Məhkəmə qərarları › İş №1(102)-604/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-604/2025

17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-604/2025 17.04.2025 ALİ MƏHKƏMƏ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), İlkin Rəcəbov Əbülfəz oğlu və X15 oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X8, Müdafiəçi – H.M.Minatulayevin müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 aprel 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığından bəraət verilməsi, Azərbaycan Respublikası CM -in 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək məhkum edilmiş X4 barəsində olan cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2024cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və məhkum H.M.Minatulayevin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 aprel 2024-cü il tarixli, 1(099)-241/2024 nömrəli (hakimlər X11 (sədrlik edən), X13 və X9 ibarət tərkibdə) hökmü ilə xx xxxx 1978-ci il tarixdə Rusiya Federasiyası, Dağıstan Respublikasında doğulmuş, Rusiya Federasiyası vətəndaşı, orta təhsilli, evli, sürücü işləyən, məhkum olunmamış, Rusiya Federasiyası Dağıstan Respublikası, İzberbaş şəhəri, Həmidov küçəsi, ev 91, mənzil 26 ünvanında qeydiyyatda olmaqla yaşayan, hal hazırda Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 240.3.2-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığından bəraət verilməsi, X4 Azərbaycan Respublikası CMnin 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 09 sentyabr 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını çəkib qurtar dıqdan sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılması, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququnun məhdudlaşdırılması barədə yekun qərar qəbul edilmişdir. Həmin hökmdən dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti və təqsirləndirilən şəxs X4 tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2024-cü il tarixli, 1(106)-537/2024 saylı (hakimlər – Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, X10 və X5 ibarət tərkibdə) qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 aprel 2024-cü il tarixli, 1(099)-241/2024 nömrəli hökmü kassasiya protestinə və kassasiya şikayətinə münasibət də dəyişdirilmədən saxlanılmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Rusiya Federasiyası vətəndaşı X4 9 sentyabr 2023cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasının Astara şəhərində narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda, tərkibindəki preqabalin güclü təsir edən maddəsinin miqdarı 8,7 qram təşkil edən 58 ədəd göy-narıncı rəngli preqabalin kapsulalarını və tərkibindəki tramadol güclü təsir təsiredici maddəsinin miqdarı 0,225 qram təşkil edən 1 ədəd qırmızı rəngli, dairəvi formalı tramadol həbini satış məqsədi olmadan qanunsuz əldə etmiş, preqabalin kapsullarını özünə məxsus qırmızı-göy rəngli idman çantasının sağ yan cibinə, tramadol həbini isə həmin çantanın sol yan cibinə yerləş dirib saxlamış, idarə etdiyi “Volvo FH” markalı, 0367TK05/AK362105 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasındakı yataq yerinin üzərinə qoyaraq daşımış və Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına həmin nəqliyyat vasitəsi ilə sarımsaq yükü apararkən 9 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində Dövlət Gömrük Komitəsinin Astara rayonu ərazisində yerləşən Astara Gömrük İdarəsinin idxal yoxlama xəttində Azərbaycan Respublikası gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirmiş, həmin tarixdə keçirilmiş gömrük yoxlaması zamanı sözügedən güclü təsir edən maddələr aşkar edilərək ondan götürülmüşdür. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində göstəri r ki, məhkəmə kollegiyası tərəfindən həmin yekun qərar qəbul edilərkən sübutlar Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 143-146-Cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyindən, bunun nəticəsi olaraq əsassız yekun qərar qəbul edildiyindən, həmin qərar ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, hər iki instansiya məhkəmələri Gadzhimurad Minatulaevə CM-in 240.3.2-ci maddəsi ilə bəraət verərkən, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda, tərkibindəki preqabalin və tərkibindəki tramadol güclü təsir edən maddələri satış məqsədilə deyil, şəxsi istehlakı üçün əldə etməsinə dair özünümüdafiə xarakterli ifadələrinə əsaslanmışlar. Hər iki instansiya məhkəmələri Gadzhimurad Minatulaev həm ibtidai, həm də məhkəmə istintaqlarında 58 ədəd preqabalin kapsulalarını və 1 ədəd tramadol həbini öz şəxsi istifadəsi üçün əldə etməsi barədə verdiyi ifadələrində göstərməsini əsas kimi götürmüşlər. Lakin məhkəmə nəzərə almamışdır ki, Gadzhimurad Minatulaevin preqabalinin külli miqdarda əldə etdiyi halda, yəni külli miqdarda preqabalinin əldə etməsi, onun satış məqsədilə əldə edilməsini təsdiq edildiyi halda, həmin maddəni öz şəxsi istehlakı üçün əldə etdiyini bildirməklə daha ciddi cinayət məsuliyyətinə cəlb olunmaqdan və daha ağır cəzalanmaqdan yayınmaq məqsədi güdmüşdür. Bundan əlavə, məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsaslanaraq, Gadzhimurad Minatulaevin preqabalin istifadəçisi olmas ı ilə əlaqələndirib, ona CM-in 240.3.2-ci maddəsi ilə bəraət verilməsini, onun preqabalin və metadon həblərini satış məqsədilə deyil, şəxsi istehlakı üçün əldə etməsi qənaətinə gəlmişdir. Lakin nəzərə alınmamışdır ki, Gadzhimurad Minatulaevin preqabalinin istifadəçisi olması, onun qeyd olunan maddələrin məhz satış məqsədi ilə əldə edilərək saxlanılmasını heç də inkar etmir. Belə ki, cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 22 sentyabr 2023- cü il tarixli, xx/xx-11096 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Gadzimurad Minatulaevdə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatı olan preqabalindən istifadə etmə halları olub. Lakin hal-hazırda Gadzimurad Minatulaevdə müayinə zamanı narkomaniya xəst əliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Gadzimurad Minatulaev narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə nəzərə almamışdır ki, həmin ekspertiza rəyində qeyd edilmişdir ki, Gadzimurad Minatulaevdə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatı olan preqabalindən istifadə etmə halları olub. Lakin halhazırda Gadzimurad Minatulaevdə müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Gadzimurad Minatulaev narkomaniya xəstəliyindən əzab çəkmir. Göründüyü kimi, narkomaniya xəstəliyindən əzab çəkməyən Gadzimurad Minatulaevin öz istifadəsi üçün külli miqdarda pre qabalinin əldə etməsinə dair hər iki instansiya məhkəmələrinin qənaəti anlaşılmazdır. Həmçinin, hər iki instansiya məhkəmələri hesab etmişlər ki, preqabalini satmaq üçün Gadzhimurad Minatulaevin istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsinin müəyyən edilməməsi, onun preqabalin və tramadolu satış məqsədilə əldə etməsini istisna edən haldır. Lakin məhkəmə, həmin maddələri satış məqsədi ilə əldə etmiş Gadzhimurad Minatulaevin istehlakçını sonradan və ya vətəndaşı olan RF-ın ərazisində müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin sonradan ola biləcəyi və sifarişə uyğun olaraq pragabalinin külli miqdarda əldə etdilməsi kimi halları nəzərə almamışdır. Belə ki, cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksperti zası Mərkəzinin 10 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/4811 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 203695 nömrəli DGK-nə məxsus bir ədəd sellofan paketin içərisində üzərində "pregabalin 150" yazısı olan 4 ədəd konvalyutda ümumilikdə 58 epеp göy-narıncı rəngli kapsullar preqabalindir, kapsulların tərkibində ümumilikdə 8,7 qram preqabalin təsiredici maddəsi müəyyən edilir, üzərində "225" göstəricisi olan 1 ədəd qırmızı rəngli, dairəvi formalı həb tramadoldur, tərkibində 0,225 qram tramadol təsiredici maddəsi müəyyən edilir, üzərində "123 Rx"yazısı olan 1 ədəd konvalyutda ümumilikdə 8 ədəd göy rəngli həblər narkotik vasitə, psixotrop maddələrə və güclü təsir edən maddələrə aid deyildir. Tramadol və Pregabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qa nunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına" (1 nömrəli əlavə) daxildir. Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının" siyahısına əsasən preqabalinin külli miqdarı 5 qram müəyyən edilmişdir. Gadzhimurad Minatulaevdə külli miqdarda, tərkibindəki preqabalin güclü təsir edən maddəsinin təsiredici maddəsinin miqdarı 8,7 qram təşkil edən 58 ədəd göy-narıncı rəngli kapsul aşkar edilmişdir. Beləliklə, Gadzhimurad Minatulaevin satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxladığı preqabalin külli miqdarda olmuşdur. Hazırki cinayət işində isə təqsirləndirilən şəxs X1 aşkar olunmuş preqabalinin çəkisi həmin maddə üçün nəzərdə tutulmuş külli miqdarın yuxarı həddindən 1,74 dəfədən çox olmuş, həmçinin, o, aşkar olunmuş 58 edəd dreqabalini ən azı 58 şəxsə verə bilərdi. Hər iki instansiya məhkəmələri nəzərə almamışlar ki, Gadzhimurad Minatulaevin qanunsuz əldə etdiyi preqabalin vasitənin çəkisi, həmin maddənin yalnız satış məqsədi ilə əldə edilməsinə dəlalət edir. Ona görə də məhkəmənin yuxarıda qeyd edilənləri nəzərə almaması nəticəsində Gadzhimurad Minatulaevə CM-in 240.3.2-ci maddəsi ilə əsassız bəraət verilmişdir. Göründüyü kimi, məhkəmə yalnız təqsirləndirilən şəxsin özünümüdafiə xarakterli yanlış ifadələrinə əsaslanaraq yekun qərar qəbul etmiş, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, məhkəmənin yekun qərarında şərh edilmiş hallarla onun gəldiyi nəticələr arasında əhəmiyyət li ziddiyyətlər olmuşdur. Belə ki, CM-in 240.1 və 240.3.2-ci maddələri ilə cinayət məsuliyyətinin yaranması üçün qeyd edilən cinayətlərinin tərkibinin iki zəruri əlamətin, yəni güclü təsir edən maddələrin qanunsuz əldə edilməsi və əməlin satış məqsədilə ilə törədilməsinin mövcuduğu şərtdir. Gadzhimurad Minatulaev ibtidai və məhkəmə istintaqları zamanı göstərmişdir ki, qeyd olunan preqabalin və tramadolu öz şəxsi istifadəsi üçün bədənində olan ağrılarını (özünün deməsinə görə əzələ və oynaq ağrıları) azaltmaq üçün İİR-də aptekdən almışdır. Halbu ki, Gadzhimurad Minatulaevin həmin güclü təsir edən maddənin tibbi resepti olmadan və külli miqdarda əldə etməsi, onları qanunsuz və satış məqsədilə 'ilə əldə edilməsinə birbaşa dəlalət edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin 25 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş edir. Müdafiəçi2 kassasiya şikayətində göstərir ki, hesab edirəm ki, məhkum H.Minatulayevə təyin edilən cəza həddən artıq ağır olduğundan ədalətsizdir. Cəza təyin edilərkən maddi və prosessual hüquq normaları düzgün şərh edilməmiş, kifayət qədər əsaslar olmasına baxmayaraq, Şirvan Apellyasiya Məhkəməsi ümumi ifadələrlə daha yüngül cəza təyinini nəzərdə tutan Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqini mümkünsüz saymışdır. Aşağıdakı əsaslara görə Şirvan Apellyasiya Məhkəməsinin həmin qərarı dəyişdirilməli, məhkuma daha yüngül cəza təyin edilməlidir: Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə görə cinayətin məqsədi vе motivi, təqsirkarın cinay ətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Həmin maddənin məzmunundan göründüyü kimi, cinayətin məqsədi və motivi ilə bağlı müstəsna hallar da həmin normanın tətbiqi əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Qanunun birbaşa tələbinə baxmayaraq məhkəmə CM-nin 62-ci maddəsinin tətbiqi ilə bağlı cinayətin məqsədini, motivini araşdırmamış və bu xüsusatlar üzrə hüquqi mövqeyini bildirməmişdir. İşin hallarından görünür ki, məhkum H.Minatulayev tərkibində güclü təsir edən maddələr olan dərmanları yalnız özünün müalicəsi üçün xarici ölkədə aptekdən azad satışdan əldə etmişdir. Həmin dərmanların dövriyyəsi əldə etdiyi ölkədə, tranzit olaraq keçdiyi ölkədə, nə də öz ölkəsində məhdudlaşdırılmamış, qadağan olunmamışdır, apteklərdə satışdadır. Həmin dərmanların satış məqsədi olmadan əldə edilməsi, saxlanması, istifadəsi nə cinayət, nə də inzibati məsuliyyətə səbəb olmur. Məhkum həmin dərmanların bəyan edilmədən gömrük sərhəddindən keçirilməsinin cinayət olduğun u bilmədiyindən onları bəyan etməmişdir. Qanunu bilməmək cinayət məsuliyyətindən azad etmir, lakin şəxsin niyyətinin ictimai təhlükəli nəticələrə nail olmağa yönəlmədiyini təsdiq edir. Məhkum həmin dərmanları özünün müalicəsi üçün əldə edərkən onun tamah niyyəti, dövlətin iqtisadi sahədə, o cümlədən gömrük sahəsində tənzimlədiyi münasibətlərə zərər yetirmək məqsədi olmamışdır. Deməli, məhkumun tərkibində güclü təsir edən maddələr olan dərmanları əldə etməkdə, saxlamaqda, gömrük sərhəddindən keçirməkdə məqsədi yalnız xəstəliyinin müalicəsi olmuşdur. Bu hallar məhkəmənin gəldiyi nəticə ilə də tam uyğunluq təşkil edir. Ona görə də cinayətin məqsədi və motivi ilə bağlı hallar müstəsna hal kimi nəzərə alınmalıdır. Məhkumun tərkibində güclü təsir edən maddələr olan dərmanları əldə etməsi, saxlam ası və istifadəsinin qanuna zidd olmaması, yalnız gömrükdə bəyan etməməsinin cinayət məsuliyyəti yaratmasını, dərmanların yalnız özünün müalicəsi üçün nəzərdə tutulması, həmin əməlin dövlət və cəmiyyət üçün, hətta şəxsin özü üçün təhlükəli olmaması, həmin dərmanların adi reseptlə əldə olunmasının mümkünlüyü faktı, dərmanların qiymətinin cəmi 31 manat təşkil etməsi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar kimi qiymətləndirilməlidir. Hüquqlarını müdafiə etdiyim H.Minatulayevin bu əməli şəxsiyyətə, cəmiyyətə, eləcə də qaçaqmalçılıq cinayətinin obyekti olan dövlətin normal xarici iqtisadi fəaliyyəti sahəsində yaranan ictimai münasibətlərə zərər yetirməmiş, zərər yetirmək təhlükəsi də yaratmayaraq faktiki olaraq CM-nin 14.2-ci maddəsinə təsiri altına düşməsi belə nə zere alınmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsini və məhkum H.M.Minatulayev barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması və kassasiya protestinin təmin olunmaması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması və kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təm in edilməməli, kassasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və y a onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində mübahisələndirilən məsələ mə hkum X2 CM-in 240.3.2-ci maddəsi ilə təqsirli bilinməməsi barədədir. Kassasiya şikayətində mübahisələndirilən məsələ X2 CM-in 206.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunması deyil məhz ona ağır cəza təyin edilməsi və barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsi barədədir. Kassasiya protestində və kassasiya şikayətində göstərilən məsələlərlə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri bilir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kəna rda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart t arixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri X2 Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığından bəraət verilməsi, CM-in 206.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması barədə əsaslı nəticəyə gələrək onu məhkum etmişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyrio byektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışı zamanı həmçinin İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsin ə əsasən həmin sübutların məhkum X4 tərəfindən ittiham edildiyi Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin törədilməsinə dair təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənləri əsasları nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, kassasiya protestində göstərilən dəlillər apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün heç bir əsas vermir. Lakin məhkəmə kollegiyası məhkum X3 təyin olunan cəzaya münasibətdə Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, törətdiyi əməli səmimi şəkildə etiraf etməsini, a iləsinə yeganə qazanc gətirən şəxs olmasını, iki yetkinlik yaşına çatmayan övladının və işləməyən həyat yoldaşının olmasını, ilk məhkumluğunun olmasını habelə, məhkumun barəsində olan yüngülləşdirici halları əsas götürərək hesab edir ki, mübahisələndirilən qərar məhkuma təyin edilmiş cəza hissəsində dəyişdirilməli, kassasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyı r. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Al i Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, ha belə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instans iyası məhkəməsi məhkum X3 münasibətdə cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, ailə vəziyyətini səciyyələndirən halları, xəstəlikdən əziyyət çəkməsini, kifayət qədər nəzərə almamış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etməmişdir. Məhkəmə, kassasiya şikayətinin məhkum X4 barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulduğundan daha aşağı həddə cəza təyin edilməsi ilə bağlı dəlillərinə dair qeyd edir ki: Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motiv i, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən isə cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyi humanizm prinsipinə uyğun olaraq Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulan hallar mövcud olduqda cinayətə görə müəyyən ediləndən daha yüngül cəza təyin edilməsinə imkanını nəzərdə tutsa da, işin müstəsna halları sayılan anlayışını müəyyən etməmişdir. Belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilərək konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu halların məcmusunun, yəni cinayətin motivi və məqsədini, təqsirkarın törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışı, təqsirkarın şəxsiyyətini xarakterizə edən məlumatları və cinayətin ictimai təhlükəsizliyini azaldan başqa halları qiymətləndirməlidir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqinin zəruriliyi barədə dəlilləri əsaslıdır. Belə olan halda məhkəmə kollegiyası cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini və işin digər faktiki hallarını nəzərə alıb hesab edir ki, məhkum X4 barəsində CM-in 62-ci maddəsinin tətbiq edilərək cəzanın müəyyən edilmiş həddindən daha aşağı həddə cəza təyin edilməsi məqsədəmüvafiqdir. Belə ki, məhkəmə kollegiyası məhkum X2 törətdiyi əməli səmimi şəkildə etiraf etməsini, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını, iki yetkinlik yaşına çatmayan övladının və işləməyən həyat yoldaşının olmasını, ilk məhkumluğunun olmasını, onun davranışı və şəxsiyyəti ilə bağlı müstəsna hallar kimi qiymətləndirir və həmin halla rı nəzərə alaraq hesab edir ki, məhkum barəsində CM-in 62-ci maddəsi tətbiq olunmaqla həmin Məcəllənin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzanın müəyyən edilmiş həddindən daha aşağı həddə cəza təyin edilməsi onun islah olunması məqsədinə cavab verir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbir olmaqla cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan da məhkəmə kollegiyası kassasiya şikayətinin məhkum X4 barədə cəza tətbiqi ilə əlaqədar Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə əmələ görə nəzərdə tutulduğundan dah a yüngül cəza təyin edilməsi barədə dəlillərini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkə məsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinay ət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayə t mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlı qlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhd udlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən məhkum X3 məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təyin edilmiş əsas cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə yüngülləşdirilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264cü maddəsi ilə təyin edilmiş cəza dəyişdirilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyun 2024-cü il tarixli qərarı dəyişdirilməli, məhkum X3 Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2024-cü il tarixli qərarı ilə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il 6 )altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası həmin maddəyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2024-cü il tarixli qərarı dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilsin. X4 barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2024-cü il tarixli qərarı dəyişdirilsin. X3 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə cəzasının müdd əti 1 (bir) il 9 (doqquz) ayadək endirilsin. Qərar kassasiya şikayətinə və kassasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar