Məhkəmə qərarları › İş №1(102)-609/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-609/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-609/2025 09.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarovun və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Pərviz Müseyib oğlu Hacıyevin, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2024-cü il tarixli 1(106)-540/2024 nömrəli qərarından dövlət ittihamçısı İlqar Əsədov tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin (hakim Mübariz Məmmədov) 25 aprel 2024-cü il tarixli 1(018)-30/2024 nömrəli hökmü ilə xx xxxxxx 1976-cı doğulmuş, vətəndaşı, ildə Lənkəran rayonunda Azərbaycan evli, orta Respublikasının təhsilli, sürücü, məhkumluğu olmayan, Lənkəran rayonu Türkəkəran kəndində qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.2-ci maddəsi ilə təqsirli bilinərək, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 25 aprel 2024-cü il tarixdən hesablanmışdır. İşi n halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum olunmuşdur ona görə ki, o, 09 yanvar 2024-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən əldə etdiyi 0,27 qram qurudulmuş marixuana narkotik vasitəsini sellofan bükümdə qablaşdırıb əynində olan göy rəngli şalvarın sağ yan cibində yerləşdirərək saxlamış, 9 yanvar 2024-cü il tarixdə saat 18 radələrində idarə etdiyi “DAF” markalı, 44CD665/44ZA565 qeydiyyat nişanlı nəqliyyat vasitəsində Azərbaycan Respublikasının gömrük ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına gedərkən İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və həmin tarixdə saat 18 radələrində Dövlət Gömrük Komitəsinin Astara rayonunun inzibati ərazisində yerləşən Astara Göm rük İdarəsində Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Pərviz Hacıyev (sədrlik edən və məruzəçi), Habil Bəhmənov və İsmayıl Əhmədov) 21 iyun 2024-cü il tarixli 1(106)-540/2024 nömrəli qərarı ilə Astara Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 1(018)30/2024 nömrəli hökmü dəyişdirilmiş, Məhkum həbsdən azad edilməklə, ona Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 4000 (dörd min) manat cərimə cəzası təyin olunmuş və Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsinə əsasən 25 aprel 2024-cü il tarixdən hal-hazırkı vaxta qədər həbsdə saxlanılması nəzərə alınaraq təyin olunmuş 4000 (dörd min) manat miqdarda cərimə cəzası yüngülləşdirilərək Məhkum üzərində 3000 (üç min) manat cərimə cəzası saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərək onun törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, əsassız olaraq ona CM-in 62-ci maddəsini tətbiq etmişdir. Belə ki, işin hallarından görünür ki, apellyasiya məhkəməsi hazırkı iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, Məhkum barəsində CM-in 62-ci maddəsi tətbiq edilərkən cinayət qanununun normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də Məhkum şəxsiyyətinə əhəmiyyət verilməmiş, apellyasiya instansiya məhkəməsi cəza təyin edərkən göstərilən cinayətin yüksək ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, narkotik vasitəni qaçaqmalçılıq yolu ilə keçirmə cinayətini təqsirin birbaşa qəsd forması ilə törədən, cinayətkar niyyətini sonadək həyata keçirən, törətmiş olduğu cinayət əməli başa çatmış olmaqla az ağır cinayətlər kateqoriyasına ai d olan Məhkum barəsində əsassız olaraq CM-in 62-ci maddəsini tətbiq etməklə ona təqsirli bilindiyi CM-in 206.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş cəzadan yüngül cəza - cərimə cəzası təyin etmişdir. Kassatorun fikrincə həmin cəza həm məhkumun, həm digər şəxslərin gələcəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Məhkum islah edilməsinin, gələcəkdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsini mümkün edən, cinayətin törədilməsi zamanı və bundan s onra onun davranışı ilə bağlı müstəsna hal mövcud olmamış, Məhkum törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan heç bir halın mövcud olmamasına baxmayaraq, məhkəmə onun barəsində CM-nin 62-ci maddəsini tətbiq etmiş, həmin maddənin tətbiq edilməsini mümkün edən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və Məhkum şəxsiyyəti ilə bağlı məhz hansı hallara istinad etdiyini, hansı səbəbdən bu halları təklikdə və məcmu halında müstəsna hesab etdiyini qərarda əsaslandırmamışdır. Bundan başqa, məhkəmə Məhkum barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə ona cəza təyin edərkən təqsirləndirilən şəxsin ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf edərək peşimanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, cinayətin predmetin i təşkil edən narkotik vasitə olan marixuananın həcminin az olmasını, narkotik vasitəni yalnız şəxsi istehlak məqsədi üçün gətirməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq və həmin halların məcmusunu müstəsna hallar kimi qiymətləndirərək ona təqsirli bilindiyi CM-in 206.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzadan da yüngül cəza təyin etmişdir. Lakin məhkəmə Məhkum barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə ona cəza təyin edərkən qanunda nəzərdə tutulmamış yuxarıda göstərilən halları əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla əsassız və qanunsuz nəticəyə gəlmiş, o cümlədən nəyə görə həmin halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə almasını əsaslandırmamış və obyektiv qiymətləndirməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsin in birinci instansiya məhkəməsindən fərqli olaraq cinayətin predmetini təşkil edən narkotik vasitə olan marixuananın həcminin az olmasını da cəzanı yüngülləşdirən hal kimi nəzərə alması əsassız olmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassas iya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili Məhkum cinayət əməlinin məqsədi və motivi, xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmadan, barəsində əsassız olaraq Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməsidir. Məhkəmə kollegiyası kassasiya protestinin qeyd edilən dəlili ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiqinin zəruriliyini və mümkünlüyünü qəbul etdiyi qərarında kifayət qədər əsaslandırmışdır. Belə ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət tör ətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, tə qsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətinin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2017-ci il tarixli sərəncamında böyük ictimai təhlükə törətməyən və az ağır, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması neqativ hal kimi qiymətləndirilmiş və məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısını alınması məqsədilə tətbiq edildiyi əsas tutsunlar və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qəbul etdiyi qərarlarında milli məhkəmələrə dəfələrlə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möh kəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tələbinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkumun törətdiyi cinayət narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsində ifadə olunmuşdur. Məhkumun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanununa əsasən, qurudulmuş marixuananın xeyli miqdarı 5 qram və daha artıq miqdarda müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, cinayət məsuliyy əti yalnız xeyli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanmasına görə yaranır. Göründüyü kimi, qanunverici xeyli miqdardan az narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanmasını ictimai təhlükəli əməllər kateqoriyasına aid etmir. Cinayət işinin materiallarından da aydın olur ki, məhkum tərəfindən qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilmiş narkotik vasitə olan qurudulmuş marixuananın miqdarı 0,27 qram olmuşdur ki, bu da xeyli miqdarın aşağı həddindən təxminən 19 dəfə azdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum qaçaqmalçılıq yolu ilə keçirilmiş narkotik vasitənin cüzi miqdarda olmasını onun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hal kimi qiymətləndirərək, onun ilk dəfə ci nayət əməlini törətməsi və əməldən peşman olmasını cəzasını yüngülləşdirən hallar qismində nəzərə alıb, məhkuma CM-in 62-ci maddəsinə əsasən təqsirli bilindiyi maddədə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza növü – cərimə cəzasını təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi cinayət qanunu normalarının tələblərinə, yuxarıda qeyd edilən Azərbaycan Respublikası Prezidentinin sərəncamında və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında məhkəmələrə verilmiş tövsiyələrə əsaslanır. Məhkum təyin edilmiş cəza onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və cəza məqsədlərinə uyğun gəlir. İşdən görünür ki, kassasiya protestinin dəlillərinə əsasən apellyasiya instansiy ası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2024-cü il tarixli 1(106)-540/2024 nömrəli qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2024-cü il tarixli 1(106)-540/2024 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar