Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-603/2020 02.06.2020 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əliiskəndər oğlundan ibarət tərkibdə, Cəlilov Aydın Əli oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun,, zərər çəkmiş şəxsin nümayəndəsi Hüseynov Elmar Nurəddin oğlunu etibarnamə üzrə nümayəndə qismində təmsil edən Na ğıyeva Gövhər Oktay qızının məhkumlar Məhkum1 və Məhkum2 iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum1 və Məhkum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 314.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması haqqında cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Dövlət ittihamçısı Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Şəmkir Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim N.Paşayev), Məhkum1, xx xxxx 1978-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşaqları olan, ali təhsilli, əvəllə r məhkum olunmamış, “xxxx” ASC-nin X25 Təhcizatı və Satışı İdarəsinin Şəmkir Elektrik Şəbəkəsinin baş mühəndisi vəzifəsində işləmiş, ünvan 1 ünvanında yaşayan, və Məhkum2, xx xxxxxx 1963-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, “xxxx” ASC-nin X25 Təchizatı və Satışı İdarəsinin Şəmkir X13 sahəsi üzrə texniki xidmət ustası vəzifəsində işləyən, Şəmkir rayonu Təzəkənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, hər birisi CM-nin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ayrı-ayrılıqda 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və CM-nin 70-ci maddəsinə əsasən Məhkum1 və Məhkum2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası onların hər birisinin barəsində 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Hökmlə həmçinin zərər çəkmiş şəxs X8 nümayəndəsi və mülki iddiaçı X4 mülki iddiası qismən təmin edilərək mülki cavabdeh – “xxxx” ASC-dən maddi zərərin vurulmasına görə 30.565 manatın, mənəvi zərərə görə isə - 25.000 manatın, cəmisi 55.565 manatın alınıb mülki iddiaçıya ödənilməsi, mülki iddianın qalan hissədə isə təmin edilməməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1 təqsirli bilinib məhkum edilmişdir ondan ötrü ki, o, xx xxxx 2018-ci il tarixdən hökm çxarılan dövrə kimi X25 Təchizatı və Satışı İdarəsinin Şəmkir Elektrik Şəbəkəsinin baş mühəndisi vəzifəsində işləyərkən işə laqeyd münasibəti nəticəsində öz xidməti və zifəsini yerinə yetirməyərək səhlənkarlıq etməklə, «Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları»nın 3.1.11 bəndini, «Elektrik qurğularının quraşdırma qaydalarının 1.1.32 bəndini, «Elektrik stansiyaları və şəbəkələrinin texniki istismarı qaydalarının 5.4.15 bəndini, Rayon Elektrik Şəbəkəsinin baş mühəndisinin vəzifə təlimatının 4, 6, 19, 23 bəndlərini pozmaqla, 110/10 kY Şampanzavod Yarmıstansiyasından çıxan, 10 kV-luq Dəllər-Cəyir hava xəttindən qidalanan 5040233/100Kva transformatorun vəziyyətinə nəzarət etməklə bu barədə aktlar tərtib etmədiyinə, transformatora baxışların keçirilməsi, həmçinin transformatora mühafizə aparatlarının birləşdirilməsinin təmin olunmadığını bilməsinə baxmayaraq, hərəkətsizlik edərək hər an kənar şəxslərin, xüsusilə məktəbin həyətinin y axınlığı olduğundan, şagirdlərin həmin transformatorun tam bağlanmayan qapısından transformatora daxil olmaqla yüksək gərginliyin altına düşərək onları elektrik cərəyanı vurub öldürə biləcəyi imkanını lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli və görə bilməli olduğu halda bunu görməyərək həmin elektrik transformatorunun mühafizə çəpərinin (gövdə təbəqələrinin) və qapılarının bərpa edilməsini, transformatora baxışların keçirilməsi, həmçinin transformatora mühafizə aparatlarının birləşdirilməsini təşkil etməməklə təhlükəsiz istismar edilməsini təmin etməmiş, nəticədə onun ehtiyatsızlığından Şəmkir rayonu, Dəllər-Cəyir kənd sakini və Şəmkir rayonu, Bəhlul Rüstəmov adına Dəllər-Cəyir kənd tam orta məktəbinin 4-cü sinif şagirdi X8 xx xxxxxx 2019-cu il tarixdə, saat 15 radələrin də sinif yoldaşları ilə gizlən-qaç oynayarkən gizlənmək məqsədilə 110/10 kV Şampanzavod Yarımstansiyasından çıxan, 10 kV-luq Dəllər-Cəyir hava xəttindən qidalanan 5040233/100kVA transformatora maneəsiz daxil olaraq gizlənmək istəyərkən onu elektrik cərəyanı vurmuş, nəticədə Şadxan Hüseynovun sol yuxarı ətrafın bazu oynağı səviyyəsindən dezartikulyasiyası ilə nəticələnən sol yuxarı ətrafın və kürək nahiyəsinin İV dərəcəli yanıqları, yəni ağırlıq dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə birindən az olmamaqla (75 faiz) daimi itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər almışdır. Məhkum2 təqsirli binib məhkum olunmuşdur ona görə ki, o, xx xxxxx 2015-ci il tarixdən hökm çıxarılan dövrə kimi X25 Təchizatı və Satışı İdarəsinin Şəmkir X13 sahəsi üzrə texniki xidmət ustası vəzifəsində işləyərkən işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməyərək səhlənkarlıq etməklə «Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları»nın 3.1.11-ci bəndini, «Elektrik qurğularının quraşdırma qaydaları»mn 1.1.32-ci bəndini, «Elektrik stansiyaları və şəbəkələrinin texniki istismarı qaydaları»nm 5.4.15-ci bəndini, Rayon Elektrik Şəbəkəsinin X15 ustasının vəzifə təlimatının 6, 7, 12, 32 və 37-ci bəndlərini pozmaqla, 110/10 kV Şampanzavod Yarımstansiyasından çıxan, 10 kV-luq Dəllər-Cəyir hava xəttindən qidalanan 5040233/100kVA transformatorun qapılarının qıfılla bağlanması, transformatora baxışların keçirilməsi, həmçinin transformatora mühafizə aparatlarının birləşdirilməsinin təmin olunmadığını bilməsinə baxmayaraq, hərəkəts izlik edərək hər an kənar şəxslərin, xüsusilə məktəbin həyətinin yaxınlığı olduğundan şagirdlərin həmin transformatorun tam bağlanmayan qapısından transformatora daxil olmaqla yüksək gərginliyin altına düşərək onları elektrik cərəyanı vurub öldürə biləcəyi imkanını lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli və görə bilməli olduğu halda bunu görməyərək həmin elektrik transformatorunun mühafizə çəpərinin (gövdə təbəqələrinin) və qapılarının bərpa edilməsini, eləcə də transformatorun ön hissəsində olan qapısının qıfılla bağlanılmasını, transformatora baxışların keçirilməsi, həmçinin transformatora mühafizə aparatlarının birləşdirilməsini təşkil etməməklə təhlükəsiz istismar edilməsini təmin etməmiş, nəticədə onun ehtiyatsızlığından Şəmkir rayon rayonu, Bəhlul Rüstəmov adına D əllər-Cəyir kənd tam orta məktəbinin 4-cü sinif şagirdi X8 xx xxxxxx 2019-cu il tarixdə, saat 15 radələrində sinif yoldaşları ilə gizlən-qaç oynayərkən kV-luq Şampanzavod Yarımstansiyasından çıxan, 10 kV-luq Dəllər-Cəyir hava xəttindən qidalanan 5040233/1 00kVA transformatora maneəsiz daxil olaraq gizlənmək istəyərkən onu elektrik cərəyanı vurmuş, nəticədə Şadxan Hüseynovun sol yuxarı ətrafın bazu oynağı səviyyəsindən dezartikulyasiyası ilə nəticələnən sol yuxarı ətrafın və kürək nahiyəsinin İV dərəcəli yanıqları, yəni ağırlıq dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə birindən az olmamaqla (75 faiz) daimi itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər almışdır. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə, zərər çəkmiş şəxs X8 nüma yəndəsi və mülki iddiaçı X12 və mülki cavabdeh “xxxx” ASC-nin etibarnamə üzrə nümayəndəsi X9 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Çingiz Böyükxan oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə)) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Dövlət ittihamçısı Arif oğlu kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinindəlilləri: Dövlə t ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə Məhkum1 və Məhkum2 cəza təyin edərkən onlar tərəfindən törədilmiş cinayət əməlinin obyektinin dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının normal fəaliyyəti, habelə vətəndaşların və təşkilatların hüquqları və mənafeləri, həmçinin dövlət və cəmiyyətin qanunla qorunan mənafeləri, əlavə obyektinin isə insanın həyat və sağlamlığı olmasını, bu cinayətin az ağır cinayətlərə aid olmasını, törədilmiş əməlin ağır nəticələrə səbəb olmasını, yəni azyaşlı X8 hadisə nəticəsində bir qolunu itirməsini kifayət qədər nəzərə almamış və onlara təyin edilmiş cəzanı şərti olaraq tətbiq etməkdə haqlı olmamışdır. Məhkəmə Məhkum1 və Məhkum2 barəsində şərti məhkumetmənin tətbiqi ilə bağlı cəza tədbiri seçərkən, hökmün təsviri-əsaslandı rıcı hissəsində Məhkum1 ilk dəfə az ağır cinayət törətməsini, himayəsində 2 nəfər azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, təqsirini etiraf edərək səmimi peşmançılıq keçirməsini, yaşayış və iş yerindən müsbət xarakterizə olunmasını, Məhkum2 isə ilk dəfə az ağır cinayət törətməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, təqsirini etiraf edərək səmimi peşmançılıq keçirməsini, yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Lakin, işin hallarından göründüyü kimi, onlar uzun müddət ərzində qanunla və normativ sənədlərlə üzərlərinə qoyulmuş vəzifələri yerinə yetirməmiş, işə laqeyid və vicdansız münasibət bə sləmiş və nəticədə azyaşlı Ş.Məhkum1 ağır xəsarət alması ilə nəticələnən faciəvi hadisə baş vermiş və sonuncu bir qolunu itirməklə ömürlük əlil qalmışdır. Bundan başqa, birinci instansiya məhkəməsi hökmün təsviri-əsaslandırıcı hissəsində zərərçəkmişin hazırda 10 yaşının olduğunu, lakin onun 16-18 yaşına çatanda ona lazım olan protezlərin başqası ilə əvəz olunması zərurəti yarandığına görə yenidən maddi zərərə məruz qalacağını, belə olan halda iddianın maddi zərərin protezləşmə ilə əlaqədar gələcəkdə ödənilməsi nəzərdə tutulan xərclərə aid hissəsini baxılmadan saxlanması, mülki iddiaçıya gələcəkdə həmin tələblə bağlı yenidən məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsinin zəruri olduğunu qeyd etsə də, hökmün nəticəvi hissəsində mülki iddianı qismən təmin edib qalan hissədə rəd d etməsi ilə ziddiyyətli qərar qəbul etmiş, apellyasiya instansiyası məhkəməsi isə əsassız olaraq hissədə də hökmü qanuni hesab etmişdir. Qeyd olunanlara əsaslanaraq dövlət ittihamçısı Məhkum1 və Məhkum2 barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üz rə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətləri isə CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuşdur. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, kassasiya instansiyası məhkəməsi məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən Məhkum1 və Məhkum2 cəzasını yüngülləşdirən hall arın düzgün nəzərə alınmadığını, nəticədə onların barəsində yüngüllüyünə görə həm şəxsiyyətlərinə, həm də törətdikləri əmələ uyğun olmayan şərti məhkum etmənin tətbiq olunduğunu və əsassız olaraq onlara CM-nin 46-cı maddəsində nəzərdə tutulmuş ədavə cəzanın təyin edilməməsini, habelə mülki iddia üzrə məsələni qanunvericiliyin tələblərini pozmaqla həll edilməsini, qeyd edilənlərlə bağlı müvafiq araşdırma aparılmadığını və sübutlara qanuna müvafiq qaydada qiymət verilmədiyini iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə kassasiya tələbini CPM-nin 416.1.1, 416.1.2 və 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsaslarından biri kimi nəzərdə tutulmuş hall a əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya protestində işin faktiki halları və əməlin tövsifi deyil, ilk növbədə məhkumlar barəsində cəza tədbiri seçilərkən hər hansı qanuni əsas olmadan, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmadan şərti məhkum etmənin tətbiq edilməsi, onlara əlpvə cəzanın təyin edilməsindən imtina olunması və iş üzrə verilmiş mülki iddianın qanunvericiliyiin tələ blərinin pozulması ilə həll edilməsi mübahisələndirilir. Bilavasitə şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən CM-nin 70.1-ci maddəsi həmin maddədə nəzərdə tutulmuş cəzalara, o cümlədən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərin bu cəzaları çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. CM-nin 70.2-ci maddəsinin tələblərinə görə, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Lakin, cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qan unda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalı, cinayət qanunvericiliyinin təqsirə görə məsuliyyət, ədalət, hümanizm prinsipləri təsbit edilmiş müvafiq olaraq CM-nin 7-9-cu maddələrinin tələblərinə və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında CM-nin 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olara q göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanı yüngülləşdirən hallar dedikdə, CM-nin 59-cu maddəsində sadalanan, eləcə bu maddədə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. Cəzanı ağırlaşdıran halların dairəsini isə CM-nin 61.1-ci maddəsi müəyyən edir. CM-nin 61.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 61.1.1-61.1.13cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir. Yəni, məhkəmə qərarlarında təqsirləndirilənin şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar barədə nəticələr də CPM-nin 143-cü maddəsinə uyğun olaraq toplanmış, CPM-nin 144-cü maddəsinə müvafiq qaydada yoxlanılmış və CPM-nin 145, 146-cı maddələrinin tələblərinə əməl olunmaqla qiymətləndirilmiş sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan (müfaviq sübutlardan irəli gəlməyən) mülahizə xarakteri daşımamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında da məhkəmələrə tövsiyyə olunur ki, onlar CM-nin 59-cu maddəsi ilə birbaşa nəzərdə tutulmayan bu və ya digər halı cəzanı yüngülləşdirən hal kimi nəzərə aldıqda onun cəzanı yüngülləşdirən hal olaraq qəbul edilməsini hökmdə əsaslandırsınlar. Cəzanın məqsədinə həsr olunmuş CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-nin 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakter inin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda, cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. Baxılan işin materiallarından isə görünür ki, birinci instansiya məhkəməsi Məhkum1 və Məhkum 2 barəsində şərti məhkum etmənin tətbiq olunması barədə nəticəyə gələrkən, apellyasiya instansiyası məhkəməsi isə bu nəticə ilə razılaşarkən onların şəxsiyyətləri barədə qənaətlərini bu məsələ üzrə düzgün nəticəyə gəlmək üçün təsiri ola biləcək bütün halların məcmusundan hasil etməmi ş, nəticə etibarı ilə onların törətdikləri əməlin xarakterinin və ictimai təhlükülilik dərəcəsinin, habelə bu əməlin zərərli nəticələrinin qiymətləndirilməsini təmin edə bilməmişlər. Şəmkir Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmündən və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, məhkəmələrin Məhkum1 və Məhkum2 şəxsiyyətlərinin onların cəza çəkmədən islah oluna biləcəklərinə inam yaratmasına dair qənaətləri xüsusilə ona əsaslanır ki, Məhkum1 ilk dəfə az ağır cinayət törətmiş, himayəsində 2 nəfər azyaşlı uşağı var, zərərçəkmiş şəxslə barışmağa cəhd etmiş, ailədə yeganə qazanc gətirən şəxsdir, təqsirini etiraf edərək səmimi peşmançılıq keçirmiş, yaşayış və iş yerindən müsbət xarakterizə olunur, Məhkum2 isə ilk dəfə az ağır cinayət törətmiş, ailədə yeganə qazanc gətirən şəxsdir, təqsirini etiraf edərək səmimi peşmançılıq keçirmiş, yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunur, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd etmişdir. Bu hallar məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilsə də, məhkumların təqsirli bilindikləri əməlin ağır nəticələrə - zərərçəkmiş Ş.Məhkum1 10 yaşında olarkən bir qolunu itirməklə ömürlük şikəst qalmasına səbəb olmasını, məhz bu nəticəyə görə törədilmiş cinayətin CM-nin 314.2-ci maddəsi ilə tövsif edilməsini, ümumilikdə isə həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini nəzərə almamışlar. Qeyd olunanlar birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum1 və Məhkum2 şəxsiyyətlərinə verdikləri qiymətlə yanaşı onların törətd ikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini xarakterizə edən halların məhkum olunmuş şəxslərin cəza çəkmədən islah oluna bilmələrinə inam yaratmasına dair qənaətlərinin CPM-nin 143-146cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlardan irəli gəlmədiyini, məhkəmələr tərəfindən CPM-nin 139.0.5-ci maddəsinin, eləcə də məhkəmənin yekun qərarının qanuni və əsaslı olmasını, o cümlədən məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlməsini tələb edən müddəalarına əməl olunmadığını göstərir. Bu qaydada, yəni ziddiyyətli dəlillərlə əsaslandırılmış məhkəmə aktı ilə, cəzanı yüngülləşdirən, təqsirkarların törətdikləri cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin nəticələrini aşkarlayan halların düzgün müəyyən edilməməsi ilə təyin edilmiş şərti məhkum etmə nə təqsirkar şəxslərin özlərinə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, nə də digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə - CM-nin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsini təmin edə bilməz. Ədalət prinsipini özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakt erinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinin tətbiqindən söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakteri kompleks halda qiymətləndirilməlidir. Cəza təyini zamanı cinayət qanunu normalarının düzgün tətbiq edilməsinə dair tövsiyələr yuxarıda şərh edilən qaydada həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarında da təsbit edilmişdir. Hazırki işin konkret hallarına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından birinci instansiya məhkəməsi Məhkum1 və Məhkum2 barəsində şərti məhkum etmə tətbiq edib eyni zamanda onlara əlavə cəza qismində CMnin 46-cı maddəsində nəzərdə tutulmuş müəyyən vəzifə tutma hüququndan məhrum etmə cəzasını təyin etməkdən imtina edərkən, apellyasiya instansiyası məhkəməsi isə bu nəticə ilə razılaşarkən yuxarıda qeyd edilən tələb və tövsiələri kifayət qədər nəzərə almamış, cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirməmiş, nəticədə nümayiş etdirilmiş həddindən artıq humanizm ədalətsiz cəza tədbirinin tətbiqinə gətirib çıxarmış, bununla da CM-nin 8-ci maddəsinin tələblərinə riayət olunmamışdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə baxan məhkəmələr CM-nin 2, 8, 41.2, 46, 58.1, 58.3, 59 və 70-ci maddələrinin tələblərinə, nəticə etibarı ilə isə törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə formal yanaşmış, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən və əməli xarakterizə edən halları tam araşdırmamış, bu hallara, habelə məhkumların şəxsiyyətlərinə, törədilmiş cinayətin hallarına lazımi hüquqi qiymət verməmiş və gəldikləri nəcələri kifayətedici şəkildə əsaslandırmamılar. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri bilir ki, məhkəmələr Məhkum1 və Məhkum2 barəsində cəza tədbiri seçərkən həmçinin nəzərə almamışlar ki,onlar tərəfindən törədilmiş cinayət əməlinin əsas obyekti kimi dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının normal fəaliyyəti, habelə vətəndaşların və təşkilatların hüquqları və mənafeləri, həmçinin dövlət və cəmiyyətin qanunla qorunan mənafeləri, əlavə obyekti qismində isə insanın həyat və sağlamlığı çıxış edir, onların təqsirli bilindikləri cinayət isə yuxarıda göstərilən ağır nətiəcəyə səbəb olmuşdur. Bundan başqa, mə hkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın bir hissəsinin baxılmamış saxlanılması, hökmün nəticəvi hissəsində isə mülki iddianı qismən təmin edib, qalan hissədə rədd edilməsinin ziddiyyətli olması ilə yanaşı zərərçəkmiş şəxsə gələcəkdə bunula bağlı məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması barədə kassasiya protestinin dəlillərini də əsaslı hesab edir. Belə ki, CPM-nın 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Ci nayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. CPM-nin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. CPM-nin 180.3-cü madəsinin tələblərindən görünür ki, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Cinayət-prosessual və mülki-prosessual qanunvericiliklərinin mülki iddianın həlli ilə bağlı normalarının təhlili bu normaların belə təfsir edilməsi haqqında nəticəyə gəlməyə əsas verir ki, işin hallarından, təqdim olunmuş sübutlardan asılı olaraq məhkəmə verilmiş mülki iddianı tam hə cmdə təmin etməyə bilər və belə halda, iddianın bütövdükdə həlli üçün əlavə araşdırmanın aparılması, iddianı təsdiq edən yeni sübutların təqdim olunması zərurəti yaranarsa məhkəmə iddianı sübuta yetirilmiş hissədə təmin etməklə qalan hissədə baxılmamış saxlamalı, mülki iddiaçıya isə həmin iddiaya baxılmamış saxlanılan hissədə mülki mühakimə icraatı qaydasında baxılması üçün yenidən məhkəməyə müraciət etmək hüququnu izh etməlidir. İddianın baxılmamış hissədə rədd edilməsi isə o deməkdir ki, mülki iddiaçının mülki mühakimə icraatı qaydasında yenidən məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qanuni və əsaslı hesab edilərək dəyişdirilmədən saxlanılmış Məhkum1 və Məhkum2 barəsindəki birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində zərərçəkmiş Ş.Hüseynovun nümayəndəsi Məhkum1 tərəfindən verilmiş mülki iddianın qismən – maddi zərərə görə 30.565 manat, mənəvi zərərə görə isə 25.000 manat həcmində təmin edilməsini mümkün hesab edərək zərərçəkmişin gələcəkdə müalicəsinin davam etdirilməsi, ona müəyyən yaş həddinə çatdıqda yeni protezlərin alınması bağlı xərclərin ödənilməsi hissəsində isə iddianın baxılmamış saxlanılması barədə qənaətə gəlməsinə baxmayaraq, həmin hökmün nəticəvi hissəsində iddianın təmin edilməyən hissədə rədd edilməsini qeyd etmiş, bununla da biri-biri ilə uzlaşmıyan nəticəyə gəlməklə eyni zamanda mülki iddiaçının sonradan mülki mühakimə icraatı qaydasında təkrarən məhkəməyə müraciət etmək hüququnu faktiki olaraq məhdudlaşdırmışdır. Məhkəmə kollegiyası he sab edir ki, apellyasiya instansiyası məhkəməsinin belə hökmün qüvvədə saxlanılması barədə qərarı prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən həmin qərar bu hissədə də qüvvədə saxlanıla bilməz. CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hətərəfli, tam və obyektiv araşdırmaq daxildir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən Məhkum1 və Məhkum2 barəsində yekun qərar qanunvericiliyin yuxarıda şərh olunan tələblərinə əməl edilmədən, iş üzrə yoxlanılması zəruri hesab edilən xüsusatlar araşdırılmadan və araşdırılmış sübutlara müvafiq qiymət verilmədən qəbul edilmişdir. Buna görə, məhkəmə kolle giyası kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının, zərər çəkmiş şəxsin nümayəndəsi X6 etibarnamə üzrə nümayəndə qismində təmsil edən X7, kassasiya protestinin təmin edilməməsi barədə isə məhkumlar Məhkum1 və Məhkum 2 çıxışlarını dinləyərək hesab edir ki, kassasiya protesti təmin edilməklə sonuncuların, hər birisinin CM-nin 314.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli və və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya protesti təmin edilsin. Məhkum1 və Məhkum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-603/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-603/2020
02.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver