Məhkəmə qərarları › İş №1(102)-608/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-608/2024

13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-608/2024 13.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxx 1988-ci ildə Ermənistan Respublikası, Kalinino rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal-hazırda cəza çəkən, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli, 1(103)-1446/2022 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 1(101)-873/2022 nömrəli hökmü ilə ( hakimlər S.İ.Əliyev (sədrlik edən), C.Müdafiəçi5 və E.H.İsmayılov ) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 228.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Məhkum qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 01 dekabr 2021-ci il tarixdən hesablanmış, hökmlə həmçinin maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum və onun müdafiəçiləri Əliyev Nəsib Salah oğlu və Əliyev Kənan Kamal oğlu tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarı ilə, (hakimlər: F.A.Qasımov (sədrlik edən), E.E.Rəhmanov və K.H.Əkbərov) apellyas iya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda ümumi təmiz çəkisi 6,413 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 4,834 qram ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 3,534 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək alıb əldə edərək üzərində və yaşadığı evdə saxlamaqla daşımış, na rkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən 01 dekabr 2021-ci il tarixdə saat 20:10 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 14-cü döngədə saxlanılaraq ünvan 2 ünvanımda yerləşən Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasına gətirilərək videoçəkiliş istifadə etməklə üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,752 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş və əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Məhkum yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış e vinə videoçəkiliş istifadə etməklə baxış və götürmə həyata keçirilən zamanı həmin evdən gümüşü rəngli dəmir qabın içərisindən bir ədəd bükümdə təmiz çəkisi 5,661 qram qəhvəyi rəngli maddə, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 4,834 qram ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 3,534 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən 01 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, döyüş sursatı olan və təyinatı üzrə i stifadə üçün yararlı olan 357 kalibrli Magnum patronunu, 01 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, döyüş sursatı olan və təyinatı üzrə istifadə üçün yararlı olan 45 kalibrli olmaqla M-15 tipli COLT M19A1 modelli tapançaların ştat patronunu, 01 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, döyüş sursatı olan və təyinatı üzrə istifadə üçün yararlı olan 13,2x99 mm kalibrli iri çarplı patronu, 02 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsi olan güllələri, 60 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatlardan atəş açmaq üçün nəzərdə tu tulmuş patronların bir hissəsi olan güllələri və 02 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotlardan (PK), Mosin konstruksiyalı karabinlərdən atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsi olan güllələri qanunsuz olaraq əldə edib daşımaqla yaşadığı evdə saxlamış və 01 dekabr 2021-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla şübhəli bilinərək saxlanıldıqdan sonra onun yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə videoçəklişdən istifadə etməklə baxış keçirilən zaman kiçik sandıqça formasında olan qabın içindən 01 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, döyüş sursatı olan və təyinatı üzrə istifadə üçün yararlı olan 357 kalibrli Magnum patr onu, 01 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, döyüş sursatı olan və təyinatı üzrə istifadə üçün yararlı olan 45 kalibrli olmaqla M15 tipli COLT M-19A1 modelli tapançaların ştat patronu, 01 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, döyüş sursatı olan və təyinatı üzrə istifadə üçün yararlı olan 13,2x99 mm kalibrli iri çaplı patron, 02 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsi olan güllələr, 60 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsi olan güllələr və 02 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotlardan (PK), Mosin konstruksiyalı karabinlərdən atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsi olan güllələr aşkar edilərək götürülmüşdür Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində məhkəmələrin gəlmiş olduqları qənaətlə razı olmadığını, özünü ittiham olunan maddələr ilə təqsirli bilmədiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, 01 dekabr 2021-ci tarixdə deyil, 28 noyabr 2021-ci tarixdə tutulduğunu, ona qarşı yalnız formal mülahizələrə əsaslanan ittiham irəli sürüldüyünü və nəticədə törətmədiyi cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, məhkum edildiyin i qeyd etmişdir. Kassasiya şikayətinin digər dəlili isə odur ki, onun məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmadan həddindən artıq ağır cəza təyin edilmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və barəsində ədalətli qərarın qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələrin sübutlar və sübutetməyə dair cinayətprosessual qanunun tə ləblərini pozmaqla əsassız olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini əldə etmə və saxlama cinayətlərini törətməkdə - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirli bildiyini və nəticədə ağır cəzaya məruz qaldığını iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.6, 416.1.11 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxı mından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair birinci instansiya məhkəməsinin hökmünə və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarına baxdıqda, aydın olur ki, işin faktiki hallarının yuxarıda - hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş qaydada müəyyən edilməsinə məhz Məhkum özünün ibtidai istintaqda verdiyi ifadələri əsas olmuşdur. Belə ki, Məhkum ibtidai istintaqda göstərmişdir ki, həmin maddəni m üxtəlif yerlərdən tanımadığı şəxslərdən alıb əldə edib istifadə etmiş, 20 noyabr 2021-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı olduğunu bildiyi, lakin adını və ünvanını bilmədiyi şəxsə onlayn qaydada ödəniş etməklə kokos, şüşə və tiryək kimi tanıdığı narkotik maddələr almış və həmin narkotik maddələri gətirib yaşadığı evdə gizlədərək saxlamışdır. Həmin narkotik maddələrdən bir neçə dəfə istifadə etmişdir. 01 dekabr 2021-ci il tarixdə təxminən saat 20:10 radəsində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 14-cü döngədə piyada olan zaman onu polis əməkdaşları tərəfindən saxlanılıb, onlarla birlikdə polis bölməsinə getmişdir. Sonra videoçəkilişlə üzərinə şəxsi axtarış zamanı tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümün içərisində olan maddənin nark otik vasitə heroin çıxarıb təqdim etmişdir, sonra vəkilinin iştirakı ilə onun yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə gedərək həmin evə baxış keçirilən zaman yaşadığı mənzildə ağ rəngli kiçik soyuducunun üzərində olan gümüşü rəngli dəmir qabın içərisindən üç ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. İş üzrə dindirilmiş digər şəxslər (şahidlər) isə əməliyyat-axtarış tədbirində iştirak etmiş polis əməkdaşları olmaqla, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı cinayətin nə cür baş verməsi haqqında deyil, müstəsna olaraq əməliyyat axtarış tədbirinin, baxış və götürmənin gedişində baş verənlər barədə məlumatlar verən şəxslərdir. Birinci instansiya məhkəməsində Məhkum məhkəməyədək icraatda vermiş olduğu ilkin ifadələrini polis əməkdaşlarının təzyiqi ilə verdiyini bildir məklə ifadəsində göstərmişdir ki, 28 noyabr 2021-ci il tarixdə səhər saat 04:30-da taksi ilə işə gedən zaman, Post Patrul Xidmətinin əməkdaşları əyləşdiyi taksini saxlamış və onu avtomobildən düşürdərək üzərinə axtarış keçirmişlər, həmin zaman üzərindən 1 ədəd avtomobillər üçün istifadə edilən lampa aşkar etmişlər. Bundan sonra onlar onu 32-ci Polis bölməsinə aparmışlar, həmin gün polis bölməsində qalmış, növbəti gün səhər saatlarında polis əməkdaşları onu polis bölməsinin xidməti otaqlarından birinə aparmışlar və onu döyməyə başlamışlar. Üzərində çoxlu sayda xəsarət izləri olmuş, bu barədə 3 saylı İstintaq Təcridxanasına daxil olarkən qeydiyyat da aparılmışdır. Polis əməkdaşları onu döydükdən sonra cibinə 1 ədəd büküm yerləşdirmişlər, qeyd olunan bükümün onun üzərində aşkar edildiyini bil dirmişlər. Bundan sonra videoçəkiliş keçirilmiş və polis əməkdaşları onu evinə aparmışlar, onlar evində olan dəmir qabın içinə yenə narkotik vasitə yerləşdirərək, ona məxsus olduğunu etiraf etməyini istəmişlər, o polis əməkdaşlarına üzərinə yerləşdirdikləri narkotik vasitəni onların təkidinə görə ona məxsus olduğunu bildirdiyini, bunun kifayət etdiyini demişdir. Onlar ona təzyiq göstərmişlər və evinə daha çox miqdarda narkotik vasitə yerləşdirəcəkləri ilə onu hədələmişlər. Evində qabın içində güllə başlıqları olmuş, onları təsbeh düzəltmək üçün saxlamışdır. Polis əməkdaşları həmin qabın içinə güllə qoyaraq onların ona məxsus olduğunu etiraf etməli olduğunu bildirmişlər. Daha sonra onu polis bölməsinə və oradan da müvəqqəti saxlama yerinə aparmışlar. Onun bədəninə ekspertiza keçirilməsi i lə bağlı həm prokuror, həm də məhkəmədən xahiş etsə də, onlar ekspertiza təyin etməmişlər. Başqa sözlə, Məhkum ibtidai istintaqda verdiyi ifadələrindən imtina etməklə yanaşı, narkotik vasitənin götürülməsi haqqında 01 dekabr 2021-ci il tarixli “Şəxsi axtarış və götürmə” və eyni tarixli “Baxış və götürmə” protokollarının, əməliyyat-axtarış tədbirini keçirmiş polis əməkdaşlarının ifadələrinin, ümumiyyətlə işdə olan sübutların həqiqəti əks etdirmədiyini, ittihamın saxtalaşdırılmış sübutlar üzərində qurulduğunu iddia etmişdir. Belə vəziyyətdə (nə qədər ki, Məhkum ona isnad edilən cinayətin necə baş verməsi barədə məlumat yükü daşıyan əsas materialdan (etirafedici ifadəsindən) imtina etmiş və digər sübutların saxtalaşdırıldığını iddia etmişdir), ittihamın düzgün həlli üçün həmin sübutların mümk ünlüyünün, mötəbərliyinin araşdırılması mühüm əhəmiyyət kəsb edirdi. Belə ki, məhkəmələr araşdırmalı idilər ki, Məhkum barəsində hansı əməliyyat-axtarış tədbiri həyata keçirilmiş və bu tədbirin təyin edilməsi və keçirilməsi, o cümlədən narkotik vasitələrin və patronların götürülməsi zamanı “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun, Cinayət-Prosessual Məcəllənin tələblərinə əməl olunmuşdurmu? İş materialları ilə müəyyən edilir ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 01 dekabr 2021-ci il tarixdə qərar qəbul olunduqdan sonra, Suraxanı Rayon Polis İdarəsinin təhqiqatçısı X Məhkum yaşadığı evə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə almaqla kifayətlənərək polis əməkdaşların, müdafiəçinin iştirakı ilə, video çəkiliş aparmaqla həmin evdə faktiki olaraq axtarış aparmış və Məhkum evindən gümüşü rəngli dəmir qabın içərisindən bir ədəd bükümdə təmiz çəkisi 5,661 qram qəhvəyi rəngli maddə, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 4,834 qram ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 3,534 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və digər otaqda olan kiçik sandıqça formasında olan qabın içindən 01 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, döyüş sursatı olan və təyinatı üzrə istifadə üçün yararlı olan 357 kalibrli Magnum patronu, 01 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, döyüş sursatı olan və təyinatı üzrə istifadə üçün yararlı olan 45 kalibrli olmaqla M-15 tipli COLT M19A1 modelli tapançaların ştat patronu, 01 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, döyüş sursatı olan və təyinatı üzrə istifadə üçün yararlı olan 13,2x99 mm kalibrli iri çarplı patron, 02 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsi olan güllələr, 60 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsi olan güllələr və 02 ə dəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotlardan (PK), Mosin konstruksiyah karabinlərdən atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsi olan güllələr aşkar edilərək götürmüşdür. Sözügedən istintaq hərəkətinin keçirilməsi, habelə Şahid1 evində baxış və götürmənin aparılması haqqında 01 dekabr 2021-ci il tarixli protokollarından göründüyü kimi, həmin istintaq hərəkətlərinin aparılması üçün videoçəkilişdən istifadə olunmuş, təhqiqat orqanı tərəfindən hal şahidləri cəlb edilməmişdir. Lakin məhkəmə kollegiyasi tərəfindən cinayət işinin materialları öyrənilərkən müəyyən edilmişdir ki, iş materiallarına əlavə olunan və Məhkum evində axtarışın aparılmasını özündə əks etdirən diskə heç bir çəkilişl ə bağlı olan fayl yüklənilməmiş və ümumiyyətlə həmin disk boş olmuşdur. Həmçinin apellyasiya şikayətində müdafiə tərəfi israrla Məhkum evində axtarışın aparılmasını özündə əks etdirən diskə baxış keçirilməsi ilə bağlı vəsatətlər verməsinə baxmayaraq nə birinci instansiya məhkəməsində nədə ki, apellyasiya instansiya məhkəməsində qeyd olunan sübut məhkəmə iclasında tədqiq edilməmişdir. Göründüyü kimi məhkəmələr uyğunsuzluqdan törəyən şübhəni nəinki aradan qaldırmaq üçün tədbir görməmişlər, həmin sübutun tədqiqindən belə imtina etmişlər. Bu halın ümumilikdə məhkəmənin ittihamın həlli üzrə yekun qənaətinə şübhə yaradan, sübutların tədqiqinə dair Cinayət-Prosessual Məcəllənin 143-146-cı, habelə 349.5.1-349.5.3-cü maddələrinin pozuntuları kimi çıxış etməsinə və müdafiəçinin verdiyi apellyasiya ş ikayətində apellyasiya instansiyası məhkəməsinin diqqətinin bu pozuntulara cəlb edilməsinə baxmayaraq, apellyasiya məhkəməsi həmin pozuntuların aradan qaldırılması üçün tədbirlər görməmiş, qeyd olunan xüsusatlara münasibətini belə bildirməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 236.4-cü maddəsinə əsasən müstəntiq (təhqiqatçım.k.) vətəndaşların hüquqlarını pozmamaq şərti ilə görünən obyektlərin baxışını aparır. Zəruri hallarda müstəntiq baxışın aparıldığı yeri və ayrı-ayrı əşyaları ölçür, yerin və ayrı-ayrı əşyaların plan, sxem və cizgilərini tərtib edir, imkan olduqda isə onların foto, video və kino çəkilişlərini aparır. Hadisə yerinin baxışı zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. CPM-nin 245.3-cü maddəsində göstərilmişdir k, müstəntiq axtarı ş və ya götürməni foto, video və kino çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə etməklə aparmaq hüququna malikdir. Axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. CPM-nin 246.3-cü maddəsinə görə, şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Prosessual qanunvericiliyin bu normalarının təsbitindən görünən odur ki, istər baxışın, istərsə də axtarışın keçirilməsi zamanı qanunverici həmin istintaq hərəkətlərini aparan şəxsə (müstəntiqə və ya təhqiqatçıya) həm videoçəkilişdən istifadə etmək, həm də bu hərəkətlərin aparılmasına hal şahidlərini cəlb etmək imkanı yaradır və bunlardan b irini seçmək hüququnu barəsində baxış və ya axtarış aparılan şəxsə yox, müstəntiqə və təhqiqatçıya şamil edir. Məhkum evində hazırki işi üzrə aparılmış istintaq hərəkətlərinin aparılmasında video çəkilişdən istifadə etməməsi və hal şahidlərinin iştirakını təmin etməməsi - məhkəmə kollegiyası bu halları qanununvericiliyin tələblərinə zidd olması kimi müəyyən edir. İş materiallarından göründüyü kimi, Məhkum evində baxış və götürmənin aparılması zamanı bu istintaq hərəkətlərinin aparılması qaydaları kobud şəkildə pozulmuş, həmin istintaq hərəkətləri keçirərkən video çəkilişi aparmamış və ya həmin çəkilişi özündə əks etdirən elektron daşıcıyılar cinayət işinin materiallarına əlavə oluması təmin edilməmiş, nəticədə də Məhkum CM-nin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismi ndə cəlb edilməsinə dair əsas olmuş sübutlar bu sübutların mümkünlüyünə dair tələblərin pozulması ilə əldə edilmişdir. Bundan başqa Məhkum məhkəməyədək istintaq dövründə işgəncə, təzyiq və hər hansı digər qanunsuz rəftara məruz qalması haqda iddiaları ilə bağlı məhkəmə kollegiyası “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 27-ci bəndinə əsaslanaraq qeyd edir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPMin 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Milli qanunvericilik və məhkəmə praktikası ilə işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalması haqda şikayətlərin verilməsi üçün müəyyən edilmiş qayda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnda da öz əksini tapmışdır. Ölkəmizlə bağlı qəbul edilmiş qərarlardan göründüyü kimi, Avropa Məhkəməsi İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 3-cü maddəsinin tətbiqinə aid şikayətlərin baxılmasını, yalnız qeyd edilən qaydada ölkədaxili prosedu r daxilində qaldırdıqda mümkün hesab etmişdir (Məmmədov Azərbaycana qarşı, № 34445/04, §§ 23-27, 11 yanvar 2007-ci il; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012-ci il və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012-ci il). Məhkum məhkəmə istintaqında işgəncə, təzyiq və digər qanunsuz rəftara məruz qalması ilə bağlı ifadə verməsinə, həmçinin müdafiə tərəfi Məhkum müdafiəçisi Müdafiəçi2 vəkil sorğusuna əsasən Məhkum 3 X3 TSH-da tərtib olunmuş tibbi kitabçasının kserosurətinin sübut kimi təqdim etməsinə baxmayaraq (tibbi kitabçada diaqnoz - Məhkum bədənin müxtəlif nahiyyələrində postravmatik qançıların olması göstərilmişdir) məhkəmələr göstərilən halların heç birinə münasibət bildirməmişlər. Halbuki məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki v ə yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası əsasında həll etməlidir. Göründüyü kimi müdafiə tərəfinin təqdim etdiyi sübutların ittihamda göstərilənlərlə uzlaşmamasına baxmayaraq, məhkəmə bu uyğunsuzluqdan törəyən şübhəni aradan qaldırmaq üçün heç tədbir görməmiş, həmin sübutları digər sübutlarla müqayisə edib qiymətləndirməmiş, hökmdə bu məsələyə ümumiyyətlə toxunmamışdır. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və a pellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını y oxlaya bilər. Başqa sözlə, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlməsi üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxslərə bəraətin verilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət daşıyır. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmə k səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkəmə qərarlarının ləğv edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticiələrə gəlməsi üçün ciddi maneə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilməsi və faktların bir daha araşdırılması t ələb olunur ki, bunu da məhkəmə istintaqı aparmadan həyata keçirmək mümkün deyil. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələrinin Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən irəli gələn araşdırmanın həyata keçirmələri öyrənilmiş cinayət işi materiallarından müəyyən etmək müm kün olmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin yekun qərarı ləğv edilməli, apellyasiya şikayətinə onun məzmununa və irəli sürülmüş apellyasiya tələbinin xarakterinə adekvat olan prosedurda – ətraflı məhkəmə istintaqı aparılmaqla təkrarən baxılmalıdır. Odur ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən əsaslı hesab edilməli, onun dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsaslarla mübahisləndirilən qərar ləğv edilməli, apellyasiya şikayəti üzrə məhkəmə baxışı təkrarən keçirilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı X2 çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya ş ikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 11 oktyabr 2022-ci il tarixli, 1(103)-1446/2022 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya qaydasında baxılması üçün yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 11 oktyabr 2022-ci il tarixli, 1(103)-1446/2022 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar