Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-607/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 və məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 123.1-ci maddəsi ilə təqsirl i bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3, zərərçəkmiş şəxsin hüquqi varisi X13, zərərçəkmiş şəxs X10 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X14 (sədrlik edən), X18 və X11 ibarət tərkibdə) 04 mart 2021-ci il tarixli hökmü ilə xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, 28 may küçəsi,ev 56, mənzil 23-də qeydiyyatda olmaqla, Şirvan ş əhəri, M,Ə.Rəsulzadə küçəsi, ev 33, mənzil 133-də yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1 və 29,120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona CM-in 120.1-ci maddəsi ilə 11 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 29,120.2.7-ci maddəsi ilə 15 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 16 il müddətə azadlıqdan rnəhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 16 iyun 2020-ci il tarixdən hesablanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: X25 (sədrlik edən və məruzəçi), X19 və X2 ibarət tərkibdə) Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1, zərərçəkmiş şəxsin hüquqi varisi X13, zərərçəkmiş şəxslər X10 və X12 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-69/2021 saylı, 04 mart 2021-ci il tarixli hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmiş, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1 və 29,120.2.7-ci maddələrindən Cinayət Məcəlləsinin 123.1-ci maddəsinə tövsif edilmiş və o, Cinayət Məcəlləsinin 123.1-ci maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)69/2021 saylı, 04 mart 2 021-ci il tarixli hökmü apellyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilməməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs Salyan rayonu Qaraçala qəsəbəsinin çöllük sahə olan şimal hissəsində yerləşən, əmisi oğlu X3 adına rəsmiləşdirilmiş, əmisi X7 tərəfindən istifadə edilən balıqyetişdirmə göllərini sonuncunun tapşırığına əsasən qoruduğundan 2020-ci il iyunun 16-da saat 01 radələrində piyada göl kənarı ilə torpaq yolla ərazidəki bir göldən digərinə gedərkən nəzarət etdiyi göldən gizli olaraq torla tutduqları, ümumi çəkisi 95,2 kq olan müxtəlif cinsli balıqları 3 ədəd kisələrə yığaraq aparan, əvvəllər tanımadığı X20, X12 və X10 ilə göl kənarında qəflətən rastlaşdıqda onların onun qoruduğu balıqyetişdirmə göllərindən oğurluq etdiklərini düşünüb qəzəblənərək qisas almaq niyyəti ilə hər üçünü qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə yırtıcı heyvanlardan qorunmaq üçün əvvəlcədən özü ilə götürüb üzərində gəzdirdiyi, əmisi oğlu X6 məxsus, Bakı şəhəri Nizami Rayon Polis İdarəsində qeydiyyata alınmış, içərisində 3 ədəd patron olan, 2006cı ildə İjevsk mexaniki zavodunda istehsal edilmiş, 12 kalibrli, «MP-153» modelli, ********** nömrəli, daxili çaxmaqlı, təklüləli, yarımavtomatik tüfəng-yivsiz odlu ov silahını Asif Qarayevə, Elçin Məmmədova və Fərzalı Aydınova tuşlayaraq təxminən iki metrədək məsafədən iki dəfə dalbadal atəş açıb Asif Qarayevə yetirildiyi anda insan həyatı üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid, qarının ön divarında qarın boşluğuna nüfuz edən, qarın boşluğu üzvləri nin yaralanması ilə əlaqədar baş vermiş kəskin daxili qanitirməyə səbəb olan, sağ əlin səpələnmiş qırma yaraları və sağ budun yuxarı 1/3-də toxunma qırma yaralanması ilə nəticələnən, dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirərək Asif Qarayevi qəsdən öldürüb həyatdan məhrum etmiş, habelə atəş nəticəsində Fərzalı Aydınova sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən, sol bazu və sifət nahiyələrinin səthi yaraları kimi xəsarətlər yetirsə də, sonuncu dərhal yanındakı gölə tullanıb orada gizləndiyi üçün sağ qaldığına görə, Elçin Məmmədov isə atəşdən yayınıb qaçaraq oradan uzaqlaşdığından öz iradəsindən asılı olmayan səbəbdən hər üçünü qəsdən öldürməyə yönəlmiş cinayət əməlini başa çatdıra bilməyərək iki və daha çox şəxsi qəsdən ö ldürməyə cəhd etmişdir. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestində göstərilmişdir ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Təqsirləndirilən şəxs əməlinin tövsifində səhvə yol verildiyindən həmin qərar qanunsuz olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Apellyasiya Məhkəməsinin gəldiyi nəticələr əsassız olmaqla işin faktiki hallarına uyğun deyil, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1 və 29,120.2.7-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi toplanmış, bir-biri ilə uyğun gələn və bir-birini tamamlayan təkzibedilməz süb utlarla, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisinin, hadisəni görən zərər çəkmiş şəxslərin, çoxsaylı şahidlərin ifadələri və ekspertiza rəyləri ilə sübuta yetirilmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməllərinə güya özünü qəsdən qoruyaraq zəruri müdafiə həddini aşması kimi qiymətləndirməsində haqlı olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs özünün və zərər çəkmiş şəxslərin ifadələrinə əsasən, ona hücum edən olmamış, əksinə Asif Qarayev, Elçin Məmmədov və Fərzalı Aydınov onun “dayan” tələbinə riayət edərək dayandıqdan sonra o, 2 ardıcıl atəş açaraq, ona qəsd mövcud olmadığı halda 1 nəfəri həyatdan mərhum etmiş və 2 nəfəri həyatdan mərhum etməyə cəhd etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi iş materiallarında belə mötəbər sübutların olmasına məhəl qoymamış və form al mülahizələrə əsaslanmaqla onun əməlini CM-in 120.1, 29, 120.1-ci maddələrindən CM-in 123.1-ci maddəsinə tövsif etməklə cinayət qanunu normasını düzgün tətbiq etməmiş və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. İş materiallarından göründüyü kimi, əllərində üç kisə balıq olan şəxslər Təqsirləndirilən şəxs və ya digər şəxsin həyatına və sağlamlığına zərər vurmaq fikrində olmamış, onların aralarında kifayət qədər uzaq məsafə olmuşdur ki, Təqsirləndirilən şəxs göyə və ya yerə atəş açmaqla onları qorxutmuş olsun və ya onlardan uzaqlaşmaqla özünü qorumuş olsun, lakin sonuncu bunu etmək əvəzinə zərər çəkmiş şəxslərə ardıcıl 2 dəfə atəş açmaqla qəsdən adam öldürmə cinayətinə aid əməllər törətmişdir. Təqsirləndirilən şəxs özünün ifadəsindən də görünür ki, o, guya adam öldürmək ist əməmiş, lakin özünü qorumaq məqsədi ilə deyil, ehtiyaysızlıqdan atəş açıb, cinayət törətmiş, məhkəmə isə bu hala da məhəl qoymayaraq, əsassız və qanunsuz olaraq onun əməlini CM-in 120.1 və 29,120.2.7-ci maddələrindən həmin Məcəllənin 123.1 ci maddəsinə tövsif etmişdir. Məhkəmə kollegiyasının müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamışdır. Məhkəmə kollegiyası yalnız Təqsirləndirilən şəxs mənafeyi baxımından çıxış etməklə əsassız nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qərar çıxararkən bir subutun qəbul, ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların isə rədd edilməsinin motivlərini göstərmədən, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmadan, işin faktiki hallarına uyğun olmayan, Təqsirləndirilən şəxs CMin 120.1 və 29,120.2.7-ci maddələri ilə tövsif edil miş əməllərini CM-in 123-cü maddəsinə tövsif edilməli olması kimi yalnış nəticəyə gəlməklə əməlin tövsifində səhvə yol vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməllərinə işin obyektiv hallarına uyğun qiymət verməmiş, onun tərəfindən törədilən konkret cinayət əməllərinin cəhətləri ilə CM-in 120.1 və 29,120.2.7-ci maddələrinin dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında tam uyğunluq olmasını nəzərə almamış, nəticə etibarı ilə CM-in 120.1 və 29,120.2.7-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli olan Təqsirləndirilən şəxs əməlini düzgün tövsif etməməklə CM-in əsaslandığı qanunçuluq və digər prinsiplərini pozmuşdur. Dövlət ittihamçısı kassasiya protestində Bakı Apelyasiya Məhkəməsinin 13 oktyabr 2021ci il tarixli qərarının ləğv edilməsi və cinayət i şi yeni apelyasiya baxışına təyin olunması qərar çıxarılmasını xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətində göstərilmişdir ki, Apellyasiya Məhkəməsinin qərarı qismən qanunsuz olmaqla maddi və prosessual normaların qismən pozulması ilə çıxarılmışdır. İşin müəyyən olunmuş faktiki halları bundan ibarətdir ki. Təqsirləndirilən şəxs 2020-ci il iyunun 16-da gecə saat 01 radələrində piyada göl kənarı ilə torpaq yolla ərazidəki bir göldən digərinə gedərkən, ən yaxın yaşayış məntəqəsindən 10 km aralı məsafədə yerləşən, gündüz vaxtları belə insanların hərəkət etmədiyi, hər tərəfi qamışlıqla əhatə olunmuş. 2-3 metrdən artıq məsafənin görünməsi mümkün olmayan ərazidə qəflətən üç nəfər qaraltı ilə qarşılaşmış, zərərçəkmiş şəxslərdən Asif adlı şəxs dayan demiş, bundan sonra Təqsirləndirilən şəxs həmin qaraltılar olan istiqamətdə bir dəfə atəş açmış, ikinci atəşi havaya ataraq qayıdıb geriyə qaçmış. zərərçəkmiş şəxs Fərzalı Aydınov özünü gölə ataraq gizlənmiş, Elçin Məmmədov arxaya qaçmışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs olduqca həyəcanlı, qorxmuş vəziyyətdə olmuş, hətta geriyə qaçarkən 400-500 metr getdikdən sonra qamışlıqda gizlənmiş, qaldığı vaqona belə gedə bilməmiş, onun zəngindən sonra həmin yerə gələn əmisi oğlu Vüqar Abdullayev onu qamışlıqda gizləndiyi yerdən çağırıb maşına otuzdurub sakitləşdirmişdir. Qeyd olunanlar işin mübahisəsiz hallarıdır və ibtidai araşdırma və birinci instansiya məhkəməsində tədqiq olunmuş sübularla tam təsdiq olunur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri öldürmək niyyətinin olmama sı qaranlıqda qəflətən qarşısına çıxan üç nəfər varlıqla rastlaşarkən özünü qorumaq üçün bir dəfə atəş açması, ikinci atəşi havaya açaraq oradan qaçması barədə ifadəsində göstərdiyi xüsusatlar iş materialları, şahidlərin ifadələri, o cümlədən zərərçəkmiş şəxslərin ifadələri, məhkəmə tibbi ekspertizasının, məhkəmə- ballistik ekspertizasının rəyləri, hadisə yerinə baxış protokolu və digər istintaq materiallrı ilə təsdiq olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı özünü təqsirli bilməmiş, hesab etmişdir ki, zərərçəkmiş şəxslərə məhz o yox, başqa şəxslər atəş açmışdır. İşin faktiki hallarından, işdə olan ekspert rəylərindən də görünür ki, mərhum A.Qarayevə atəş qısa məsafədən açılmış, ona açılan atəş əks istiqamətdən olmuş, lakin meyidin aşkar edildiyi yerdən T əqsirləndirilən şəxs tüfəngindən açılan gilizlər arasında məsafə 30-35 metr olmuşdur. Müdafiəçi kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 123.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X13 və zərərçəkmiş şəxs X10 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərini müdafiəçinin kassasiya şikayətində göstərilənlərə uyğun dəlillərlə əsaslandıraraq, Təqsirləndirilən şəxs ilə barışdıqlarını, bağışladıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını, məhkəmə araşdırması nəticəsində onlara və Asifə atəşin 052 metr məsafədən açıldığını bildiklərini, həqiq ətən də Rəşadın zərərçəkmiş şəxslərdən 30-35 metr aralıda və eyni zamanda Asifə atəşin yan istiqamətdən olduğunu, belə ki, Asifin üzü yan istiqamətdə yıxılaraq öldüyünü, bu səbəbdən Asifin ölməsinə, digər zərərçəkmişlərin isə yaralanmasına səbəb olan atəş Rəşad tərəfindən açılmadığını, Rəşadın kimisə öldürmək niyyəti olmadığını göstərərək Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması və kassasiya protestinin təmin olunmaması barədə məhkumun, kassasiya şikayətlərinin təmin olunmaması və kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apel lyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməli, kassasiya protesti isə təmin olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmi ş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya məhkəmə kollegiyası həm kassasiya protestində, həm də kassasiya şikayətlərində məhkumun təqsirlilik və əməlin hüquqi tövsifi məsələsi mübahisələndirildiyi nəzərə alıb qeyd edilən dəlillərə ümumi hüquqi qiymət verilməsini mümkün hüsab edir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərar ı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qəra rının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xara kteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsas lı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumun əməlinin Cinayət Məcəlləsinin 123.1-ci maddəsinə tövsif edilməsi barədə nəticəyə gələrkən cinayət təqibi üzrə toplanməş sübutların tədqiq edilməsinə dair Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələbləri pozulmuş, ibtidai araşdırma orqanları tərəfindən topl anmış və məhkəmə iclasında araşdırılan sübutlara düzgün istinad edilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Cinayət işi üzrə müəyyən olunmuş hallardan göründüyü kimi, Təqsirləndirilən şəxs Salyan rayonu Qaraçala qəsəbəsinin çöllük sahə olan şimal hissəsində yerləşən, əmisi oğlu X3 adına rəsmiləşdirilmiş, əmisi X7 tərəfindən istifadə edilən balıqyetişdirmə göllərini sonuncunun tapşırığına əsasən qoruduğundan 2020-ci il iyunun 16-da saat 01 radələrində piyada göl kənarı ilə torpaq yolla ərazidəki bir göldən digərinə gedərkən nəzarət etdiyi göldən gizli olaraq torla tutduqları balıqları 3 ədəd kisələrə yığaraq aparan, əvvəllər tanımadığı X20, X12 və X10 ilə göl kənarı nda qəflətən rastlaşdıqda əvvəlcədən özü ilə götürüb üzərində gəzdirdiyi, əmisi oğlu X6 məxsus təklüləli, yarımavtomatik tüfəng-yivsiz odlu ov silahını Asif Qarayevə, Elçin Məmmədova və Fərzalı Aydınova tuşlayaraq təxminən iki metrədək məsafədən iki dəfə dalbadal atəş açıb Asif Qarayevi öldürüb həyatdan məhrum etmiş, habelə atəş nəticəsində Fərzalı Aydınova sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, sonuncu dərhal yanındakı gölə tullanıb orada gizlənmiş, Elçin Məmmədov isə qaçaraq oradan uzaqlaşmışdır. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs X4 ifadəsindən görünür ki, iyunun 15-də saat 21 radələrində o, Asif və həmkəndliləri Elçin Vəfadarın idarə etdiyi “VAZ 2106” markalı, **-FA-*** qeydi yyat nişanlı avtomobil ilə balıq oğurlayacaqları gölün yaxınlığına getmişlər. Vəfadar avtomobilini heç kimin görməməsi üçün xeyli aralıda boş ərazidə saxlamışdır. Onlar Asifin müşayəti ilə balıq oğurlayacaqları gölə gəlmişlər. Asif özü ilə 9 ədəd balıq tutmaq üçün xüsusi tor gətirmiş, torun 5 ədədini Elçin və Asif, 4 ədədini isə Vəfadarla özü göldə qurmuşlar. O, təxminən yarım kisə, Elçinlə Asif isə 2 kisə balıq tutmuşlar. Torları və balıq yığdıqları kisələri götürüb iyunun 16-da saat 02 radələrində gölün kənarı ilə «Şirvan» kanalına tərəf piyada getməyə başlamışlar. Bir neçə metrdən sonra Vəfadar avtomobilini yol kənarına çıxartmaq üçün onlardan ayrılıb ayrı yolla getmişdir. O, Asif və Elçin kanala çatmağa təxminən 100-150 metr qalmış balıq gölünün kənarındakı yolla gələrkən qamışlıqdan f ənər işığını gözlərinə salan bir nəfər çıxmışdır. Həmin şəxs qarşılarına çıxan kimi onlara söymüş və həmin anda bir atəş açılmışdır. Atəş onun sol qoluna dəyməklə yaralamışdır. O, dərhal boynundakı içi balıq dolu kisəni yerə tullayıb özünü sağ tərəfində olan gölə ataraq qamışlar arasında gizlənmişdir. O, oğurluq etdiklərinə görə göl sahibinin onlara yenə də atəş aça biləcəyindən qorxaraq özünü gölə atmışdır ki, növbəti dəfə atəş açılarsa, ona dəyməsin. O, suya tullanan vaxt, birinci atəşdən təxminən 2-3 saniyə sonra ikinci atəş səsini eşitmişdir. Gölə düşüb qamışlar arasında gizlənəndən 2-3 dəqiqə sonra ondan xeyli aralıda göldə qamışın içərisindən bir quş uçmuş və onlara atəş açan şəxs quş uçan yerə fənərlə işıq salıb orada bir atəş açmışdır. Bundan bir neçə saniyə sonra həmin atəş açan ş əxs mobil telefonla kiməsə zəng edib kiməsə telefonda «tez 28-in çardağına gəl» sözünü demiş, bundan təxminən 10-15 dəqiqə sonra həmin əraziyə bir avtomobil gəlmiş, o da həmin vaxtı gizləndiyi yerdən qaranlıqda suyun içərisi ilə xeyli irəliyə dorğu gedib qamışlıqlar arasında gizlənmişdir. O, suya girəndən sonra yanında olan Asiflə Elçinin başlarına nə iş gəldiyini, hara getdiklərini bilməmiş və ümumiyyətlə səslərini eşitməmiş, oğurluq etdiyinə görə tutulmamaqdan ötrü qamışlar arasından çıxmayıb orada qalmış və yuxusu gəldiyi üçün bir qədər yatmışdır. Hava işıqlaşandan sonra gizləndiyi yerin yaxınlığında çoxlu insan səsi gəldiyini eşidib yuxudan ayılmış, bir xeyli də suda qalandan sonra üşüdüyü üçün məcbur olub göldən çıxmışdır. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı dindi rilmiş zərərçəkmiş şəxs X8 ifadəsindən görünür ki,, göldən oğurladıqları balıqları kisələrə doldurub yekunlaşdırdıqdan sonra kisənin birini özü, birini Asif, digərini isə Fərzalı götürmüş, Vəfadar isə heç bir şey götürməyərək oradan uzaqlaşmışdır. Göldən 50 metr kənarlaşandan sonra Vəfadar aralıda saxladığı avtomobili götürüb onları qarşılamaq məqsədilə ayrılıb başqa yolla getmişdir. Onlar isə yollarına davam edib Şirvan kanal istiqamətində hərəkət etmişlər. Öndə Asif, ondan arxada Fərzalı, Fərzalıdan da təxminən 2 metr arxada özü getmişdir. Gölün qurtacağına çatana yaxın qamışlığın içərisindən bir nəfər kişi çıxıb üzlərinə fənər işığı salaraq qalın səslə onlara “dayanın yoxsa vuracam” demişdir. Hava qaranlıq olduğundan, gözünə fənər işığı düşdüyü üçün həmin şəxsin üzünü və əlamətlərini gö rə bilməmişdir. Həmin kişi nalayiq ifadələr işlədərək 2 dəfə ardıcıl atəş açmış, o qorxduğu üçün əlindəki balıq kisəsini yerə atıb arxaya tərəf qaçmışdır. Atəş açan şəxs də əks tərəfə qaçmağa başlamışdır. O, Asiflə Fərzalının da qaça bildiklərini düşünmüşdür. Atəş açan şəxsin əks tərəfə qaçdığını görüb dərhal geri qayıtmış, lakin Asiflə Fərzalı əvvəldən sağ tərəfə döndükləri üçün və hər tərəf qamışlıq olduğundan onları orada görməmiş və dayanmadan düz istiqamətdə qaçmışdır. Sürətlə qaçaraq Şirvan kanalına düşmüş və üzərək kanalın digər tərəfinə çıxmışdır. Kanalın digər tərəfinə çıxanda onlara atəş açan kişinin telefonla kimləsə danışdığını təcili, oraya gəlməsini, gölə oğruların girdiyini deməsini eşitmişdir. Təxminən 1 saat ərzində Asiflə Fərzalını axtarmağa başlamış, sonra göl sahibinin ferması tərəfindən avtomobil işıqlarının gəldiyini görmüşdür. O, oradan qaçaraq evlərinə tərəf çıxıb getmiş, təxminən 2 saat yol getdikdən sonra gəlib yola çıxmış, başqa bir kanalın üzərindəki körpüdə avtomobil olduğunu görüb avtomobilin Vəfadara məxsus olduğunu düşünüb ona yaxınlaşmışdır. Avtomobildə olan X9 görüb-görmədiyini soruşmuşdur. Vəfadar ona Asiflə Fərzalını görmədiyini bildirmişdir. Avtomobilə əyləşib Vəfadarla birlikdə evlərinə getmişlər. Yolda olarkən Vəfadar ona atəş səsi eşitdiyini və bu səbəbdən oradan qaçaraq uzaqlaşdığını söyləmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı dindirilmiş şahid X3 ifadəsindən görünür ki, 16 iyul 2020-ci ildə saat 08 radələrində Bakı şəhərində evində olarkən qardaşı Vüqar onun mobil telefonuna zəng edərək əmisi oğlu Rəşadın gölə nəzarət edərkən gecə saatlarında qarşısına çıxan 4 nəfər şəxsdən qorxduğu üçün onlara atəş açdığını və onlardan birinin öldüyünü xəbər vermişdir. İşə baxan birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs 16 iyun 2020-ci il tarixdə gecə saat 01 radələrində əmisi Vahid Abdullayevin istifadəsində olan balıqyetişdirmə gölünün kənarında göldən oğurladıqları balıqları özləri ilə aparan üç nəfər şəxslərlə, sonradan adlarını bildiyi Asif Qarayev, Elçin Məmmədov və Fərzalı Aydınovla qəflətən qarşılaşarkən onlarla aralarında 25-30 metr məsafə olması, onunla üzbəüz dayanan şəxslərdən birinin “qaçma” sözünü deməsi, bu zaman tüfəngdən açılan bir atəş səsi eşitməsi, həmin şəxslərin ona atəş açdıqlarını başa düşməsi, çiynində olan tüfəngi çıxararkən tüfəngin lüləsinin torpağa ilişməsi və təsadüf ən əlinin tətiyə dəyməsi nəticəsində yerə bir atəş açması, bu vaxt qarşı tərəfdəki şəxslər olan yerdən ikinci atəş səsini eşitməsi, bu zaman havaya bir atəş açması, Asif Qarayev, Elçin Məmmədov və Fərzalı Aydınova atəş açmaması, onlara ona məlum olmayan başqa şəxs tərəfindən atəş açılması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla uydurma və əsassız ifadə kimi qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə əsasən isə Təqsirləndirilən şəxs əməli qəsdən adam öldürmə kimi deyil, zəruri müdafiə həddini aşmaqla adam öldürmə kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs niyyəti qəsdən kimisə həyatdan məhrum etməyə deyil, özünün də bütün ifadələrində göstərdiyi kimi, qorxduğu üçün özünü qorum ağa, başqa sözlə ictimai təhlükəli qəsddən qorunmağa yönəlmişdir. Bütün bunlar Təqsirləndirilən şəxs oğurluq etdiklərinə görə qisas almaq niyyəti ilə deyil, zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürdüyünə dəlalət edir. Məhkəmə kollegiyası Apellyasiya Məhkəməsinin məhkum Təqsirləndirilən şəxs törətdiyi əməlin zəruri müdafiə həddini aşmaqla adam öldürmə əməli kimi qiymətləndirilməsinə dair qeyd edilən hallarla razılaşmır və qeyd edir ki, sözügedən məhkəmə baş vermiş cinayət hadisəsinə, o cümlədən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün hallarına düzgün hüquqi qiymət verməmişdir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Zəruri müdafiə həddini aşma dedikdə, qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun olmayan qəsdən törədilən hərəkətlər başa düşülür. Əməlin zəruri müdafiə vəziyyətində edilən hərəkət kimi qiymətləndirilməsi üçün qəsd mövcud olmalıdır. Mövcud qəsd başlamış, davam edən və hələ başa çatmamış ictimai təhlükəli əməldir. Zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürən şəxsin əsas məqsədi qəsd edənin həyatdan məhrum edilməsi deyil, ictimai-təhlükəli qəsddən müdafiə olunmaqdır. Göründüyü kimi, təqsirkarın əməlinin Cinayət Məcəlləsinin 123.1-ci maddəsi ilə tövsif olunması üçün iki hal - zəruri müdafiə vəziyyətinin yaranması və şəxsin zəruri müdafiə həddi aşılmaqla digər şəxsi qətlə yetirməsi müəyyən edilməlidir. Yəni Təqsirləndirilən şəxs əməlinin zəruri müdafiə vəziyyətində edilən hərəkət kimi qiymətləndirilməsi üçün real ictimai-təhlükəli qəsd mövcud olmalıdır. Lakin məhkəmələr tər əfindən araşdırılan sübutlardan göründüyü kimi, Təqsirləndirilən şəxs hadisə günü X20, X12 və X10 ilə göl kənarında qəflətən rastlaşdıqda, sonuncular tərəfindən ona qarşı ictimai-təhlükəli hərəkətlər edilməmiş və məhkumun özünü müdafiə etmək məqsədilə gəzdirdiyi tüfəngdən atəş açaraq hər hansı qəsddən özünü qorumağı zəruri edən şərait yaranmamışdır. Əksinə, zərərçəkmiş şəxslərlə təxminən iki metrədək məsafədə olan məhkum iki dəfə dalbadal atəş açıb zərərçəkmiş şəxsin birinin ölümünə səbəb olmuş, digərinə isə xəsarət yetirmiş və onun açdığı atəşlərdən qorxuya düşərək sağ qalmış zərərçəkmiş X10 özünü gölə tullamış, digəri- X12 isə qaçmışdır. Apellyasiya Məhkəməsinin mövqeyinə əsasən ibtidai araşdırma və birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla zərərçəkmiş şəxslər X20, X12 və X4 qabaqcadan əlbir olan bir qrup şəxs halında göldən gizli olaraq torla tutduqları, ümumi çəkisi 95,2 kq olan müxtəlif cinsli balıqları 3 ədəd kisələrə yığaraq talamaqla Təqsirləndirilən şəxs mülkiyyət hüququna real olaraq qəsd etmişlər. Təqsirləndirilən şəxs bu mülkiyyət hüquqlarını müdafiə etməsi üçün oğurluq edən zərərçəkmiş şəxslərə ziyan vurmaqla hüquqlarını qorumaq üçün zəruri müdafiə hərəkətlərinə aid hüquqilik şərtləri-yəni qəsdin ictimai təhlükəli olması, qəsdin mövcud olması və qəsdin həqiqi, real olması mövcud olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, əməlin ictimai təhlükəlilik əlaməti qanunla müfafizə edilən ictimai münasibətlərə zərər vurmaq və ya zərər yetirmək təhlükəsi yarada bilmək xassəsini özündə əks etdirir. Zərərçəkmiş şəxslərin ümumi çəkisi 95,2 kq olan müxtəli f cinsli balıqları 3 ədəd kisələrə yığaraq talaması Təqsirləndirilən şəxs mülkiyyət hüququna qəsd edərək zəruri müdafiə vəziyyəti yaradan ictimai təhlükəli qəsd kimi qiymətləndirilməsi əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət hadisəsinin baş vermə mexanizmini qiymətləndirərkən Təqsirləndirilən şəxs hərəkətlərinin xarakteri, əməlin törədilmə üsulu, xüsusən üzərində gəzdirdiyi tüfəngi zərərçəkmiş şəxslərə tərəf tuşlayaraq xəbərdarlıq etmədən atəş açmasını və bununla da onları qəsdən öldürmək istəməsini təsdiq edən mötəbər məlumatlara düzgün istinad etməmişdir. Apellyasiya Məhkəməsi hadisə günü zəruri müdafiə vəziyyətinin yaranması, yəni Təqsirləndirilən şəxs ictimai təhlükəli qəsddən özünü müdafiə etmək məcburiyyətində qalması barədə nəticəyə gəlsə də, onun bu dəlilləri iş üzrə müəyyən olunmuş sübutlarla öz təsdiqini tapmır. Apellyasiya Məhkəməsi məhkum Təqsirləndirilən şəxs qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd əməlini zəruri müdafiə həddini aşmaqla adam öldürmə əməlinə tövsif edərkən CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət etməyərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmamış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirməmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldırmadan əsassız nəticəyə gəlmişdir. Belə ki, qəsdən adam öldürmə cinayəti maddi tərkibli olduğu üçün törədilən əməllə (hərəkət və ya hərəkətsizlik) baş verən nəticə (ölüm) arasında səbəbli əlaqənin müəyyən edilməsi zəruridir. Cinayət həm birbaşa, həm də dolayı qəsdlə törədilə b ilər. Şəxs başqasını həyatdan məhrum etməyə yönələn əməlinin (hərəkət və ya hərəkətsizliyin) ictimai təhlükəli olduğunu qabaqcadan görür və bunları arzu edir (birbaşa qəsd), ya da bunları arzu etmir, lakin bunların baş verməsinə şüurlu şəkildə yol verir (dolayı qəsd). “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, “qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilməlidir”. Məhkəmə kollegiyası cinayət təqibi üzrə toplanmış sübutları, o cümlədən hadisə iştirakçısı olmuş şəxslərin ifadələrini, ekspert rəylərini, i stintaq hərəkətlərinin protokollarını biribiri ilə əlaqəli şəkildə müqayisəli təhlil edib hesab edir ki, Apellyasiya Məhkəməsi Təqsirləndirilən şəxs hadisə vaxtı qarşı tərəfdən ona atəş açıldığını eşitdiyi üçün qorxudan özünü qorumaq üçün bir dəfə qarşı istiqamətə atəş açması, ikinci atəşi göyə ataraq həmin yerdən uzaqlaşması, zərərçəkmiş şəxslərdən heç kimi öldürmək ya ya onlara xəsarət yetirmək niyyəti olmaması, qorxduğundan özünü qorumaq üçün atəş açması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə təkzib olunur. Belə ki, zərərçəkmiş şəxslər Fərzalı Aydınov və Elçin Məmmədovun ifadələri ilə müəyyən edilir ki, hadisə zamanı Təqsirləndirilən şəxs onlarla qarşılaşarkən üzərlərinə fənərlə işıq salmış və həmin anda onlara tüfəngdən dalbadal atəş açmışdır. Həmçinin hadisə zamanı Fərzalı Aydınov və Elçin Məmmədovda hər hansı odlu silah olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, hadisə yerini, o cümlədən tüfəngdən yerə atəş açdığı yeri göstərsə də, həmin yerə atəş izi, güllə, rıj, seçmə müəyyən edilməmişdir. Cinayət qanunvericiliyinin tələblərinə görə CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Cinayət qanunvericiliyi nəzəriyyəsinə görə əməlin cinayət etməyə cəhd kimi qiymətləndiri lməsi törədilmiş əməlin obyektiv və subyektiv əlamətləri əsasında müəyyən olunur və cinayət etməyə cəhdin obyektiv əlaməti qəsdin şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən başa çatmamasında ifadə olunur, yəni qəsdin kəsilməsi, başa çatmaması şəxsin öz təşəbbüsü ilə, cinayəti başa çatdırmaqdan imtina etməyə dair daxilən qəbul etdiyi qərardan deyil, şəxsin iradəsindən asılı olmayaraq yaranan amillərlə bağlı olur. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə müəyyən edilmiş hallara və araşdırılan sübutlara əsasən Apellyasiya Məhkəməsinin Təqsirləndirilən şəxs hadisə yerində olarkən zərərçəkmiş şəxslər Fərzalı Aydınov və Elçin Məmmədovu öldürməyə heç kimin mane olmadığı, həmin şəxsləri öldürmək niyyəti olduğu halda öldürməsinin qarşısını alan heç bir halın mövcud olmadığı barədə mövqeyini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamışdır. Belə bir nəticəyə gələrkən sözügedən məhkəmə instansiyası Fərzalı Aydınovun dərhal yanındakı gölə tullanıb orada gizlənməsi və Elçin Məmmədovun isə atəşdən yayınıb qaçaraq oradan uzaqlaşması kimi halları nəzərə almamış və cinayət hadisəsinin baş vermə mexanizminə, məhkum Təqsirləndirilən şəxs tərəfindən yol verilmiş hərəkətlərin törədilmə şəraitinə düzgün hüquqi qiymət verməmişdir. Yuxarıda şərh olunanlara əsaslanaraq kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işin faktiki hallarına uyğun olmayan əməlin hüquqi tövsifinə dair gəldiyi nəticə əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Prosessual Məcəllənin 33-cü maddəsinə əsasən haki mlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət təqibi üzrə toplanmış sübutları tədqiq edib mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərkən apellyasiya instansiyası məhkəməsi cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini pozmuş və nəticədə məhkumun əməl inin tövsif edilməsində səhvə yol verərək onun əməlini Cinayət Məcəlləsinin 123.1-ci maddəsinə tövsif etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu baxımdan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 426.1.2-ci (məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.15-ci (törədilmiş əməlin tövsifində səhvə yol verdikdə maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, kassasiya protestində gətirilmiş dəlillərlə əlaqədar mübahisələndirilən qərarın ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Məhkuma bəraət verilməsi barədə kassasiya şikayətlərinin dəlilləri yuxar ıda qeyd edilənlərə əsasən əsassız olduğundan təmin edilməməlidir. Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada yenidən tədqiq edilməli, bir sübutun digərindən üstün olması zərurəti əsaslandırılmalı, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Kassasiya protesti təmin edilsin. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3, zərərçəkmiş şəxsin hüquqi varisi X13 və zərərçəkmiş şəxs X10 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 123.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin və cinayə t işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-607/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-607/2022
22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver