Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-61/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Q Ə R A R Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), İlqar Səyyad oğlu Qılıcov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 206.2, 228.1 və 29, 318.2-ci m addələri ilə təqsirli bilinərək məhkum olunmuş Təqsirləndirilən şəxs və qeyrilərinin barələrindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2017-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş vəsatətə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim Rauf Əliyev, hakimlər Mirzə Xankişiyev və Faiq Qəniyevdən ibarət tərkibdə) 1(101)-1055/2016 saylı 16 noyabr 2016-cı il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs, 11 avqust 1977-ci il tarixdə Zaqatala rayonunun ******** qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Zaq atala rayonunun ******** qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 206.2, 228.1 və 29, 318.2-ci maddələri ilə təqsirli bilinərək, CM-in 29,206.2-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-in 29,318.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 15 noyabr 2015-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X2, X5, X6, X8, X4 və X3 da təqsirli bilinib məhkum olunmuşlar. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2017-cı il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Həsən Əhmədov, hakimlər Süleyman Hüseynov və Vaqif Mursaqulovdan ibarət tərkibdə) məhkumlar N6, Təqsirləndirilən şəxs, Ə6, R6, B6 və müdafiəçilər E6, E7, H6 və İ6 tərəfindən verilən kassasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs və digərlərinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2017-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən 09 avqust 2019-cu il tarixdə kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət verilmişdir. Məh kum Təqsirləndirilən şəxs vəsatətində apellyasiya məhkəməsinin qərarı ona gec təqdim olunduğundan kassasiya şikayəti vermə müddətini ötürdüyünü əsas gətirərək vəsatətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında baxılanadək, 17 fevral 2020-ci il tarixdə məhkum Təqsirləndirilən şəxs Ali Məhkəməyə ünvanlanmış ərizəsi daxil olmuşdur. Həmin ərizədə məhkum Təqsirləndirilən şəxs göstərmişdir ki, o, özü tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatəti və kassasiya şikayətini geri götürür və xahiş edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Məhkəmə kollegiyası dövlət ittihamçısının ərizənin təmin edilməsi barədə çıxış ını dinləyərək belə hesab edir ki, məhkumun ərizəsi təmin olunmalı və kassasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası məhkum tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi haqqında məhkumun ərizəsini nəzərə alıb cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətin geri qaytarılmasını mümkün hesab edir. Şərh ed ilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkumun ərizəsi təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2017-ci il tarixli qərarı tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatət məhkumun ərizəsinə əsasən baxılmadan geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-61/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-61/2020
18.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver