Məhkəmə qərarları › İş №1(102)-606/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-606/2024

04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-606/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi) Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiya məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X3, Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-in nümayəndəsi – Nümayəndə1, Maraqlarına toxunan hüquqi şəxs "xxxx" DMCC-nin nümayəndəsi – Müdafiəçi4 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(1 01)-1571/2022 saylı, 28 dekabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 193.2.2, 308.2 və313-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Maraqlarına toxunan hüquqi şəxs "xxxx" DMCC-in nümayəndəsi Müdafiəçi4 Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1571/2022 saylı, 31 may 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə vəsatətin təmin edilməməsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyul 2023-cü il tarixli ilkin baxış qərarından Maraqlarına toxunan hüquqi şəxs "xxxx" DMCC-nin nümayəndəsi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1571/2022 saylı, 28 dekabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim L.S.Əsgərova-Məmmədova, hakimlər R.Ə.Sadıxov və N.A.Kərimovdan ibarət tərkibdə) xx xxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Zərərçəkmiş şəxs MMCnin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2, halhazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 193.2.2, 308.2 və313-cü maddələri ilə təqsirli bilinərək, CM-in 179.4, 193.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 179.4-cü maddəsi ilə CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanla rında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 193.3.2-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 308.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CMin 313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrin ə əsasən, Məhkum təyin olunmuş cəzalar qismən toplamaqla ona qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının başlanğıcının 28 yanvar 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. İş üzrə üzərinə həbs qoyulmuş Məhkum məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 835a saylı bağ sahəsində yerləşən 0.1200 ha torpaq sahəsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 833 saylı bağ sahəsinin bir hissəsində yerləşən 0.06 ha torpaq sahəsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 843 nömrəli bağ evi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1064a say lı bağ sahəsində yerləşən 0.1200 ha torpaq sahəsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1097 saylı bağ evi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1097b saylı bağ sahəsində yerləşən 0.0700 ha torpaq sahəsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1096k saylı bağ sahəsində yerləşən 0.0800 ha torpaq sahəsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1096z saylı bağ sahəsində yerləşən 0.1107 ha torpaq sahəsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1102Q saylı bağ sahəsində yerləşən 0.1439 ha torpaq sahəsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1100k saylı bağ sahəsində yerləşən 0.0582 ha torpaq sahəsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1102k ünvanında yerləşən 0.0187 ha torpaq sahəsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1103b ünvan ında yerləşən 0.12 ha torpaq sahəsi, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 509 ünvanında yerləşən qeyri-yaşayış binası, ünvan 6ləşən qeyriyaşayış sahəsi, ünvan 7əşən qeyri-yaşayış sahəsi, ünvan 8 ünvanında yerləşən qeyriyaşayış binası, ünvan 9 ünvanında yerləşən 180 nömrəli yaşayış mənzili, ünvan 9 ünvanında yerləşən 179 nömrəli yaşayış mənzili, ünvan 10 yerləşən 17 nömrəli yaşayış mənzili, ünvan 11 ünvanında yerləşən mənzil və torpaq sahəsi, ünvan 12 ünvanında yerləşən tikili və torpaq sahəsinə xüsusi müsadirə tətbiq edilməsi və Azərbaycan Respublikasının dövlət nəfinə alınması, ünvan 13 ünvanında yerləşən “X13 X9” Məhdud Məsulmyyətli Cəmiyyətinin avadanlıqları ilə birlikdə əmlak kompleksinə xüsusi müsadirə tətbiq edilməsi və Azərbaycan Respublikasının dövlət nəfinə alınması, həmin əm lak kompleksinə daxil olan avadanlıqlar əmlak kompleksinin hissəsi kimi satıldıqda, satışdan əldə olunan ümumi vəsaitin avadanlıqların dəyərinə düşən vəsaitdən, avadanlıqlar əmlak komleksindən ayrılaraq satıldıqda isə avadanlıqların satışından əldə olunan vəsaitdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin girov saxlayan kimi girov qoyulmuş əmlakların dəyərindən öz tələbinin üstün ödənilməsi hüququnun nəzərə alınması, ünvan 14vanında yerləşən 69 nömrəli mənzil, ünvan 14vanında yerləşən 21 nömrəli mənzil, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1098 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi Bakı şəhər Səbail Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli qərarı ilə üzərinə qoyulmuş həbsdən azad edilməsi, maddi sübut kimi tanınaraq saxlanması üçün Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş ida rəsinin maddi sübutlar otağına təhvil verilmiş Məhkum məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsi, bağ evləri massivində yerləşən evinə baxış zamanı götürülmüş əmlakların çıxarış və digər sənədləri, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin inzibati ərazisinə baxış keçirilən zaman götürülmüş Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bank hesablarına köçürülmüş və sonuncu müəssisə tərəfindən yönəldiyi mənbə göstərilməklə çap edilmiş siyahıları, "xxxx" Açıq Səhmdar Cəmiyyətində 2020- ci ildə söküntüsü aparılan əsas vəsaitlərdən əldə olunan metal tullantılarının müəssisəyə mədaxil olunan çəkiləri və Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə satılan metal tullantılarının siyahısı, eləcə də onlara dair silinmə və qüsur aktları, 2016- 2020-ci illər üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətində istehsal olunaraq anbara təhvil verilmiş və anbardan çıxarılmış boruların şəkilləri təqdim olunmaqla siyahısının əks olunduğu sənədlər, Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin baş mühasibi vəzifəsində işləmiş Şahid15 istintaqa təqdim etdiyi 8 ədəd qovluqda yığılan həmin müəssisədə aparılan tikinti işləri ilə əlaqədar aparılmış hesabatlara dair sənədlər, eləcə də Şahid3 yaşadığı ünvan 17 ünvanına baxış keçirilən zaman götürülmüş 2 ədəd fləşkart, Şahid18 götürülmüş içərisində qara metal qəbuluna dair hesabatların olduğu fləşkart, jurnal və digər sənədlər, habelə Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinin məsul saxlanca verilmiş Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasının 4-cü mərtəbəsində yerləşən maliyyə şöbəsinə məxsus olan 424 nömrəli otağında olan 2015- 2016-cı illər ərzində tərtib edilmiş 1 qutuda yerləşmiş Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin satış qaimələri və 1 ədəd göy üzlü qovluqda yerləşmiş Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin 2011-2021-ci illər ərzində tərtib edilmiş metal alışına dair “alış aktları”, Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasının 2-ci mərtəbəsindəki, 221 nömrəli otağında yerləşən 2010-cu ildən 2021- ci ilədək olan müddətdə Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin hazır məhsullar anbarından daxili istifadə üçün verilən materialların qeydiyyatının aparıldığı qaimələr, Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasının 2-ci mərtəbəsində yerləşən maliyyə şöbəsinə məxsus ola n 6 nömrəli arxiv otağında olan 2010- cu ilin iyul ayından 2021-ci ilin yanvar ayınadək olan müddət ərzində tərtib edilmiş 107 ədəd qovluqda yerləşən Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin kassa məxaric sənədləri, eləcə də 2011-2021-ci illər ərzində tərtib edilmiş 1 qutuda yerləşmiş 19 ədəd bağlamada olan Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin kassa mədaxil orderləri, Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasının 4-cü mərtəbəsində 422 nömrəli otaqda olan 165 ədəd qovluqlarda yığılmış və rəflərdə yerləşmiş Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin 2011-2021-ci illər ərzində tərtib edilmiş hazır məhsul ixracı ilə bağlı gömrük bəyənnamələri, invoyslar, mənşə və keyfiyyət sertifikatları və ixracatla bağlı olan digər sənədlərin işdə saxlanılm ası hökm edilmişdir. Həmin hökmdən maraqlarına toxunan hüquqi şəxs "xxxx" DMCC nümayəndəsi Müdafiəçi4 apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətinin bərpa olunmasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1571/2022 saylı, 31 may 2023-cü il tarixli qərarı ilə maraqlarına toxunan hüquqi şəxs "xxxx" DMCC-in nümayəndəsi Müdafiəçi4 apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətinin bərpa olunması barədə vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1486/2023 saylı, 11 iyul 2023-cü il tarixli ilkin baxış qərarı ilə (hakimlər X4 (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə) maraqlarına toxunan hüquqi şəxs "xxxx" DMCC-in nümayəndəsi Müdafiəçi 4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1571/2022 saylı, 31 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyul 2023-cü il tarixli ilkin baxış qərarından maraqlarına toxunan hüquqi şəxs "xxxx" DMCC-in nümayəndəsi Müdafiəçi4 kassasiya şikayəti vermişdir. O, kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən qanunsuz və ədalətsiz qərar qəbul edilmiş, apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatəti təmin edilməməklə maraqlı şəxsin prosessual hüquqları pozulmuşdur. Belə ki, Bakı Apelyasiya Məhkəməsi qərarını onunla əsaslandırmağa çalışmışdır ki, Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə hesab edir ki, maraqlarına toxunulan hüquqi şəxs "xxxx" DMCC-nin nümayəndəsi Müdafiəçi4 apellyasiya şikayətinin verilməsi barədə prosessual müddətin ötürülməsini sözügedən hökmün maraqlarına toxunulan hüquqi şəxsə qanunla müəyyən edilmiş qaydada verilməməsi ilə əlaqələndirsə də, lakin birinci instansiya məhkəməsinin məhkəmə iclasları və məhkəmənin yekun hökmü ilə maraqlanmam ası və elan olunmuş hökmün əldə edilməsinə çalışmaması hüquqi şəxsin ona məxsus əmlak üzərinə həbs qoyulmasından ümumiyyətlə xəbərdar olmaması kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, Qanunverici hökmdən apellyasiya şikayətinin verilməsi müddətinin hesablanmasının əvvəlini müvafiq hökmün və ya qərarın elan olunması ilə şərtləndirmiş və hökmdən qanunla nəzərdə tutulmuş prosessual müddətdə apellyasiya şikayətinin ver ilməsinin buraxılmasının və bərpasının mümkünlüyünü isə üzürlü səbəblərlə əlaqələndirmişdir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsi Cinayət Prosessual Məcəlləsinin 298.3, 358.1.1, 384-cü maddələrinə istinad edib. Məhkəmənin vəsatəti rədd etməsinə dair qərarda hər hansı əsaslandırma mövcud deyil. Ümumiyyətlə başa düşmək olmur ki, məhkəmə vəsatəti hansı səbəbdən rədd edib. Məhkəmə sadəcə qeyd edilən normalara istinad edib və əlavə olaraq göstərib ki, məhkəmənin hökmlə maraqlarına toxunan şəxslərə və ya onların nümayəndələrinə hökmün surətinin verilməsi vəzifəsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmənin arqumentindən belə başa düşülür ki, o, məhz hökmün mənim hüquqlarını təmsil etdiyim şəxsə verilməsinin nəzərdə tutulmaması əsası ilə vəsatəti rədd edib. Bakı Apelyasiya Məhkəməsi isə qeyd edir ki, Ərizəçi hökmün əldə edilməsinə cəhd etmrıəmişdir. Lakin, iş materiallarında olan vəsatət və Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarından görünür ki, Ərizəçi hökmü istəmiş və Bakı Ağır Cinayətlər Məhkəməsi hökmün verilməsi nəzərdə tutulmaması əsası ilə hökmü verməkdən imtina etmiş, Ərizəçinin vəkili elektron məhkəmə sisteminə əlavə edildikdən sonra həmin hökmü görmüş və müvafiq olaraq apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi hökmün elanını səhf şərh və tətbiq etmişdir. Qeyd edilməlidir ki, hökmün elanı anlayışı yalnız birinci instasiya məhkəməsində proses iştirakçılarına münasibətdə şamil olunur. Məhkəmədənin qərarı maraqlarına toxunan şəxslər məhkəmə zalında və hökmün elanında iştirak etmədiyindən məhkəmə qərarının fiziki elan edilməsi anından apelyasiya şikayətini n verilmə müddətinin başlanması həmin şəxslərə şamil edilə bilməz. Hazırkı işdə eyni vəziyyətdə olan başqa hüquqi şəxs də olmuşdur ki, Bakı Apelyasiya Məhkəməsi ona münasibətdə apelyasiya şikayətinin verilməsi müddətini bərpa etmişdir. Məhkəmə əsaslandırmamışdır ki, nə üçün onun müddətin bərpası ilə bağlı apelyasiya şikayətini təmin etdiyi halda Ərizəçinin apelyasiya şikayətini təmin etməmişdir. Məhkəmə hökmünə nəzər saldıqda, onun hüquqlarını təmsil etdiyi hüquqi şəxsin maraqlarına toxunduğu məlum olur. Belə ki, hökmlə təqsirləndirilən şəxsə cəzanın təyin edilməsi ilə yanaşı, həm də iş üzrə üzərinə həbs qoyulmuş əmlaklara xüsusi müsadirə tətbiq edilərək, Azərbaycan Respublikasının dövlət nəfınə alınması müəyyən edilib. Məhkəmənin hökmü ilə əmlakı xüsusi müsadirə olunan X13 X9 Məhdud Məsul iyyətli Cəmiyyətinin (VÖEN **********) təsisçisi "xxxx" DMCC-dir və sonuncunun Məhkum Hikmət oğluna heç bir aidiyyəti yoxdur. Son nəticədə müdafiə etdiyim "xxxx" DMCC-nin təsisçisi və mülkiyyətçisi olduğu X13 X9 Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakı qanunsuz olaraq xüsusi müsadirə olunmuşdur. Odur ki, “X12 X9” Məhdud Məsuliyyətli Cəmiyyətin əmlakının xüsusi müsadirə olunması hüquqlarını müdafiə etdiyim "xxxx" DMCC-nin onun mülkiyyət hüquqlarını pozur. Lakin, birinci instansiya məhkəməsi Ərizəçini işə cəlb etməmiş, onun mülkiyyət hüququnu pozmuşdur. Buna görə də"xxxx" DMCC haqlı olaraq məhkəmənin hökmündən apellyasiya şikayəti və şikayətin verilməsi üçün nəzərdə tutulan müddətin bərpa edilməsi və ya apellyasiya şikayətinin vaxtında verilmiş hesab edilməsinə dair vəsatətlə məhkəməyə müra ciət edib. Belə ki, iş materiallarına əsasən "xxxx" DMCC-nin X13 X9 Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) təsisçisi olması mübahisə mövzusu deyildir. Eyni zamanda apelyasiya şikayətinə əlavə edilmiş çıxarışdan görünür ki, Məhkum RMH General Trading” DMCC-yə heç bir aidiyyəti yoxdur. Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə məhkəmə hökmündən 20 gün ərzində apellyasiya şikayətinin verilməsi nəzərdə tutulub. Lakin hüquqlarım təmsil etdiyim hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə hökmü və ya onun nəticə hissəsi ona elan edilməyib. Odur ki, məhkəmə hökmündən apellyasiya şikayəti vaxtında verilmiş hesab edilməli və şikayətin verilməsi üçün nəzərdə tutulan müddətin buraxılması üzrlü hesab edilməlidir. Vorm Avstriyaya qarşı (Worm v. Austria, 83 /1996/702/894) iş üzrə qərarda Avropa Məhkəməsi göstərdi ki, şikayət vermə müddəti məhkəmə qərarının tərəfə rəsmi qaydada verildiyi tarixdən hesablanmalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsi və Bakı Apelyasiya Məhkəməsi hüquqlarım təmsil etdiyim şəxsin şikayətini qəbul etməməldə, Ərizəçinin mülki hüquqlarım müəyyən edərkən onun iştirakına icazə verməməklə (Ərizəçinin vəkilini məhkəmə zorla, yəni icra məmurlarına göstəriş verməklə məhkəmə zalından çıxarıb) və müddəti bərpa etməməklə onun məhkəməyə çatımlılıq hüququnu, apelyasiya şikayətinə hökmü qüvvədə saxladıqdan sonra baxmaqla səmərəli hüquqi müdafiə vasitələrinə malik olmaq hüququnu və mülkiyyətdən məhrum etməklə mülkiyyətindən maneəsiz istifadə etmək hüququnu pozub. Nümayəndə qeyd olunanların nəzərə alınmasını, kassasiya şikayətinin təmi n edilməsini, apellyasiya məhkəməsinin qeyd edilən qərarının ləğv edilərək apellyasiya şikayəti vermə müddətinin üzrlü səbəbdən buraxılmasına dair vəsatətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə Müdafiəçi4, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının və Nümayəndə1 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxsl ər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Eyni zamanda həmin Məcəllənin 384.2-ci maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Azərbaycan Respublikası CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.2-ci m addəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir və həmçinin kassasiya şikayətində də apellyasiya şikayəti vermək üçün müddətin bərpa olunmasına əsas ola biləcək bir dəlil yoxdur. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Cinayət işi materiallardan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü 28 deka br 2022-ci il tarixdə elan olunmuş, maraqlarına toxunulan hüquqi şəxs "xxxx" DMCCnin nümayəndəsi Müdafiəçi4 tərəfindən apellyasiya şikayəti 31 may 2023-cü il tarixdə verilmişdir. Məhkəmə kollegiyası cinayət işi materiallarına nəzər salaraq bildirir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 193.3.2, 308.2 və 313-cü maddələri ilə məhkum olunmasına dair cinayət işinin ibtidai istintaqı kifayət qədər uzun müddət ərzində davam etmiş, həmin müddətdə iş üzrə mülki iddia və xüsusi müsadirənin tətbiq edilməsi məqsədilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli qərarı ilə digər daşınmaz əmlaklar kimi "xxxx" DMCCnin təsisçisi və mülkiyyətçisi olduğu “X13 X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakı üzərinə həbs qoyulmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə ko llegiyası belə hesab edir ki, maraqlarına toxunulan hüquqi şəxs "xxxx" DMCC-nin nümayəndəsi Müdafiəçi4 apellyasiya şikayətinin verilməsi barədə prosessual müddətin ötürülməsini sözügedən hökmün maraqlarına toxunulan hüquqi şəxsə qanunla müəyyən edilmiş qaydada verilməməsi ilə əlaqələndirsə də, lakin birinci instansiya məhkəməsinin məhkəmə iclasları və məhkəmənin yekun hökmü ilə maraqlanmaması və elan olunmuş hökmün əldə edilməsinə çalışmaması hüquqi şəxsin ona məxsus əmlak üzərinə həbs qoyulmasından ümumiyyətlə xəbərdar olmaması kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, Qanunverici hökmdən apellyasiya şikayətinin verilməsi müddətinin hesablanmasının əvvəlini müvafiq hökmün və ya qərarın elan olunması ilə şərtləndirmiş və hökmdən qanunla nəzərdə tutulmuş prosessual müddətdə apellyasiya ş ikayətinin verilməsinin buraxılmasının və bərpasının mümkünlüyünü isə üzrlü səbəblərlə əlaqələndirmişdir. Beləliklə, maraqlarına toxunulan hüquqi şəxs "xxxx" DMCC-nin nümayəndəsi Müdafiəçi4 müraciətində Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 1(101)-1571/2022 saylı hökmünü vaxtında almadıqları, hökmdən məlumatsız olduqları səbəbindən ötürdüyünü qeyd etsə də, bu hal şikayət vermə müddətinin bərpası üçün əsas deyildir. Belə olan halda isə maraqlarına toxunulan hüquqi şəxs "xxxx" DMCC Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 1(101)-1571/2022 saylı hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti üzürlü səbəbdən buraxdığı müəyyən edilmir. Apellyasiya məhkəməsi müddətin bərpasına dair məsələyə baxarkən qeyd etmişdir ki, maraqlarına toxunan şəxsin nümayəndəsi apelyasiya şikayətinin vermə müddətinin buraxılmasının üzrlü səbəbdən olmasını təsdiq edən sübutlara istinad etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də kassasiya şikayəti təmin edilməməlidir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual q anunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutar aq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Maraqlarına toxunan hüquqi şəxs "xxxx" DMCC-in nümayəndəsi Müdafiəçi4 Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1571/2022 saylı, 28 dekabr 2022-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatətinin rədd edilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1486/2023 saylı, 11 iyul 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar