Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-61/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştirakı ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə (hakim: İ.A.İbrahimli) Məhkum - xx xxxxxx 1989-cu ildə Bakı şəhəri anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, hazırda heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum xx xxxxxxxx 2019-cu il tarixindən xx xxxxxxxx 2019-cu il tarixinədək, yəni 02 (iki) gün həbsdə saxlandığı müddət nəzərə alınaraq ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində, qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli çəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəlinin xx xxxxxx 2020-ci il tarixindən hesablanması hökm edilmişdir. İşin halları: Məhkum yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamış, yəni maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Məhkum özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 20 19-cu il tarixə keçən gecə saat təxminən 04:00 radələrində Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi olan ünvan 2 ünvanına evin açıq pəncərəsindən qanunsuz daxil olmaqla, qonaq otağında yerləşən masanın üzərində olan 583 əyarlı, brilyant qaşlı, 4,41 qram çəkidə olan və 327 manat dəyərindəki qızıl nişan üzüyünü və 55 manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 382 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Ə.N.Bayramov (sədrlik edən və məruzəçi), Ə.İ.Qasımov və N.E.Məmmədovdan ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməd ən, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində uşaq vaxtlarından anasını itirdiyini, atasının uzun müddətdir onkoloji xəstə olduğunu, ailəli olmasını, ailəsini yalnız onun dolandırdığını, peşəkar boksla məşğul olduğunu, Heydər Əliyevin 89-cu il dönümünə həsr olunmuş turnirdə İ yer qazandığını, etdiyi cinayəti ilk gündən səmimi etiraf etdiyini, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tam ödədiyini, qarşı tərəfin heç bir şikayət və tələbinin olmamasını bildirərək barəsində seçilmiş azadlıqdan məhrum etmə cəzasının azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilərək cəzasının dahada yüngülləşdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul e dir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum kassasiya şikayətində uşaq vaxtlarından anasını itirdiyini, atasının uzun müddətdir onkoloji xəstə olduğunu, ailəli olmasını, ailəsini yalnız onun dolandırdığını, peşəkar boksla məş ğul olduğunu, Heydər Əliyevin 89-cu il dönümünə həsr olunmuş turnirdə I yer qazandığını, etdiyi cinayəti ilk gündən səmimi etiraf etdiyini, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tam ödədiyini, qarşı tərəfin heç bir şikayət və tələbinin olmamasını göstərərək barəsində seçilmiş azadlıqdan məhrum etmə cəzasının azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilərək cəzasının dahada yüngülləşdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işi üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusundan müəyyən edilmişdir ki, Məhkum əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxx 2018-ci il tarixli * saylı Sərəncamına əsasən əhf olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Daha sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilmişdir. Məhkum Nərman oğlunun göstərilən cinayət əməli üzrə məhkumluq müddəti keçmədən o hazırkı baxılan cinayət əməlini törətməklə cinayətlərin residivini yaratmışdır. Birinci instansiya məhkəməsində tədqiq edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs dəymiş ziyan ödənilmişdir. Onun təqsirləndirilən şəxs Məhkuma qarşı heç bir şikayət i və tələbi yoxdur. Birinci instansiya məhkəməsi cəza təyini məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Məhkum Nərman oğlunun əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını, ailəli olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Məhkumun əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəs dən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Birinci instansiya məhkəməsi işin göstərilən hallarını və göstərilən maddi hüquq normalarını nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai t əhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlmişdir ki, cəzanın məqsədi Məhkumun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Apelyasiya instansiyası məhkəməsi də göstərilən halları nəzərə alaraq birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərlə yanaşı həm də qeyd edir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən hə m də Azərbaycan Respublikası CMnin 65.2-ci maddəsi ilə müəyyən edilmiş növə və həddə uyğun, yəni ən ciddi cəza olan azadlıqdan məhrum etmə cəzasının yarısından az olmayan həddə cəza təyin etmişdir. Bu qanunun tələbindən görünür ki, Məhkum azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi həmin qanunun tələbinə ziddir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olmaqla qanunun tələbinə zidd olduğundan təmin edilməməli və qərar dəyişdirilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı, birinci və apelyasiya instansiyaları məhkəmə baxışı mərhələlərində cinayət və cinayət prosessual qanunların kobud pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının kobud pozulması halları müəyyən edilməmişdir. Ona görə də ka ssasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət K ollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-61/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-61/2021
27.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver