Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-609/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 234.4.1, 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs2 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Ağayev Nəsrulla Qiyas oğlu tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əli Əliyev, hakimlər: Oruc Cəlilov və Xamməd Nuriyev) xx xxxxxxxx 1986-cı ildə Masallı rayonu Xıl kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliyi sübuta yetirilmədiyinə görə CM-in 32.5,206.2- ci maddəsi ilə bəraət verilmiş, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona 8 (səkkiz) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 16 yanvar 2021-ci ildən hesablanması, Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicənin təyin edilməsi, ərazi narkoloji kabinetində qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1 da təqsirli bilinib məhkum edilmişdir. Hökmdən məhkumun Təqsirləndirilən şəxs1 müdafiəçisi Musazadə Elşən Möhrab oğlu və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Ağayev Nəsrulla Qiyas oğlu tərəfindən ayr ı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Əliyev Elşad İbiş) 30 sentyabr 2021-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Ağayev Nəsrulla Qiyas oğlu kassasiya şikayəti və kassasiya şikayətinə əlavə vermişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs2 təqsirli bilinib məhkum edilmi şdir, ona görə ki, o, Təqsirləndirilən şəxs1 ilə və həmkəndliləri şəxsiyyəti istintaqa məlum olan digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etdikləri razılıq əsasında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda şəxsiyyəti istintaqa məlum olmayan iran islam Respublikası vətəndaşı “Əli” adlı şəxslə cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitə olan.heroin və külli miqdarda psixotrop maddə hesab olunan metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli iran, İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və həmin narkotik vasitə və psixotrop maddəni Azərbaycan Respublikası ərazisində realizə edərək pulunu ödəyəcəkləri barədə qabaqcadan gəlmiş olduqları razılığa əs asən İİR vətəndaşı “Əli” adlı şəxs adı istintaqa məlum olan şəxsin sifariş etdiyi 350 qram külli miqdarda narkotik vasitə olan heroin və 1085 qram külli miqdarda psixotrop maddə hesab olunan metamfetamini istintaqa dəqiq məlum olmayan tarixdə iran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirib, Ələt- Astara avtomobil yolunun Masallı rayonu Sərçuvar kəndi ərazisindən keçən hissəsində yolunun kənarında olan 175-ci kilometr yol nişanının yaxınlığında gizlədərək bu barədə adı istintaqa məlum olan şəxsə məlumat verildikdən sonra 16.01.2021-ci il tarixdə saat 00 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və istintaqa məlum olan şəxslə birlikdə sonuncunun idarə etdiyi VAZ-21214 markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sərçuv ar kəndi ərazisinə gedərək qabaqcadan aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs1 yol nişanının yaxınlığında gizlədilmiş bir torbada külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini götürüb qanunsuz əldə edərək üzərində daşımış, həmin vaxtı Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən saxlanıldığını görərək Təqsirləndirilən şəxs2 oradan uzaqlaşaraq qaçmış,hadisə yerindən yayınmağa çalışmasına baxmayaraq sonradan polis əməkdaşları tərəfindən saxlanılaraq Masallı RPŞ-yə gətirilmiş, 16 yanvar 2021-ci il tarixdə saat 00 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 saxlanılaraq RPŞ-yə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman sağ əlində saxladığı sarı rə ngli üzərinə “Sultan 1121 BASMATİ SELLA RİCE” sözləri yazılmış torbadan külli miqdarda ümumi təmiz çəkisi 350 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda ümumi təmiz çəkisi 1085 qram ağ rəngli kristal formada olan psixotrop maddə matamfetamin aşkar edilərək götürülmüş və bu barədə müvafiq rəsmiləşdirmə aparılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Ağayev Nəsrulla Qiyas oğlu kassasiya şikayətini və ona əlavəni onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən məhkum barəsində ədalətsiz qərarlar qəbul edilmişdir. Belə ki, məhkəmələr təqsirləndirilən şəxsin ailəli olmasını, ailənin yeganə qazanc gətirənin olmasını, ərazidə müsbət xarakterizə olmasını nəzərə almamaqla ona ağır cəza təyin etmiş lər. Azərbaycan Respublikası Cinayət-Posessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzasının ağırlığı və ya məhkumun şəxsiyyətinə uyğun olmaması məhkəmə hökmünün və ya qərarının ləğv edilməsi üçün əsasdır. İşə baxan məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci və Cinayət Prosessual Məcəlləsinin 399.1.5-ci və 400-cü maddələrinin tələblərini pozmuşlar. Odur ki, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, məhkumun barəsindəki apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təh lil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının Təqsirləndirilən şəxs2 aid hissədə dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarl arının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin və ona əlavənin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkumun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci m addəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2021-ci il tarixli qərarı isə Təqsirləndirilən şəxs2 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs2 verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq ilə bağlı ittiham birinci instansiya məhkəməsində öz təsdiqini tapmamış və təqsirliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi, saxlanılması və daşınması ilə bağlı ittiham isə birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sü buta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Təqsirləndirilən şəxs2 əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində və ona əlavədə məhkuma təyin edilmi ş cəzanın ağır olduğu iddia edilir və təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən məhkum Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Təqsirləndirilən şəxs2 islah olunması məqsədini və Azərbaycan Respubli kası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edi r ki, apellyasiya məhkəməsinin qərarı Təqsirləndirilən şəxs2 aid hissədə əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisinin kassasiya şikayəti və kassasiya şikayətinə əlavə isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun Təqsirləndirilən şəxs2 müdafiəçisi Ağayev Nəsrulla Qiyas oğlu tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilmə sin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs2 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2021-ci il tarixli qərarı məhkumun müdafiəçisi Ağayev Nəsrulla Qiyas oğlu tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavəyə əsasən məhkum Təqsirləndirilən şəxs2 aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-609/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-609/2022
11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver