Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-607/2023 16.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, zərərçəkmiş şəxsin hüquqi varisi Dərgahov Kərim Məmmədkərim oğlunun, məhkum edilmiş şəxsin müdafiəçisi X2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-334/2022 nömrəli, 18 ok tyabr 2022-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Dərgahov Kərim Məmmədkərim oğlu tərəfindən verilmiş kassasiya şikayətinə, Məhkum müdafiəçiəsi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxx 1991-ci il tarixdə Ağsu rayonunun Padarqışlaq kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Ağsu rayonunun Padarqışlaq kəndində qeydiyyatda olmaqla yaşamışdır. 2. 29 mart 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 12 aprel 2022-ci il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinin hazır lıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum qardaşı Şahid7 ilə sözlü olan əmisi qızı X7 evlənmək məqsədilə qaçırması ilə əlaqədar aralarında əvvəldən ədavət olan Sabirabad rayonu Balvar kənd sakini X1 13 dekabr 2021-ci il tarixdə yaşadığı Ağsu rayonu Padarqışlaq kəndinə gəlib qardaşı Şahid4 zəng edərək nalayiq ifadələr işlətməsi barədə sonuncu tərəfindən məlumatlandırıldıqdan sonra, Məmmədkərim Dərgahlıya zəng etmiş, danışıqları zamanı sonuncunun onu da nalayiq ifadələrlə təhqir edib görüşə çağırması nəticəsində, Məmmədkərim Dərgahlını qəsdən öldürmək qərarına gəlmiş və bu niyyə tini həyata keçirmək məqsədilə yaşadığı evin həyətindəki tövlədə olan zavod üsulu ilə istehsal edilmiş, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını üzərində götürməklə, həmin tarixdə saat 1955 radələrində Ağsu rayonu Padarqışlaq kəndi ərazisində, telefon danışıqları zamanı razılaşdırdıqları kənd yolunda görüşərək, həmkəndlisi Şahid17 yaşadığı evin darvazası qarşısında aralarında şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı Məmmədkərim Dərgahlını qəsdən öldürmək niyyəti ilə üzərində olan bıçaqla qəsdən bir neçə dəfə vurub, sonuncuya həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid sağ döş giləsindən 6,5 sm sağda, döş qəfəsinin sağ aşağı tış hissəsində 3-4-cü qabırğalararası sahədən döş boşluğuna nüfuz etməklə sağ ağ ciyərin orta payının y an səthində 3x1 sm ölçüdə yarası, sağ döş giləsindən 10,2 sm solda döş sümüyünün aşağı hissəsindən diafraqmanı kəsməklə qara ciyərin sol yuxarı payının 2,9x1,1 sm ölçüdə yarası, göbəkdən 4 sm sağda, qarının aşağı şöbəsinin sağ iç hissəsindən qarın boşluğuna nüfuz etməklə peritonu zədələyən nazik bağırsaq müsariqəsinin 3,3x1,2 sm ölçüdə yarası və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid gövdənin ön hissəsində döş qəfəsinin sağ yuxarı iç hissəsində, köndələn istiqamətli 9x0,4 sm ölçüdə dərinin epidermis qatının kəsilmiş yarası xəsarətlərini yetirməklə, Məmmədkərim Dərgahlının aldığı xəsarətlər nəticəsində döş qəfəsinin sağ aşağı tış hissəsindən döş boşluğuna nüfuz edən diafaqramının və qara ciyərinin sol yuxarı payının və qarının aşağı hissəsinin sa ğ iç hissəsində qarın boşluğuna nüfuz edən peritonu və nazik bağırsaq müsariqəsinin zədələnmələri ilə müşayiət edilən daxili və xarici qanitirmədən ölümünə səbəb olmaqla Məmmədkərim Dərgahlını qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir.
5. Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-119/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 14 dekabr 2021ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə digər məsələlər də həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 apellyasiya şikayəti verib hökmün dəyişdirilməsini və Məhkuma məhkum edildiyi maddənin sanksiyasının ən aşağı həddində cəza təyin edilməsini xahiş etmişlər.
7. Həmin hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi Dərgahov Kərim Məmmədkərim oğlu apellyasiya şikayəti verib hökmün ləğv edilməsi, təqsirləndirilən şəxs Məhkum, həmçinin onunla bərabər cinayət əməlini törətmiş digər şəxslər - Şahid4, Şahid7, X10, X9, Şahid3, Şahid12, Şahid5, Şahid15, Şahid21 və Şahid13 cinayət məsuliyyətinə cəlb edilməklə onlara qarşı Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2, 120.2.4, 221 və 228.4-cü maddələri ilə yeni ittihamın sürülməsi məqsədilə cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması ba rədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-334/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-119/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Dərgahov Kərim Məmmədkərim oğlu, eləcə də Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayətləri vermişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
10. Zərərçəkmiş şəxsin hüquqi varisi Dərgahov Kərim Məmmədkərim oğlu tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəli ləri eynidir, kassasiya şikayətinin müəllifi onları təkrarlamaqla Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-334/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum, həmçinin onunla bərabər cinayət əməlini törətmiş digər şəxslər - Şahid4, Şahid7, X10, X9, Şahid3, Şahid12, Şahid5, Şahid15, Şahid21 və Şahid13 cinayət məsuliyyətinə cəlb edilməklə onlara qarşı Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2, 120.2.4, 221 və 228.4-cü maddələri ilə yeni ittihamın sürülməsi məqsədilə cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir.
11. Məhkum edilmiş şəxsin müdafiəçisi kassasiya şikayətində Məhkum təyin edilmiş cəzanın ağır olduğu iddia etməklə, sonuncuya Azərbaycan R espublikası CM-nin 120.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəzanın təyin edilməsi xahiş edir.
12. Kassasiya şikayətlərinə qarşı etirazlar daxil olmamışdır. III. Hüquqi məsələlər
13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya ape llyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səla hiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Zərərçəkmiş şəxsin hüquqi varisi Dərgahov Kərim Məmmədkərim oğlu kassasiya şikayətində Məhkum əməlində daha ağır cinayətin tərkibini olduğunu, bununla yanaşı cinayət əməlinin törədilməsində həmçinin digər şəxslərin iştirak etdiyini iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
18. Müdafiəçi kassasiya şikayətində Məhku m təyin edilən cəzanın ağırlığını mübahisələndirməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
19. Odur ki, məhkəmə kollegiyası hər iki kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-334/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
20. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi Dərgahov Kərim Məmmədkərim oğlunun kassasiya şikayətində irəli sürdüyü tələbinin (o cümlədən, məhkəmələr tərəfindən Məhkum əməlinin hüquqi tövsifində səhvə yol verilməsi haqqında iddiasının) əsaslılığını yoxlayarkən qeyd edir ki, məhkəmə baxışının hədlərinə dair Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır.
21. Qanunverici tərəfindən məhkəmə baxışının hədlərinə qoyulan belə məhdudiyyət onu ehtiva edir ki, kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxsin kassasiya şikayətinə əsasən təqsirkarın əməlində ona qarşı irəli sürülmüş və aşağı məhkəmələrdə baxılmış ittihamla müqayisədə daha ağır cinayətin tərkibinin olub-olmaması kimi məsələnin araşdırılmasına yol verilmir.
22. Bununla yanaşı, həmin norma apellyasiya instansiyası məhkəməsinin qərarının qeyd olunan əsasla (təqsirkarın əməlində daha ağır cinayətin əlamətlərinin olması dəlili ilə) ləğv edilməsinin, şəxsin əməlində ona qarşı irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin əlamətlərinin olub-olmamasının aşağı instansiya məhkəməsində araşdırılması üçün işin yeni apellyasiya baxışına qaytarılmasının qarşısını alır.
23. Cinayət-Prosessual Məcəlləsinin istər apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışına, istərsə də ilkin baxışa aid normalarında məhkumun əməlində ona qarşı irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin əlamətlərinin olması kimi əsasdan irəli gələn (işin daha ağır ittihamın irəli sü rülməsi üçün apellyasiya instansiyası məhkəməsindən birbaşa ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və yaxud son nəticədə həmin məqsədlə prokurora qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə) qərarların qəbul edilməsi imkanının nəzərdə tutulmaması da məhkəmə kollegiyasının yuxarıda təsvir olunmuş qənaətində haqlı olduğunu göstərir (Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsi daha ağır ittihamın irəli sürülməsi məqsədilə işin prokurora qaytarılması məsələsinin həlli üçün cinayət işinin apellyasiya icraatının ilkin baxış mərhələsindən birinci instansiya məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsi imkanını müstəsna olaraq Azərbaycan Respublikası Baş Prokurorunun, Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıva n Muxtar Respublikasının prokurorunun apellyasiya protestlərinə münasibətdə nəzərdə tutmuşdur).
24. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işi apellyasiya instansiyası məhkəməsində cinayət işinə baxılarkən dövlət ittihamını həyata keçirən orqan tərəfindən Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsinə müvafiq olaraq protest verilməmişdir.
25. Zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinə münasibətdə təsvir edilənlər həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə əsaslanır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhində qəbul edildiyi kimi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin mənasına görə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, məhkəmə öz təşəbbüsü ilə ittihamın ağırlaşdırılmasına dair qərar qəbul edə bilməz. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 31 oktyabr 2022-ci il).
26. Nəticə etibarilə, istinad edilən prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi Dərgahov Kərim Məmmədkərim oğlunun irəli sürdüyü, Məhkum əməlinə düzgün hüquqi qiymət verilmədiyi, sonuncunun və onunla birlikdə digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilməklə əməllərinin Azərbaycan Respublikası CM-nin daha ağır maddəsi ilə tövsif edilməli olduğunun mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir ona görə ki, cinayət təqibi orqanı tərəfindən yalnız Məhkum qarşı konkret olaraq Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsi barədə ittiham irəli sürülmüşdür. Bu vəziyyətdə məhkəmələr Məhkum və onunla yanaşı kənar şəxslərə qarşı irəli sürülməyən ittihama baxmağa səlahiyyətləri olmadığından baxa bilməzdilər.
27. Məhkəmə kollegiyası həmçinin müdafiəçinin məhkum edilmiş şəxsə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəzanın təyin edilməsi ba rədə dəlillərini də əsassız hesab edir.
28. Belə ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. C inayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 1 5 mart 2022-ci il tarixli qərarları).
29. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
30. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun a iləsinin həyat şəraitinə təsiri nəzərə alınır.
31. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
32. Təsvir edilən maddi hüquq normalarının məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmu ş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
33. Məhkəmə kollegiyası Məhkum cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edib apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur. Məhkəmələr Məhkum cəzasını müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictim ai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, onun cəzasını yüngülləşdirən hallar kimi ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini və cəzasının ağırlaşdıran halların olmamasını nəzərə alaraq, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər. Məhkəmə kollegiyası məhkum barəsində yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
34. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının tə fsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
35. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, qeyd edilən əsaslara görə hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi Dərgahov Kərim Məmmədkərim oğlu və Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya ş ikayətləri təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-334/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxsin hüquqi varisi Dərgahov Kərim Məmmədkərim oğlu və Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(107)-334/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.