Məhkəmə qərarları › İş №1(102)-610/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-610/2023

21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-610/2023 21.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum3 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2022-ci il tarixli qərarından Məhkum3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə) 14 sentyabr 2021-ci il tarixli, hökmü ilə xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki ünvan 2ş Məhkum3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.4-cü və 32.4, 312.2-ci maddələri ilə nəzər də tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Məhkum3 qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Hərbi Məhkəməsinin 24 aprel 2019cu il tarixli hökmü ilə Məhkum3 təyin olunmuş 1000 manat məbləğində cərimə cəzası hazırkı hökmlə təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə tamamilə toplamaq yolu ilə Məhkum3 cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə və 1000 manat cərimə cəzaları təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 28 yanvar 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin Məhkum2 və Məhkum1 da təqsirli bilinərək məhkum olunmuşdurlar. Hökmdən Məhkum3 müdafiəçisi Babayev Emin Gündüz oğlu və Məhkum2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abbasov Mirzəli Əbdüləli oğlunun sədrliyi və məruzəsi ilə, Qaraqurbanlı Ramin Afad oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 08 fevral 2022-ci il tarixli qərarı ilə ape llyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli hökmü qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2022-ci il tarixli qərarından Məhkum3 tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli hökmü ilə Məhkum3 təqsirli bilinib məhkum olunmuşdur, ona görə ki, Məhkum3 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirtmək məqsədilə Məhkum1 ilə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında qohumu Şahid3 Azərbaycan Respublikası Dövlət Neft Şirkətində sürücü vəzifəsinə işlə təmin edilməsinə köməklik göstərməsi üçün 2018-ci ilin aprel ayında Məhkum1 müraciət etmiş Şahid1 sonuncu vasitəsilə özünü Dövlət Neft Şirkətində yüksək vəzifədə işləyən şəxs kimi təqdim edərək, Şahid3 qeyd olunan şirkətdə sürücü vəzifəsinə işlə təmin edilməsi imkanına malik olmasına dair yalan vəd edib, həmin məsələnin müsbət həll olunması üçün Dövlət Neft Şirkətində işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi qanunsuz hərəkətə görə özü və Məhkum1 vasitəsilə birbaşa yolla maddi nemət olan 8000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini sonuncu vasitəsilə Şahid1 və Şahid3 aldatmaqla bildirib, özləri barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla şövdələşib, həmin adla 11 aprel 2018-ci il tarixdə Məhkum1la qabaqcadan əlbir olaraq bir qrup şəxs halında sonuncu vasitəsilə Bakı şəhəri, Yasama l rayonu, Həsən Bəy Zərdabi prospekti 20/2 ünvanında yerləşən «Məhsul» kafesinin qarşısında 8000 manat məbləğində pul vəsaitini Şahid3 iştirakı ilə Şahid1 alıb, sonuncuya məxsus 8000 manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Məhkum1la qabaqcadan əlbir olaraq bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid1 və Şahid3 təhrik etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi qərar qanunsuz və əsassızdır. Cəza təyin i haqqında qanunvericiliyin normaları düzgün olaraq təbiq edilməmişdir. Belə ki, törətmiş olduğu əməli etiraf etdiyini və əməlindən səmimi peşmançılıq çəkdiyini bildirərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2022ci il tarixli qərarı ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmadığı və yüngülləşdirici halların (zərər çəkmiş şəxsə dəymiş ziyanın və zərər çəkmiş şəxsə dəymiş ziyanın 50 faizi məbləğində vəsaitin dövlət nəfinə ödənilməsi və s.) nəzərə alınmadığı üçün ədalətli hesab etməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarının ləğv edilərək və ona, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təyin edilmi ş cəzadan azad edilməsi barədə yeni qərarın çıxarılmasını xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, məhkumun Cinayət Məcəlləsinin 178.2.1-ci və digər maddələrində nəzərdə tutulmuş cinayətləri törətməsi iş materialları ilə sübuta yetirildiyindən məhkuma törətdiyi cinayət əməlinə görə ədalətli cəza təyin edildiyini nəzərə alaraq verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası C inayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən barəsində həddindən artıq ağır cəza təyin edildiyi iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar CPM-nin 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2022-ci il tarixli qərarının qanunili yini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum3 verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermədə iştirakçılıq ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq e dilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum3 əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona təyin edilmiş cəzanın ağır olduğu iddia edilir, təyin edilmiş cəzanın yüngülləşdirilməsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təyin edilmiş cəzadan azad edilməsi barədə qərar qəbul edilməs i xahiş edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədal ət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın tə yin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cin ayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum3 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (himayəsində bir azyaşlı uşağının olması, əməlini etiraf etməsi, səmimi peşmançılıq çəkməsi və s.), habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum3 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədlər i təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkum3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törədilmiş cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə almışdır. Kassasiya məhkəmə kollegiyası məhkumun kassasiya şikayətində onun barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla mə hdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi); 4) şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-nin 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Tə svir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onu n islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Kassasiya şikayətinin Məhkum3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təyin edilmiş cəzadan azad edilməsi barədə olan xahişi hissəsində məhkəmə kollegiyası onu qeyd etmək istəyirki, Azərbaycan Respublikası CMin 73-1.2 və 80-1-ci maddələrinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarına nəzər yetirdikdə isə, kassasiya şikayətində qeyd olunduğu kimi zərərçəkmiş şəxsə dəymiş ziyanın 50 faizi məbləğində vəsaitin dövlət n əfinə ödənilməsini təsdiq edən heç bir materialı aşkar etmək mümkün olmamışdır. Həmçinin o da qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CPM-nin 511-1-ci maddəsinə əsasən məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə müvafiq olaraq zərərçəkmiş şəxslə barışmaqla, cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə bağlı cəza çəkməkdən azad edilməsi haqqında məsələyə məhkumun, onun müdafiəçisinin və ya qanuni nümayəndəsinin ərizəsi, yaxud cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı əsasında cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır. Göstərilən qaydada cəza çəkməkdən azad etmə zərərçəkmiş şəxsin və mülki iddiaçının notariat qaydasında təsdiq edilmiş ərizəsi və Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin 73-1.2 və 73-2.2-ci maddələri ilə müəyyən edilmiş məbləğin dövlət büdcəsinə ödənilməsini təsdiq edən müvafiq sənəd nəzərə alınmaqla tətbiq edilir. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumun cəzanın yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasın da ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum3 kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 sen tyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum3 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2022-ci il tarixli qərarı Məhkum3 kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar