Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-606/2025 02.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə x xxxxxx 1990-cı ildə Dəvəçi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbayc an Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2024-cü il tarixli 1(103)1100/2024 nömrəli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Yusifov İlkin Fərhad oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 mart 2024-cü il tarixli 1(101)-196/2024 nömrəli hökmü ilə (hakimlər: M.M.Ağalarov (sədrlik edən), F.Ə.Qəniyev və S.İ.Əliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 17 7.2.2 və 177.2.3-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən, 24 fevral 2022-ci il tarixdən 21 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 2 (iki) ay 27 (iyirmi yeddi) gün müddət ona təyin edilən cəzaya hesablanmaqla üzərində qəti olaraq 4 (dörd) il 3 (üç) ay 3 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 7 sent yabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2024-cü il tarixli 1(103)-1100/2024 nömrəli qərarı ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), C.V.Hüseyn və E.H.Allahverdiyev) apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 mart 2024-cü il tarixli 1(101)-196/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Verilmiş ittihama əsasən, Məhkum ittiham elan olunmuşdur ona görə ki, o, 22 fevral 2022-ci il tarixdə saat təxminən 10 radələrində Bakı şəhəri Nəsimi rayonu, «Kubinka» deyilən ərazidən istintaqla şəxsiyyəti məlum olmayan kişi cinsli naməlum şəxsdən satış məqsədi olmadan külli miqdarda, bir ədəd a ğ sellofana bükülmüş, təmiz çəkisi 3,748 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edərək əynində olan tünd boz rəngli şalvarının sağ yan cibində saxlamaqla daşımış, 24 fevral 2022-ci il tarixdə saat 11:00-da Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanda saxlanılaraq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28ci Polis Bölməsinin inzibati binasına gətirilib orada üzərinə keçirilən axtarış zamanı əynində tünd boz rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş təmiz çəkisi 3,748 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşd ür. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını gizli talama məqsədi ilə 26 avqust 2022-ci il tarixdə saat 4 radələrində Bakı şəhəri Yasamal rayonu, X.Dadaşov 6 ünvanındakı Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin küçəyə açılan pəncərəsinin şüşəsini sındırmaq yolu ilə saxlanc yerinə qanunsuz daxil olub, oradan 1.400 manat dəyərində 1 ədəd «Meilda» markalı velosipedi, 150 manat dəyərində 1 ədəd çörək qızdırıcısını, 100 manat dəyərində 1 ədəd boz rəngli tosteri, 400 manat dəyərində 2 ədəd qutusunun içərisində olan qırmızı rəngli elektriklə işləyən manqal aparatını, 600 manat dəyərində 1 ədəd öz qutusunun içində olan ağ rəngli masaj aparatını, 600 manat dəyərində 1 ədəd qırmızı rəngli qutusunun içərisində olan «Samsung» markalı tozsoranı, 40 manat dəyərində 1 ədəd tünd qırmızı rən gli üzərində göy rəngli gül naxışları olan Misir qəlyanını, 60 manat dəyərində 1 ədəd sarı-qızılı rəngli üzərində ilan fiquru olan Dubay qəlyanını, 300 manat dəyərində 1 ədəd üzərində müxtəlif rənglər olan xalçanı və 850 manat dəyərində içərisində bir çox müxtəlif markalı qab-qacaq dəstləri olan qutuları ilkin olaraq bir hissəsini, ertəsi gün gecə saatlarında isə qalan hissəsini ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 4.500 (dörd min beş yüz) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli talama məqsədi ilə 4 sentyabr 2022-ci il tarixdə saat 6 radələrində su götürmək üçün girdiyi ünvan 5 ünvanda yerləşən «Minimart» marketin sanitar qovşağında aşkar etdiyi həmin marketdə satıcı -kassir işləyən Zərərçəkmiş şəxs1 Şücaət oğluna məxsus içərisində 90 manat nağd pul, hər birinin dəyəri 3 manat olmaqla ümumilikdə 6 manat dəyərində 2 ədəd «BakıKart» nəqliyyat kartı olan 20 manat dəyərində pulqabını gizli talayaraq, ümumilikdə Zərərçəkmiş şəxs1 116 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, 6 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu, X.Dadaşov küçəsində «X10» adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə 1,025 qram olan ağ rəngli kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 20 manat pul müqabilində alıb əldə edərək üzərində saxlamaqla daşımış, 7 sentyabr 2022-ci il tarixdə, saat 11:00-da Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci P olis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 6 ünvanının qarşısında saxlanılaraq oğurluq cinayətində şübhəli bilindiyi üçün həmin polis bölməsinə aparılıb üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd qara rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 1,025 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, narkotik vasitə heroinə məxsus izlər olan 1 ədəd 2 ml-lik şpris və 2 ədəd sınıq ampulalar, eləcə də psixotrop maddə metamfetaminə məxsus izlər olan 1 ədəd 2 mllik şpris aşkar edilərək götürülmüşdür. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 234.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi Məhkum əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif edərək, onu həmin maddə ilə təqsirli bilmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən Məhkum əməlinin tövsifində səhvə yol verilmişdir. Belə ki, Məhkum üzərindən bir ədəd ağ rəngli sellofana bükülmüş təmiz çəkisi 3,748 qram olan ağ rəngli kristalşəkill i maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Faktiki olaraq onun üzərindən külli miqdarı 1.8 dəfə aşan həcmdə psixotrop maddə aşkar olunmuşdur. Dövlət ittihamçısı hesab edir ki, bu hal Məhkum həmin psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dəlalət edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasi ya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum verilmiş ittihamın yalnız Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə olan hissəsinin tövsifi mübahisə edilir. Ona görə də, məhkəmə kollegiyası Məhkum ittihamının Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə olan hissəsi ilə əlaqədar sübutların şərhini zəruri hesab etmir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət tərkibi yaradaraq məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə əsasən “Bu Məcəllənin 234.2 və 234.3-cü maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.3. külli miqdarda törədildikdə-beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikas ının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında gö stərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafi q prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad edilən normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərh lərə və Ali Məhkəməsinin Plenumunun müvafiq qərarında olan tövsiyələrə əsaslanaraq kassasiya protestində qeyd edilən dəlillərlə razılaşmır və bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmiş cinayət əməlinin birinci instansiya məhkəməsi tərəfindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsinə dair gəldiyi nəticə ilə razılaşmış və həmin maddə ilə təqsi rli bilmişdir. İş materiallarında Məhkum psixotrop maddələrin hər hansı formada satışı ilə məşğul olması barədə heç bir sübut müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sübutların həcmi və ümumiyyətlə, işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsaslar vermir. Belə ki, birinci instansiya məhkəmə iclasında təqsirləndirilən Məhkum özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamindən istifadə edirdi. 22 fevral 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən heç bir əməliyyat, videoçəkiliş olmadan yaşadığı mənzildə saxlanılaraq Bakı şəhəri Yasamal Rayon Polis İdarəs inin 28-ci Polis Bölməsinə aparılmışdır. Orada barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılacağı bildirilmişdir. Narkotik vasitələrdən istifadəni dayandırmaq və müalicə almaq üçün razılaşmışdır. Sonra qarşısına psixotrop maddə qoyulmuş, şəxsi axtarış zamanı özünə məxsus olmasını etiraf etməyini tələb etmişlər. Onun miqdarının nə qədər olmasından məlumatı olmamışdır. 3 aya yaxın həbsdə qaldıqdan sonra hakim onun barəsində təqdimatı təmin etməyib həbsdən azad etmişdir. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan 24 fevral 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Məhkum paltarları nda, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Məhkum əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş, öz dediyinə görə içərisində «şüşə» deyilən metamfetamin olan bir ədəd bükülü aşkar edilmişdir. Məhkum həmin bükülüdəkinin psixotrop maddə olan metamfetamin olmasını, həmin metamfetamini 2 gün əvvəl «Kubinka» adlanan yerdə üzdən tanıdığı, lakin, adını bilmədiyi şəxsdən almasını bildirmişdir. Aşkar olunmuş maddə qablaşdırılmaqla götürülmüşdür. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında 20 sentyabr 2022-ci il tarixli protokold an görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin təhqiqatçısı tərəfindən 7 sentyabr 2022-ci il tarixdə şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Məhkum bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübm əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Məhkum bildirmişdir ki, 4 sentyabr 2022-ci il tarixdə səhər saat 7 radələrində ünvan 7 ünvanda yerləşən «Minimart» marketə girərək su doldurmaq üçün sanitar qovşağa getmiş və su çəninin üzərində olan pul kisəsini oğurlayaraq marketdən çıxıb getmişdir. Daha sonra pul kisəsini n içərisində olan 90 manat pulun 20 manat hissəsinə yaşadığı evin yaxınlığında yaşayan Qüdrət adlı şəxsdən öz istifadəsi üçün narkotik vasitə almış, qalan pulu da şəxsi ehtiyaclarına istifadə etmişdir. 7 sentyabr 2022-ci il tarixdə X.Dadaşov küçəsi 4 saylı ünvanda olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə gətirilmişdir. Daha sonra Məhkum əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd qara rəngli siqaret kağızına bükülmüş, içərisində «şüşə» deyilən «metamfetamin» olan bükülünü, 2 ədəd alışqan, 1 ədəd şam, 2 ədəd istifadə edilmiş şpris, 1 ədəd istifadə olunmamış şpris və sol yan cibində saxladığı Zərərçəkmiş şəxs1 Şücaət oğluna məxsus Azərbaycan Texniki Universitetinə aid tələbə bileti, «Leo Bank»a a id kart, 2 ədəd «Bakı kart» nəqliyyat kartı, 3 ədəd müxtəlif market kartlarını çıxarıb təqdim etmişdir. Təqdim edilmiş bükülüyə baxış keçirilərkən içərisində ağ rəngli kristallik maddə aşkar edilmişdir. Aşkar edilmiş büküm, 2 ədəd alışqan, 1 ədəd şam, 2 ədəd istifadə edilmiş şpris, 1 ədəd istifadə olunmamış şpris və sol yan cibində saxladığı Zərərçəkmiş şəxs1 Şücaət oğluna məxsus Azərbaycan Texniki Universitetinə aid tələbə bileti, «Leo Bank»a aid kart, 2 ədəd «Bakı kart» nəqliyyat kartı, 3 ədəd müxtəlif market kartları əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında 24 mart 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Məhkum palt arlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilir. Bundan sonra Məhkum əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş öz dediyinə görə içərisində «şüşə» deyilən metamfetamin olan bir ədəd bükülü aşkar edilir. Məhkum həmin bükülüdəkinin metamfetamin olmasını, həmin psixotrop maddəni 2 gün əvvəl «Kubinka» adlanan yerdə üzdən tanıdığı, lakin, adını bilmədiyi şəxsdən almasını bildirir və aşkar olunmuş maddə qablaşdırılmaqla götürülür. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 24 fevral 2022ci il tarixli, 6/1151 saylı rəyindən görünür ki, tədqiqat a təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün 167» dairəvi möhür əksi «...1) imza, 2) imza Almuradov R.A müdafiəçi...» yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 3,748 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildir. Cinayət işinin materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 8 sentyabr 2022-ci il tarixli 6/4868 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zərflər üçün № 167» dairəvi möhür əksi olan, «... (imza) Məhkum..» sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 1 ədəd bükümdəki təmiz çəkiləri - 1,025 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 ədəd 2 ml-lik şprisdə və 2 ədəd sınıq ampulalarda narkotik vasitə heroinə məxsus, 1 ədəd 2 ml-lik şprisdə psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. 1 ədəd sınıq ampulada narkotik vasitə, psixotrop maddələrə məxsus izlər aşkar edilmədi. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu itlə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına daxildir. Cinayət işinin materiallarında olan ambulator məcburi narkoloji tibbi yoxlamanın 4 may 2022-ci il tarixli, 2230 saylı rəyindən görünür ki, Məhkum opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 8 saylı, 14 iyun 2024-cü il tarixli Qərarının 9cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq ə ldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək qeyd edir ki, hazırki işin hallarına baxdıqda görü nür ki, Məhkum götürülmüş 3,748 qram metamfetamin psixotrop maddənin 1 ədəd bükümdə olması müəyyən edilsə də, Məhkum digər istehlakçılarla razılıq əldə etməsi, məhz özünün satış üçün narkotik vasitələri xırda bükümlərə qablaşdırması, onda narkotik vasitələrin hazırlanması, çəkilməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmiş, Məhkum satış məqsədilə narkotik vasitə əldə edib saxlaması, konkret şəxslərlə narkotik vasitənin alqı-satqısı ilə bağlı hər hansı razılaşması, onun hansısa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, konkret olaraq kiməsə narkotik vasitə satması ümumiyyətlə təsdiq edilməmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin Məhkum əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. CP M-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzə rdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin təqsirləndirilən şəxs Məhkum aşkar edilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda olan psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşıması kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlməsi qanuni və əsaslı olmuşdur. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi barədə kassasiya protestinin dəlillərini əsassız hesab edir. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ibtidai istintaq zamanı v ə birinci instansiya məhkəməsində verdiyi öz ifadələri, şahid ifadələri, iş üzrə müvafiq istintaq hərəkətləri protokolları və digər sübutlarla tam təsdiq olunur, apellyasiya instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq məhkəmə tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüqu qlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin CMin 234.1-ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.2- və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir, ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassaiya protesti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2024-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-606/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-606/2025
02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver