Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-604/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum müdafiəçisi Müdafiəçi iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması ba rədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 oktyabr 2022-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İsmayıllı Rayon Məhkəməsinin (sədrlik edən hakim: X5) 4 avqust 2022-ci il tarixli hökmü ilə 12 avqust 1994-cü ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkum edilməmiş, İsmayıllı şəhəri, M.Fizuli küçəsi, dalan 3, ev 1də qeydiyyatda olan və yaşamış Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 14 fevral 2022-ci tarixdən 16 fevral 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməsi, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri M.Fizul i küçəsi, dalan 3, ev 1-də ünvanındaki evini tərk etməmək, İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzasının icrasına nəzarətin yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməsi, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcının yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması hökm edilmişdi r. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X4 ibarət tərkibdə) 12 oktyabr 2022-ci il tarixli hökmü ilə dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas İlham Cəfərzadə tərəfindən verilmiş apellyasiya protesti və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128.1-ci maddəsi ilə məhkum edilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli hökmü ləğv edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 2(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum 14 fevral 2022-ci tarixdən 16 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində tu tulub saxlandığı 2 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılmış və onun üzərində qəti olaraq 1 (bir) il 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməsi, Məhkum məhkəmə iclas zalından həbs edilməsi, Məhkum cəzaçəkmə müddətinin başlanğıcının 12 oktyabr 2022-ci il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməsi qərara alınmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittihama əsasən, o, əvvəllər tanıdığı, gübrə, toxum və pestisidlərin alqı -satqısı ilə məşğul olan “X11” MMC-də satış müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs onun qardaşı X1 üçün təhvil verdiyi gübrə və toxumların İsmayıllı rayonunun İvanovka kəndində yerləşən X8 məxsus anbarda saxlanılan bir hissəsini münasibətləri pisləşməsi səbəbindən xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində İvanovka kəndinə gəlib aparmaq istəməsindən xəbər tutub həmin gün, saat 17 radələrində İsmayıllı rayonunun İvanovka kəndində yerləşən "Göl” adlanan kafeyə gələrək Zərərçəkmiş şəxsla və digər şəxslərlə bir stol arxasında əyləşib Zərərçəkmiş şəxs gübrə və toxumların anbarda saxlanmasına görə 1750 manat və yükün boşaldılmasına görə 600 manat pulun anbarın sahibi O.M.Bağıyevə ödənilməli olmasını əsas gətirərək bu zəmində R.Ə.Əsgərovla mübahisə etmiş, Zərərçəkmiş şəxs ona qanuni işini gördüyünü bildirdikdə o, əyləşdiyi stuldan ayağa qalxıb Zərərçəkmiş şəxs yüksək səslə "beynimi çöndərirsən, başımı xarab eləmə” deyə ifadə işlədib əlləri ilə Zərərçəkmiş şəxs arxaya itələyib özünün şəxsiyyətini cəmiyyətin və ətrafdakıların şəxsiyyətinin fövqündə qoymaqla ictimai yer hesab olunan kafedə, orada digər şəxslərin olmasına əhəmiyyət verməyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissəsinə səbəb olan hərəkətlərə yol verərək, o, cümlədən kafenin iş rejimini pozmaqla və orada o lan şəxslərin istirahətinə mane olmaqla təxminən 10 dəqiqə ərzində münaqişə yaradıb yüksək səslə nalayiq ifadələr işlədərək hər hansı əsaslı səbəb olmadan, Zərərçəkmiş şəxs ona cavab qaytarmasını cüzi səbəb kimi bəhanə edib stolun üstündən götürdüyü şüşə materialdan olan mineral su butulkasını silah qismində istifadə edərək Zərərçəkmiş şəxs baş nahiyəsindən 1 dəfə qəsdən zərbə ilə vurub zor tətbiq etməklə sonuncuya qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət edilən başın təpə-ənsə nahiyəsində dərialtı hematoma və qançır kimi xəsarətlərdən ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkəti etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilmişdi r ki, İsmayıllı Rayon Məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma aparmaqla iş materiallarında olan sübutları, zərəçəkmiş şəxsin, ittiham tərəfinin şahidlərinin və müdafiə tərəfinin vəsatətinə əsasən dindirilən əlavə şahidin ifadəsini araşdıraraq, hadisənin baş verdiyi yerdə yerli baxış keçirərək və digər halları da nəzərə almaqla apardığı araşdırmalarla hesab etmişdir ki, təqsirləndirilən şəxs Məhkum törətmiş olduğu cinayət əməlində xuliqanlıq motivi mövcud deyildir. Bu hal iş materialları, xüsusən də zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə təsdiq olunur. Zərərçəkmiş şəxsin və şahidlərin ifadələrindən də göründüyü kimi, təqsirləndirən şəxsin törətmiş olduğu cinayət əməlində xuliqanlıq motivi-ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsl ər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsı ilə müşayiət edilən qərəzli hərəkətlər kımı təzahür edən hərəkətlər mövcud olmamışdır. Hadisəsinin baş vermə səbəbi Zərərçəkmiş şəxsla təqsirləndirilən şəxs Məhkum qardaşı buğda və arpa toxumları, həmçinin gübrə və pestisidlərin topdan və pərakəndə alışı və satışı ilə bağlı aralarında borc mübahisəsinin yaranması olmuşdur. İbtidai istintaq orqanı sözügedən cinayət hadisəsi baş verən ana qədər olan dövr ərzindəki tərəflər arasındaki münasibətlərə qiymət verməmiş, cinayətin baş vermə motivi araşdırılmamış, ittihamı sadəcə cinayət hadisəsi baş verən gün tərəflər arasında yaranan mübahisə kontekstində cüzi səbəb kimi dəyərləndirərək, şəxsi münasibətlər zəmi nini istisna edərək səhv qənaətə gəlmişdir. Təqsirləndirilən şəxs Məhkum törətmiş olduğu cinayət əməlində xuliqanlıq motivi mövcud deyildir. Bu hal iş materialları, xüsusən zərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə təsdiq olunur. Şəki Apellyasiya Məhkəməsi sözügedən cinayət hadisəsi baş verən ana qədər olan dövr ərzindəki tərəflər arasındaki münasibətlərə qiymət verməmiş, cinayətin baş vermə motivini nəzərə almadan səhv qənaətə gəlmişdir. Mübahisə tərəflər arasında borc münasibətindən qaynaqlanan narazılıq səbəbindən yaranmaqla yanaşı, təqsirləndirilən şəxsin ümumiyyətlə hərəkəti masanın üstündəki şüşə butulkanı götürərək zərərçəkmiş şəxsin baş nahiyəsindən bir dəfə vurması olmuş və bununla onun hərəkəti başa çatmışdır. O. zərərçəkmiş şəxsi butulka ilə bir dəfə vurduqdan sonra isə çı xıb getmişdir ki, bununla onun hərəkətlərinin sonradan ictimai qaydanı obud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməsi baş verməmişdir. Müdafiəçi kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2022-cı il tarixli, 1(107)-376/2022 saylı hökmünün dəyişdirilməsi, Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsi və ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətini təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətini təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsin də kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın b aş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində məhkumun CM-in 221.3-cü maddəsi ilə təqsirlilik məsələsi və təyin olunan cəza mübahisələndirilir və törətdiyi cinayət əməlinin CM-in 128-ci maddəsinə tövsif edilməsi və məhkum edilmiş şəxsə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsi xahiş olunur. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 oktyabr 2022-ci il tarixli hökmünün qanunili yini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sen tyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi məhkumun Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətm əsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş: Səhiyyə Nazirliyi Məhkəmə X9 X14 rayon şöbəsindən alınmış məhkəmə-tibbi ekspertizasının 13 yanvar 2022-ci il tarixli 13 nömrəli rəyindən görünür ki, 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlərqapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi ilə müşayiət edilən başın təpə-ənsə nahiyəsində dərialtı hematoma və qan çır küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, dərəcəsinə görə qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi ilə müşayiət edildiyindən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir; xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə İsmayıllı rayonu İvanovka kəndi ərazisində "Göl” adlanan kafedə baş vermişdir; Məhkum ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Məhkum İsmayıllı rayonu İvanovka kəndində "Göl” adlanan kafedə mübahisə və davanın baş verdiyi yeri göstərməklə ifadəsində qeyd etdiyi halları bir daha təsdiq etmişdir. Birinci instansiya məhkəməsi sözügedən kafeyə ye rli baxış zamanı müəyyən etmişdir ki, kafe İvanovka kəndində yerləşməklə "Göl” adlanır. Kafenin bir girişi mağazanın içərisindən, digər girişi isə aşağı mətrəbədən edilməkdədir. Baxış zamanı hadisə olduğu otaqda məişət soyuducuları, iki ədəd stol və qışda istifadə olunan sona müşahidə olunmuşdur. Tərəflər hadisənin olduğu yeri dəqiq göstəməklə, etdikləri təsvir istintaqda verdikləri ifadələrlə üst-üstə düşür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan cinayət əməlini nəzərdə tutur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci tarixli qərarında qeyd edilir ki, CM-in 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatl ı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi - ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respubli kası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habel ə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və d avranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Kassasiya şikayətində Məhkum ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verməməsi göstərilsə də, müdafiə tərəfinin bu dəlilləri apellyasiya baxışı zamanı öz təsdiqini tapmamışdır. Məhkum xuliqanlıq etməməsi, i ctimai qaydanın kobud surətdə pozulmaması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməməsi ilə bağlı ifadəsində göstərilən, işin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən xüsusatlara apellyasiya instansiyası məhkəməsi tərəfindən tədqiq olunmuş sübutlarla, xüsusən də, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyləri və digər sübutlar ilə ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Belə ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunma sı ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhəti nin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin Məhkum tərəfindən ictimai qaydanın pozulmaması, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olan hərəkətlərə yol verilməməsi barədə nəticələr cinayət işinin faktiki hallarına uyğun olmamaqla bəzi hallarda da cinayət işinin faktiki halları ilə ziddiyət təşkil edir. Göstərilən hallara birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymət verilməmiş və nəticədə Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verilmişdir. Apellyasiya məhkəməsi Məhkum əməlinin birinci in stansiya məhkəməsi tərəfindən CM-in 128-ci maddəsilə tövsifi ilə razılaşmamış və sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətlərinə əsasən Məhkum CM-in 128-ci maddəsi ilə deyil, əksinə CM-in 221.3-cü maddəsi ilə cinayət törətdiyi barədə əsaslı nəticəyə gəlmişdir. Belə ki, kassasiya məhkəmə kollegiyasının qənaətinə görə, cinayət əməlinin törədildiyi yer və şərait onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Cinayət işi üzrə müəyyən edilmiş hallardan və sübutların müqayisəli təhlilindən göründüyü kimi, hadisə İsmayıllı rayonunun İvanovka kəndində yerləşən "Göl” adlanan kafesində baş vermiş, Məhkum bir stol arxasında əyləşib Zərərçəkmiş şəxs gübrə və toxumların anbarda saxlanmasına görə 1750 manat və yükün boşaldılmasına görə 600 manat pulun a nbarın sahibinə ödənilməli olmasını əsas gətirərək bu zəmində onunla mübahisə etmiş, bəhanə edərək eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoyaraq hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgə yaşayış qaydalarının ziddinə hərəkətlər etmişdir. O, əyləşdiyi stuldan ayağa qalxıb Zərərçəkmiş şəxs yüksək səslə "beynimi çöndərirsən, başımı xarab eləmə” deyə ifadə işlədib əlləri ilə Zərərçəkmiş şəxs arxaya itələyib özünün şəxsiyyətini cəmiyyətin və ətrafdakıların şəxsiyyətinin fövqündə qoymaqla ictimai yer hesab olunan kafedə, orada digər şəxslərin olmasına əhəmiyyət verməyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb q aydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissəsinə səbəb olan hərəkətlərə yol verərək, o, cümlədən kafenin iş rejimini pozmaqla və orada olan şəxslərin istirahətinə mane olmaqla təxminən 10 dəqiqə ərzində münaqişə yaradıb yüksək səslə nalayiq ifadələr işlədərək hər hansı əsaslı səbəb olmadan, Zərərçəkmiş şəxs ona cavab qaytarmasını cüzi səbəb kimi bəhanə edib stolun üstündən götürdüyü şüşə materialdan olan mineral su butulkasını silah qismində istifadə edərək sonuncunun baş nahiyəsindən 1 dəfə qəsdən zərbə ilə vurub zor tətbiq etməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkəti etməsi öz təsd iqini tapmış və apellyasiya instansiyası məhkəməsinin bu barədə gəldiyi nəticə əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməli, yəni qəsdən sağlamlığa yüngül zərər vurma cinayətinin əlamətləri mövcud olsa da, cinayət əməlinin baş verdiyi ünvan, hadisənin, habelə təqsirkar şəxsin hərəkətlərinin törədilmə şəraiti və mexanizmi, təqsirkarın niyyəti, motiv və məqsədi, cinayətin əsaslı səbəb olmadan törədilməsi kimi halları nəzərə almış və onun əməlini düzgün olaraq CM-in 221.3-cü maddəsi ilə tövsif edərək işin faktiki hallarına uyğun nəticəyə gəlmiş, bununla da ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqində səhvə yol verməmişdir. Beləliklə, kassasiya məhkəmə kollegiyası qeyd e dir ki, Məhkum Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxs, şahid ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum istinad edilən cinayət əməlini törətməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir- biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız im tina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPMin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin məhkumun əməlinin CM-in 128-ci maddəsinə tövsif edilməsi barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən dəlillərdir. Kassa siya məhkəmə kollegiyası məhkum edilmiş şəxsə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsi barədə kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Apellyasiya instansiyası məhkəməsi Məhkum cəz a təyin edərkən törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının CM-nin 15.3-cü maddəsinə əsasən həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini və təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Apellyasiya məhkəməsi məhkum edilmiş şəxsin təqsirini qismən, Cinayət Məcəlləsinin 128-ci maddəsi etiraf etməsini, bu hissədə səmimi peşmanlıq keçirməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməyə təşəbbüs göstərməsini, hima yəsində iki azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almış və onun əməlində cəzasını ağırlaşdıran hal olmadığını müəyyən etmiş, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmaması və işin digər halları nəzərə alınmış və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əsasən qanuna uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkum edilmiş şəxsə cəza təyini ilə bağlı mövqeyi ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayətinin məhkuma azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsi barədə dəlilləri əsassızdır. Belə ki, cinayət işi üzrə məhkum edilmiş şəxsin cəmiyətdən təcrid edilmədən islah olunmasının mümkünlüyü halları müəyyən edilməmişdir. Yuxarıda şərh olunanlara əsasən isə məhkuma təyin olunmuş azadlıqdan məhrum etmə cəzası və onun həddi ədalətli, qanuni və əsaslı olmaqla Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003- cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yü ngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrumetmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə məhkum edilmiş şəxsin şəxsiyyətinə uyğun olmaqla, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğundur və şəxsin islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və apellyasiya məhkəmə baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmiş, apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi və dəyişdirilməsi üçün CPM -in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 oktyabr 2022-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayəti təmin olunmadan, hökm dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 oktyabr 2022-ci il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-604/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-604/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver