Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-606/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəağa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Mehrəliyevin, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi X3ün, Məhkum və məhkumun müdafiə çisi X4ün iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Hacıqabul Rayon Məhkəməsinin (hakim H.N.Əzizov) 21 iyun 2018-ci il tarixli hökmü ilə 19 avqust 1976-cı il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində üç azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonunun Kürçülü kəndində yaşayan; Məhkum Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum məhkum edilmişdir ona görə ki, o, 20 may 2018-ci il tarixdə saat 15 radələrində Hacıqabul rayonunun Kürçülü kəndi ərazisində yerləşən "xxxx" adlanan ərazidə tanışı Zərərçəkmiş şəxs bir müddət öncə onun bacısı qızı X3 ilə nişanı pozmasına irad tutması səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsinə əlləri və ayaqları ilə bir neçə dəfə qəsdən vuraraq sonuncuya sol göz orbitanın medial divarının yerdəyişmiş sınığı, sol göz orbita ətrafı nahiyəsinin emfizeması, sağ göz orbita ətrafı nahiyəsinin hematoması, OD-subkoniktival qansızma, qapaqlarının hematoması ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə Azərbaycan Respublikası CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər K.S.Bəşirov (sədrlik edən və məruzəçi), İ.H.Əhmədov və K.H.Əkbərovdan ibarət tərkibdə 19 sentyabr 2018-ci il tarixli qərarı ilə Hacıqabul Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli hökmüdəyişdirilmədən saxlanılmış, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Zərərçəkmiş şəxs verdiyi kassasiya şikayətində xahiş edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilsin və yeni ədalətli qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şi kayətinin dəlillərini Zərərçəkmiş şəxs onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Apellyasiya instansiyası məhkəməsi onun şikayətini tam araşdırmamış, hadisənin baş verməsinə səbəb olaraq göstərilən halları həqiqətə uyğun olaraq əks etdirməmişdir. O, Məhkum və onun qardaşı oğlu X5 tərəfindən təhqir edilərək döyülmüş, ilkin araşdırma birtərəfli qaydada aparılmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respub likası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Zərərçəkmiş şəxsin kassasiya şikayətinin başlıca dəlili həm ibtidai, həm məhkəmə istintaqı zamanı işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsinin mənasına görə zərərçəkmiş şəxsin həya tı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma hərəkətlərinin edilməsi başa düşülür. Məhkəmə istintaqı zamanı iş üzrə toplanılmış sübutları tədqiq etməklə məhkəmə müəyyən etmişdir ki, təqsirləndirilən şəxs Məhkum 20 may 2018-ci il tarixdə saat 15 radələrində Hacıqabul rayonunun Kürçülü kəndi ərazisində yerləşən "xxxx" adlanan ərazidə tanışı Zərərçəkmiş şəxs bir müddət öncə onun bacısı qızı X3 ilə nişanı pozmasına irad tutması səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsinə əlləri v ə ayaqları ilə bir neçə dəfə qəsdən vuraraq sonuncuya sol göz orbitanın medial divarının yerdəyişmiş sınığı, sol göz orbita ətrafı nahiyəsinin emfizeması, sağ göz orbita ətrafı nahiyəsinin hematoması, ODsubkoniktival qansızma, qapaqlarının hematoması ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə Azərbaycan Respublikası CMin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkum məhkəmə istintaqı zamanı özünü ona elan olunmuş ittihamda tam təqsirli bilmiş və onun həmin cinayət əməlini törətməsi özünün verdiyi ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə, ibtidai istintaq zamanı keçirilmiş istinta q hərəkətlərinin protokolları ilə, iş üzrə təyin edilərək keçirilmiş məhkəmə ekspertizalarının rəyləri ilə, maddi sübutlarla və işin digər materialları ilə tam təsdiq edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Hacıqabul rayon şöbəsi tərəfindən verilmiş 07.06.2018-ci il tarixli 087 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş-sol göz orbitasının medial divarının yerdəyişmiş sınığı, sol göz orbita ətrafı nahiyəsinin emfizeması, sağ göz orbita ətrafı nahiəsinin hematoması, ODsubkonyuktival qansızma, göz qapaqlarının hematoması-küt əşyanın dəyməsi təsirindən əmələ gəlmişdir. İlk məlumatda göstərildiyi kimi 20 iyun 2018-ci il tarixdə əllə və ayaqla vurulmaqla ye rinə yetirə bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır vurmaya aid edilmişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə istintaqları zamanı özünün hadisə zamanı təqsirləndirilən şəxs Məhkum başqa da digər şəxs X5in xəsarət yetirdiyini qeyd etsə də, iş materialları ilə bu hal sübut olunmamışdır. Digər tərəfdən,məhkəmə baxışının hədlərini müəyyən edən Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham daxilində baxılır. İşdən görünür ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs CM-nin 127.1-ci maddəsi ilə ittiham irəli sürmüş və məhkəmə də verilən ittiham həddində işə baxmışdır. Zərərçəkmiş şəxsin kassasiya şikayətində qeyd etdiyi Məhkum adlı şəxsə heç bir ittiham verilməmiş və onun barəsində məhkəməyə cinayət işi daxil olmamışdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılm ış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən Zərərçəkmiş şəxs əməli Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və həmin əməlin CM-in daha ağır cəza nəzərdə tutulan maddələrinə tövsif olunması üçün heç bir qanuni əsas yoxdur, hökm və qərar çıxarılarkən cinayət və cinayət prosessual qanunların tələblərinə riayət edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətlərin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2018-ci il tarixli Zərərçəkmiş şəxs haqqındakı qərarının Zərərçəkmiş şəxs kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərba ycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 19 sentyabr 2018-ci il tarixli qərarı Zərərçəkmiş şəxs kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-606/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-606/2019
27.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver