Məhkəmə qərarları › İş №1(102)-605/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-605/2025

20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-605/2025 20.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkumun müdafiəçisi Musayev Qeys Ərzuman oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-552/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qərarından Məhkumun müdafiəçisi Mu sayev Qeys Ərzuman oğlu, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətlərinə və dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum XXXXXX Cəlilabad rayonunun Babaxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində üç azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Cəlilabad rayonu, Babaxanlı kəndində qeydiyyatda olmaqla yaşamışdır. 2. 04 dekabr 2023-cü il tarixli ittiham aktına görə Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham irəli sürülmüş və ittiham aktı təsdiq edilərək aidiy yəti üzrə baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. 3. 21 dekabr 2023-cü il tarixdə Cəlilabad Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-200/2024 nömrəli, 26 yanvar 2024-cü il tarixli qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisinin Cəlilabad Rayon Məhkəməsinin bütün tərkibinə vermiş olduğu etiraz təmin edilərək, iş baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir.

5. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 30 iyul 2023-cü il tarixdə, saat 23 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “QAZ-3302 1” yük markalı, 15-CA-819 dövlət qeydiyyat nişanlı avtomobillə Üçtəpə-Gülməmmədli yolunun Cəlilabad rayonu, Cəfərxanlı kəndi ərazisindən keçən hissəsində, Gülməmmədli kəndi istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, yolun hərəkət hissəsinin sağ kənarı ilə eyni istiqamətdə hərəkətdə olan piyada ilə təhlükəsiz yan məsafəsi saxlamalı, piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin etdikdən sonra keçib getm əli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, yolun hərəkət hissəsinin sağ kənarı ilə Cəlilabad rayonu, Gülməmmədli kəndi istiqamətdə piyada hərəkətdə olan zərərçəkmiş şəxsi avtomaşının qabaq sağ hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada zərərçəkmiş şəxsə ağır qapalı kəllə-beyin travması, baş beyin toxumasına və yumşaq qişasına yayılmış qansızma, baş beyin toxumasının əzilməsi, sağ baldır sümüklərinin yerini dəyişən qapalı sınığı, başın ənsə nahiyyəsində əzilmiş-cırılmış yara, başın sol alın-gicgah nahiyyəsində sıyrıq kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə, sonuncunun 31 iyul 2023-cü il tarixdə, saat 17:00-da ölümü ilə nəticələnən yolnəqliyyat hadisəsi törətdikdən sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin IV hissəsinin tələblərini pozmaqla, zərərçəkənə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmədən, həmçinin hadisə yerində özünün sürücü olması ilə əlaqədar hər hansı məlumatı müvafiq dövlət qurumlarına və ya polisə bildirmədən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır.

6. Masallı Rayon Məhkəməsinin 1(050)-46/2024 nömrəli, 30 aprel 2024-cü il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələrində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və Azə rbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanmaqla qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 28 fevral 2024-cü il tarixdən hesablanması hökm edilmiş, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Musayev Qeys Ərzuman oğlu apellyasiya şikayəti verib hökmün dəyişdirilməsi, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin ittihamdan xaric edilməsi və Məhkuma Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, cinayət işinə baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına, əgər apellyasiya məhkəməsində əməlin düzgün tövsif edilməsi qənaətinə gələrsə, Məhkumun Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə məhkum olunmasına dair həmin hökmün cəza hissəsində dəyişdirilməsi və Məhkuma 08 (səkkiz) il müddətə azadlıqdan məh rum etmə cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası həddində, həmçinin cinayətlərin məcmusu üzrə təklif etdiyi 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-552/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qərarı ilə müdafiəçi Musayev Qeys Ərzuman oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti və dövlət ittihamçısının apellyasiya protesti qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 1(050)-46/2024 nömrəli, 30 aprel 2024-cü il tarixli hökmü zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinə və apellyasiya protestinə əsasən dəyişdirilmiş, Məhkumun Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini ida rə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkumun müdafiəçisi Musayev Qeys Ərzuman oğlu və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən kassasiya şikayətləri, dövlət ittihamçısı isə Hüseynov Elnar Əli oğlu tərəfindən kassasiya protesti vermişlər. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

12. Müdafiəçisi kassasiya şikayətində qeyd etmişdir ki, Məhkum özünü yalnız Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilib, hadisə günü çox qaranlıq və yağışlı olduğundan piyadanı görməyib qəza törətdiyini bildirmişdir. Dərhal maşını saxlayıb hadisə yerinə yaxınlaşmış, avtomobillə vurduğu şəxsin qardaşının qayını olduğunu görmüşdür. Kənd sakinləri onu tanımışlar, zərərçəkmiş şəxsi avtomobilə qoyaraq xəstəxanaya aparmışlar. Avtomobildə boş yer olmadığından o, onlarla gedə bilməmiş, yaralının xəstəxanaya aparılmasıdan əmin olduqdan sonra dərhal gedib polisə təslim olmuşdur. Hadisə yerindən qaçmamış, çox həyəcanlı olduğundan təcili yardıma və polisə zəng etməyi unutmuşdur. Buna görə də ona Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə verilən ittihamla razılaşmır. Cinayət işində olan təqsirini boynuna almağa könüllü gəlmə və şahidin ifadəsi ilə Məhkumun polisə dərhal təslim olması, hadisə barədə məlumat verməsi və hadisə yerindən qaçmadığı təsdiq olunur. Belə olan halda ona Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə ittiham verilməsi və cəzalandırılması əsassızdır. Məhkumun cəzasının yüngülləşdirən halların olması, ağırlaşdıran halların isə olmaması ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təyin edilmiş cəzanın azaldılması üçün əsasdır. Göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-552/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qərarının dəyişdirilməsi, Məhkuma Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə bəraət verilməsi, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddsi ilə aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

13. Zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətində qeyd etmişdir ki, məhkumun əməlində daha ağır - qəsdən adam öldürmə cinayətinin tərkib əlaməti var. İbtidai istintaq orqanı tərəfindən təqdim edilən hadisə mexanizmi barədə məlumat həqiqəti və reallığı əks etdirmir. Hadisə mexanizmi yalnız məhkumun müstəntiqə verdiyi ifadələrinə əsasən formalaşdırılmış, buna görə də əsassız olaraq avtoqəza hadisəsinin törədilməsinə görə ittiham elan olunmuş, məhkəmələr də həmin ittihamla razılaşaraq qərar qəbul etmişlər. Məhkum zərərçəkmiş şəxsi qəsdən avtomobillə vuraraq öldürmüşdür. Toplanmış sübutlar əsasında məhkəmə tərəfindən yekun nəticəyə gəlinməsinin qeyri-mümkün olması, elan olunmuş ittihamla məhkəmə istintaqında toplanmış sübutlar arasında ciddi ziddiyyətlər olması, həmin ziddiyyətlərin məhkəmə istintaqında aradan qaldırılmasının qeyri-mümkün olmasını və daha ağır ittihamın əlamətlərinin olmasını, nəticədə ibtidai araşdırmanın aparılmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, cinayət işinə baxılmasına xitam verilərək iş ibti dai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmçinin, məhkum edilmiş şəxsə təyin edilmiş cəza həddindən artıq yüngüldür, işin hallarına uyğun deyildir. Göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-552/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qərarın ləğv edilməsi, cinayət işinə baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, törədilən əməllərin düzgün tövsif edilməsinə dair qənaətə gəlindikə isə qərarın cəzaya aid hissədə dəyişdirilməsi, Məhkuma 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya protestində qeyd edilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin C inayət kollegiyası birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Məhkuma təyin edilmiş aşağı həddə cəza ilə qismən razılaşıb yekun qərar qəbul edərkən, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, onun nəticəsi, törədilməsi halı, şəraiti, baş vermə səbəbi, məqsədi və motivi, Məhkumun şəxsiyyəti, cinayətin törədilməsi zamanı davranışını, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətçi olmasını, eləcə də bu cür əməli törədən Məhkumun yuxarı həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmədən islah olunmasının mümkün olmamasını nəzərə almamaqla ona açıq-aydın ədalətsiz cəza təyin etmişdir. Bu zaman cəza təyin etmə barədə Azərbaycan Respublikası CM-nin 8, 41 və 58.3-cü maddələrinin tələbləri pozulmuş, “Azərbaycan Respublikası CM-nin 59.1.9 və 60-cı maddələrin in bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarının tələblərinə əməl edilməmiş, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında verilmiş tövsiyələri nəzərə alınmamış, cəzanı yüngülləşdirən halları düzgün müəyyən edilməmiş, habelə təyin edilmiş cəza məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallara uyğun olmamış, eləcə də cəza təyin edilərkən cinayət və cinayət-prosessual qanunlarının normaları düzgün tətbiq edilməmişdir. Göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)552/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qərarının cəzaya dair hissədə ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərarın qəbul edilməsi xahiş edilmişdir.

15. Məhkumun müdafiəçisi Musayev Qeys Ərzuman oğlu kassasiya protestinə dair etiraz təqdim edərək bildirmişdir ki, məhkum zərərçəkmiş şəxsin hüquqi varisi ilə dəfələrlə barışıq əldə etməyə cəhd etməsinə baxmayaraq, sonuncu heç bir əsas və səbəb olmadan barışıqdan imtina etmişdir. Məhkumun cəzasının yüngülləşdirən halların olmasını nəzərə alaraq, hesab edir ki, protest əsassızdır və təmin edilməməlidir.

16. Kassasiya şikayətlərinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

17. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu ma ddəsi müəyyən edir.

18. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

19. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

20. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

21. Müdafiəçi kassasiya şikayətində məhkumun əməlində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin tərkib əlamətlərinin olmadığını və Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə ağır cəza təyin edildiyi ni iddia edib xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.6 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

22. Zərərçəkmiş şəxsin hüquqi varisi məhkumun əməlində daha ağır cinayətin əlamətlərinin mövcudluğunu, ona təyin edilmiş cəzanın yüngül olduğunu iddia edib xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

23. Kassasiya protestində təyin edilən cəzanın yüngül olduğu iddia edilməklə kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci ma ddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirilmişdir.

24. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini və kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-552/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq ilk növbədə məhkumun müdafiəçisinin məhkumun əməlində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin tərkibi olmadığına dair kassasiya şikayətinin dəlillərinə münasibətin bildirilməsini zəruri hesab edir.

25. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

26. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

27. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin mü vafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə g örə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

29. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkumun əməlində Azərbaycan Respublikası CM-nin 264cü maddəsinin tərkibinin olmadığına dair dəlillərini əsassız hesab edir.

30. Belə ki, məhkumun müdafiəçisinin və zərərçəkm iş şəxsin hüquqi varisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətlərinin, eləcə də dövlət ittihamçısının verdiyi apellyasiya protestinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, Məhkumun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsiri özünün qismən etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələr i, məhkəmətibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyləri və işdə olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

31. Həmin sübutların əsasında müəyyən edilmişdir ki, Məhkum zərərçəkmiş şəxsə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmədən, həmçinin özünün sürücü olması ilə əlaqədar məlumatı müvafiq orqanlara bildirmədən hadisə yerini tərk etmişdir. Belə nəticə işin gerçək hallarından irəli gəlir, həmin hallardan göründüyü kimi, hadisə baş verdikdən dərhal sonra Məhkum hadisə yerində dayansa da, daha sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi ilə bağlı hər hansı hərəkət etməmiş və özünü həmin an bəlli etmədən hadisə yerini tərk etmişdir.

32. Qeyd edilənlərlə bağlı məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası Konsti tusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyindən göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 10 aprel 2012-ci il).

33. Eləcə də, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulma sına dair cinayət işləri üzrə vahid məhkəmə təcrübəsinin formalaşması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq Plenum qərarında qeyd edilir ki, məhkəmələr Azərbaycan Respublikası CM-nin 263 və ya 263-1-ci maddəsi ilə yanaşı həm də Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə baxarkən nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin Azərbaycan Respublikası 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçi rilə bilər ki, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərər çəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. Məhkəmələrin diqqəti həm də ona cəlb edilsin ki, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin qeydindən irəli gələn mənaya, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 aprel 2012-ci il tarixli və “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 yanvar 2004-cü il tarixli Qərarlarında əksini tapmış hüquqi mövqeyə görə, yol-nəqliyyat hadisəsini törətmiş şəxsin hadisə yerindən qaçması Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yalnız özünü zərər çəkmiş şəxsə (tərəfə) bəlli etmədən hadisə yerini tərk etməsini deyil, həm də özünü istər hadisə yerində, istərsə də başqa yerdə (məsələn, polis orqanlarına müraciət etməklə) bəlli etsə də, zərər çəkmiş şəxsi təhlükədə qoyaraq hadisə yerindən qaçmasını ehtiva edir, yəni Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi CM-nin 143-cü maddəsinə münasibətdə xüsusi norma kimi çıxış edir. Buna görə, Azərbaycan Respublikası CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulm uş nəticələrə səbəb olmuş yol-nəqliyyat hadisəsini törətmiş şəxsin zərərçəkmişi təhlükədə qoymaqla bu kimi hallarda özü haqqında məlumat verməsi onun Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə məsuliyyətini istisna edən əsas kimi qiymətləndirilə bilməz (“Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 5, § 16, 15 noyabr 2013-cü il).

34. İstinad edilən Azərbaycan Respublikası CM-nin 263 və 264-cü maddələrinin şərhinə dair müddəalara əsaslandıqda müəyyən edilir ki, hadisə yerini tərk etdikdən bir müddət sonra polisə gedib hadisə barədə məlumat verməsi faktı Məhkumun Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə məsuliyyətdən azad olunmasına əsa s götürülə bilməz və belə qənaətində apellyasiya instansiyası məhkəməsi haqlı olmuşdur.

35. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələya dair nəticəsi apellyasiya şikayətlərində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkumun ittiham edildiyi cinayət əməllərinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.

36. Məhkuma təyin edilən cəzanın ağır olması barədə məhkumun müdafiəçisinin kassasiya şikayətinə, təyin edilmiş cəzanın yüngül olması ilə bağlı zərərçəkmiş şəxsin hüq uqi varisinin kassasiya şikayətinə və dövlət ittihamçısının kassasiya protestinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cina yətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkıldə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 mart 2022-ci il tarixli qərarları).

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərar larında həmçinin qeyd edilir ki, qüvvədə olan cinayət qanunu cəza anlayışına bir sıra yeni elementlər daxil edərək, cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsini xüsusi vurğulamışdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarları).

38. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqs irkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını n alınması üzrə rolunu təmin edə bilsin.

39. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

40. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.

41. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Az ərbaycan Respublikası CM-nin 61-ci maddəsində təsbit olunmuş, bu Məcəllənin 61.2-ci maddəsinə görə həmin Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində sadalanmış halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

42. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.

43. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəz a başa düşülür.

44. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri-məqbul hesab edilə bilər.

45. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiy ası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.

46. Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı (cəzanın növünü, həddini və yaxud həcmini müəyyənləşdirməli) olan hallar a rasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.

47. Kassasiya müraciətlərində irəli sürülmüş dəlillər istinad edilən maddi və prosessual cinayət-hüquqi tələblərlə müqayisədə nəzərdən keçirildikdə müəyyən olunur ki, onlar Məhkuma təyin olunmuş cəzanın açıq-aydın yüngül və ya ağır olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.

48. Belə ki, Məhkumun təqsirli bilindiyi cinayət əməllərindən - Azərbaycan Respublikası CM-nin 26 3.2-ci maddəsi həmin Məcəllənin 15.3-cü maddəsində az ağır cinayətlər kateqoriyasına, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi isə eyni Məcəllənin 15.2ci maddəsində böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilmişdir.

49. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur.

50. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi Məhkuma cəza təyin edərkən tö rədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən hallar olaraq hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, himayəsində azyaşlı uşaqlarının olmasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzaları təyin etmiş, həmin cəzaları qismən toplamaqla qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.

51. Birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı mövqeyi ilə razılaşmayan apelly asiya instansiyası məhkəməsi məhkuma təyin edilmiş cəzanın törədilən cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsi və xarakterinə uyğun olmayan yüngül cəza olması ilə əlaqədar islah təsirinin yetərli olmaması səbəbindən, hökmü cəza təyini hissəsində dəyişdirib təyin edilmiş cəzanın həddini artırmış, Məhkuma Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin edib və Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunan bu cəzaları qismən toplayıb qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qərara almışdır. Bununla da cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin olunmuş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər.

52. Apellyasiya instansiyası məhkəməsinin məhkuma cəza təyin edilməsinə dair mövqeyi ilə razılaşan məhkəmə kollegiyası məhkum barəsində daha ağır və ya yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

53. Məhkumun hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcud olduğuna dair zərərçəkmiş şəxsin hüquqi varisinin iddiasının əsaslılığını yoxlayan məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə baxışının hədlərinə dair Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır.

54. Qanunverici tərəfindən məhkəmə baxışının hədlərinə qoyulan belə məhdudiyyət onu ehtiva edir ki, kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinə əsasən təqsirkarın əməlində ona qarşı irəli sürülmüş və aşağı məhkəmələrdə baxılmış ittihamla müqayisədə daha ağır cinayətin tərkibinin olub-olmaması kimi məsələnin araşdırılmasına yol verilmir.

55. Bununla yanaşı, həmin norma apellyasiya instansiya sı məhkəməsinin qərarının qeyd olunan əsasla (təqsirkarın əməlində daha ağır cinayətin əlamətlərinin olması dəlili ilə) ləğv edilməsinin, şəxsin əməlində ona qarşı irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin əlamətlərinin olub-olmamasının aşağı instansiya məhkəməsində araşdırılması üçün işin yeni apellyasiya baxışına qaytarılmasının qarşısını alır.

56. Cinayət-Prosessual Məcəlləsinin istər apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışına, istərsə də ilkin baxışa aid normalarında məhkumun əməlində ona qarşı irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin əlamətlərinin olması kimi əsasdan irəli gələn (işin daha ağır ittihamın irəli sürülməsi üçün apellyasiya instansiyası məhkəməsindən birbaşa ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarı lması və yaxud son nəticədə həmin məqsədlə prokurora qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə) qərarların qəbul edilməsi imkanının nəzərdə tutulmaması da məhkəmə kollegiyasının yuxarıda təsvir olunmuş qənaətində haqlı olduğunu göstərir (Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsi daha ağır ittihamın irəli sürülməsi məqsədilə işin prokurora qaytarılması məsələsinin həlli üçün cinayət işinin apellyasiya icraatının ilkin baxış mərhələsindən birinci instansiya məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsi imkanını müstəsna olaraq Azərbaycan Respublikası Baş Prokurorunun, Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının prokurorunun apellyasiya protestlərinə münasibətdə nəzərdə tutmuşdur).

57. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işi apellyasiya instansiyası məhkəməsində cinayət işinə baxılarkən dövlət ittihamını həyata keçirən orqan tərəfindən Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsinə müvafiq olaraq protest verilməmişdir.

58. Zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinə münasibətdə təsvir edilənlər həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə əsaslanır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhində qəbul edildiyi kimi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin mənasına görə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, məhkəmə öz təşəbbüsü ilə ittihamın ağırlaşdırılmasına dair qərar qəbul edə bilməz. (“Azərb aycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 31 oktyabr 2022-ci il).

59. Nəticə etibarilə, istinad edilən prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisinin irəli sürdüyü, Məhkumun əməlinə düzgün hüquqi qiymət verilməməsi, sonuncunun əməlinin Azərbaycan Respublikası CM-nin daha ağır maddəsi ilə tövsif edilməli olduğunun mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir ona görə ki, cinayət təqibi orqanı tərəfindən Məhkuma qarşı yalnız Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməsi barədə ittiham irəli sürülmüşdür. Bu vəziyyətdə məhkəmələr Məhkuma qarşı irəli sürülməyən ittihama baxa bilməzdirlər.

60. Yuxarıda təfsir edilənlərə yanaşı məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, proses iştirakçılarına cinayət işinin hallarının onların mənafeləriə uyğun təfsirinin təqdim edilməsi üçün məhkəmə çəkişmələrində bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayəthüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutla r Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

61. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

62. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə görə hesab edir ki, Məhkumun müdafiəçisi Musayev Qeys Ərzuman oğlu, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətləri və dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-552/2024 nömrəli, 27 iyun 2024-cü il tarix li qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkumun müdafiəçisi Musayev Qeys Ərzuman oğlu, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətləri və dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-552/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qərarı kassasiya şikayətlərinə və kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar