Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-608/2021 08.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkum1 müdafiəçisi – XXX35nun vəkili Müdafiəçi1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 avqust 2019-cu il tarixli qərarından Məhkum1 müdafiəçisi - XXX35nun vəkili Müdafiəçi1 və Məhkum2 müdafiəçisi – XXX44nun vəkili Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim A.Ə.Musayev, hakimlər X.A.Nuriyev və O.Y.Cəlilovdan ibarət məhkəmə tərkibi) Məhkum1 (xx xxxxxxx 1989-cu il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan3ndə qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,218.2, 12.3,214-3.1, 283-1.3, 228.1 və 229.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 12.1,218.2-ci m addəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 12.3,214-3.1-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə 9 il (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 229.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla cinayətlərinin məcmusu üzrə qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 15 iyul 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Məh kum2 (xx xxxxxxx 1994-cü il tarixdə ünvan4ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,218.2, 12.3,214-3.1 və 283-1.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 12.1,218.2-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 12.3,214-3.1-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə 9 il (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla cinayətlərinin məcmusu üzrə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 14 iyul 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmçinin, həmin hökmlə X14, X11 və X12 Cinayət Məcəlləsnin müvafiq maddələri ilə məhkum edilmişlər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 avqust 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.İ.Əliyev, hakimlər E.Ə.Camalov və K.S.Bəşirovdan ibarət məhkəmə tərkibi) Məhkum2 müdafiəçisi X19, məhkum X3 müdafiəçisi X4, məhkumlar Məhkum1 və X12 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, həmin apellyasiya şikayətlərinə münasibətdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirv an Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 avqust 2019-cu il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi1 və Məhkum2 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətləri vermişdir. İşin halları: Hökmə əsasən Məhkum1, Məhkum2 və X12 müvafiq olaraq 02 sentyabr 2015, 07 noyabr 2015 və 23 aprel 2016-cı il tarixlərdə ünvan5ndən, X11 25 oktyabr 2015-ci il tarixdə “ünvan6ndən və X14 2015-ci ilin sonunda ünvan7ndan ünvan8 (bundan sonra ünvan8) ərazisinə gələrək orada Azərbaycan Respublikasının vətəndaşı olan X2 rəhbərliyi və nəzarəti altında, tərkibinə daxil olmuş şəxslərlə birgə müxtəlif ağır və xüsusilə ağır cinayətlər, həmçinin, müxtəlif ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında terrorçuluq cinayətlərini törətmək məqsədilə yaradılmış “XXX555” (“XXX555”) adlı cinayətkar birliyin ( təşkilatın) tərkibinə daxil olduqdan sonra həmin təşkilatın tərkibində X11 2016-cı ilin fevral ayından 2017-ci ilin fevral ayının ortalarınadək, Məhkum2 2016-cı ilin fevral ayından 2017-ci ilin iyun ayının ortalarınadək, X14 2016-cı ilin fevral ayından 2016cı ilin iyul ayının sonunadək, Məhkum1 2016-cı ilin fevral ayından 2016-cı ilin iyul ayının ortalarınadək, X12 2016-cı ilin iyun ayının əvvəllərindən 2016-cı ilin iyul ayının ortalarınadək olan müddət ərzində Azərbaycan Respublikasının hüdudlarından kənarda, yəni ünvan8nın (bundan sonra – ünvan7) XXX888, XXX999 və digər şəhərlərində özləri ilə yanaşı, “XXXX9996” təşkilatının digər üzvləri ilə birlikdə qəsdən dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında və dini düşmənçilik zəminində keçirilmiş döyüş təlimlərində və aparılmı ş silahlı münaqişələrdə iştirak etmiş, eyni zamanda, Azərbaycan Respublikası CM-in 214-cü maddəsində nəzərdə tutulmuş, yəni terrorçuluq cinayəti əməllərinin törədilməsi məqsədilə həmin əməllərin törədilməsi üsulları, “Kalaşnikov” markalı avtomat silahdan, qumbaratanlardan və digər odlu silahlardan, partlayıcı maddələrdən və qurğulardan, eləcə də digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə hazırlığı üzrə təlim almış, həm Azərbaycan Respublikasının, həm də XXX8888-in qanunvericiliyinə əsasən cinayət sayılan həmin əməllərə görə xarici dövlətdə və ya XXX8888-də məhkum olunmamışlar. X14, Məhkum1, Məhkum2, X11 və X12 müvafiq olaraq 26 mart 2018, 17 may 2018, 20 may 2018, 03 iyun 2018 və 20 iyun 2018-ci il tarixlərdə Azərbaycan Respublikasına qayıtmışlar. Bundan başqa, Məhku m1 ibtidai istintaq orqanı tərəfindən dəqiq müəyyən edilməmiş vaxtda və mənbədən zavod üsulu ilə istehsal edilmiş, 01 (bir) ədəd 16 kalibrli, “İJ 58MA” modelli, “D 00184” nömrəli, hamar qoşalüləli odlu ov tüfəngi, zavod üsulu ilə hazırlanmış, “Kalaşnikov” konstruksiyalı“AK-74” (“AKS-74”, “AKS-74U”) markalı avtomat silahların, yəni odlu silahın komplekt hissəsi hesab olunan, 30 (otuz) ədəd 5,45x39 mm. kalibrli patron tutumuna malik və təyinatları üzrə istifadəyə yararlı olan 02 (iki) ədəd sandıqça, zavod üsulu ilə istehsal edilmiş, 7,62x39 mm. kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı“AK” (“AKM”, “AKS”, “AKMS”) markalı avtomat silahlarda, “RPK” (“RPKS”) markalı əl pulemyotlarında, “SKS” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tut ulmuş, döyüş sursatı hesab olunan və atəşə yararlı olan 16 (on altı) ədəd patron, zavod üsulu ilə istehsal edilmiş, 5,45x39 mm. kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı“AK-74” (“AKS-74”, “AKS-74U”) markalı avtomat silahlarda, “RPK-74” (“RPKS-74”) markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab olunan və atəşə yararlı olan 73 (yetmiş üç) ədəd patron, zavod üsulu ilə hazırlanmış, 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində, o cümlədən, tüfəng kəsiyində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş və atəşə yararlı olan 05 (beş) ədəd patronları qanunsuz olaraq əldə etmiş, ünvan10ndə yaşadığı evə daşımış, bundan sonra həmin 16 kalibrli, “İJ 58MA” modelli, “D 00184” nömrəli 01 (bir) ədəd hamar qoşalüləli odlu ov tüfənginə lüləsini kustar üsulla kəsib kostruktiv dəyişiklər etməsi nəticəsində ilkin təyinatını dəyişdirməklə odlu silah hesab edilən və atəş açmaq üçün yararlı olan 01 (bir) ədəd tüfəng kəsiyini qanunsuz olaraq hazırlamış və yaşadığı evin zirzəmisində gizlədərək saxlamışdır. Göstərilən odlu silah, onun komplekt hissələri və döyüş sursatları 15 iyul 2018-ci il tarixdə XXX556nin (bundan sonra – XXX556) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum1 ünvan10ndə yaşadığı evə anasının yazılı razılığı ilə baxış keçirilərkən evin zirzəmisindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məh kəmələr tərəfindən Məhkum1 məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmamış, nəticədə Məhkum1 şəxsiyyətinə, törətdiyi əməllərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq ağır cəzaya məruz qalmışdır. Müdafiəçi1 kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 avqust 2019-cu il tarixli qərarının dəyişdirilməsini, Məhkum1 təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş edir. Məhkum2 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar və işin faktiki halları düzgün qiymətləndirilməyərək Məhkum2 əməlləri səhv tövsif edilmiş, eləcə də məsuliyyətini yüngülləşdirən hallar nəzərə alnmadığı üçün Məhkum2 həddindən artıq ağır cəzaya məruz qalmışdır. Müdafiəçi2 k assasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 avqust 2019-cu il tarixli qərarının dəyişdirilməsini, Məhkum2 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.1-ci maddəsinə tövsif edilməsini və ona təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestin ə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum2 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə Məhkum2 əməllərinin düzgün t övsif olunmadığını, eləcə də ona məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin olunduğunu iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.15 və 416.1.21ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Məhkum1 müdaiəçisi Müdafiəçi1 isə kassasiya şikayətində Məhkum1 məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin olunduğunu iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Proses sual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əsaslandırmışdır. Odur ki, kollegiya müdafiəçilərin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 avqust 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum2 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, Məhkum2, eləcə də Məhkum1 birinci instansiya məhkəməsinin hökmü ilə onlara isnad edilən, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətləri ilə Məhkum2 Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 12.1,218.2, 12.3,214-3.1 və 283-1.3-cü maddələri ilə nəzərdə tutulmuş, Məhkum1 isə Cinayət Məcəlləsinin 12.1,218.2, 12.3,214-3.1, 283-1.3, 228.1 və 229.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri və bu maddələr üzrə onların təqsirliliyi məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Sübutlar hökmdə və ətraflı təsvir edilib onların həqiqi məzmununa uyğun olaraq qiymətləndirildiyindən, apellyasiya məhkəməsi də öz nəticələrini həmin sübutlar üzərində qurduğundan məhkəmə kollegiyası nə sübutların yenidən tə svir və şərh edilməsini zəruri sayır, nə də ki, işin faktik hallarının müəyyən edilməsi, həmin hallara cinayət qanunu normalarının tətbiqi, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,218.2, 12.3,214-3.1 və 283-1.3-cü maddələri ilə, Məhkum1 isə Cinayət Məcəlləsinin 12.1,218.2, 12.3,214-3.1, 283-1.3, 228.1 və 229.1-ci maddələri ilə təqsirli bilinmələri üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin çıxardıqları nəticələri şübhə altına almaq üçün əsas görür. Müdafiəçilərin Məhkum2 və Məhkum1 təyin olunmuş cəzaların mübahisələndirilməsi üzrə dəlillərinə gəldikdə, məhkəmə kallegiyası bu məsələdə də kassasiya şikayətlərinin müəllifləri ilə razılaşmaq üçün əsas görmür. Məhkəmə kollegiyası onu qeyd edir ki, Məhkum2 və Məhkum1 cəzalarının həddindən artıq ağır və ədalətsiz ol ması, məsuliyyəti yüngülləşdirən hallar nəzərə alınmadan təyin edilməsi haqqında iddiaların əksinə olaraq, birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 61.1.6-cı maddəsinə müvafiq olaraq cinayətin dini düşmənçilik zəminində törədilməsini Məhkum2 və Məhkum1 cəzasını ağırlaşdıran hal qismində müəyyən etsə də, onların səmimi ifadələr verərək cinayətlərin digər iştirakçılarının ifşa olunmasına fəal kömək etmələrini hər birinin, himayədə azyaşlı uşaqların olmasını isə Məhkum2 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş, bununla apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Bundan, eləcə də birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında gətirilmiş dəlillərdən görünür ki, məhkəmələr yalnız Məhkum1 və Məhkum2 cəzasını yüngülləşdirən və ağırlaşdıran halları deyil, cəzanın təyin edilməsində əhəmiyyətli olan – Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin təsbit etdiyi bütün halları tarazlaşdırılmış şəkildə nəzərə almış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın məqsədlərinə (maddə 41), cəzanın təyin edilməsinin ümumi əsaslarına (maddə 58), cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara (maddələr 59, 61), cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinə (maddə 66.3) dair müddəalarına əməl etmiş, cinayət qanununun ədalət prinsipini (maddə 8) pozmamışlar. Bu səbəblərdən məhkəmə kollegiyası Məhkum1 və Məhkum2 cəzalarının yüngülləşdirilməsini mümkün saymır. Qeyd olunanlar, ümumiyyətlə cinayət işinin materialları Məhkum1 və Məhkum2 münasibətdə birinci instansiya məhkəməsinin hökmünün və apellyasiya instansiyası məhkəm əsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən kassasiya şikayətləri ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməsinə dair Müdafiəçi1 və kassasiya şikayətlərinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum1 müdafiəçisi Müdafiəçi1 və Məhkum2 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətləri təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1, Məhkum2, X3, X5 barəsində olan 21 avqust 2019-cu il tarixli qərarı məhkumlar Məhkum1 və Məhkum2 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yux arıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 müdafiəçisi Müdafiəçi1 və məhkum X7 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1, X3, Məhkum2 və X5 barəsində olan 21 avqust 2019-cu il tarixli qərarı Məhkum1 və Məhkum2 aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-608/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-608/2021
08.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver