Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-607/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Hüseyn Natiq oğlu Əbilovun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4 iştirakı ilə, Sabirabad Rayon Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddələri ilə təqsirli bilinib məhk um olunmuş X1 barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2019-cu il tarixli qərarından məhkum T.Şamiyev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin 1(056)-61/2019 nömrəli 09 oktyabr 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Füzuli Pənahov), X5, 29 aprel 1980-ci il tarixdə Cəbrayıl rayonunun *************** kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ****** rayonu, ******* kəndində qeydiyyatda olan, ****** rayonu, Şəhriyar köçkün düşərgəsində yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə azad lığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X5 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 05 aprel 2019-cu il tarixdə, saat 21 radələrində, yaşadıqları Sabirabad rayonu Şəhriyar köçkün qəsəbəsində, X6 ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı bıçaqla N6 sol sağrı nahiyəsinə vurmaqla ona sol sağrı nahiyəsində çapıqla nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Hökmdən iş üzrə təqsirləndirilən şəxs X5 və zərərçəkmiş şəxs X6 tərəfindən verilən apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-658/2019 nömrəli 25 dekabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və mər uzəçi hakim Elşad Əliyev, hakimlər E6 və 6n ibarət tərkibdə) Sabirabad Rayon Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2019-cu il tarixli qərarından məhkum X5 tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, işə baxan birinci və apellyasiya instansiya məhkəmələri ona cəza təyin edərkən onun törətdiyi cinayətdən səmimi peşmançılıq hissini keçirməsini, özünün və qohumlarının zərərçəkmişlə barışıq əldə edilməsi üçün cəhdlər etdiyini, himayəsində azyaşlı uşağının, xəstə valideynlərinin olmasını, ailədə gəlir gətirən yeganə şəxs olmasını, məcburi köçkün olması və əvvəllər məhkumluğunun olmamasını nəzərə almamış və ona ağır cəza təyin edilmişdir. Odur ki, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin olunmasını, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilməsini və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəza növünün cərimə cəzası ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya şikayətinin edilməməsi barədə iş üzrə dövlət ittihamçısı Hafiz İmranovun çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəs i ilə təqsirli bilinib məhkum olunmuş X1 barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunl arı normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətində işə baxan məhkəmələr tərəfindən ona cəza təyin edilərkən iş üzrə cəzanı yüngülləşdirən halların nəzərə alınmadığını və ona ağır cəza təyin edildiyini vurğulayaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2019-cu il tarixli qərarının dəyişdirilməsini, onun törətdiyi cinayət əməlindən səmimi peşmançılıq keçirdiyini, özünün və qohumlarının zərərçəkmişlə barışıq əldə edilməsi üçün cəhdlər etdiyini, ailəli olmasını, himayəsində azyaşlı uşağının olmasını, valideynlərinin xəstə olmasını, məcburi köçkün olması və əvvəllər məhkumluğunun olmamasını nəzərə alaraq cəzasının yüngülləşdirilməsi və ya təyin olunmuş cəza növünün cərimə cəzası ilə əvəz edilməsi barəd ə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumun təqsirli olub-olmaması məsələsini həll edərkən iş üzrə təqsirkar şəxsin öz ifadələrinə, zərərçəkmiş şəxsin ifadələrinə, bir-birinə uyğun olan şahid ifadələrinə, ekspertiza rəylərinə və digər sübutlara əsaslanmışlar). Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddə sinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə məhkum Tümən7 təqsirliliyi sübuta yetirilmişdir. İşə baxan məhkəmələrin məhkum T6 cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, məhkum X2 cinayət əməlləri məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkuma ağır cəza təyin edilməsi barədə kassatorun dəlillərinə gəldikdə kollegiya qeyd edir ki, hökmdən müəyyən olunur ki, birinci instansiya məhkəməsi X3 cəza təyin edərkən onun əməlindən səmimi peşman olmasını, məcburi köçkün olmasını, zərərçəkmiş şəxslə barışmağa cəhd göstərməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, əməlində CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halın olmamasını və törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 128ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi məhkumun kassasiya şikayətində cəzasının yüngülləşdirilməsi üçün irəli sürdüyü dəlillərin əsasını təşkil edən bütün hallar (onun əməlindən səmimi peşman olması, məcburi köçkün olması, zərərçəkmiş şəxslə barışmağa cəhd göstərməsi, yaşayış yerindən müsbət xarakterizə olunması və ailədə yeganə qazanc gətirən şəxs olması) məhkuma cəza təyin edilərkən cəzanı yüngülləşdurən hallar kimi nəzərə alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından müəyyən olunur ki, məhkəmə məhkum T.Ə.Şamiyevə təyin edilən cəzanı əsaslı və ədalətli hesab edərək dəyişdirilmədən saxlamış, zərərçəkmiş şəxsin məhkuma təyin olunmuş cəzanın yüngül hesab edilməsi ba rədə dəlilini və məhkumun özünə təyin olunmuş cəzanın ağır hesab edilməsi barədə dəlilini əsassız hesab etmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin məhkum X3 təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41ci maddələrinin müddəalarının həyata k eçirilməsini sözsüz təmin etməlidirlər. Məhkuma isnad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında üç cəza növü, yəni beş yüz manatdan min manatadək miqdarında cərimə və ya bir ilədək azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Hökmdən də görünür ki, məhkum T6 Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının ən aşağı həddində - 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, istər göstərilən Qanun normalarının tələbləri, istərsə də Plenum qərarının tövsiyələri baxımından yanaşdıqda işə baxan məhkəmələrin məhkum Tümən Şamiyevə təyin etdiyi cəzanı n növü və müddəti ədalətsiz hesab oluna bilməz. Qanun ədalətli cəza dedikdə, təkcə “təqsirkarın qəbul etdiyi həddə” yüngül cəza təyin edilməsini özündə ehtiva etmir. Təyin edilmiş cəza həm sərtliyinə, həm də yüngüllüyünə görə törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə mütənasib olmalı, törədilən cinayətə adekvat olmalıdır. Cinayət işinin materiallarındakı sübutlardan müəyyən olunur ki, məhkum bu cinayəti hadisələrin təsadüfi axarı zəminində deyil, qəsdən - əvvəlcədən düşünülmüş şəkildə törətmişdir. Onun bıçaqla zərərçəkmişə yetirdiyi xəsarətə görə zərərçəkmiş uzun müddət müalicəyə məruz qalmışdır. Qeyd edilməlidir ki, zərərçəkmiş şəxs X6 da məcburi köçkündür. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, məhkum zərərçəkmiş şəxslə barışıq əldə etməmiş və hökmlə məhkuma təyin edilən cəzadan zərərçəkmiş şəxs də narazı qalaraq apellyasiya şikayəti vermişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhkəmə kollegiyası məhkum T6 törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəliliyi, işin halları, məhkumun zərərçəkmiş şəxslə barışıq əldə etməməsi, ona dəymiş zərəri aradan qaldırmaması fövqündə ona təyin edilən 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasını əsaslı və kifayət qədər ədalətli cəza hesab edir və bu cəzanın cərimə cəzası ilə əvəz edilm əsinə heç bir əsas görmür. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyələrinə əsaslanaraq kassasiya kollegiyası T6 törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, məhkumun zərərçəkmiş şəxslə barışıq əldə etməməsini, ona dəymiş zərəri aradan qaldırmamasını, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çat maq üçün məhkum X3 təyin edilmiş 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının cərimə cəzası ilə əvəz edilməsini mümkün hesab etmir və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2019-cu il tarixli qərarının kassasiya şikayətinə münasibətdə qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işə baxan məhkəmələrin qərarlarının təsviri-əsaslandırıcı hissəsindəki istinad etdikləri sübutlarla müqayisəli surətdə tədqiq edərək həmin dəlilləri tutarlı bir fakta söykənmədiyinə görə qəbul etmir və onların əsassız olması nəticəsinə gəlir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2019-cu il tarixli qərarının dəyişdirilməsinə və ya lə ğv edilməsinə rəvac verən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1–416.1.22-ci maddələrində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilmədiyindən mübahisələndirilən qərarın kassasiya şikayətinə münasibətdə qanuni və əsaslı olması qənaətinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq məhkum X7 Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2019-cu il tarixli qərarından verdiyi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1- ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş X1 barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2019cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-607/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-607/2020
22.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver