkəmənin sübut kimi qiymə tləndirdiyi 29 sentyabr 2017-ci il, 16 noyabr 2017-ci il və 14 fevral 2018-ci il tarixli ekspert rəyləri əsaslı və mötəbər hesab edilə bilməz. Bundan başqa, məhkəmə iş üzrə təqsirləndirilən şəxsin əməlində subyektiv cəhətin mahiyyətini araşdırmamış, bu halları nəzərə almamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 192-1.3.2 və 213.1-ci maddələri ilə bəraət hökmü verərək həmin hökmün əsaslılığını şübhə altına almışdır. Mulki iddiaçı qeyd olunanları nəzərə alaraq kassasiya şikayətinin təmin edilməsini, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və mülki iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə dövlət ittihamçısının, kassasiya şikayətinin təmin edilməməsi barədə məhkumun və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir. Cinayət işi üzrə işə baxan məhkəmələr yuxarıda göstərilən qərarlar qəbul etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 avqust 2018-ci il tarixli qərarından kassasiya protesti verilməmiş, cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilməmişdir. Mülki iddiaçının kassasiya şikayəti verilmiş mülki iddianın tam həcmdə təmin edilməsi barədədir. Mülki iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini n əsas dəlili ondan ibarətdir ki, Təqsirləndirilən şəxs 27.11.2011-ci il tarixdən 03.11.2016-cı il tarixədək Bakı şəhərində yaşayan müxtəlif şəxslərdən pul yığaraq qanunsuz idman mərc oyunlarını təşkil edərək yığdığı pul vəsaitini “xxxx” QSC-nə köçürməli olduğu halda, həmin cəmiyyətə köçürməyərək Vergi Məcəlləsinin 101.5-ci maddəsinin tələbini pozaraq 2016-cı il üzrə 4645,0 manat gəlir vergisini, Vergi Məcəlləsinin 220.9-cu maddəsinin tələbini pozaraq 2012-2015-ci illər üzrə 58914,0 manat, 2016-cı il üzrə 2787,0 manat sadələşdirilmiş vergini, ümumilikdə xeyli miqdar təşkil edən 66346,0 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. İbtidai istintaq materiallarına əlavə edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 07.04.2017-ci il tarixli 8491 saylı rəyi ilə müəyyən edil mişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ümumilikdə 66346,0 manat dövlət büdcəsinə ziyan vurulmuşdur. Apellyasiya Məhkəməsi iş üzrə gəldiyi nəticəni aşağıda şərh edilən sübutlarla əsaslandırmışdır. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 192-1.3.2, 213.1 və 213-1.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2011-ci ildən “Topaz” məntəqəsi işlədir və illər üzrə “Topaz”a milyonlarla pul vəsaiti ödəmişdir. O, daimi olaraq vergi vermiş və heç vaxt vergidən yayınmamışdır. İşlətdiyi məntəqədə müvafiq aparat olmuş və bir nəfər işçi tərəfindən proqnozlar qeyd olunmuş, qəbz vurulub vətəndaşlara verilmişdir. O, bəzi vaxtlarda tanıdığı yaxın insanlar, daimi müştərilər tərəfindən futbol oyunlarına qoyulan proqnozları özünə məxsus 050 *** ** ** nömrəli mobil telefona gələn sms-lərlə qəbul edib həmin sms- lərdə göstərilən məbləğləri Gənclər və İdman Nazirliyinin tabeliyində olan “Topaz” əmtəə nişanı altında fəaliyyət göstərən “xxxx” QSC-nə göndərmiş, bunun müqabilində 6,5 faiz gəlir əldə etmişdir. Lakin qəbul edilən proqnozlar “Topaz”ın saytı vasitəsilə həyata keçirilmiş, proqnoz verən şəxslər nağd pulları gətirib məntəqəyə verib qəbz almışlar. Çünki, Sms-lə pul qoyulması mümkün deyil, sadəcə proqnoz qəbul etmək mümkündür, qətiyyən bu cür ödəniş həyata keçirilə bilməz. O, “xxxx” QSC-nə heç bir ziyan vurmamışdır. Mənətəqədən operativ vergi nəzarəti tədbiri zamanı aşkar edilərək götürülmüş aksiz markası ilə markalanmamış alkoqollu içkiləri isə Qazax rayonunda tanımadığı Gürcüstan Respublikası vətəndaşından öz ad günü münasibətilə almış, heç bir satış niyyəti olmamışdır. X1, X8, X5, X9 və X10 ifadələrində Təqsirləndirilən şəxs ödənişləri nəğd şəkildə etdiklərini, hər bir oyun üçün qəbz aldıqlarını qanunsuz şəkildə və ya sms vasitəsi ilə heç bir ödənişin olmadığını bildirmişlər. İş materiallarında olan məhkəmə-mühasibat ekspertizasının 07 aprel 2017-ci il tarixli 8491 saylı rəyi ilə müəyyən edilmişdir ki, “xxxx” QSC tərəfindən müəyyən edilmiş dövriyyə nəzərə alındıqda Təqsirləndirilən şəxs tərəfindən futbol oyunlarının proqnozlarından yığdığı vəsaitdən yayındırdığı məbləği 2012-2015-ci illər üzrə 981.897,0 manat – bu məbləğdən Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq dövlət büdcəsinə ödənilməli olan vergi 58914,0 manat, 2016-cı il üzrə isə 46.446,0 manat – bu məbləğdən ödənilməli olan vergi isə 7432,0 manat olmaqla ümumilikdə 66.346,0manat məbləğində müəyyən edilir. Eyni zamanda Təqsirləndirilən şəxs tərəfindəndövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergilər vasitəsilə dövlətə, habelə “xxxx” QSC-nə vurulmuş ziyanın müəyyən edilməsi məqsədilə həmin Cəmiyyətə müvafiq sorğu verilmiş, sorğuya verilmiş 05 aprel 2017-ci il tarixli, 032/17 saylı məktuba əsasən onun tərəfindən 20122016-cı il tarixədək olan dövr üzrə “xxxx” QSC-nə dəymiş ziyanın məbləği 218.427,0 manat məbləğində müəyyən edilir. Qeyd edilir ki, iş materiallarında ünvan 5 ünvanda yerləşən məntəqədə 2012-2016-cı illər ərzində nağd pul vəsaitinin əldə edilməsi ilə xərclərin çəkilməsinə dair mühasibat sənədləri mövcud deyildir. ünvan 5 ünvanda yerləşən məntəqədə 2012-2016-cı illər ərzində idman-mərc oyunlarının təşkil edi lməsi fəaliyyətindən əldə edilmiş gəlirin məbləği təqdim edilmiş cinayət işi materiallarına əlavə edilmiş “xxxx” QSC-dən alınan məlumatlara əsasən müəyyən edilmişdir. Qeyd edilən məlumatların nə qədər əsaslı olub-olmamasına istintaq zamanı qiymət verilməlidir. Birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ƏN Məhkəmə Ekspertizası Mərkəzinin İqtisad ekspertizalar şöbəsinin böyük eksperti X6 ifadəsində göstərmişdir ki, istintaq zamanı rəy şərti verilmiş, həmin rəydə göstərilmişdir ki, gəlirin məbləği “xxxx” QSC-dən alınan məlumatlar əsasında müəyyən edilmişdir. Sms-lər əsasında dövriyyənin və ödənilməli olan verginin məbləğinin hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmamışdır və Sms mühasibat sənədi h esab edilmir. Sms-lərlə pul qoyulmasının müxanizmi praktik cəhətdən mümkün deyil və əgər sms-lərdə məbləğlər tam göstərilsə idi belə, dövriyyənin və ödənilməli olan vergi məbləğinin hesablanması mümkün olmayacaqdı. Məhkəmə Ekspertiza Mərkəzinin 29 sentyabr 2017-ci il tarixli 15343 saylı və 16 noyabr 2017-ci il tarixli 28496 saylı ekspertiza tədqiqatı zamanı, mühasibat sənədləri təqdim edilməmişdir. Həmçinin birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş VN yanında VCİAD-nın İqatisadi sahədə mühüm işlər üzrə idarəsinin Vergi yoxlamaları şöbəsinin böyük dövlət vergi müfəttişi X15 ifadəsində göstərmişdir ki, işlədiyi Departamentin İstintaq idarəsinin müraciəti əsasında hazırki cinayət işi üzrə o, nümayəndə qismində, kompyüter-informasiya sahəsində xüsusi biliyə malik olan X1 1 mütəxəssis qismində cəlb edilmiş və araşdırmalar apararaq 17.03.2017-ci il tarixli rəyi tərtib etmişlər. Onun vəzifəsi rəqəmləri toplayıb illərə bölmək olmuş, ona verilən cədvəllər arsında hesablamalar aparmışdır. Sms-lərin məzmunundan görünmüşdür ki, sms göndərən pul qoyulmasını edib və əslində hesablamalarına görə sms-lərlə 6.000.000 manatdan artıq dövriyyə müəyyən edilmişdir. Sms-lə pul qoyulmasının mexanizmi barədə isə məlumatı yoxdur. Qeyd edilən ziddiyətlərin aradan qaldırılması üçün birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı ekspertizalar keçirilmiş və həmin ekspertizaların nəticəsi üzrə də Təqsirləndirilən şəxs ittiham aktında qeyd edilən məbləğdə ziyan vurması və ya vergidən yayınması qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Belə ki, iş üzrə keçir ilmiş təkrar məhkəmə-mühasibat ekspertizasının 29 sentyabr 2017-ci il tarixli 15343 saylı rəyi ilə müəyyən edilmişdir ki, uçot və ya mühasibat sənədi olmayan SMS yazılışlarından çıxarışlar əsas götürülsə belə həmin çıxarışlara əsasən dövriyyənin məbləğini müəyyən etmək mümkün olmadığına (həmin yazılışlarda məbləğlər tam göstərilmədiyindən və həmin yazılışlarda göstərilənlərin ödənilməsini əks etdirən mühasibat sənədləri olmadığından və s.) və Vergi Məcəlləsinin tələblərinə əsasən sms-lər əsasında “xxxx” QSC-nə dəymiş ziyanın və dövlət büdcəsinə ödənilməmiş verginin məbləğini müəyyən etmək mümkün olmamışdır. Həmçinin SMS-lər əsasında “xxxx” QSCnə dəymiş ziyanın və dövlət büdcəsinə ödənilməli olan vergi məbləğinin hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmamışd ır. Bundan başqa, iş üzrə keçirilmiş təkrar məhkəmə-mühasibat ekspertizasının 16 noyabr 2017-ci il tarixli 28496 saylı rəyi ilə müəyyən edilmişdir ki, uçot və ya mühasibat sənədi olmayan SMS yazılışlarından çıxarışlar əsas götürülsə belə həmin çıxarışlara əsasən dövriyyənin məbləğini müəyyən etmək mümkün olmadığına (həmin yazılışlarda məbləğlər tam göstərilmədiyindən və həmin yazılışlarda göstərilənlərin ödənilməsini əks etdirən mühasibat sənədləri olmadığından və s.) və Vergi Məcəlləsinin tələblərinə əsasən sms-lər əsasında Təqsirləndirilən şəxs tərəfindən 2012-2016-cı illərdə “xxxx” QSC-nə və dövlət büdcəsinə dəymiş ziyanın məbləğini müəyyən etmək mümkün olmadı. Həmçinin qeyd edilir ki, SMS-lər əsasında dövlət büdcəsinə ödənilməli olan vergi məbləğinin hesablanması Azərbaycan Respublikas ının Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Bundan başqa, iş üzrə keçirilmiş komisyon məhkəmə-mühasibat ekspertizasının 14 fevral 2018-ci il tarixli 2670 saylı rəyi ilə müəyyən edilmişdir ki, uçot və ya mühasibat sənədi olmayan SMS yazılışlarından çıxarışlar əsas götürülsə belə həmin çıxarışlara əsasən dövriyyənin məbləğini müəyyən etmək mümkün olmadığına (həmin yazılışlarda məbləğlər tam göstərilmədiyindən və həmin yazılışlarda göstərilənlərin ödənilməsini əks etdirən mühasibat sənədləri olmadığından və s.) və Vergi Məcəlləsinin tələblərinə əsasən sms-lər əsasında Təqsirləndirilən şəxs tərəfindən 2012-2016-cı illərdə “xxxx” QSC-nə dəymiş ziyanın və dövlət büdcəsinə ödənilməmiş verginin məbləğini müəyyən etmək mümkün olmadı. Həmçinin SMS-lər əsasında “xxxx” QSC-nə dəymiş ziyanın və dövl ət büdcəsinə ödənilməli olan vergi məbləğinin hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Göründüyü kimi, məhkəmə istintaqı dövrü keçirilmiş ekspertizalar üzrə müəyyən edilmişdir ki, Vergilər Məcəlləsində nəzərdə tutulmuş müvafiq sübutlar olmadığı üçün rəy vermək mümkün deyildir. Belə olan halda birinci məhkəmələr haqlı olaraq hesab etmişdir ki, ittiham aktında göstərilən ziyanın və vergidən yayındırılmş məbləğin hesablanması zamanı əsas götürülmüş mənbənin, yəni 218427,0 manat Təqsirləndirilən şəxs real olaraq verilməsini təsdiq edən qanunla müəyyən edilmiş digər müqayisəli sübut olmadığı üçün, bu hal ekspert rəyinə əsasən sübuta yetmir. Əsaslı və mötəbər sübut olmadan mülahizə və ehtimal əsasında belə bir məbləğin ittiham aktında göstərilən formada m övcudluğu qəbul edilməzdir. İşin bu hallarını və təkrar məhkəmə-mühasibat və komisyon məhkəmə mühasibat ekspertizalarının rəyləri ilə razılaşaraq məhkəmələr hesab etmişdir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə mühasibat ekspertizası tam, obyektiv və hərtərəfli aparılmamış, iş materialları ilə təsdiq edilməyən yüksək məbləğdə (66346,0) vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırılması və “xxxx” QSC-nə 218427,0 manat məbləğində ziyan vurulması göstərilmişdir. Əslində isə, SMS-lər əsasında dövlət büdcəsinə ödənilməli olan vergi məbləğinin hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmamışdır və “xxxx” QSC-nə və dövlət büdcəsinə dəymiş ziyanın məbləğini müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddə sinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.8-ci maddəsinə əsasən, həmin Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə istintaqı zamanı məhkəməmühasibatlıq ekspertizaları keçirilərkən heç bir prosessual pozuntuya yol verilməmiş, xüsusən qoyulmuş suallara həmin rəylərdə hərtərəfli, tam və dolğun cavablar verilmiş və tərtib edilmiş rəylər kifayət qədər əsaslı olduğundan, məhkəmələr haqlı olaraq məhz məhkəmə araşdırılması zamanı alınmış ekspertiza rəylərini mötəbər sübut kimi qəbul etmişdirlər. Göstərilənlərə əsasən cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 avqust 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Mülki iddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Şuşa rayon Vergilər Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şə xs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 avqust 2018-ci il tarixli qərarı mülki iddiaçının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar