Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-603/2021 17.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Nazim Rasim oğlu Mövsümovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakları ilə, Məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2018- ci il tarixli hökmündən apelyasiya şikayəti vermə müddətinin bərpasından imtina olunması haqqında Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 sentyabr 2020-ci il tarixli ilkin baxış qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2018-ci il tarixli hökmü ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən), M.Ə.Abdullayev və C.C.Nəbiyevdən ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1, 234.4.3-cü maddəsi ilə 8(səkkiz) il müddətə azadlıqdan mərhum etmə cəzası təyin edilm iş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 9(doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2018-ci il tarixli hökmündən apelyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 may 2020-ci il tarixli qərarı ilə məhkum tərəfindən verilmiş apelyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə vəsatət əsassız olduğundan təmin edilməmişdir. Həmin qərardan məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: İ.H.Əhmədov (sədrlik edən və məruzəçi), R.M.Cəfərov və E.Ə.Camalovdan ibarət tərkibdə) 14 sentyabr 2020-ci il tarixli ilkin baxış qərarı ilə apelyasiya şikayəti təmin edilmədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 may 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 sentyabr 2020-ci il tarixli ilkin baxış qərarından Məhkum kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində bildirmişdir ki, barəsində olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2018-ci il tarixli hökmündən vermiş olduğu apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsindən imtinaya dair Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 sentyabr 2020-ci il qərarından verilmiş kassasiya şikayətinin təmin edilərək, ötürülmüş apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 sentyabr 2020-ci il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, ka ssasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilmə məlidir. Məhkum kassasiya şikayətində müddətin bərpası üçün hər hansı üzürlü səbəbə istinad etməmiş, sadəcə barəsində obyektiv qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsinə əsasən apelyasiya şikayəti və ya apelyasiya protesti apelyasiya şikayəti və ya apelyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində ittiham hökmü çıxarıldıqda verilir. CPM-nin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apelyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət işinin materiallarından müəyyən edilir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2018-ci il tarixli hökmü elan edilərkən Məhkum müdafiəçisi ilə birlikdə məhkəmə iclasında iştirak etmiş, hökmdən apelyasiya şikayəti verilmə müddəti və qaydası onlara izah edilmişdir. Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2018-ci il tarixli hökmünün surətini 24 iyul 2018-ci il tarixdə almasını öz imzası ilə təsdiq etdiyi qəbz cinayət işinin materiallarına əlavə edilmişdir. İş materaillarından görünür ki, Məhkum tərəfindən apelyasiya şikayəti və müddətin bərpası barədə vəsatəti həmin hökmdən 01 il 07 aydan çox müddət buraxıldıqdan sonra, yəni 14 mart 2020-ci il tarixdə verilmişdir. Vəsatətə müddətin üzürlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən müddətin bərpası barədə məhkumun vəsatətinə baxarkən müddətin bərpasına əsas verən qanuni əsaslar müəyyən edilməmişdir. Odur ki,məhkəmə kollegiyası hesab edir ki, məhkumun Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 sentyabr 2020-ci il tarixli qərarından verdiyi kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə apelyasiya şikayəti vermə müddətinin bərpasından imtina barədə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 sentyabr 2020-ci il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-603/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-603/2021
17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver