Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-604/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə xx xxxxxx 1991-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan qeydiyyatda olan, ünvan 1 yaşamış, hal-hazırda həbsdə olan Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bu ndan sonra CM-in) 127.2.3, 126.1, 178.2.1, 178.2.4, 228.1 və 229.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: M.Ə.Bağırov (sədrlik edən), F.N.Mahmudov və D.H.İmanov) Məhkum – Azərbaycan Respublikası CM-nın 29, 120.2.4, 126.1, 178.2.1, 178.2.4, 228.1 və 229.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 29, 120.2.4-cü maddəsi ilə 14 (on dörd) il, CM-nin 126.1-ci maddəsi ilə 3 (üç) il 6 (ay), CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay, CM-nin 228.1ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay və CM-nin 229.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılaraq Məhkum qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx xxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: Ç.B.Məmmədov (sədrlik edən), F.Ə.Mehtiyev v ə İ.Ə.Şəfiyev) verilmiş apellyasiya şikayəti təmin edilmiş və Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum əməli CM-nin 29, 120.2.4-cü maddəsindən həmin Məcəllənin 127.2.3-cü maddəsinə tövsif edilmiş və ona həmin maddə ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-nin 66.3-cü maddəsinə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum CM-nin 126.1-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il 6 (ay), CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay, CM-nin 228.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay və CM-nin 229.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzaları CM-nin 127.2.3-cü maddəsi ilə təyin edilmiş 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq ona qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 2015-ci ilin oktyabr ayının ortalarında tanışı X3, ondan qohumu X6 məxsus ünvan 1 ünvanda yerləşən 2 (iki) mərtəbəli obyektin - çay evinin mansar hissəsinin sahəsinin genişləndirilməsi üçün lazımi sənədlərin əldə edilməsinə köməklik etməsini xahiş etməsindən istifadə edərək qanunsuz olaraq tamah məqsədilə özgənin xeyli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə istintaqa məlum olmayan digər şəxslə razılaşmaqla qabaqcadan əlbir olaraq bir qrup halında birləşib Xa tələb olunan sənədləri əldə edəcəyi ilə bağlı yalan vədlər verib onu inandırmış, bundan sonra çay evini faktiki işlədən Zərərçəkmiş şəxs2 sənədləşdirilmənin aparılması ilə bağlı tələb olunan dövlət rüsumlarının ödənilməsi üçün ona 7500 manat pulu “Bank Respublika”nın Şəmkir rayon filialına Xun adına göndərmiş, Məhkum pulu Xdan aldıqdan sonra birlikdə Gəncə şəhərinə gedərək 7500 manat pulu istintaqa məlum olmayan digər şəxsə vermiş, sonra isə X9 şəhərinə qayıtdıqdan sonra təkrar Gəncə şəhərinə gedərək digər şəxsdən əvvəlcədən razılaşdıqları kimi pulu geri almış, köməklik etdiyi üçün həmin şəxsə 300 manat pul vermiş, 2015-ci ilin dekabr ayında Məhkum Xun atası Zərərçəkmiş şəxs3 sənədləşdirmə işlərinin yekunlaşması üçün X2 adlı şəxsə göndərmək adı ilə əlavə olaraq 1500 manat pul almış, üm umilikdə Məhkum tanışı X2 adlı şəxslə birlikdə 9000 manat pulu aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Məhkum 2016-cı ilin mart ayında Şəmkir şəhər sakini Zərərçəkmiş şəxs1 ilə əlaqə saxlayıb X və atası Zərərçəkmiş şəxs3 aldığı pulu qaytara bilmədiyi üçün barəsində Şəmkir rayon polis şöbəsinə şikayət etdiklərini, bununla bağlı ona köməklik etməsini xahiş etmiş, bundan sonra Zərərçəkmiş şəxs1 X və atası Zərərçəkmiş şəxs3la danışaraq pulun hissə-hissə ödənilməsi ilə əlaqədar razılığa gəlmələrinə baxmayaraq, o, sözünə əməl etməyib pulu qaytarmadığı üçün Zərərçəkmiş şəxs1la aralarında narazılıq yaranmış, bu səbəbdən də xx xxxxxxxx 2016-cı il tarixdə, saat 23 radələrində Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən “Məkan” çay evinin qarşısında qarşılaşdıqları vaxt Zərərçəkmiş şəxs1 ondan sözünə əməl etməyib Xa pulu qaytarmadığına görə iradını bildirdiyi üçün aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı o, əvvəlcədən özündə olan istintaqa məlum olmayan silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs1 qarın nahiyəsindən bir dəfə vuraraq sonuncuya sağlamlığın uzun müddətə pozulması ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. Bundan başqa, Məhkum xx xxxxxx 2018-ci il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxs4 Şəmkir şəhəri, 20 yanvar küçəsində olduğunu müəyyən edib, xx xxxxxx 2017-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs4 şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı X12 Kompleksinin yaxınlığı nda özü ilə əvvəlcədən gətirmiş olduğu istintaqa məlum olmayan silah qismində istifadə etdiyi dəmir boru və bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə vuraraq başın tüklü hissəsində təpə nahiyəsinin 3 ədəd kəsilmiş-çapılmış yarası, hər iki sarğı nahiyəsinin 5 ədəd deşilmiş-kəsilmiş yarası, hər iki gözətrafı yumşaq toxumaların hematoması və baş beyin silkələnməsi ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməsini özünə qarşı ağır təhqir kimi qəbul etdiyindən Zərərçəkmiş şəxs4 qisas almaq məqsədilə onu qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə atasının mərhum əmisi X4 qalmış və özü əvvəlcədən qanunsuz olaraq lülələrini kəsib ballistik xüsusiyyətlərini dəyişməklə hazırladığı 1949-cu ildə, İjevsk mexaniki zavod unda istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, “İJB-47” modelli, C 1835 №-li, daxili çaxmaqlı, qoşalüləli, yivsiz, atəş açmaq üçün yararlı vəziyyətdə olan odlu silah hesab edilən ov tüfəngini və döyüş sursatı hesab olunan iki ədəd patronu qanunsuz saxladığı Şəmkir şəhəri, M.Hüseyn küçəsi, 84 nömrəli yaşadığı evdən götürüb qanunsuz daşıyaraq gəzdirməklə Şəmkir şəhəri, 20 yanvar küçəsində səki ilə piyada gedən Zərərçəkmiş şəxs4 təqib edərək “Vitamin 2” aptekinin qarşısında ona yaxınlaşıb qisas almaq niyyətilə qəsdən öldürmək məqsədilə ümumi təhlükəli üsulla, yəni həmin vaxt Zərərçəkmiş şəxs4 tam yaxınlığında piyada səki ilə hərəkət edən istintaqa məlum olan kənar şəxslərin olmasına baxmayaraq Zərərçəkmiş şəxs4 tərəf əlindəki odlu silahdan iki dəfə atəş açaraq ona sağ budun yuxarı-orta üçdə birinin arxa səthinin və sol budun yuxarı üçdə birinin arxa-iç səthinin yara kanalı boyunca dəri, dərialtı yumşaq toxumalar, bud əzələlərinin zədələnməsi-kor odlu silah yarası ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vuran xəsarətlər yetirmiş, həmin vaxt Zərərçəkmiş şəxs4 dərhal hadisə yerindən qaçaraq uzaqlaşdığından, eləcə də zərərçəkmiş şəxsin vaxtında Şəmkir mərkəzi rayon xəstəxanasına çatdırılaraq həkimlər tərəfindən ona ixtisaslı tibbi yardım göstərildiyindən Məhkum ümumi təhlükəli üsulla qəsdən adam öldürməkdə ifadə olunan niyyətini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib, digər şəxsi qəsdən ümumi təhlükəli üsulla həyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçıs ı tərəfindən verilmiş kassasiya protestində Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsinə dair qərar qəbul olunması xahiş olunur. Protest müəllifi qeyd edir ki, apellysaiya instansiyası məhkəməsi toplanmış sübutları qarşılıqlı təhlil etməmiş, nəticədə Məhkum əməlinin CM-nin 29, 120.2.4-cü maddəsi ilə tövsif edilməli olmasını təsdiq edən kifayət qədər dəlil olmasına baxmayaraq əsassız olaraq onun əməlini daha yüngül maddəyə tövsif etmişdir. Dövlət ittihamçısı hesab edir ki, Məhkum zərərçəkmişi öldürmək istəmiş, odlu silahdan istifadə etməklə onu asanlıqla həyatdan məhrum edə biləcəyini qabaqcadan görmüş, bunu arzulamış və həyata keçirmək üçün konkret hərəkətlər etmişdir, lakin Zərərçəkmiş şəxs4 dərhal hadisə yerindən qaçıb uzaqlaşdığından və vaxtında xəstəxanaya çatdırıldığından niyətinə nail ola bilməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi yalnız Məhkum müdafiə xarakterli ifadələrinə əsaslanaraq onun əməlini qanunsuz və əsassız olaraq tövsif etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində təqsirləndirilən şəxs Məhkum ittiham edildiyi cinayətlərdən bir epizodu - onun Zərərçəkmiş şəxs4 odlu silahdan atəş açmaqla xəsarətləndirməsi epizodu üzrə əməlinin hüquqi tövsifi mübahisə edilir. Hesab edilir ki, təqsirləndirilən şəxs Məhkum əməli əsassız olaraq CM-in 29, 120.2.4-cü maddəsindən həmin Məcəllənin 127.2.3-cü maddəsinə tövsif edilmişdir. Ona görə də məhkəmə kollegiyası Məhkum ittiham edildiyi digər cinayətlərlə bağlı sübutların şərhini zəruri hesab etmir. Məhkəmə kollegiyası bununla əlaqədar qanunvericiliyin normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respubli kası Ali Məhkəməsi Plenumunun qərarlarına müraciət etməyi zəruri hesab edir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb ol an cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsi fi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “X7rşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin b ərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instans iyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. CM-in 29-cu maddəsinin yuxarıda istinad edilən mətnindən görünür ki, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırıl mamışdırsa, cinayət etməyə cəhd hesab olunur. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli, 3 saylı qərarına əsasən, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmiş şəxsin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Burada təqsirkarın niyyəti məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütü n halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə, habelə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2002-ci il tarixli Qərarındakı tövsiyyələrə əsaslanaraq Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsinə tövsif edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 127-ci maddəsi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmaya görə məsuliyyəti nəzərdə tutur. Burada təqsirləndirilən şəxsin cinayətkar qəsdinin müəyyən edilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Zərərçəkmiş şəxs4 öldürmək niyyətində olması və iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməməsi iş materialları ilə təsdiq olunmur. Belə ki, təqsirləndiriləm şəxs Məhkum istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya məhkəməsində dindirilərkən ifadələrində birmənalı şəkildə qeyd etmişdir ki, 2017-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs4 başqa şəxslərlə birlikdə onu döymüş və Zərərçəkmiş şəxs4 özü onun ayağından iki zərbə vurub xəsarətləndirmişdir. Məhkum bu hərəkətlərdən sonra özünü təhqir olunmuş hesab etmiş və qisas almaq istəmişdir. O, əvvəlcə Zərərçəkmiş şəxs4 öldürmək istəmiş, lakin sonuncu seyid olduğuna görə fikrini dəyişmiş və onu sadəcə cəzalandırmaq qərarına gəlmişdir. Ona görə də atəşi onun ayaqları istiqamətində açmışdır. Əgər onun X1 öldürmək niyyəti olsaydı, yaxın və ya uzaq məsafədən asanlıqla onu öldürə bilərdi, çünki o həm hərbi xidmətdə silahla yaxşı davranmışdır, həm də hərbi xidmətdən sonra qeyri-rəsmi də olsa, ovçuluq etmişdir. Zərərçəkmiş şəxs4 isə ifadəsində göstərmişdir ki, o, ona atəş açan şəxsi görməmiş, piyada gedərkən qəflətən ayağına güllə dəydiyini bilmiş və qaçıb yaxınlıqda kı obyektə girmişdir. O hətta ikinci güllənin ayağına dəydiyini hiss etməmiş, yalnız sonradan bilmişdir ki, hər iki ayağından yaralanmışdır. Bundan başqa, hadisəyə qədər o heç vaxt və heç kimdən eşitməmişdir ki, X3 əvvəllər aralarında baş vermiş narazılığa görə onu öldürmək istəyir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə müəyyən edilmiş hallar ona dəlalət edir ki, təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs4 öldürmək niyyəti olmamışdır. Onun məqsədi zərərçəkmişin yançaq, yəni arxa nahiyədən xəsarətlər yetirməklə sonuncudan eyni üsulla qisas almaqdan ibarət olmuşdur. Məhkəmə kolegiyası qeyd edir ki, "Təhlükəsiz şəhər" kameraları vasitəsi ilə qeydə alınan həmin hadisənin görüntüləri ilə müəyyən olunmuşdur ki, hadisə günü saat 13 radələrində zərərçəkmiş Zərərçəkmiş şəxs4 Şəmkir şəhəri nin maili, yəni kəskin şəkildə üzü enişə davam edən 20 yanvar küçəsi ilə üzü aşağı piyada gedərkən yolun əks tərəfindən keçən Məhkum ov tüfəngini sinəsi bərabərliyinə qaldırmış, tüfəngi zərərçəkmişə tərəf tuşlamış və dərhal sonra tüfəngin lüləsini nisbətən daha aşağı istiqamətləndirib bir dəfə atəş açmışdır. Həmin anda zərərçəkmiş sağ ayağının üstünə əyilmiş, bu an ikinci güllə də onun ayaq hissəsinə açılmış və zərərçəkmiş qaçıb özünü yaxınlıqdakı telefon mağazasına salmışdır. Məhkəmə kollegiyası hesab edir ki, diskə baxış zamanı təqsirkarın silahı sinə bərabərliyinə qaldırması onun zərərçəkmiş şəxsi öldürmək niyyətini sübut etmir. Video görüntüdən aşkar görünür ki, birinci güllə sağ tərəfdən zərərçəkmişin məhz ayaq hissəsindən dəymişdir. Həmin diskə baxış zamanı müəyyən olunmuşdur ki, təq sirləndirilən şəxs atəş anında tüfəngin lüləsini nisbətən aşağı istiqamətə tutmuşdur. Həmçinin qeyd olunmalıdır ki, video görüntülərdə təqsirləndirilən şəxsin silahı sinə bərabərinə qaldırması ilə yanaşı onun atəş məqamında tüfəngin lüləsini aşağı saldığı aşkar görünür. İttiham orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə Məhkum Zərərçəkmiş şəxs4 qəsdən öldürmək məqsədinə iki səbəbdən nail ola bilməmişdir: - Zərərçəkmiş şəxs4 dərhal hadisə yerindən qaçaraq uzaqlaşdığından, -Zərərçəkmiş şəxs4 vaxtında Şəmkir mərkəzi rayon xəstəxanasına çatdırılaraq həkimlər tərəfindən ona ixtisaslı tibbi yardım göstərildiyindən. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin həyat üçün mühüm orqanlarına deyil, zərərçəkmiş şəxsin ayaqlarına atəş açması və xəsarətlərin yetiril məsinə qədər zərərçəkmiş şəxsin Məhkum ona yaxınlaşmasından xəbərsiz olması, Zərərçəkmiş şəxs4 hadisə yerindən qaçması ilə əlaqədar həyatının xilas edilməsi ilə əlaqədar gəlinən nəticənin əsassız olmasına dəlalət edir və bununla əlaqədar yuxarıda geniş şərh verilmişdir. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs4 vaxtında Şəmkir mərkəzi rayon xəstəxanasına çatdırılaraq həkimlər tərəfindən ona ixtisaslı tibbi yardım göstərildiyinə görə həyatının xilas edilməsinə dair gəlinən nəticəni də əsassız hesab edir. Belə ki, məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2018-ci il tarixli 62 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ budun yuxarı-orta üçdə birinin arxa səthinin və sol budun yuxarı üçdə birinin arxa-iç səthinin kor odlu silah yarası. Qey d olunan kor odlu silah yarasının giriş dəliyi sağ budun yuxarı-orta üçdə birinin arxa səthində yerləşir. Yara kanalının istiqaməti arxadan önə, qismən sağdan sola doğrudur. Yara kanalı boyunca dəri, dərialtı yumşaq toxumalar, bud əzələləri zədələnmişdir. Kor odlu silah yarası olduğu üçün yaranın çıxış dəliyi yoxdur. Bu odlu silah yarası patronu qırma ilə doldurulmuş odlu silahdan, ola bilsin ki, ov tüfəngindən qırmaların kompakt təsir etdiyi yaxın məsafədən açılmış atəş nəticəsində törənmişdir, törənmə müddəti xx xxxxxx 2018-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs4 bədən səthində aşkar edilmiş kor odlu silah yarasının lokalizasiyasına və yara kanalının istiqamətin ə əsasən onu demək olur ki, atəş açan şəxs zərər çəkmişin arxa tərəfində və qismən sağda olmaqla ayaqüstü duruş vəziyyətində olmuşdur. Zərərçəkmiş şəxs4 bədən səthində aşkar edilmiş odlu silah yaralarının lokalizasiyası hadisə vaxtı onun əynində olan şalvardakı zədələrin lokalizasiyasına tam uyğun gəlir. Zərərçəkmiş şəxs4 hadisə vaxtı əynində olan şalvar və tumandakı zədələrin sayı onun bədən səthindəki yaraların sayına nisbətən çoxdur. Bu isə atəş zamanı Zərərçəkmiş şəxs4 əynindəki paltarların qatlanması, bir hissə qırmaların paltarlardan dəlib keçməsi, lakin bədən xəsarəti yetirməməsi ilə izah olunur. Zərərçəkmiş şəxs4 bədən səthində odlu silah yarasından başqa digər xəsarət aşkar edilməmişdir. Göründüyü kimi ekspertlər zərərçəkmişə yetirilmiş xəsarətləri həyat üçün təhlükəli olan xəsa rətlər kateqoriyasına aid etməmişlər və həmin xəsarətlər yetirildikdən sonra Zərərçəkmiş şəxs4 həyatı təhlükədə olmamışdır. Eyni zamanda qeyd olunmalıdır ki, zərərçəkmişə yetirilmiş xəsarətlərin istiqaməti zərərçəkmişin bud hissəsinin arxa tərəfindən başlayaraq aşağıya doğru genişlənmişdir. Bu da təqsirləndirilən şəxsin ifadəsində göstərilənlərin, yəni zərərçəkmişin məhz arxasına (yançaq hissələrinə) atəş açmaq niyyətinin həqiqət olduğunu təsdiq edir. Həmçinin iş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmündən və Gəncə Apellyasiya Məhkəməsinin həmin hökmün qüvvəsində saxlanılması haqda xx xxxxxxx 2018-ci il tarixli qərarına görə Zərərçəkmiş şəxs4 xx xxxxxx 2017-ci il tarixdə saat 23 radələrində X12 Kompleksinin yaxınlığında özü ilə əvvəlcədən gətirmiş olduğu istintaqa məlum olmayan silah qismində istifadə etdiyi dəmir boru və bıçaqla Məhkum bədəninin müxtəlif nahiyələrinə vuraraq ona başın tüklü hissəsində təpə nahiyəsinin 3 ədəd kəsilmiş-çapılmış yarası, hər iki sarğı nahiyəsinin 5 ədəd deşilmişkəsilmiş yarası, hər iki gözətrafı yumşaq toxumaların hematoması və baş beyin silkələnməsi ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs4 həmin hadisə vaxtı zərərçəkmiş olmuş Məhkum hər iki yançaq nahiyəsinə beş ədəd bıçaq xəsarəti yetirmişdir. Beləliklə, məhkəmə kollegiyası işdə olan mötəbər sübutları həm ayrı-ayrılıqda həm də məcmu şəkilində nəzərdən keçirib hesab edir ki, Məhkum zərərçəkmiş Zər ərçəkmiş şəxs4 qəsdən öldürmək niyyəti iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protestin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci mad dəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-604/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-604/2020
01.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver