Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-608/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə məhkum edilməsinə da ir Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 2 oktyabr tarixli, 1(103)-1288/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X5 (sədrlik edən və məruzəçi), Rasim Sadıxov və Leyla Əsgərova-Məmmədovadan ibarət tərkibdə) 2024-cü il 27 mart tarixli, 1(101)362/2024 nömrəli hökmü ilə, xx xxxxxx 1995-ci ildə Lerik rayonunun Şivlə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, himayəsində 3 azyaşlı uşaqları olan, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonunun Şivlə kəndində qeydiyyatda olmaqla ü nvan 1 ünvanında yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22 yanvar 2023-cü il tarixdən 24 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən ona təyin edilmiş cəza müddətinə daxil edilməklə onun tərəfindən çəkilməli olan azadlıqdan məhrum etmə cəzası qəti olaraq 8 (səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün olaraq hesablanmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzanın başlanğıcı 27 mart 2024-cü il tarixdən hesablanmışdır. H ökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X6 (sədrlik edən və məruzəçi), Sabit Bəhrəmzadə və Murad Məmmədovdan ibarət tərkibdə) 2024-cü il 2 oktyabr tarixli, 1(103)-1288/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmiş, hökmlə Məhkum CM-in 29,120.1-ci maddəsi ilə təyin edilmiş 9 (doqquz) il azadlıqdan məhrum etmə cəzasının müddəti 07 (yeddi) il 10 (on) ay 15 (on beş) günə endirilmiş, Məhkum 22 yanvar 2023-cü il tarixdən 24 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 2 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəza müddətinə daxil edilib çıxılmış və üzərində 07 (yeddi) il 10 (on) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzası sa xlanılmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən Məhkum 21 yanvar 2023-cü il tarixdə, saat 05 radələrində yaşadığı ünvan 1 ünvanında əri Zərərçəkmiş şəxs onun istifadəsində olan “Xiaomi” markalı, “Redmi 10C” modelli mobil telefona “Whatsapp” proqramı vasitəsi ilə "Əli M” adı ilə qeyd edilən şəxsdən gəlmiş “darıxmaq şərt deyil” məzmunundakı mesajı aşkar etməsinə görə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onu xəyanətdə ittiham edərək bu barədə onun qardaşı X4 deyəcəyini bildirərək sonuncunu yaşadıqlara evə çağırmasından sonra onun qardaşına hadisələr barədə danışmasına mane olmaq üçün Zərərçəkmiş şəxs öldürmək qərarına gələrək həmin tarixdə saat 06:00 radələrində evin dəhlizindəki saxlanc yerində olan baltanı götürərək kəsici hissəsi ilə evin qonaq otağındakı masanın yanında, stulda əyləşmiş Zərərçəkmiş şəxs baş nahiyəsinin arxa hissəsindən iki dəfə zərbə vurmuş, ikinci zərbədən sonra baltanın əlindən yerə düşməsi və Zərərçəkmiş şəxs yaralı vəziyyətdə evdən çıxaraq kömək çağırmasından sonra ora gələn qonşuların onu tutub saxlaması nəticəsində öz iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyib Zərərçəkmiş şəxs açıq kəllə beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi və pnevmosefaliya ilə müşayiət olunan sol təpə sümüyünün sınığı, başın sol təpə və başın ənsə nahiyələrinin əzilmiş-çapılmış yaraları ilə nəticələnən, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid edilən bədən xəsarətləri yetirməklə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi Məhkum Zərərçəkmiş şəxs ikinci xəsarəti yetirməsi ciddi şübhə doğurur. Bu xüsusatla bağlı sübut təkcə Zərərçəkmiş şəxs ifadəsindən ibarətdir. Həmçinin Məhkum istər ibtidai istintaq zamanı, istərsə də birinci instansiya məhkəməsində verdiyi bütün ifadələrində baş vermiş hadisə vaxtı Zərərçəkmiş şəxs yalnız bir xəsarət yetirdiyini, sonuncunun digər xəsarəti qarşılıqlı əlbəyaxa olduqları vaxtı əllərində olan baltanın təsadüfən zərərçəkmişə dəyməsi nəticəsində aldığını bildirmişdir. Bundan başqa, Məhkum bütün ifadələrində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun başını bıçaqla kəsəcəyini deyərək dəhlizdən otağa keçdikdə bıçağı götürərək onu hansı formada öldürəcəyini, başını necə kəsəcəyini, ürəyinə bıçaqla neçə zərbə vuracağını düşünüb, bərk həyəcanlanmış, yalnız özünü müdafiə etmək və Zərərçəkmiş şəxs əlindəki bıçağın yerə düşməsini təmin etmək məqsədilə onu dəhlizdən götürdüyü balta ilə vurmaq məcburiyyətində qalmışdır. Məqsədi onu öldürmək deyil, özünü müdafiə etmək olmuşdur. Həmçinin iş materiallarından görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs Məhkum çoxsaylı xəsarətlər yetirmiş, ona qarşı müxtəlif zorakı hərəkətlərə yol vermiş, saçlarından tutaraq dəhlizdə sürümüş, əlləri ilə boğmağa çalışmışdır. Belə emosional vəziyyətdə Məhkum özünü müdafiə etmək, eləcə də Zərərçəkmiş şəxs ona qarşı törətdiyi zorakı hərəkətlərin qarşısını almaq məqsədi lə aləti seçməsini, sonuncunun həyatı üçün mühüm olan orqanına xəsarət yetirməməyini düşünməsi mümkün və inandırıcı deyildir. Bundan başqa, Məhkum məhkəmədə dindirilərkən sədrlik edənin «Ceyhuna neçə dəfə zərbə vurdun» kimi sualına «bir dəfə» deyə cavab versə də, 07 iyun 2023-cü il tarixli məhkəmə iclasının protokolunda həmin ifadə qeydə alınmamışdır. Həmçinin Məhkum məhkəmə istintaqı zamanı «Baltanı tutmuşduq. Ceyhun baltanı dartanda necə oldusa, balta Ceyhunun qulağının dibinə dəydi. Ceyhuna balta ilə iki dəfə zərbə vurmamışam. Ceyhuna dedim ki, mesajı kimin yazdığını bilirəm, amma niyə yazdığını bilmirəm, zəng elə, ondan soruş. Ceyhunun stolun üzərindən başımı kəsmək üçün bıçaq götürdüyünü görüb, özümü müdafiə etmək məqsədilə onun başına bir zərbə vurdum. Ceyhun məni dəhlizdə döyərək sa çlarımdan tutub yerlə sürüdü, başımı zərblə betona vurdu. Evin həyət qapısı xeyli uzaqdır. Düşündüm ki, əgər evdən qaçsam, Ceyhun mənə yetişib başımı kəsəcəkdir» kimi ifadələr versə də, 07 iyun 2023-cü il tarixli məhkəmə iclasının protokolunda bu ifadələr də qeydə alınmamışdır. Yəni təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqı zamanı verdiyi sərbəst ifadəsinin demək olaraq ki, xeyli hissəsini təhrif edilmişdir. Həmçinin hökmdən görünür ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilərkən Zərərçəkmiş şəxs guya uzun-uzadı ifadə vermişdir, Əslində isə hökmdə Zərərçəkmiş şəxs ifadəsi ittiham aktında göstərilən şəkildə, bir qədər dəyişiklik edilməklə yazılmışdır. Yəni Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı hadisə barədə qısa ifadə versə də, hökmdə onun ifadəsi təhrif edilm əklə demək olar ki, ittiham aktında yazıldığı kimi təsvir edilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs 07 iyun 2023-cü il tarixdə zərərçəkmiş şəxs qismində ifadə verərkən hadisə vaxtı Məhkum öldürmək istədiyini bildirsə də, həmin tarixli məhkəmə iclasının protokolunda və hökmdə bu ifadə qeydə alınmamışdır. Beləliklə, hökmdə təqsirləndirilən şəxs Məhkum, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və şahid X2 məhkəməyə verdikləri ifadələri əsasən təhrif olunmuşdur. Bu isə ciddi qanun pozuntusudur. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarında göstərilmişdir; «Məhkum barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən ona təqsirli bilindiyi maddənin sanksiyasında n əzərdə tutulmuş aşağı həddə cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən, ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Bununla belə apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı qismən azaltsa da, təqsirkarın gənc qadın olmaqla himayəsində üç azyaşlı uşağının olduğunu, hərəkətləri ilə zərərçəkmiş şəxsə vurulmuş maddi və mənəvi ziyanın tam olaraq ödənildiyini, zərərçəkmiş şəxsin onunla barış dığını, təqsirləndirilən şəxsin 6 aydan artıq müddətdə cəza çəkərək artıq islah olunduğunu, bundan sonra cəza çəkməsinə lüzum və cəzasını ağırlaşdıran halların olmadığını, o cümlədən ilk dəfə məhkum olunduğunu, təyin edilmiş ağır cəzanın onun ailəsinin, xüsusən də üç azyaşlı uşağının həyat şəraitinə kifayət qədər ciddi təsirini nəzərə almamış, dövlət ittihamçısının Lalə İmasovaya cəza təyin olunarkən barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq olunaraq cəzasının müddətinin 5 ilə endirilməklə yüngülləşdirilməsini təklif etməsinə baxmayaraq ona 7 {yeddi) il 10 (on) ay 15 (on beş) gün cəza təyin etməklə CM-nin 58.3-cü maddəsində göstərilən maddi hüquq normasının tələbini kobud surətdə pozmuşdur. Bas vermiş hadisə vaxtı Məhkum həyat yoldaşı Zərərçəkmiş şəxs öldürmək niyy əti olmamışdır. Əslində Zərərçəkmiş şəxs onun basını bıçaqla kəsəcəyini düşünüb özünü müdafiə etmək məqsədilə onu balta ilə vurmaq məcburiyyətində qalmışdır. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdivi ifadəsində baş vermiş hadisə vaxtı Lalə İmasovanı öldürmək istədiyini də etiraf etmişdir. Məhkum sonrakı ifadələrində qeyd etmişdir ki, həmin vaxt o, çox həyəcanlı olduğu üçün Zərərçəkmiş şəxs başına baltanın hansı hissəsi ilə vurduğunu bilməmiş, onu baltanın küp hissəsi ilə vurduğunu düşünmüş, lakin sonradan kəsici hissəsi ilə vurduğunu eşitmişdir. Belə olduğu halda baş vermiş hadisəyə ibtidai istintaq orqanının verdiyi hüquqi nəticə tamamilə absurddur, heç bir qanunvericiliyə və məntiqə uyğun deyildir. Yəni Zərərçəkmiş şəxs daxil olmuş mesaj barədə artıq Məhkum qardaşı Ağalı Ağayevə və digər qardaşına məlumat verməklə bərabər həmin mesajı onlardan birinə göndərmişdirsə, Məhkum həyat yoldaşı Zərərçəkmiş şəxs bu hərəkətinin qarşısını almaq üçün onu öldürmək qərarına gəlməsi məntiqli və inandırıcı deyildir. Məhkum elan olunmuş ittihamın əsasını təşkil edən 4-cü arqumentlə bağlı qeyd olunmalıdır ki, Məhkum Zərərçəkmiş şəxs baş nahiyəsinə bir zərbə vurduqdan sonra sonuncu onun boğazından tutaraq boğmağa, Məhkum isə onun əlindən çıxaraq bayıra qaçmağa çalışmışdır. Məhkum ifadələrindən görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs onu öldürmək məqsədi ilə dəhlizdən qonaq otağına keçib stolun üzərindəki bıçağı götürdüyü zaman əlindəki balta ilə Zərərçəkmiş şəxs başına bir zərbə vurduqdan sonra sonuncu onunla əlbəyaxa olaraq baltadan tutmuş, bu zaman balta onların əlindən çıxıb, s onuncunun boyun nahiyəsinə dəymişdir. Bundan sonra Zərərçəkmiş şəxs əlindən çıxıb həyətə qaçmış, lakin həyətdə də Zərərçəkmiş şəxs onu boğmağa çalışmışdır. Göründüyü kimi, Məhkum əlindəki balta ilə həyat yoldaşı Zərərçəkmiş şəxs baş nahiyəsinə bir zərbə vurduqdan sonra hərəkətlərini davam etdirməmiş, hətta onun əlindən çıxaraq həyətə qaçmışdır. Əksinə, Zərərçəkmiş şəxs həyat yoldaşı Məhkum qarşı heç bir əsaslı səbəb olmadan törətdiyi zorakı hərəkətlərini davam etdirərək onun ardınca çıxıb, həyətdə yerə yıxaraq boğmağa çalışmış, bu zaman qonşulardan K.Xurşidov həyətə gələrək Məhkum onun əlindən almışdır. Kamran Xurşidov məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bütün bunları təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, münaqişə tərəflərinə yaxınlaşarkən Ceyhunun dirsəyini yerdə uzanmış Lal ənin boğazına sıxdığını da görmüşdür. Zərərçəkmiş şəxs ifadələrində göstərmişdir ki, Zülfiqar adlı qonşuları ona kömək etmək üçün həyətlərinə gəlmək istədikdə həyat yoldaşı Məhkum ona etiraz etmiş, hətta barəsində polisə şikayət edəcəyini demişdir. Beləliklə, ibtidai istintaq orqanı və hər iki instansiya məhkəməsinin Məhkum Zərərçəkmiş şəxs öz iradəsindən asılı olmayan səbəblərə görə öldürə və bu cinayəti başa çatdıra bilməməsi barədə eyni hüquqi mövqeləri tamamilə əsassız və qanunsuzdur. Yəni baş vermiş hadisəyə verilmiş hüquqi qiymət yalnız fərziyyə və mülahizələrə əsaslanmaqla işin və baş vermiş hadisənin obyektiv halları ilə uyğun deyildir. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 oktyabr 2024-cü il tarixli, 1(103)-1288/2024 saylı hökmünün ləğv edilməsi, Məhkum CM-in 29, 120.1-ci maddəsi ilə bəraət verilməsi, elan olunmuş ittihamın həmin Məcəllənin 130.1-ci maddəsinə tövsif edilərək ona göstərilən maddə ilə həbslə bağlı olmayan cəza təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, iş materiallarından aydın olur ki, məhkəmə qərarının qəbul edildiyi ərəfədə Məhkum uşaqları ilə münasibətlərinin sosial-mənəvi xarakteri, azyaşlı uşaqların daha uzun müddətə ana himayəsindən məhrum qalacağı təqdirdə onların normal həyat, tərbiyə və məişət şəraitlərinin müqəddaratı, eləcə də təhsil və cəmiyyətdə sağlam formalaşmaq imkanlarına yönələn ictimai maraq apellyasiya instansiyası məhkəməsində lazımınca dəyərləndirilməmiş və nəzərə alınmamışdır. İttihamçı bildirmişdir ki, Məhkum 3 azyaşlı uşağının olması və uşaqların anası ilə daha çox sosial-mənəvi bağlılıqları, zərər çəkmişlə məhz apellyasiya baxışında barışıq əldə olunması onun hazırki işdə törətmiş olduğu cinayətin ictimai təhlükəliliyini CM-nin 62ci maddəsinin tətbiqini zəruri edəcək qədər əhəmiyyətli dərəcədə azaltmaqla bərabər, sosial ədalətin bərpasına da daha çox yardım etmiş olardı və yalnız həddinə görə bir qədər aşağı cəzanın təyin olunması onun cəzasız qalması, yaxud cəzanın məqsədlərinin təmin olunmaması kimi yozula bilməzdi. Məhkəmə kollegiyası cinayət prosesinin bir tərəfi kimi, məhkəmədə cinayət təqibini həyata keçirən dövlət ittihamçısının təklifindən daha artıq həddə cəza təyin edərək, məsuliyyəti yüngülləşdirən halları faktiki nəzərə alm amış, habelə bu hissədə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına yol vermişdir. Belə ki, qanunvericiliyin mənası təsbit edir ki, cinayət mühakimə icraatı çəkişmə prinsipinə əsaslanır və bu prinsip məhkəmə icraatının hər bir mərhələsində gözlənilməklə məhkəmənin təyin edəcəyi cəzaya münasibətdə də əksini tapır, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və cəza məsələsi də daxil olmaqla məhkəmənin yekun qərarına dair öz təkliflərini verir, müdafiə tərəfi cinayət təqibi ilə bağlı irəli sürülmü ş ittihamı təkzib edir və ya cinayət prosesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yüngülləşdirən halların mövcudluğuna cəlb edir və təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və cəza məsələsi də daxil olmaqla məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Adətən, ittiham tərəfi daha ağır cəza təyin edilməsini, müdafiə tərəfi isə yüngül cəza təyin edilməsini məhkəmənin diqqətinə çatdırır, tərəflərin təklifi yekunda təyin ediləcək cəzanın növünü və həddini müəyyən etməyə, tərəflərin gözləntiləri və xahişləri nəzərə alınmaqla daha ədalətli cəza təyin etməyə kömək edir. Mövcud məhkəmə təcrübəsinin təhlili göstərir ki, əksər hallarda, məhkəmələr ittiham hökmü çıxararkən çəkişmə prinsipinin tə ləblərinə uyğun, ittiham tərəfinin təklif etdiyi cəzanın növünü və həddini aşmayan, adətən də təklifdən daha yüngül (növ və hədd olaraq) cəza təyin etməklə proses tərəflərinin maraqlarını gözləyərək ədalətli cəzanın tətbiqinə müvəffəq olurlar. Lakin apellyasiya məhkəməsi hazırkı işdə ittiham tərəfinin xahiş etdiyi cəzadan hədd olaraq daha ağır cəza təyin etməklə cəzaya aid hissədə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini də pozmuşdur. Qeyd edilənlər məcmu halında nəzərə alındıqda, apellyasiya instansiyası məhkəməsinin hazırki qərarı cəza hissəsində CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmiş sübutlara əsaslanan, qanuni, ədalətli və əsaslı nəticə kimi qiymətləndirilə bilməz. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Məhkum CM-nin 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 oktyabr 2024-cü il tarixli qərarının cəza hissəsində ləğv edilməsi və cinayət işinin həmin hissədə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum və onun müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməsini, dövlət ittihamçısı A.Hüseynli isə kassasiya protestinin təmin edilməsini, kassassya şikayətinin təmin edilməmsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiy yəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunl a kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək və məhkumun əməlinin CM-in 130.1-ci maddəsinə tövsif edilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Dövlət ittihamçısı məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiqini xahiş edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini və kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli dir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – ha kimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin və kassasiya protestinin təmin olunması barədə məhkumun və müdafiəçinin, kassasiya pro testinin təmin olunması, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti və kassasiya protesti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sü butların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli srülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cə zasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza növü müəyyən edilsə də, lakin cəzanın həddi müəyyən edilərkən məhkumun cəzasını yüngülləşdirən hallar və həmin yüngülləşdirici halların məcmusunun müstəsna hal təşkil etməsi apellyasiya instansiaysı məhkəməsi tərəfinən kifayət qədər nəzərə alınmamış və məhkuma həddindən artıq ağır cəza təyin edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəzasını yüngülləşdirən hal kimi himayəsində üç azyaşlı uşağının olmasını nəzərə almış, cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Bundan başqa, hazırki apellyasiya baxışı zamanı məhkum olunmuş şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona q arşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi məhkumun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəzasını yüngülləşdirən halların məcmuyu müstəsna hal kimi qiymətləndirilməli, onun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzaının həddi azaldılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, dövlət ittihamçısı kassasiya protestində məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiqini xahiş etsə də və kassasiya müraciətinin yeganə dəlilinin məhz cəzanın yüngülləşdirilməsi olmasına və CPM-in 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin apellyasiya instan siyası məhkəməsinin qərarını dəyişdirmək səlahiyyəti nəzərdə tutulmasın baxmayaraq, kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi tələbi qoyulduğunadan, lakin hazırkı vəziyyətdə həmin qərarın ləğv edilməsi deyil, yalnız dəyişdirilməsi qanunvericilik baxımından yolverilən olduğundan, verilmiş kassasiya protesti, eyini zamanda, məhkumun vəziyyətinin yüngülləşdirilməsinə yönələn kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2.10.2024-cü il tarixli qərarı kassasiya müraciətlərinə münasibətdə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şik ayəti və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 27 mart tarixli hökmü ilə Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 2 oktyabr tarixli, 1(103)-1288/2024 nömrəli qərarı kassasiya müraciətlərinə münasibətdə dəyişdirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilsin, ona təyin edilmiş cəza 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Məhkum ibtidai istintaq zamanı həbsdə saxlandığı 2 gün müddət, Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar, kassasiya müraciətlərinə münasibətdə, qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-608/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-608/2025
05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver