Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-61/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Müdafiəçi – Məhkum müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 206.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunma sı barədə Bakı Apellyasiya Məhkəməsinin 6 avqust 2021-ci il tarixli hökmün kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatətin rədd edilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2024-cü il tarixli ilkin baxış qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 1(101)-344/2021 saylı hökmü (hakim Eldar Əli oğlu Mikayılovun sədrliyi ilə, hakimlər X2 və X1 ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə törətməkdə təqsirli bilinib, CM-in 206.3.2-ci madd əsi ilə 6 (altı) il müddətinə və CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən Məhkum təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 22 iyun 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsəsən Məhkum barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun, ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin maddi sü butlar və məhkəmə məsrəfləri məsələləri də öz həllini tapmışdır. Həmin hökmdən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1137/2021 saylı, xx.xx.2021-ci il tarixi hökmü ilə (sədrlik edən F.A.Qasımov, hakimlər E.E.Rəhimov və K.H.Əkbərovdan ibarət tərkibdə ibarət tərkibdə) Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2021-ci il tarixli hökmünün ləğv edilməsi, Məhkum Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bili nərək, 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum əməllərində Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsinin tərkibi olmadığından ona həmin maddə ilə bəraət verilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəlinin 22 iyun 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1137/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyündən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(102)1806/2022 saylı qərarı ilə (sədrlik edən İ.S.Qılıcov, hakimlər İ.Ə.Rəcəbov və N.R.Mövsümovdan ibarət tərkibdə) Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Məhkum Bakı Apellyasiya Məhkəməsinin 6 avqust 2021-ci il tarixli, 1(103)-1137/2021 saylı hökmündən kassasiya şikayəti vermiş və prosessual müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət edərək, qərardan kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2024-cü il tarixli qərarı ilə (hakimlər E.E.Rəhimov (sədrlik edən və məruzəçi), F.İ.Əyyubov və E.Ə.Mühdiyevdən ibarət tərkibdə) Məhkum tərəfindən verilmiş kassasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti əsassız olduğundan rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilərək qərarın ləğv edilməsi və kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilmişdir ki, məhkumun hüquqi savadının olmaması və cəzaçəkmə müəssisəsində olması nəzərə alınmamışdır. Qeyd edilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2024-cü il tarixli qərarının ləğv olunmasını və Bakı Apellyasiya Məhkəməsinin 6 avqust 2021-ci il tarixli hökmündən kassasiya şikayəti verilməsi müddətinin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məh kəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti, onu vermək hüququna malik olan şəxslər tərəfindən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından-onların çıxarıldığ ı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay (köhnə redaksiyada 18 ay) müddətində verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək h üququna malikdir: “411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.3-cü maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsi apellyasiya instansiyası məhkəməsinin yekun qərar çıxarmış məhkəmə tərkibi (bu mümkün olm adıqda, digər hakimlərdən ibarət məhkəmə tərkibi) tərəfindən həll edilir. Həmin Məcəllənin 411.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti rədd etdikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etmiş olduğu məhkəmə qərarı elan olunduğu andan qanunla müəyyən edilmiş müddətlərdə kassasiya protesti və ya şikayəti verilə bilər. Həmin müddətin axımı qərarın elan olunduğu vaxtdan hesablanmağa başlayır. Həmin müddətdən sonra kassasiya şikayəti və ya protesti verilərsə, prosessual müddətin bərpasına dair vəsatət də verilməlid ir. Kassasiya şikayətinin (protestinin) verilmə müddəti üzrlü səbəblərə görə buraxıldıqda prosessual müddət bərpa edilməlidir. Buna görə də kassasiya şikayətini (protestini) verən şəxs vəsatətində prosessual müddətin bərpasına dair vəsatətində müddətin buraxılmasının üzrlü səbəblərini göstərməli və əsaslandırmalıdır ki, onun iradəsindən asılı olmayan səbəblərdən müddət buraxılmışdır. Çünki buraxılmış müddətin bərpa edilməsi üçün əsas kassasiya şikayəti vermək hüququ olan şəxsin səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulmalı və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanı olmamalı, yaxud da fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verməli idi. Bu iki haldan hər hansı birinin baş verməsi kassasiya şikayəti verilməsi müddətinin bərpasının üzrlü hesab edilməsi üçün əsasdır. Şəxsin iradəsindən asılı olmayan halın olması, şəxs həmin müddət ərzində özündən asılı olmayan səbəblərə görə kassasiya şikayəti vermək imkanının olmamasını ehtiva edir. İş materiallarından göründüyü kimi Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 avqust 2021-ci il tarixli hökmündən kassasiya şikayəti vermə müddəti 6 fevral 2023-cü il tarixdə bitmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, 6 avqust 2021-ci il tarixdə apellyasiya məhkəməsində işə baxılarkən Məhkum müqavilə bağladığı vəkil müdafiə etmişdir. Müdafiçinin hüquqi yardımını nəzərə alaraq Rəşid Quliyev qanunda nəzərdə tutulduğu muddətdə kassasiya sikayəti verə bilərdi, yəni göstərdiyi səbəbləri nəzərə alaraq onun hüquq ların müdafiə edən vəkil tərəfindən kassasiya şikayəti verilə bilərdi. Həmçinin məhkəmə kollegiyası bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 avqust 2021-ci il tarixli hökmündən nəzərdə tutulmuş müddət ərzində Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmədə baxılmış, Ali Məhkəmənin Cinayət kollegiyasının 12 dekabr 2022-ci il tarixli 1(102)1806/2022 saylı qərarı ilə (sədrlik edən İ.S.Qılıcov, hakimlər İ.Ə.Rəcəbov və N.R.Mövsümovdan ibarət tərkibdə) Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Ona görə də kassasiya şikayətində qeyd edilən dəlillər əsaslı hesab edilə bilməz. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kolleg iyası hesab edir ki, Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 avqust 2021-ci il tarixli hökmündən qanunla müəyyən edilmiş müddət ərzində, yəni 12 ay (köhnə redaksiyada 18 ay) müddətində kassasiya şikayəti vermək hüququ olmuş, həmçinin həmin müddət ərzində 1 dəfə kassasiya şikayəti verərək onu ərizəsi ilə geri götürmüş, lakin 1 iyun 2024-cü il tarixdə 2-ci dəfə yenidən həmin müddəti üzrsüz səbəbdən buraxmaqla, 2 (iki) il 10 (on) ay keçdikdən sonra, yəni kassasiya şikayəti verilməsi üçün müəyyən edilən vaxtın bitməsindən 1 (bir) il 4 (dörd) ay sonra kassasiya şikayəti verildiyindən və iş materialları ilə onun müddəti üzrlü səbəbdən buraxması müəyyən olunmadığından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də rədd edilməlidir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prose ssual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 avqust 2021-ci il tarixli hökmündən kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətinin bərpası haqqında vəsatətin təmin edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-61/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-61/2025
27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver