Məhkəmə qərarları › İş №1(102)-609/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-609/2019

23.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-609/2019 23.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli hökmü ilə Təqsirləndiri lən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4.-cü maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim C.T.Qurbanov) xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, Bakı şəhəri, Suraxanı rayonu, İ.Süleymanov küçəsi, ev 84-də qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Nizami küçəsi, ev 21-də yaşamış Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 06.04.2017-ci ildən 08 aprel 2017-ci ilədək həbsdə qaldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 02 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasının əvvəli 31 mart 2018-ci ildən hesablanmışdır. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Mirzəyev Sahibxan Arzuman oğlu (sədrlik edən və məruzəçi), Qasımov Faiq Adil oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə) 30 avqust 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədilə 21.12.2016-cı ildə saat 05 radələrində X5 məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsində yerləşən nömrəsiz evin həyətinə hasardan aşıb, həyətdəki saxlanc yeri hesab olunan əl damına qanunsuz daxil olaraq hər birinin dəyəri 300 manat təşkil edən, ümumilikdə 1200 manat dəyərində 4 kisə qozu gizli olaraq talayıb zərərçəkmiş şəxs X5 ümumilikdə 1200 manat miqdarında ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 18.03.2017-ci ildə saat 02 radələrində X3 məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşıb, yaşayış sahəsinə qanunsuz daxil olaraq, həyətdə quraşdırılmış 1 ədəd 110 manat dəyərində “Marsu” markalı su mühərrikini gizli olaraq talayıb zərərçəkmiş şəxs X3 ümumilikdə 110 manat miqdarında ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 26.03.2017-ci ildə saat 02 radələrində X6 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən 21 nömrəli evin zirzəmisinə qanunsuz daxil olaraq, orada quraşdırılmış 1 ədəd 150 manat dəyərində “Espa Prismo 45” markalı su mühərrikini hidroforla birlikdə gizli olaraq talayıb zərərçəkmiş şəxs X7 ümumilikdə 150 manat miqdarında ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 26.03.2017-ci ildə saat 03 radələrində X8 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində yerləşən 3 nömrəli evin zirzəmisinə qanunsuz daxil olaraq, orada quraşdırılmış 1 ədəd 120 manat dəyərində “Marqius” markalı su mühərrikini hidroforla birlikdə gizli olaraq talayıb zərərçəkmiş şəxs X10 ümumilikdə 120 manat miqdarında ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 30.03.2017-ci ildə saat 02 radələrində X2 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində yerləşən 22V nömrəli evin həyətində quraşdırılmış 1 ədəd 110 manat dəyərində “Marqius” markalı su mühərrikini hidroforla birlikdə gizli olaraq talayıb zərərçəkmiş şəxs X4 ümumilikdə 110 manat miqdarında ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 01.04.2017-ci ildə saat 02 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Xanlar küçəsində yerləşən və hasarı olmayan nömrəsiz evin həyətinə keçərək evin arxa hissəsində yarımçıq hasara bərkidilmiş bir ədəd 500 manat dəyərində kombi aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 500 manat miqdarında ziyan vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində səmimi peşmanliğini, yaşadığı yer üzrə müxbət xarakterizə olunmasını, ailəli və iki azyaşlı övladının olmasını, həyat yoldaşının işsiz, valideyinlər inin yaşlı və xəstə olmasını, ailədə tək gəlir gətirən şəxs olmasını qeyd edərək barəsində ədalətli qərar qəbul edilməsini və cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəlilləri təyin edilmiş cəzanı n ağırlığı barədədir. Cinayət işinin materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini onun özünün ibtidai istintaq və məhkəmədə verdiyi etirafedici ifadələri ilə yanaşı, iş üzrə zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri, maddi sübutlar və cinayət işinin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Əməlini qismən etiraf edərək səmimi peşmançılıq hissi keçirməsi ümumiyyətlə cəzanı yüngülləşdirən hal kimi Cinayət Məcəlləsində nəzərdə tutulmamışdır. “Səmimi peşmanlıq” anlayışı Azərbaycan Respublikası CM-in 72-ci maddəsində təsbit olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən cinayətlərə münasibətdə əməli törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna almasını, cinayətin üstünün açılmasına fəal kömək etməsini, cinayət nəticəsində dəymiş ziya nı ödəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırmasını özündə ehtiva edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli hökmündən görünür ki, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, məhkumun şəxsiyyətini, cəzasını ağırlaşdıran halların olmaması, onun ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, V.S.Rəhimovun, N.İ.Mehdiyevin, M.H.Mövlamovanın ona qarşı şikayət və tələblərinin olmaması kimi halları, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb ona təqsirli bilindiyi əməlin sanksiyası hüdudlarında cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəs inə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmələr Azərbaycan Respublikası CM-nin 8, 41, 58 və maddələrinin tələblərinə əməl etməklə məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, törədilmiş cinayətin xarakterini, ic timai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 avqust 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Təqsirləndirilən şəxs məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyas iya Məhkəməsinin Cinayət Kollegiyasının 30 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Gülzar Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar