Məhkəmə qərarları › İş №1(102)-605/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-605/2020

22.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-605/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Hüseyn Natiq oğlu Əbilovun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum o lunmuş Məhkum barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 sentyabr 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs və onun vəkili X1 tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin 1(033)-25/19 nömrəli 23 may 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Elbrus Məmmədov), Məhkum, xx xxxxxx 1984-cü ildə ******** rayonu ******** kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum edilmiş, cəzasını çəkməmiş və məhkumluğu ödənilməmiş, ****** rayonu ********* kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşd ırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum həbsdə saxlanıldığı 01 (bir) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günə bərabər hesablanmaqla həmin cəzadan çıxılmış və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) günmüddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, CM-in 67.1-ci maddəsinə əsasən onun Zaqatala Rayon Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli 1(033)-52/2017 nömrəli hökmüilə qəti olaraq təyin edilmiş və çəkilməmiş 3500 (üç min beş yüz) manat miqdarında cərimə cəzası hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına tamamilə birləşdirilməklə onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması və 350 0 (üç min beş yüz) manat miqdarında cərimə cəzaları saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasənMəhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, cavabdeh kimi kirayədə olduğu müddətdə onun tərəfindən yararsız vəziyyətə salınmış iddiaçının xüsusi mülkiyyətində olan dövlət qeydiyyat nişanı **-***, buraxılışı 1997-ci il, tipi özüboşaldan, rəngi göy, markası RENDERS yarımqoşqu və dövlət qeydiyyat nişanı *******, buraxılışı 1998-ci il, tipi-yəhərli dartıcı, rəngi sarı, “MAN” yük markalı avtomobilin buraxılış ili və tipi eyni olan avtomaşının birlikdə bazar dəyəri 31500 (otuz bir min beş yüz) manat pulun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manatın alınıb Zərərçəkmiş şəxs verilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin 07 avqust 2017-ci il ta rixli 2(107)1324/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə həmin məhkəmə tərəfindən 17 may 2018-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirərək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Hökmdən iş üzrə Zərərçəkmiş şəxstərəfindən verilən apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-218/2019 nömrəli 05 sentyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Vəzirxan Məlikov, hakimlər Elçin Hüseynov və Ayaz Mahmudovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 sentyabr 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs və onun vəkili X1 tərəfindən birgə kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassatorlar birgə verdikləri kassasiya şikayətini əsaslandıraraq qeyd etmişlər ki, işə baxan birinci və apellyasiya instansiya məhkəmələrinin qərarları əsassız və qanunsuzdur, ona görə də ləğv edilməlidir. Kassatorlar hesab edirlər ki, təqsirləndirilən şəxs Məhkum əvvəllər də bir neçə dəfə məhkum olunmuş, bir qismi ödənilsə də 3500 ma nat cərimə ödənilməsi barədə məhkəmə qərarı bu günədək icra olunmamışdır. Belə ki, şəxs məhkəmə qərarlarının icrasına laqeyd yanaşmaqla, ədalət mühakiməsinin nüfuzuna xələl gətirərək məqsədli və qərəzli şəkildə onun icrasından yayınmişdır. Bundan əlavə məhkəmələr Məhkum törətdiyi əməllərə görə hər dəfə yüngülləşdirici halları nəzərə almaqla tətbiq etdikləri əməllərin xarakterinə uyğun olmayan (azadlıqdan məhrumetmə ilə bağlı olmayan) cəzalardan ruhlanaraq əvvəlcədən bəyan etməklə tələbkara məxsus dəyəri 50.000 (əlli min) manatdan yuxarı olan nəqliyyat vasitəsini hissələrə parçalamaqla yandırmışdır. Bütün bunlar təqsirləndirilən şəxs Məhkum Dövlətin Konstitusiyasına və qanunlarına hörmətsizlik olmaqla Dövlətin adından çıxarılan və icrası məcburi olan məhkəmə qərarlarına qərəzli yanaşması ki mi qiymətləndirilməlidir. İş üzrə məhkəmələrin müəyyən etdiyi cəza işin hallarına uyğun deyil, təqsirkarın şəxsiyyəti və digər hallar nəzərə alınmamış və ona əsassız olaraq yüngül cəza təyin edilmişdir. Kassatorlar göstərilənlərə əsasən kassasiya şikayətinin təmin olunmasını və Məhkum barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və məhkuma ağır cəza təyin edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya kassasiya şikayətinin təmin edilməməsi barədə iş üzrə dövlət ittihamçısı Hafiz İmranovun çıxışını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təm in edilməməli və Məhkum barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 sentyabr 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Zərərçəkmiş şəxs və vəkili E6 birgə verdikləri kassasiya şikayətində işə baxan məhkəmələr tərəfindən məhkuma törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun gəlməyən açıq-aydın yüngül cəza təyin edildiyini vurğulayaraq, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 sentyabr 14 fevral 2019-cu il tarixli qərarının cəza hissəsində dəyişdirilməsini və məhkuma ağır cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydad a tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə Məhkum təqsirliliyi sübuta yetirilmişdir. İşə baxan məhkəmələrin Məhkum cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilməlidir ki, zərərçəkmişin kassasiya şikayətinin dəlilləri onun apellyasiya şikayətinin dəlillərində də göstərilmiş və apellyasiya məhkəməsinin araşdırma predmeti olmuşdur. Məhkuma yüngül cəza təyin edilməsi barədə kassatorların dəlillərinə münasibət bildirərək kollegiya qeyd edir ki, hökmdən müəyyən olunur ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən əməlini səmimi etiraf edərək peşmançılıq hissi keçirməsini, himayəsində bir azyaşlı uşağının olmasını və vurulmuş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, əməlin də CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halın olmamasını və törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından müəyyən olunur ki, məhkəmə məhkumlar Məhkum təyin edilən cəzanı əsaslı və ədalətli hesab edərək dəyişdirilmədən saxlamış və zərərçəkmiş şəxsin məhkuma təyin olunmuş cəzanın yüngül hesab edilməsi barədə dəlilini əsassız hesab etmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik d ərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkuma isnad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Hökmdən də görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın orta həddindən yuxarı - 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Maddənin sanksiyasında nəzərdə tutulmuş cəza növlərindən görünür ki, azadlığın məhdudlaşdırılması cəzası sərtliyinə görə yalnız azadlıqdan məhrum etmə cəzasına münasibətdə yüngül cəzadır. Bu cəza növü cərimə və islah işləri cəzasından daha sərt cəzadır. Zərərçəkmişin məhkuma mütləq azadlıqdan məhrum etmə cəzası təyin edilməsi barədə tələbi CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələbləri ilə uyğunluq təşkil etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, istər göstərilən Qanun normalarının tələbləri, istərsə də Plenum qərarının tövsiyyələri və iş üzrə cəzanı yüngülləşdirən halların məcmusunun (məhkumun əməlini səmimi etiraf edərək peşmançılıq hissi keçirməsi, himayəsində bir azyaşlı uşağının olması və vurulmuş ziyanı qismən ödəməsi) fövqündə yanaşdıqda işə baxan məhkəmələrin Məhkum təyin etdiyi azadlığın məhdulaşdırılma sı cəzası növünə və həddinə görə ədalətsiz hesab oluna bilməz. Beləliklə, məhkəmə kollegiyası Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi, məhkumun şəxsiyyəti, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların işığında ona təyin edilən 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını əsaslı və kifayət qədər əsaslı və ədalətli cəza hesab edir. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyyələrinə əsaslanaraq kassasiya kollegiyası Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkum un şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının ağırlaşdırılmasını mümkün hesab etmir və Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 sentyabr 2019-cu il tarixli qərarının kassasiya şikayətinə münasibətdə qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən kassasiya şikayətinin dəlillərini qəbul etmir və onların əsassız olması nəticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələbləri ni nəzərə alaraq Məhkum barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 sentyabr 2019-cu il tarixli qərarından iş üzrə Zərərçəkmiş şəxs və vəkili tərəfindən verilən birgə kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxs və onun vəkili X1 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət kol legiyasının 05 sentyabr 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar