Məhkəmə qərarları › İş №1(102)-61/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-61/2024

24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-61/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim İmanovun, Məhkum, məhkumun müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi4 iştirakları ilə, Sumqayıt Apelyasiya Məhk əməsinin Cinayət kollegiyasının 14 sentyabr 2022-ci il tarixli qərarından Məhkum və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Fəhmin Hümbətov (sədrlik edən və məruzəçi) Fikrət Əliyev və Hafiz Əliyev) 16 iyun 2022-ci il tarixli, 1(124)-137/2022 nömrəli hökmü ilə xx xxxx 1987-ci ildə xxxx rayonu xxxx kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, xxxx rayonu xxxx kəndində daimi qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə təqsirli bilinərək 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqd an məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətini əvvəli 06 avqust 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Məhkum cüzi səbəb olan, həmkəndlisi Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda nalayiq ifadələr işlədib onu təhqir etməsini bəhanə edərək Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmiş, bu məqsədlə yüngül dərəcəli alkoqol sərxoşluğu halında yaşadığı evdən soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb 06 avqust 2021-ci il tarixdə saat 01:30 radələrində Xaçmaz rayonu Qusarçay kəndində yerləşən “xxxx ” marketin qarşısına gələrək həmin marketdə mühafizəçi işləyən Zərərçəkmiş şəxs yanına çağırıb orada özündə olan mətbəx bıçağı ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı ardıcıl zərbələr vurmaqla müstəsna qəddarlıq nümayiş etdirərək zərərçəkmiş şəxsə xüsusi ağrılar yetirdiyini, xüsusi əzab və iztirab verdiyini dərk edib, bunları arzulayaraq Zərərçəkmiş şəxs “hemorragik şok, hemopnevmotoraks və daxili qanaxma ilə müşayiət olunmuş qara ciyərin, diafraqmanın, nazik bağırsaq və müsariqələrinin, piyliyin zədələnmələri ilə qarın və döş boşluqlarına nüfuz edən 6 ədəd deşilmiş-kəsilmiş yara” kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, “boyun, sağ çiyin qurşağı, döş qəfəsi və göbək ətrafı nahiyələrin boşluqlara nüfuz etməyən 4 ədəd deşilmiş-kəsilmiş və kəsilmiş yaraları” kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran olmaqla, ümumilikdə 10 ədəd bədən xəsarəti yetirmiş, lakin Z ərərçəkmiş şəxs ona aktiv müqavimət göstərməklə hadisə yerindən uzaqlaşması və “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin cərrahiyyə şöbəsinə yerləşdirilib həkimlər tərəfindən ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatının xilas edilməsi səbəbindən bilavasitə sonuncunu qəsdən öldürməyə yönəlmiş əməllərini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmiş, bununla da Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla həmin şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ruhiyyə Əsgərova (sədrlik edən və məruzəçi), Vidadi Cəfərov və Rəşadət Ağayev) 14 sentyabr 2022-ci il tarixli, 1(105)-390/2022 nömrəli qərarı i lə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-137/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarının dəyişdirilməsini və daha yüngül cəza növü ilə əvəz olunmasına dair hökmün çıxarılmasını xahiş etmiş, məhkumun müdafiəçisi Müdafiəçi3 isə kassasiya şikayəti verərək məhkumun törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinə tövsif olunması və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, 06 avqust 2021-ci il tarixdə yaşadığı Xaçmaz rayonu Qusurçay kəndində həmyerlisi Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə sonda cinayətlə nəticələnib. O, Xaçmaz rayon polis şöbəsinə aparıldıqda polis müstəntiqi tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işinin araşdırılmasına başlanılsa da, 4 ay sonra müstəntiq tərəfindən ona qarşı qərəzli mövqe tutularaq haqqında əməli Cinayət Məcəlləsinin 29,120.2.2 və 29,120.2.4-cü maddələrinə tövsif edilərək cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə verilmişdir. Lakin, məhkəmə tərəfindən aparılmış proseslər zamanı onun öz hüquqlarını normal və sivil şəkildə müdafiə edə bilmədiyindən istifadə edərək öz işini daha normal və yüngül aparılmasını qarşısına məqsəd qoyaraq müstəntiqin mövqeyi dəstəkləyərək ona qarşı Cinayət M əcəlləsinin 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə qəti olaraq 11 il 3 ay müddətinə cəza növü təyin olunmasına dair qərar qəbul etmişdir. Barəsində çıxarılmış qərardan narazı olduğu üçün qərardan Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət etsə də, Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakiminin qərarını müdafiə edərək barəsində çıxarılmış hökmü əsaslı olaraq qəbul etmiş və təyin olunmuş cəza müddətini dəyişdirilmədən qüvvəsində saxlamışdır. Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, istintaq orqanı, habelə birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən gəlinmiş bu nəticə qeyri-obyektiv olmaqla, heç bir sübut növü ilə təsdiq edilməmişdir. İşin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş və cinayət qanunvericiliyini n normaları düzgün tətbiq olunmamaqla irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar qiymətləndirilməmişdir. Nəticədə törədilmiş cinayət əməlinin hüquqi tövsifində yanlışlıqlara yol verilməklə ədalətsiz hökm çıxarılmış və apelyasiya instansiyası məhkəməsi də qanunsuz hökmü qüvvədə saxlamışdır. Nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqı zamanı Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2 və 29,120.2.4-cü maddələrinin tərkibinin olması və yaxud qeyd olunan cinayət əməllərini törətməsi hər hansı bir mötəbər sübutla təsdiq olunmur. İbtidai araşdırma zamanı və məhkəmə istintaqında ifadə verən zərərçəkmiş şəxsin özünün, habelə iş üzrə dindirilmiş şahidlərin verdikləri ifadələrdən də açıq-aşkar görünür ki, Məhkum Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış və belə niyyətin olması işdə olan sübutlarla da təsdiq olunmamışdır. O, həqiqətən də Zərərçəkmiş şəxs öldürmək niyyətində olmamış və onun həyatdan məhrum olunmasını arzulamamışdır. Belə ki, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, “bıçaqlandıqdan sonra Şahinin yanına özü getmiş, Nizami onun arxasınca gəlməmiş, Şahinin butkası ilə onun bıçaqlandığı yerin arası təxminən 100 metr olmuşdur.” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarının 2-ci bəndində bildirilir ki, “Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir.” Qeyd etmək lazımdır ki, iş üzrə sübutlar tam, obyektiv və hərtərəfli qiymətləndirilməmiş, əmələ düzgün hüquqi qiymət verilməmişdir. Hadisənin zərərçəkmişin təşəbbüsü ilə başlanması məhkəmə araşdırmasında aşkar olunmasına baxmayaraq bu barədə apelyasiya məhkəməsinin qərarında heç nə qeyd edilməmişdir. Həmçinin burada zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin hadisədən əvvəl ki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmamış, işdə olan sübutlar düzgün qiymətləndirilməmişdir, bunun nəticəsi olaraq onun əməli Azərbaycan Respublikasının CM-in 120.2.2 (xuliqanlıq niyyəti ilə) maddəsi ilə tövsif edilmişdir. İşin materiallarından göründüyü kimi hadisə onları görə biləcək kiminsə olmadığı yerdə baş vermiş, cəmiyyətdə qəbul olunmuş hər hansı birgə yaşayış və ictimai qaydalar pozulmamış, cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlərə yol verilməmiş, subyektiv cəhətdən xuliqanlığın olması heç bir sübutla təsdiq edilməmişdir. Yuxarıda qeyd olunan qərarın 6-cı bəndində qeyd olunur ki, “Qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qay dalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-in 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın z ərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz.” Birinci və apelyasiya instansiyası məhkəmələri işə baxarkən işin düzgün həll edilməsi üçün böyük əhəmiyyət kəsb edən bütün halların, təqsirin xarakterinin və dərəcəsinin, təqsirləndirilən və zərərçəkmiş şəxsin şəxsiyyətinin, xuliqanlıq niyyəti ilə adam öldürməyə qəsdin motivinin, məqsədinin, üsulunun tam və hərtərəfli araşdırılmasını təmin etməmişdir. Qeyd etmək lazımdır ki, hadisədən dərhal sonra 06 avqust 2021-ci il tarixdə Xaçmaz rayon prokuroru tərəfindən f akta görə Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə cinayət işi başlanmış ( cild l,i.v2-24), həmin tarixdə Məhkum həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və 07 avqust 2021-ci il tarixdə eyni maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmiş və Xaçmaz rayon məhkəməsinin 07 avqust 2021-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir (cild 1. i.v. 1,28). Xaçmaz rayon məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum həbsdə saxlanılma müddəti 01 ay müddətində uzadılmışdır. Lakin, sonradan yəni, 12 noyabr 2021-ci il tarixdə Xaçmaz rayon prokurorluğunun müstəntiqi tərəfindən qeyri-müəyyən səbəblərdən təqsirləndirilən şəxsə qarşı qərəzl i istintaq aparılaraq onun əməli Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsindən həmin Məcəllənin 29,120.2.2 və 29,120.2.4-cü maddələrinə tövsif edilmiş və 17 noyabr 2021-ci il tarixdə ona qeyd olunan maddələr ilə yenidən ittiham verilmişdir. Birinci və apelyasiya instansiyası məhkəmələri isə qeyd olunan halları nəzərə almamış səthi araşdırma aparmaqla Cinayət Prosessual Məcəlləsinin prinsip və tələblərini pozmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən Məhkum və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərb aycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərin ə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətlərinin başlıca dəlili Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda heç bir əsas olmadan xuliqanlıq niyyəti və xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd etmə kimi, yəni CM-in 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə tövsif edilməsinin qanunsuz və əsassız olmasıdır. Kassasiya şikayətlərindən görünür ki, kassatorlar məhkumun zərərçəkmiş şəxsə bıçaq zərbələrin endirməsi və bunun nəticəsində zərərçəkmiş şəxsə cinayət işi üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyində göstərilmiş bədən xəsarətlərinin yetirilməsini mübahisələndirmirlər. Kassasiya şikayətlərində məhkumun bu əməlinin hüquqi tövsifi mübahisələndirilir. Belə ki, istintaq orqanı və məhkəmələr nəticəyə gəlmişlər ki, mə hkum zərərçəkmişi öldürmək məqsədi ilə bu əməlləri törətmiş və onun əməli Azərbaycan Respublikası CM-in 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə tövsif etmişdir. Müdafiə tərəfi hesab edir ki, məhkumun əməli qəsdən adam öldürməyə cəhd kimi deyil, qəsdən sağlamlığa ağır zərər vurma kimi Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinin dispozisiyasına əsasən digər şəxsi qəsdən həyatdan məhrum etmə qəsdən adam öldürmə cinayəti hesab olunur. Həmin əməlin xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla törədilməsi CM-in 120-ci maddəsində ağırlaşdırıcı tövsifedici əlamətlər qismində nəzərdə tutulur və əməlin mü vafiq olaraq CM-in 120.2.2 və 120.2.4-cü maddələri ilə tövsif edilməsinə əsas olur. Azərbaycan Respublikası CM-in 120-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli həm birbaşa, həm dolayı qəsdlə törədilə bilər. Azərbaycan Respublikası CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Ona görə də qəsdən adam öldürməyə cəhd yalnız birbaşa qəsdlə törədilir. Belə ki, təqsirkar öz əməlinin ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir, lakin zərərçəkmiş şəxsin ölümü onun iradəsindən asılı olmayan səbəblərdən baş vermir. Azərbaycan Respublikası CM-in 126-cı maddəsi ilə nəzər də tutulmuş əməl isə qəsdən sağlamlığına ağır zərər vurmasından ibarət olur. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, qəsdən adam öldürməyə cəhd zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmada ifadə olunursa, həmin cinayət əməlini qəsdən sağlamlığa ağır zərər vurma əməlindən fərqləndirən əsas amil onun subyektiv cəhətidir. Belə ki, birinci halda təqsirkar zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vuran əməli məhz sonuncunu həyatdan məhrum etmək məqsədi ilə törədir, ikinci halda isə təqsirkar bu əməli törədərkən zərərçəkmişi öldürmək istəmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyət i yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən itt ihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Göründüyü kimi qanunun tələblərinə görə əməlin düzgün tövsif edilməsi və şəxsin konkret cinayət əməlinin törədilməsində təqsirli olunmasına dair ittiham hökmünün çıxarılması üçün onun törətdiyi əməldə həmin cinayətin bütün əlamətlərinin olması məhkəmə iclasında qanunla müəyyən edilmiş qaydada tədqiq edilmiş mötəbər və mümkün sübutlar əsasında müəyyən edilməli, məhkəmənin gəldiyi nəticə hökmdə əsaslandırılmalıdır. İstintaq orqa nı təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirini təsdiq etmək üçün məhkəməyə onun özünün ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi və məhkəmə-psixiatrik ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sübutlar təqdim etmişdir. Birinci instansiya məhkəməsi ittihamın təqdim etdiyi sübutları məhkəmə iclasında tədqiq edərək Məhkum əməlinin tövsifi ilə razılaşmış və onun Azərbaycan Respublikası CM-in 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə təqsirli olmasına dair nəticəyə gəlmişdir. Apelyasiya məhkəməsi cinayət işinə müdafiə tərəfinin apelyasiya şikayətinə əsasən baxaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Məhkəmə kolle giyası kassasiya şikayətlərinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb nəticəyə gəlir ki, məhkəmələr tərəfindən məhkumun əməlinin adam öldürməyə cəhd kimi tövsif edilməsi əsaslı olsa da, onun bu cinayət əməlini xuliqanlıq niyyəti və xüsusi amansızlıqla törətməsi barədə gəldiyi nəticələr həm sübutlarla, həm də işin halları ilə uzlaşmır. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, qəsdən adam öldürmə işlərinə baxarkən məhkəmələr təqsirkarın niyyətini məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Məhkum Zərərçəkmiş şəxsla mübahisə zamanı üzərində olan bıçaqla sonuncunu qəsdən 10 dəfə vurmuşdur. Həmin zərbələrin 6sı həyat üçün vacib olan orqanlara endirilmiş və sağlamlığına ağır zərər vurması ilə nəticələnmişdir. Lakin zərərçəkmiş şəxsin aktiv müqavimət göstərilməsi və hadisə yerindən uzağlaşması səbəbindən ona daha çox zərbələr vura bilməmişdir. Hadisədən sonra zərərçəkmiş şəxsə ixtisaslı tibbi yardım göstərilmiş və onun həyatı xilas olunmuşdur. İşin bu halları, yəni məhkum tərəfindən zərərçəkmiş şəxsə bıçaqla vurulmuş zərbələrin sayı və bunun nə ticəsində yetirilmiş bədən xəsarətlərinin xarakteri, məhkumun zərərçəkmiş şəxsin aktiv müqavimət göstərməsi və hadisə yerindən uzaqlaşması ilə əlaqədar öz hərəkətləri davam edə bilməməsi Məhkum Zərərçəkmiş şəxs öldürmək niyyətini təsdiq edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci və apelyasiya instansiyası məhkəmələri düzgün olaraq Məhkum əməlini qəsdən sağlamlığına ağır zərər vurma kimi deyil, qəsdən adam öldürməyə cəhd kimi tövsif etmişlər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərinin bu barədə dəlili əsaslı hesab etmir. Azərbaycan Respublikası CPM-in 353.2.2-ci maddəsinin tələbinə görə, məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri mütləq şəkildə hökm və qərarda göstərilməlidir. Ali Məhkəmən in Plenumunun yuxarıda göstərilən qərarında qəsdən adam öldürmə işlərinə baxan məhkəmələrə izah edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Məhkum, Zərərçəkmiş şəxs, şahidlər Şahid5 və Şahid4 ifadələrindən görünür ki, hadisədən əvvəl məhkumla zərərçəkmiş şəxsin arasında dəfələrlə mübahisə olmuş, Zərərçəkmiş şəxs məhkumun onun qardaşı oğlu ilə bir neçə mübahisə etdiyinə görə təhqir etmişdir. Məhkum hadisə yerinə Zərərçəkmiş şəxs yanına gəlməsi məhz sonuncunun onu bir neçə dəfə, hətta hadisə baş verdiyi gün də təhqir etməsi ilə əlaqədar olmuşdur. Hadisə yerində də onların arasında mübahisə baş vermiş və məhkum zərərçəkmiş şəxsi öldürmək üçün ona bıçaq zərbələri endirmişdir. İşin bu halları məhkumun öz cinayət əməlləri xuliqanlıq niyyəti ilə deyil, qisas niyyəti ilə törətməsini aşkar sürətdə göstərir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərə görə xuliqanlıq motivinin sübut edilməsi şəx sin əməlinin xuliqanlıq və xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma kimi qiymətləndirilməsini və həmin əməllərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221 və 126.2.4-cü maddələrinin tətbiq edilməsini mümkün edən zəruri şərtdir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarında da (3cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətlən dirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığı deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən (onda etiraz doğuran) davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş c inayət – xuliqanlıq və yaxud xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma kimi qiymətləndirilməməlidir. Qeyd olunanlardan göründüyü kimi xuliqanlıq cinayətinin, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa zərərvurmanın subyektiv cəhətinin mütləq şərti kimi çıxış edən xuliqanlıq motivi və onun əsasını təşkil edən hallar şəxsin ictimai qayda, ümumi qəbul edilmiş davranış modeli ilə bağlı olan dəyərləri dərk etməsini və bilərəkdən (qəsdən) bu dəyərlərə qarşı etinasızlıq göstərməsini, yəni kifayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlərin və onların pozuntularının şəxsin şüuru ilə əhatə olunmasını ehtiva edir. Bu isə şəxsin əqli, psixiki cəhətdən həmin dəyərləri dərk etmək qabiliyyətində olmasını, onun əqli inkişafının, psixi vəziyyətinin buna imkan verməsini tələb edir. Lakin istin taq orqanı və məhkəmələr məhkumun və zərərçəkmiş şəxsin arasında olan ədavət münasibətlərindən irəli gələn qisas motivini cinayət törədilməsi üçün əsaslı olmayan bəhanə kimi qiymətləndirərək Məhkum zərərçəkmiş şəxsə qarşı cinayət əməlini xuliqanlıq niyyəti ilə törətməsi barədə səhv nəticəyə gəlmişdir. Budan başqa məhkəmə kollegiyası məhkumun əməlinin xüsusi amansızlıqla törətməsini, yəni Azərbaycan Respublikası CM-in 29,120.2.4-cü maddəsi ilə tövsif edilməsini əsassız hesab edir. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarında qeyd edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Məhkumun zərərçəkmiş şəxsə 10 bıçaq yarasını yetirməsi müəyyən edilsə də, məhkumun zərərçəkmiş şəxsi xüsusi amansızlıqla öldürmək niyyətini təsdiq edən başqa heç bir hal müəyyən edilməmişdir. İstintaq orqanı və məhkəmələr tərəfindən məhkumun məhz bıçaq zərbələrin çoxluğu onun cinayəti xüsusi amansızlıqla törətməsi kimi qəbul edilmişdir. Cinayət işi üzrə müəyyən edilmişdir ki, Məhkum zərərçəkmiş şəxsi öldürmək üçün Zərərçəkmiş şəxs bıçaq zərbələri endirmiş, lakin sonuncunun aktiv müqavimət göstərilməsi və hadisə yerindən uzaqlaşması səbəbindən cinayəti başa çatdıra bilməmişdir. İşin bu halı Nizamin Baxşıyevə qarşı irəli sürülmüş ittihamda, onun barəsində çıxarılmış məhkəmənin hökmündə və apelyasiya məhkəməsinin qərarında qeyd edilmişdir. Göründüyü kimi Məhkum zərərçəkmişə 10 biçaq zərbəsinin endirilməsi məqsədi sonuncuya şiddətli ağrı, xüsusi əzab vermək deyil, zərərçəkmiş şəxsin müqavimətini qırmaq və başlanmış cinayəti başa çatmaq, yəni onu öldürmək niyyətinə çatmaq olmuşdur. Məhkum zərərçəkmiş şəxsi xüsusi amansızlıqla öldürmək niyyətini təsdiq edən hər hansı bir digər hal cinayət işi üzrə müəyyən edilməmiş, ittiham tərəfi bunu təsdiq etmək üçün heç bir sübut məhkəməyə təqdim etməmişdir. Ona görə məhkəmə kollegiyası məhkəmələrin Məhkum zərərçəkmiş şəxsi xüsusi amansızlıqla öldürməyə cəhd etməsinə dair gəldiyi nəticəni əsassız hesab edir. Göründüyü kimi, Məhkum zərərçəkmiş şəxs Sahil Cəbrayılovun onu dəfələrlə təhqir etməsinə görə qisas almaq üçün sonuncunu öldürmək niyyətinə gəlmişdir. X1 Cəbrayılovu öldürmək üçün sonuncuya bıçaq zərbəsi yetirmiş, lakin ilkin bıçaq zərbəsindən sonra zərərçəkmiş ölməmiş və ona aktiv müqavimət göstərməyə başlamışdır. Məhkum öz cinayət məqsədinə çatmaq üçün zərərçəkmiş şəxsə bıçaq zərbələrin endirilməsini davam etmiş və nəticədə zərərçəkmişə döş boşluqlarına nüfuz edən 6 ədəd deşilmiş-kəsilmiş yara” kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, “boyun, sağ çiyin qurşağı, döş qəfəsi və göbək ətrafı nahiyələrin boşluqlara nüfuz etməyən 4 ədəd deşilmiş-kəsilmiş və kəsilmiş yaraları” kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran olmaqla, ümumilikdə 10 ədəd bədən xəsarəti yetirmiş, lakin Zərərçəkmiş şəxs ona aktiv müqavimət göstərməklə hadisə yerindən uzaqlaşması səbəbindən cinayəti başa çatdıra bilməmiş, bununla CM-in 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətmişdir. Azərbaycan Respublikası CPM-in 145.1-ci madd əsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 351.3.4 -cü maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək sübuta yetirilmiş hesab edilə bilər. Məhkəmə kollegiyası yuxarıda sadalanan sübutlara nəzər salaraq qeyd edir ki, məhkumun zərərçəkmiş şəxsi xuliqanlıq niyyəti ilə və ya xüsusi amansızlıqla öldürməyə cəhd etməsi məhkumun, zərərçəkmişin, şahidlərin ifadələri və digər sübutlarla müəyyən olunur. Onun əməlinin Azərbaycan Respublikası CM-in 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə tövsif edilməsi üçün hər hansı bir sübut mövcud olmamışdır. Belə olan halda məhkəmə kollegiyası cinayət və cinayət-prosessual qanunvericiliyinin normaların tələblərinə uyğun olaraq nəticəyə gəlir ki, Məhkum zərərçəkmiş şəxsin öldürməyə cəhd etmə si xuliqanlıq niyyəti ilə və ya xüsusi amansızlıqla törətməsi sübuta yetirilməmiş və o, Azərbaycan Respublikası CM-in 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə təqsirli bilinə bilməz. Məhkəmələrin məhkumun əməlində Azərbaycan Respublikası CM-in 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olmasına dair gəldikləri nəticə cinayət işi üzrə sübutlara təsdiq olunmadığı və işin halları ilə uzlaşmadığına görə əsassızdır. Məhkəmələr Məhkum əməlini Azərbaycan Respublikası CM-in 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə tövsif edərək hüquqi səhvə yol vermişlər. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə is tintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cin ayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının 23-cü bəndində nəzərdə tutulmuş tövsiyələrdən göründüyü kimi, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 29,120.2.2 və 29,120.2.4-cü maddələrindən həmin Məcəllənin 29,120.1-ci maddəsinə tövsif edilməli və onun zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alıb, CM-in 60.1-ci maddəsinin tələblərinə müvafiq olaraq cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə görə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum və onun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 sentyabr 2022-ci il tarixli, 1(105)-390/2022 nömrəli qərarı dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası CM-in 29,120.2.2 və 29,120.2.4-cü maddələrindən həmin Məcəllənin 29,120.1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 29,120.1-ci madd əsi ilə 7 (yeddi) il 10 (on) ay 15 (on beş) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 sentyabr 2022-ci il tarixli, 1(105)-390/2022 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar