Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-609/2023 16.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-516/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxx 1990-cı il tarixdə Kəlbəcər rayonunun Bağarsaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Kəlbəcər rayonunun Bağarsaq kəndində daimi qeydiyyatda olmaqla Göygöl rayonunun Çaykənd kəndində yaşayan. 2. 02 noyabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 17 noyabr 2021-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 02 avqust 2021-ci il tarixdə, saat 19 radələrində Bərdə rayonu Böyük Göyüşlü kəndində yerləşən Şahid2 məxsus xırda buynuzlu heyvanların saxlanması üçün nəzərdə tutulmuş fermada aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Kərimov Zərərçəkmiş şəxs onu əlləri ilə bir neçə dəfə vuraraq dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirməsindən sonra fermadan götürdüyü mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs Kərimovun qarnının sol yan nahiyəsindən bir dəfə vuraraq sonuncuya qarının sol yan nahiyəsinin daxilə keçən kəsilmiş-deşilmiş yarası, nazik bağırsağın iki yerdən zədələnməsi, həmçinin əli ilə bir neçə dəfə vuraraq ona bədənin müxtəlif yerlərində çoxsaylı qançır və sıyrıqları ilə müşayiət edilən dərəcələrinə görə ümumilikdə törənmə anında həyat üçün təhlükəli olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur.
5. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-109/2022 nömrəli, 05 iyul 2022ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilməsi hökm edilmiş, hökmlə digər məsələlər də həll edilmişdir.
6. Birinci insta nsiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəaların hökmdən xaric edilməklə dəyişdirilməsini xahiş etmişdir. Protest belə əsaslandırmışdır ki, təqsirləndirilən şəxsin əvvəllər törətdiyi cinayət əməlinə görə cəzasının şərti hesab edilməsinə baxmayaraq, islah olunmaması, yenidən cinayət əməlini törətməsi məhkəmə tərəfindən nəzərə alınmamış, eyni zamanda şəxsin yaşayış yerində müsbət xarakterizə olunmasının nədə ifadə olunmasını hökmdə əsaslandırmamışdır. Göründüyü kimi, məhkəmə təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini və şəxsiyyətini nəzərə almamaqla cəza təyin etmə barədə Azərbaycan Respublikası CM-nin 8, 41 və 58.3 maddələrinin tələblərini pozmuş, “Məhkəmələr tərəfındən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının tövsiyələrini nəzərə almamışdır. Məhkəmənin təqsirləndirilən şəxsə təyin etdiyi cəza ilə sosial ədalət bərpa olunmamış, şərti cəza təyin edilməsi ilə əlaqədar islah təsirinin yetərli olmaması səbəbindən həmin cəza gələcəkdə həm təqsirləndirilən, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan cinayətlərin törədilməsinin qarşısının alınmasına, bir sözlə qeyd olunan cəza ədalətli olmadığından cəzanın məqsədinin təmin olunmasına xidmət etməmişdir.
7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-516/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-109/2022 nömrəli, 05 iyul 2022-ci il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Hazırda instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
9. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eynidir, dövlət ittihamçısı onları təkrarlamaqla qeyd etmişdir ki, məhkəmə Məhkum törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə almadan cəza təyin etməklə Azərbaycan Respublikası CM-nin 8, 41 və 58.3 maddələrinin tələblərini pozmuş, “Məhkəmələr tərəfındən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respubl ikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyələri nəzərə almamışdır. Beləliklə də, məhkəmə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti hesab etməklə, cinayət qanunvericiliyinin prinsiplərini düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyasından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-516/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yenidən apellyasiya baxışına təyin edilməsi xahiş edilir.
10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud süb utlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəmə sinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
14. Dövlət ittihamçısı kassasiya protestində Məhkum təyin edilmiş cəzanın yüngül olduğunu iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
15. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımında n səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-516/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
16. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etməni təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.
17. Lakin, cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiq edilməsinin mümkün olub-olmaması araşdırılarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəz ərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (Cinayət Məcəlləsinin 7-ci maddəsi), ədalət (Cinayət Məcəlləsinin 8-ci maddəsi), humanizm (Cinayət Məcəlləsinin 9-cu maddəsi) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır.
18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
19. Cəzanın təyi n edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
20. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (Cinayət Məcəlləsinin 59.2-ci maddəsi).
21. Cəzanı ağırlaşdıran halların dairəsini isə Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsi müəyyən edir. Azərbaycan Respublikası CM-nin 61.2-ci maddəsinə əsasən cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz.
22. Azərbaycan Respublikası CPM-nin 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir. Yəni, məhkəmə qərarlarında təqsirləndirilənin şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar barədə nəticələr də Azərbaycan Respublikası CPM-nin 143-cü maddəsinə uyğun olaraq toplanmış, 144-cü maddəsinə müvafiq qaydada yoxlanılmış və 145, 146-cı maddələrini n tələblərinə əməl olunmaqla qiymətləndirilmiş sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan (müvafiq sübutlardan irəli gəlməyən) mülahizə xarakteri daşımamalıdır.
23. Vahid məhkəmə təcrübəsinin formalaşmasına yönəlmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkəmələr Azərbaycan Respublikası CM-nin 59-cu maddəsi ilə birbaşa nəzərdə tutulmayan bu və ya digər halı cəzanı yüngülləşdirən hal kimi nəzərə aldıqda onların cəzanı yüngülləşdirən hal olaraq qəbul edilməsini hökmdə əsaslandırmalıdırlar (“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı, № 4, § 4, 25 iyun 2003-cü il).
24. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosia l ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
25. Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi P lenumunun 08 dekabr 2021-ci il tarixli qərarı).
26. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir.
27. Yalnız belə olduqda, cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münas ibətdə də xəbərdaredici rolunu oynaya bilər.
28. Baxılan işin materiallarından isə görünür ki, birinci instansiya məhkəməsi Məhkum barəsində şərti məhkum etmənin tətbiq olunması barədə nəticəyə gələrkən, apellyasiya instansiyası məhkəməsi isə şərti məhkum etməni dəyişdirilmədən saxlayarkən, məhkumun şəxsiyyətini səciyyələndirən halları, törədilən cinayətin ağırlığını, ictimai-təhlükəlilik dərəcəsini, həmçinin onun əvvəllər törətdiyi cinayət əməlinə görə cəzasının artıq şərti hesab edildiyinə baxmayaraq islah olunmamasını, yenidən cinayət əməlini törətməsini kifayət qədər nəzərə almamışlar.
29. Apellyasiya instansiyası məhkəməsi həmçinin nəzərə almamışdır ki, məhkumun təqsirli bilindiyi cinayət əməli, obyekti həyat və sağlamlığın təhlükəsizliyi olan, Azərbaycan Respublikası CM-nin 15.4-cü m addəsinə əsasən ağır cinayətlər kateqoriyasına aid edilən və birbaşa qəsdlə törədilən cinayətdir.
30. İşin faktiki hallarından da görünür ki, Məhkum aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə ilə bağlı qarşılıqlı dalaşma zamanı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs Kərimovun qarnının sol yan nahiyəsindən bir dəfə vuraraq sonuncuya qarının sol yan nahiyəsinin daxilə keçən kəsilmiş-deşilmiş yarası, nazik bağırsağın iki yerdən zədələnməsi, müşayiət edilən həyat üçün təhlükəli olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuş həmçinin əli ilə bir neçə dəfə vuraraq ona bədənin müxtəlif yerlərində çoxsaylı qançır və sıyrıqları kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunanları nəzərə almadan birinci in stansiya məhkəməsi tərəfindən məhkum barəsində şərti məhkum etmənin tətbiq edilməsi ilə razılaşması onu göstərir ki, bu qaydada, yəni Azərbaycan Respublikası CM-nin 8, 58.3, 70-ci maddələrində göstərilən cəzanın müəyyən edilməsinə, şərti məhkum etmənin tətbiq edilməsinə təsir göstərən bütün halların nəzərə alınmaması ilə (cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş hallara üstünlük verilməsi, cinayətlərin xarakterinə, ictimai təhlükəliliyinə, törədilmə hallarına, təqsirkarların şəxsiyyətinə lazımi dəyərin verilməməsi ilə) təyin edilmiş şərti məhkum etmə nə təqsirkar şəxsin özünə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, nə də digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə, bununla da Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təs bit olunmuş cəzanın məqsədlərinin icrasını təmin edə bilməz.
32. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr Məhkum şəxsiyyətini, törədilən cinayətin ağırlığını, ictimai-təhlükəlilik dərəcəsini kifayət qədər nəzərə almadan əsassız olaraq Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq edib, ona yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin etmişlər.
33. Təsvir edilənlər kassasiya protestinin əsaslı olduğunu, apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulan, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən pozuntuya yol verdiyini göstərir.
34. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, yuxarıda qeyd edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Gəncə Ape llyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan (104)-516/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-516/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.