Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-607/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkumlar Məhkum2 və Məhkum1 iştirakları ilə, Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 avqust 2023-cü il tarixli qərarından məhkumlar Məhkum2, Məhkum1, Zərərçəkmiş şəxs və onun vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rafail Əliyev (sədrlik edən), Bilal Məmmədov(məruzəçi) və Nahid Mirzəyev) 15 mart 2023-cü il tarixli, 1(091)-23/2023 nömrəli hökmü ilə, xx xxxx 1984-cü il tarixdə xxxx şəhərində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, xxxx rayonu xxxx kəndində qeydiyyatda olmaqla yaşamış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.3.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs kimi həbsdə olduğu 2 (iki) gün müddət ona təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin başlanğıcı 15 mart 2023-cü il tarixindən hesablanmış; xx xxxx 1988-ci il tarixdə xxxx şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, xxxx rayonu xxxx kəndində qeydiyyatda olmaqla yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs kimi həbsdə olduğu 2 (iki) gün müddət ona təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 5 (beş) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin başlanğıcı 15 mart 2023-cü il tarixindən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum1 bacısı Məhkum2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında baldızı Zərərçəkmiş şəxs yaşadığı evin həyətində olan sandıqda və evin otağındakı şüşəli dolabda saxladığı sonuncuya məxsus 38.000 manat nağd pulu, 2021-ci ilin oktyabr ayının 10-dan 2022-ci ilin aprel ayının 18-nə qədər olan müddətdə 1 ABŞ dollarının ekvivalenti ilə 7735 manat dəyərində 4550 ABŞ dollarını, 2022-ci ilin fevral ayının əvvəllərində 1 rus rublunun ekvival enti ilə 340 manat 50 qəpik dəyərində 15.000 rus rublunu və 25430 (iyirmi beş min dörd yüz otuz) manat dəyərində qızıl-zinət əşyalarını vahid niyyətlə oğurlamaq qərarına gələrək bu niyyətini həyata keçirmək məqsədilə 2021-ci ilin oktyabr ayının 10-dan aprel ayının 18-dək olan müddətdə, yəni 2021-ci ilin oktyabr ayının 10-da günorta saatlarında, 2021-ci ilin oktyabr ayının axırlarında günorta saatlarında, 2021-ci ilin noyabr ayının ortalarında günorta saatlarında, 2021-ci ilin dekabr ayının axırlarında günorta saatlarında, 2022-ci ilin yanvar ayının ortalarında günorta saatlarında, 2022-ci ilin fevral ayının əvvəllərində günorta saatlarında, 2022-ci ilin mart ayının əvvəllərində Yevlax rayonu Nərimanabad kəndində Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətində digər ev əşyaların iç ərisində saxladığı qabıq hissəsi metaldan olan, qapaq hissəsi qıfıl ilə bağlanmış saxlanc yeri olan sandığın qıfılını istintaqla müəyyən edilməyən mənbədən əldə etdiyi açar ilə açmaq yolu sandıqda olan Zərərçəkmiş şəxs məxsus 38.000 manat nağd pulu, 2021-ci ilin oktyabr ayının 10-dan 2022-ci ilin aprel ayının 18-nə qədər olan müddətdə 1 ABŞ dollarının ekvivalenti ilə 7735 manat dəyərində 4550 ABŞ dollarını, 2022-ci ilin fevral ayının əvvəllərində 1 RUS RUBLUNUN ekvivalenti ilə 340 manat 50 qəpik dəyərində 15.000 rus rublunu, 583 əyardan olan 4000 manat dəyərində ağ və bənövşəyi qaşları olan brilyant sırğa-üzük dəstini, 583 əyardan olan 3000 manat dəyərində yaşıl qaşlı brilyant sırğa-üzük dəstini, 583 əyardan olan 4080 manat dəyərində 48,08 qram olmaqla 55 sm uzunluğunda 0,8 sm enində bir ə dəd qızıl boyunbağını, 583 əyardan olan 1050 manat dəyərində 12,39 qram olan üzərində kitab şəkli olan bir ədəd qızıl kulonu, 583 əyardan olan 600 manat dəyərində ağ qaşlı qızıl sırğa və üzük dəstini, 583 əyardan olan 1000 manat dəyərində «7 gözəl adlanan» sadə qaşlı qızıl üzük-sırğa dəstini, 583 əyardan olan bir ədəd 500 manat dəyərində paxlava formasında qızıl üzüyü, 583 əyardan olan bir ədəd 500 manat dəyərində əqrəb formasında qızıl kulonu, 583 əyardan olan 400 manat dəyərində bir cüt sadə qaşlı qızıl sırğanı, əyarı müəyyən edilməyən ümumilikdə 500 manat dəyərində hər biri 1 qramdan olan 10 ədəd qızıl dişləri, 583 əyardan olan bir ədəd 400 manat dəyərində sadə formada qızıl üzüyü, 583 əyardan olan 1100 manat dəyərində 1 ədəd 13 qram çəkidə paxlava formalı qızıl boyunbağını, 583 əyardan olan 2 ədəd ümumilikdə 2550 manat dəyərində hər birinin çəkisi 15 qram olan sadə formada toxunmuş qızıl boyunbağıları, 583 əyardan olan bir ədəd 1000 manat dəyərində sadə formada toxunulmuş qızıl qolbağını, 583 əyardan olan 1 ədəd 1050 manat dəyərində 12,35 qram çəkidə sadə qara qaşlı qızıl kişi üzüyünü, 583 əyardan olan 1 ədəd 1500 manat dəyərində ağ 5 qaşlı brilyant qızıl kişi üzüyünü, 583 əyardan olan bir ədəd 500 manat dəyərində əqrəb formasında qızıl kulonu, 583 əyardan olan bir ədəd 1000 manat dəyərində «tros» adlanan qızıl boyunbağını, həmin evin otağındakı şüşəli dolabın içərisindəki saxlanc yeri hesab edilən şüşə qabın içərisindən əyarı müəyyən edilməyən ümumilikdə 700 manat dəyərində hər biri 1 qram olmaqla 14 ədəd qızıl dişləri, 4500 manat nağd pulu, şüşəli dolabın içərisində olan saxlanc yeri hesab edilən pul qabının içərisindən 377 manat nağd pulu və 71 manatlıq müxtəlif dəqiqələrdə mobil danışıq kartlarını (sim konturları), sonuncu dəfə isə 2022-ci ilin aprel ayının 18-də gecə saatlarında saxlanc yeri hesab edilən sandıqdan qıfılı açarla açmaq yolu 5500 manat pulu vahid niyyətlə qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 81953 manat 50 qəpik (səksən bir min doqquz yüz əlli üç manat əlli qəpik) külli miqdarda maddi ziyan vuraraq qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İmanverdi Şükürov (sədrlik edən və məruzəçi), Elçin Mehdiyev və Xəqani Səmədov) 08 avqust 20 23-cü il tarixli, 1(107)-203/2023 nömrəli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 1(091)-23/2023 nömrəli hökmü təqsirləndirilən şəxslərə təyin olunmuş cəza ağırlaşdırılmaqla dəyişdirilmiş, Məhkum1 təqsirli bilindiyi CM-in 177.3.2-ci maddəsi ilə təyin edilmiş 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası 6 il 6 ay müddətə artırılmış, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum1 14 may 2022-ci il tarixdən 16 may 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 gün müddət ona təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 6 il 05 ay 28 gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum2 təqsirli bilindiyi CM-in 177.3.2-ci maddəsi ilə təyin edilmiş 5 il müddətə azadlıqdan məhrum etmə cəzası 6 il müddətə artırılmış, CM-in 69.3-cü maddəsinə əsasən X1 14 may 2022-ci il tarixdən 16 may 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 gün müddət ona təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 5 il 11 ay 28 gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm verilmiş apelyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkumlar Məhkum2 və Məhkum1 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmişdir. Məhkumlar Məhkum2 və Məhkum1 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 avqust 2023-cü il tarixli qərarı ilə onlara təyin edilmiş cəza müddətinin yüngülləşdirilməsi barədə qərar qəbul edil məsini xahiş etmişlər. Zərərçəkmiş şəxs və onun vəkili Nümayəndə kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 avqust 2023-cü il tarixli qərarının cəzaya aid hissədə dəyişdirilməklə məhkumlara təqsirli bilindikləri maddənin sanksiyasının ən yuxarı həddində cəza təyin edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, həm İ, həm də İİ instansiya məhkəməsi qərarından narazıdır. Onu bacısı Məhkum1 törətdiyi cinayət əməlindən xəbərdar olmasına və bu barədə polis orqanlarına məlumat vermədiyinə görə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Baxmayaraq ki, məhkəmə proseslərində bacısının törətdiyi cinayət əməlindən xəbəri olduğu, lakin ailəli olması və cinayət i törədənin bacısı olduğu üçün polis orqanlarına məlumat vermədiyini bildirsə də, bacısı ilə birlikdə eyni maddə ilə təqsirli bilinərək İ instansiya məhkəməsinin hökmü ilə ona təyin edilən 5 il cəzasının üzərində İİ instansiya məhkəməsi 1 il əlavə edib. Himayəsində 4 övladının olmasını, onların maddi və mənəvi durumlarının ağırlığı, ana himayəsinə möhtac olmalarını nəzərə alaraq barəsində şəxsiyyətinə, əməlinə uyğun bir cəzanın tətbiq edilməsində köməklik edilməsini xahiş etmişdir. Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya məhkəməsinin qərarı ədalətsiz və qeyri-obyektivdir. Belə ki, zərərçəkmiş şəxs dəymiş ziyanı şişirdilmiş formada göstərmişdir və onun dəymiş ziyana dair müvafiq miqdar ödənişlər etməsini etiraf etmir. Halbuki, o, zərərçəkmiş şəxs ümumilikdə 81.95 0 manat olmayıb, 31.000 manat məbləğində ziyan vurmuş və zərərçəkmiş şəxsə 10-15 min manat dəyərində ödənişlər etmişdir. Lakin, məhkəmə zamanı bunların heç biri nəzərə alınmamışdır və onun hüquqlarını müdafiə edəcək vəkil tutmağa maddi cəhətdən imkanı olmadığı üçün hüquqları kobud şəkildə pozulmuşdur. Kassator qeyd edir ki, hal-hazırda övladları zərərçəkmiş şəxsin yanındadırlar, onunla uşaqlarını nə görüşdürür, nə də telefon əlaqəsini yaratmağa icazə verir. Hətta hər cəhdlə anasını və digər ailə üzvlərini təhdid edərək cəzasını ağırlaşdıracağı ilə təhdid edir. Səhhəti də problemlidir, qan azlığı, miqren, epilepsiya xəstəliklərindən əziyyət çəkir, 3 dəfə ağır cərrahiyə əməliyyatı keçirmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs və onun vəkili Nümayəndə kassasiya şikayətini onunla əsaslandırmışla r ki, zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənilməmişdir. Bu səbəbdən də o, kassasiya şikayəti vermək məcburiyyətində qalıb. Hesab edir ki, məhkəmə şəxs barəsində cəza təyin edərkən ona vurmuş olduğu ziyanın ödənmədiyini hökmdə əks etdirsə də ancaq hesab edir ki, cəza yenə də aşağı həddədir. Ona 81950 manat məbləğində ziyan vurulmuşdur. Bu həddə məbləğdən bir manat belə hal-hazıra kimi ödənilməmişdir. Əksinə ziyanla bağlı onunla ultimatum şəklində danışaraq heç bir manatı ödəməyəcəklərini bildirirlər. Əməllərindən peşman belə deyillər. Sanki düz ediblər. Onun pulundan özlərinə Bakı şəhərində ev alıblar. O, xəstə adamdır. Həmin pula nə qədər ehtiyacı vardır. Sevincin və Bağçagülün anası və əri onun pullarını xərcləyərək şəraitlərini düzəldirlər. Hesab edir ki, pulumun heç olmasa yarısını ödəyi b, digər hissəsini isə hissəhissə ödəyərlər. O, cəza ilə razı deyildir. Necə ola bilər bu həddə oğurluq etsinlər. Peşman belə olmasınlar. Ziyanı ödəməsinlər. Özlərinə onun pulu ilə əmlak etsinlər və cəmi 5-6 illə cəza alsınlar. O, daha sərt cəzanın tətbiqini istəyir. Oğurluq cinayəti cəmiyyətdə qəbul edilməyən cinayətdir. İnsanlar çətinliklə pul və əmlak əldə edirlər. Bu oğrular isə qadınlıqlarına arxayın olaraq rahatlıqla əmlakını talayaraq şəxsi məsrəflərinə sərf edirlər. O, hazırki cəza ilə razılaşmır. Ziyanı ödənilməmişdir. Belə vəziyyətdə əgər ziyan ödənmirsə, cəzada əhəmiyyətli dərəcədə fərqlənməlidir. Ona görə də tərəfindən hazırki kassasiya şikayətini verərək proseslərə ədalətli qaydada baxılmasını, hazırki qərarın cəzaya münasibətdə dəyişdirilməsini, daha sərt və ağır cəzanın veri lməsini xahiş edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan fak tları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum2 və Məhkum1 əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxslər Mə hkum2 və Məhkum1 əməli Azərbaycan Respublikası CM-in 177.3.2-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətlərində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkumların kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən onlara ağır, zərərçəkmiş şəxsin kassasiya şikayətinin başlıca dəlili isə məhkumlara yüngül cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməs i hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi CM-in 59-c u maddəsinə əsasən Məhkum2 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, himayəsində üç azyaşlı uşağının olmasını, Məhkum1 isə yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, himayəsində bir azyaşlı uşağının olmasını cəzalarını yüngülləşdirən hal kimi nəzərə almış, o cümlədən CM-in 61-ci maddəsinə əsasən onların cəzasını ağırlaşdıran halların olmaması qənəaitinə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin bu qərarı ilə razılaşmayaraq, talanmış əmlakların zərərçəkmiş şəxslərə qaytarılmamasını nəzərə alaraq, cəza müddətini artırmışdır. Bununla da, Məhkum1 təqsirli bilindiyi CM-in 177.3.2-ci maddəsi ilə təyin edilmiş 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası 6 il 6 ay müddətə, Məhkum2 təqsirli bilindiyi CM-in 177.3.2-ci maddəsi ilə təyin edilmiş 5 il m üddətə azadlıqdan məhrum etmə cəzası 6 il müddətə artırılmışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təyin edə bilmir. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs ümumilikdə 81953 manat 50 qəpik (səksən bir min doqquz yüz əlli üç manat əlli qəpik) külli miqdarda maddi ziyan vu rulmasına baxmayaraq ona vurulmuş maddi ziyan aradan qaldırılmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi məhkumlar Məhkum2 və Məhkum1 təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsi əsaslı və CM-in 58.1-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Birinci instansiya məhkəməsi Məhkum2 və Məhkum1 cəza təyin edərkən işin halları və onun şəxsiyyətini kifayət qədər nəzərə almışdır. Apelyasiya instansiyası məhkəməsi işin hallarını və məhkumların şəxsiyyətini nəzərə alıb cəzanı ağırlaşdıraraq yuxarıda göstərilən hədlərdə cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya məhkəməsi tərəfindən təyin edilmiş cəza məhkumların törətdikləri cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətlərinə, habelə işin hallarına uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, məhkumlara təyin edilmiş cəza onun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinə və işin hallarına uyğun gəlir, həmin cəza həm sərtliyinə, həm yüngüllüyünə görə açıq-aydın ədalətsiz və cəza məqsədlərinə uyğun olmayan cəza kimi hesab edilə bilməz. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin məhkumlara münasibətdə cəzanın sərt olması, zərərçəkmiş şəxsə münasibətdə isə yüngül olması, onlara cəza təyin edilərkən cəzalarını ağırlaşdırıcı və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi dəliləri ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin məhkumlar Məhkum2 və Məhkum1 barələrindəki cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi, o cümlədən ağırlaşdırıması üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin məhkumlar Məhkum2 və Məhkum1 barələrindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən ha lları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, məhkumlar Məhkum2 və Məhkum1 barələrindəki Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 avqust 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Məhkumlar Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə məhkum olunmalarına dair cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsı
Məhkəmə qərarları › İş №1(102)-607/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-607/2024
21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver