Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-605/2019 15.05.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 605/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "15" may 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Bağırova Janna Mirzə qızının iştirakları ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 avqust 2018-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 noyabr 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Bağırova Janna Mirzə qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 avqust 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Sadıqov Məzahir Qafar oğlu) xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Mühafizə Xidmətin in Bakı şəhəri Səbail rayon Dövlət yanğından mühafizə hissəsinin 25 nömrəli Yanğından mühafizə bölməsinin sürücüsü işləmiş, daxili xidmət baş çavuşu, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X2 da təqsirli bilinib məhkum edilmşdir. İŞİN HALLARİ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 avqust 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını ələ keçir ərək, zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 etibarından sui-isttifadə edərək ona, sonuncunun oğlu Zərərçəkmiş şəxs5, ümumi tanışları Zərərçəkmiş şəxs1 vasitəçiliyi ilə Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən “Qaçqın şəhərciyi”ndə qaçqın və məcburi köçkünlər üçün inşa edilən yaşayış binasından 3 otaqlı mənzil düzəldəcəyinə dair yalan vədlər verərək bunun müqabilində ondan, Zərərçəkmiş şəxs1 vasitəçiliyi ilə 2013-cü ilin noyabr ayının əvvəllərində ünvan 1 ünvanın qarşısında 10.000 manat məbləğində pulunu aldıqdan sonra, Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin blankını qanunsuz hazırlayaraq, həmin blankda Abşeron rayonu, ünvan 2 ünvanında mənzilinin Zərərçəkmiş şəxs5 yaşaması üçün verilməsinə dair qeydlər aparmaqla saxtalaşdırdığı Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Ə.Həsənovun adından imzalanmış və möhürlənmiş halda olan 03 dekabr 2013-cü il tarixli 86 KR saylı əmrini ona təqdim edib, aldatmaqla, almış olduqları 10.000 manat məbləğində olan pulu ələ keçirib, aralarında bölərək zərərçəkmiş Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla, dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 etibarında n sui-isttifadə edərək ona, ümumi tanışları Zərərçəkmiş şəxs1 vasitəçiliyi ilə Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Abşeron rayonu, ünvan 2 ünvanında mənzil düzəldəcəyinə dair yalan vədlər verərək bunun müqabilində ondan, Zərərçəkmiş şəxs1 vasitəçiliyi ilə 2013-cü ilin noyabr ayının əvvəllərində ünvan 1 ünvanın qarşısında 10.000 manat məbləğində pulunu aldıqdan sonra, Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin blankını qanunsuz hazırlayaraq, həmin blankda Abşeron rayonu, ünvan 2 ünvanında mənzilinin Zərərçəkmiş şəxs3 yaşaması üçün verilməsinə dair qeydlər aparmaqla saxtalaşdırdığı Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Ə.Həsənovun adından imz alanmış və möhürlənmiş halda olan 03 dekabr 2013-cü il tarixli 86 KR saylı əmrini ona təqdim edib, aldatmaqla, almış olduqları 10.000 manat məbləğində olan pulu ələ keçirib, aralarında bölərək zərərçəkmiş Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 etibarından sui-isttifadə edərək ona, ümumi tanışları Zərərçəkmiş şəxs1 vasitəçiliyi ilə Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən “Qaçqın şəhərciyi”ndə qaçqın və məcburi köçkünlər üçün inşa edilən yaşayış binasından 3 otaqlı mənzil düzəldəcəyinə dair yalan vədlər verərək b unun müqabilində ondan, Zərərçəkmiş şəxs1 vasitəçiliyi ilə 2013-cü ilin noyabr ayının əvvəllərində ünvan 1 ünvanın qarşısında 10.000 manat məbləğində pulunu aldıqdan sonra, Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin blankını qanunsuz hazırlayaraq, həmin blankda Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Qaçqın şəhərciyi”ndə tam istifadəyə verilmiş 4 nömrəli binanın 11 saylı mənzilinin Zərərçəkmiş şəxs2 yaşaması üçün verilməsinə dair qeydlər aparmaqla saxtalaşdırdığı Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Ə.Həsənovun adından imzalanmış və möhürlənmiş halda olan 03 dekabr 2013-cü il tarixli 86 KR saylı əmrini ona təqdim edib, aldatmaqla, almış olduqları 10.000 manat məbləğində olan pulu ələ keç irib, aralarında bölərək, zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı X2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Zərərçəkmiş şəxs1, sonuncunun yeznəsi X8 Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Abşeron rayonu, ünvan 2 ünvanında mənzil düzəldəcəyinə dair yalan vədlər verərək bunun müqabilində ondan, 2013-cü ilin noyabr ayının əvvəllərində ünvan 1 ünvanın qarşısında 5000 manat, 2013-cü ilin dekabr ayının əvvəllərində ünvan 2 ünvanın qarşısında 3000 manat və 2013-cü ilin dekabr ayının ortalarında ünvan 3 ünvanın qarşısında 2000 manat məbləğində, ümumilikdə isə, vahid niyyətlə 10.000 manat məbləğində pulunu aldıqdan sonra, Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin blankını qanunsuz hazırlayaraq, həmin blankda Abşeron rayonu, ünvan 2 ünvanında mənzilinin X8 yaşaması üçün verilməsinə dair qeydlər aparmaqla saxtalaşdırdığı Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Ə.Həsənovun adından imzalanmış və möhürlənmiş halda olan 03 dekabr 2013-cü il tarixli 86 KR saylı əmrini ona təqdim edib, aldatmaqla, almış olduqları 10.000 manat məbləğində olan pulu ələ keçirib, aralarında bölərək, zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Qasımov Faiq Ad il oğlu, hakimlər Mirzəyev Sahibxan Arzuman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə) 06 noyabr 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 avqust 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 noyabr 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Bağırova Janna Mirzə qızı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə işin yeni apellyasiya baxışına təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Bağırova Janna Mirzə qızı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə bir sıra halları nəzərə alınmadığını, məhkum Təqsirləndi rilən şəxs birinci instansiyası məhkəməsində ifadə verərək, ittihamı qəbul etmədiyini, X2 ona heç bir məbləğdə pul vermədiyini, onun X2 əməllərindən xəbərinin olmadığını bildirdiyini, apellyasiya məhkəməsinin birinci instansiyası məhkəməsi tərəfindən istinad edilmiş sübutlara ümumi qiymət verdiyini, Bakı şəhəri, Nizami rayon məhkəməsinin 16 avqust 2018-ci il tarixli hökmündən də həmin hökmdə sadalanan sübutların yalnız X2 əməlini təsdiq edən sübutların olduğunun göründüyünü, qeyd olunan hökmdə məhkum Təqsirləndirilən şəxs CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihama dair yeganə sübutun X2 ifadəsi olduğunu, məhkəmənin öz hökmündə istinad edilən bəzi sübutların özünün X2 Təqsirləndirilən şəxsə qarşı verdiyi ifadələrinin yalan olmasını təsdiq etdiyini, iş üzrə keç irilmiş ekspertiza rəyinə əsasən, Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin adından tərtib edilmiş əmrdə yazılmış yazıların və imzanın X2 tərəfindən icra edildiyini, yəni X2in öz dələduzluq əməlinə don geyindirmək üçün qeyd olunan komitənin adından saxta sənəd tərtib etdiyini və həmin sənədi zərərçəkmiş şəxslərə göstərərək, onları aldatmağa çalışdığını, məhkəmənin bu ziddiyyətləri araşdırmadığını və bununla əlaqədar X2ə heç bir sual vermədiyini, işin hallarından da göründüyü kimi, X2in öz əməlini ört-basdır etmək üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1la görüşdürdüyünü, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1l təklikdə danışdığını, həmin görüş zamanı Təqsirləndirilən şəxs X2in əməllərindən xəbərinin olmadığını və sonuncu tərəfindən belə bir ci nayətin törədilməsini bilmədiyini, apellyasiya məhkəməsinin hansı əməlin hansı sübutla təsdiq edilməsini göstərməyərək, ümumi ifadələrlə ittihamın sübuta yetirilməsini göstərdiyini, işdə olan sübutların kifayət etməməsini gizlətmək üçün ümumiyyətlə, heç bir sübuta istinad etmədən Təqsirləndirilən şəxs dələduzluqda təqsirli hesab etdiyini, Təqsirləndirilən şəxs dələduzluq əməli törətmiş X2lə əlbir olmasının sübuta yetmədiyini, buna baxmayaraq, Təqsirləndirilən şəxs həmin ittiham üzrə təqsirli bilindiyini, Təqsirləndirilən şəxs dələduzluq əməlini təsdiq edən heç bir mötəbər sübutun olmadığını və bu faktın istintaqın mülahizəsinə əsaslandığını bildirib kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 noyabr 2018-ci il tarixli qərarının ləğv olunm asını və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxışa təyin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 noyabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419. 1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edə n bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, sübutların hansına üstünlük verilməsi, bunun səbəbləri şərh olunmaqla hökm və qərarda göstərilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələrlə tövsif edilmişdir. Kassasiya şikayətinin dəlillərinə gəldikdə isə, qeyd olunmalıdır ki, bu dəlillər iş materiallarına uyğun olmadığı üçün məhkəmə kollegiyası onları əsassız sayır. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə əlaqədar aşağıdakılar göstərilmişdir: “... Məhkəmə kollegiyası işin materiallarını öyrənib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, ittiham tərəfinin çıxışını dinləyərək, hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, birinci instanisya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgün lüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən X2 və Təqsirləndirilən şəxs ittiham olunduqları cinayət əməllərini t örətmələri haqda işin faktiki hallarına uyğun olan əsaslı və qanuni nəticəyə gəlmiş və onların əməllərini Azərbaycan Respublikası CM-nin 178.2.1,178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan cinayət əməlinin təqsirləndirilən şəxslər tərəfindən törədilməsini məhkumların özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, işin digər obyektiv halları ilə təsdiq olunduğu qənaətinə gəlir. Apellyasiya şikayətlərinin cəza ilə bağlı müddəasına gəldikdə məhkəmə kollegiyası qeyd edir ki Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin x arakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 178.2.1,178.2.2 və 178.2.4-cü maddələri ilə məhkumlar barəsində cəza tədb iri seçilməsi məsələsini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi öz hökmündə bu məsələnin həlli zamanı AR CM-in 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları əsas götürərək məhkumlar X2 və Təqsirləndirilən şəxs ittiham olunduqları maddələrin sanksiyası həddində, şəxsiyyətlərinə və törətdikləri əmələ uyğun, qanuni və ədalətli cəza təyin etmişdir. AR CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası X2 və Təqsirləndirilən şəxs Azərba ycan Respublikası CM-nin 178.2.1,178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 avqust 2018-ci il tarixli hökmünün qanuniliyi və əsaslılığını yoxlayaraq hesab edir ki, hökm qanuni və əsaslıdır, hökm qəbul edilərkən hər hansı bir maddi və ya prosessual hüquq normasının tələbləri pozulmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51 (b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməlidir...”. Göründüyü kimi, ap ellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri, ittihamın təsdiq edilməsi və əməlin tövsifi məsələləri üzrə gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin bu mövqeyi işin hallarına və qanunu tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də həmin mövqeyin qanuniliyin şübhə altına almağa əsas vermir. Kassasiya şikayətində müdafiə tərəfi hadisəyə özünün münasibətini göstərmiş, bu baxımdan (özünün münasibəti baxımından) Təqsirləndirilən şəxs hərəkətlərinə qiymət vermişdir. Lakin hadisələrin şikayətdə göstərildiyi kimi cərəyan etməsi iş materialları ilə təsdiq edilmir. Əksinə, ittiham tərəfinin topladığı, məhkəməyə təqdim etdiyi, ittiham aktında istinad etdiyi qanunla nəzərdə tutulmuş qaydada məhkəmədə tədqiq edilməklə yoxlanılmış, qiymətləndirilmiş sübutların, onlarda olan məlumatların təhlili birmənalı olaraq göstərir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham sübuta yetirilmişdir. İş materiallarında belə bir məlumat yoxdur ki, həmin sübutların mötəbər olmadığı, qanunsuz toplandığı və tədqiqində qanun pozuntusuna yol verildiyi qənaətinə gəlməyə əsas versin. İş materiallarından görünür ki, sübutlar tədqiq olunarkən və qiyməytləndirilərkən qanunun, o cümlədən şikayətdə istinad edilən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbləri rəhbər tutulmuşdur. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bi r həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyasının qənaətinə görə iş materiallarında olan sübutlar (qanunla nəzərdə tutulmuş qaydada toplanılmış və yoxlanılmış) Təqsirləndirilən şəxs verilmiş ittihamın təsdiq edilmiş hesab olunması üçün kifayət edir. Kassasiya şikayətində Təqsirləndirilən şəxs bəraət verilməli olduğu iddia olunur. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi ol madıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, şəxsə bəraət verilməsinə əsas verən hallar mövcud deyildir. Cəza təyini məsələsi ilə əlaqədar məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar o, cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkum Təqsirləndirilən şəxs islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov
Məhkəmə qərarları › İş №1(102)-605/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-605/2019
15.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver