Məhkəmə qərarları › İş №1(102)-608/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-608/2019

01.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-608/2019 01.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2017-ci il tarixli qərarından məhkum Təqsirlənd irilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 iyun 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim A.H.Tağıyev) Təqsirləndirilən şəxs (xx xxx xx 1993-cü il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi və məhkəmə iclas zalında həbsə alınması, onun cəzası nı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 19 iyun 2017-ci il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2017-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim F.A.Qasımov, hakimlər S.A.Mirzəyev və E.Y.Şamayevdən ibarət məhkəmə tərkibi) məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 iyun 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2017-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ k eçirərək zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə tanışı X5 XXX35-ə çavuş rütbəsində, baş gizir vəzifəsində hərbi xidmətə qəbul etdirəcəyini yalandan vəd edib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə xx xx xx 2016-cı il tarixdə saat 13 ilə 14 radələri arasında ünvan 2 ünvanında yerləşən XXX30nin qarşısında ondan 1.200 manat aldıqdan sonra, 2016-cı ilin xx xx xx ayının ilk günlərində günorta radələrində ünvan 3 ünvanında yerləşən XXX45nın qarşısında X80un qardaşı X3 300 manat alaraq ələ keçirməklə zərər çəkmiş X80a ümumillikdə 1.500 manat ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs XXX35-ə çavuş rütbəsində, baş əsgər vəzifəsində hərbi xidmətə qəbul etdirəcəyini yalandan vəd edib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, 23 sentyabr 2016-cı il tarixdə axşam radələrində ünvan4-də 500 manat aldıqdan sonra 27 sentyabr 2016-cı il tarixdə günorta radələrində ünvan 2 ünvanında yerləşən XXX30nin qarşısında ondan 500 manat alaraq ələ keçirməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumillikdə 1.000 manat ziyan vuraraq dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən onun məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəmək istəyində olması, ilk dəfə məhkum olunması, gənc olması, ailə vəziyyəti, o cümlədən atasının və anasının xəstə olması, cəzanı ağırlaşdıran halların olmaması nəzərə alınmamış, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi üçün kifayət qədər əsasların olmasına baxmayaraq, o, həddindən artıq ağır və ədalətsiz cəzaya məruz qalmışdır. Təqsirləndirilən şəxs kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2017-ci il tarixli qərarının dəyişdirilməsini, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419- cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin k ollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən və apellyasiya məhkəməsində cinayət işinə baxılarkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətin i Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2017-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, 59.1.13-cü maddəsinə görə isə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə CM-in 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət – hüquqi normaların işığında kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair birinci instansiya məhkəməsinin hökmündən və həmin hökmü dəyişdirilmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs təkrarən dələduzluq cinayətini törətməklə birinci halda zərərçəkmiş X4 cəmi 1.500 manat məbləğində pulunu, ikinci halda isə zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 1.000 manat məbləğində pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs törətdiyi həmin əməllərə görə cinayət qanununun 178.2.2-ci maddəsinin (“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununa əsasən) müəyyən etdiyi məhrumiyyətlər dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudl aşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və həmin əməl cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsnif edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, onun əməlini səmimi etiraf etməsi cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsinin cəzanı yüngülləşdirən hala və cəzanı ağırlaşdıran halların olmamasına dair nəticələri ilə apellyasiya məhkəməsi də razılaşmışdır. Kassasiya instansiyası məhkəməsində aparılan icraat dövründə isə cinayət nəticəsində zərərçəkmiş şəxs X6 vurulmuş 1.500 manat məbləğində ziyan və Zərərçəkmiş şəxs vurulmuş 1.000 manat məbləğində ziyan tam olaraq ödənilmişdir. Belə ki, cinayət kollegiyasına zər ərçəkmiş şəxslər X80un və Zərərçəkmiş şəxs cinayət nəticəsində hər birinə vurulmuş ziyanın ödənilməsi, onların Təqsirləndirilən şəxs ilə barışmaları haqqında notarial qaydada təsdiq olunmuş ərizələri daxil olmuşdur. Bu hallar məhkumun gercəkdən də törətdiyi cinayətə tənqidi münasibət bəslədiyini, onun ictimai təhlükəliliyini düzgün dəyərləndirdiyini əks etdirir və birinci, apellyasiya instansiyaları məhkəmələrinin yekun qərarlarında qeyd olunmuş məhkumun şəxsiyyətini səciyyələndirən, cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması ilə birlikdə götürülməklə onun hökmlə təyin olunmuş cəza ilə müqayisədə daha az müddətli azadlıqdan məhrum etmə cəzası ilə islah oluna biləcəyinə dəlalət edən əsaslar kimi çıxış edirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 5 9.1.13-cü maddələri də (CM-in 60-cı maddəsi ilə birlikdə götürülməklə) yuxarıda qeyd olunduğu kimi, zərərçəkmiş şəxslə barışığın əldə olunmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi göstərməklə şərh olunan halların cəza təyini məsələsində xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayırlar. Odur ki, məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs cəzasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmənin ən aşağı həddinədək (2 ilədək) azaldılması haqqında nəticəyə gəlir və hesab edir ki, bu müddətə təyin olunmuş azadlıqdan məhrum etmə ilə də Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilən cəzanın məqsədlərinə çatmaq mümkündür. Beləliklə, məhkəmə kollegiyası kassasiya şik ayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti qismən təmin edilməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.21-ci maddəsində göstərilən əsasla yuxarıda təsvir edilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4 -cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan 15 avqust 2017-ci il tarixli qərarı dəyişdirilsin. Təqsi rləndirilən şəxs hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 3 (üç) ildən 2 (iki) ilə endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar