Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-611/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Seyidov Əziz Cəfər oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Hüseynova Nigar Aydın qızının iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx xxx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Hüseynova Nigar Aydın qızı ilə birlikdə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim P.Ə.Hacıyev) xx xxxxxx 1982-ci il tarixdə Ermənistanın Sisiyan rayonu, Aqudi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Nizami küçəsi, 6-cı məhəllə, 19 C-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 26 3.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 264-cü maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırıması cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla, üzərində qəti olaraq 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökmdən məhkumun müdafiəçisi Hüseynova Nigar Aydın qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik e dən hakim R.O.Əsgərova, hakimlər N.R.Mövsümov və V.C.Cəfərovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə müdafiəçi Hüseynova Nigar Aydın qızı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü Məhkum Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair hissədə ləğv edilmiş, Məhkum zərərçəkmiş şəxslə barışdığından CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş, onun barəsində olan cinayət işinin icraatına CM-nin 263.1ci maddəsi ilə olan hissədə xitam verilmişdir. Məhkum CM-nin 66.2-ci maddəsinə əsasən qəti cəzanın təyin edilməsinə dair müddəa hökmdən xaric edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ndan Məhkum müdafiəçisi Hüseynova Nigar Aydın qızı ilə birlikdə kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, xx.xx.2019-cu il tarixdə saat 11:10 radələrində "BD” kateqoriyalı, AC 228285 seriyalı sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan ‘‘xxxx" MMC-ə məxsus 30 nömrəli marşrut üzrə idarə etdiyi "xxxx” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtobusu Sumqayıt şəhəri, 36-cı məhəllə, 7/11 saylı yaşayış binasının qarşısında olan davanacaqda saxlayarkən “Yol hərəkəti haqqında' Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 8-ci hissəsinin tələblərini pozaraq, sərnişinləri yalnız nəqliyyat vasitəsini tam dayandıqdan sonra mindirməli və ya düşürməli, hərəkətə isə yalnız qapılan bağladıqdan sonra başlamalı və onlan tam dayanana qədər açmamalı olduğu və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək, avtobusu qapılarını bağlamadan hərəkətə gətirdiyindən sərnişin Zərərçəkmiş şəxs yerə yıxılmış, nəticədə ehtiyatsızlıqdan sonuncuya qapalı kəllə beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, sağ təpə payında subdural hematoma, sağ qaşüstü nahiyyədə əzilmiş yara, sağ dirsək nahiyyəsində sıynlmış yara, sağ bud nahiyyəsində sıynlmış yara, sağ bazu nahiyyəsinin bazu oynağında hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların əziyi, OD-göz qapaqlarının hematoması kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirib yol hərəkəti qayda larını pozduqdan sonra hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) xəbər vermək, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmaq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləmək vəzifələri olsa da. həmin vəzifələri icra etməyib xətt üzrə hərəkətini davam etdirərək yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Hüseynova Nigar Aydın qızı ilə birlikdə verdiyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarını qanunsuz və ədalətsiz hesab edir. Həmin qərara əsasən, onun cinayət və cinayət prosessual qanunvericilikdə nəzərdə tutu lmuş maddi və prosessual hüquqları pozulmuşdur. Belə ki, o hadisə nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir və zərərçəkmiş şəxs ondanşikayətçi deyil. Məhkəmə çıxışları zamanı da o, hadisə yerindən qaçmadığınbı bildirmişdir. Hadisə baş verən zaman avtobusdan düşərək zərərçəkmişə yaxınlaşmış, ona kömək təklif etmişdir. Lakin o, yaxşı olduğunu, köməyə ehtiyacı olmadığını bildirmiş, bundan sonra o, avtobusa minərək evə gedib yoldaşını hadisə yerinə gətirmişdir. Bu zaman ona zərərçəkmişin təcili tibbi yardım avtomobilinə mindirilərək xəstəxanaya aparıldığı deyilmişdir. O isə yoldaşı ilə birlikdə xəstəxaya getmiş, xəstəxanada zərərçəkmiş şəxsə maddi yardım göstərmişdir. Bir daha qeyd edir ki, hadisə yerindən qaçmamışdır. Buna baxmayaraq CM-nin 264-cü maddəsi ilə təqsili bilinmişdir. Ailəsinə baxmaq üçün idarə etdiyi avtobusla sərnişin daşıma ilə məşğul olur. Heç vaxt yol hərəkəti qaydalarını pozmamış, əvvəllər məhkum olunmamışdır. İki yetkinlik yaşına çatmayan övladı var. Yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Odur ki, göstərilənləri nəzərə alaraq, barəsindəki apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında Məhkum müdafiəçisi Hüseynova Nigar Aydın qızı kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, yuxarıda qeyd olunan halları bir daha qeyd edərək kassasiya şikayətinin təmin olunmasını, barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiə si üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya k ollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum müdafiəçisi Hüseynova Nigar Aydın qızı ilə birlikdə verilmiş kassasiya şikayətində məhkumun yol nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən qaçmadığı, barəsində ədalə tsiz cəza təyin edildiyi iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, dövlət ittih amçısının isə kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Təqdiq olunmuş iş materiallarından və apelyasiya məhkəməsinin qərarından görünür ki, apelyasiya məhkəməsinin qərarı ilə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi – yəni, Bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerində n qaçması ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə, apellyasiya məhkəməsi əməllərin tövsifi ilə bağlı belə qənaətə gəlmişdir ki, məhkumun Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə əsaslı şübhə yaratmayan, mötəbər sübutlarla təsdiq edilməklə inkar edilmir. Birinci instansiya məhkəməsi məhz iş üzrə tədqiq edilmiş sübutlara əsasən Məhkum həmin maddə ilə təqsirli bilinməsi qənaətinə gəlmişdir. Lakin hökm qanuni qüvvəyə minmədən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və zərəri ödəmiş, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığına, ona dəymiş maddi ziyanın tam şəkildə qarşı heç bir şikayət və tələbinin olmamasına dair notarial qaydada təsdiq edilmiş ərizə təqdim etmişdir. Cinayət qanunun müddəalarına əsasən belə olan halda həmin hissədə təqsirləndirilən şəxs barəsində başlanılmış cinayət təqibinə xitam verilməlidir. Beləliklə, apellyasiya məhkəmə kollegiyası hesab etmişdir ki, hökm təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair hissəsində ləğv edilməli, Məhkum zərərçəkmiş şəxslə barışdığından Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli, onun barəsində olan cinayət işinin icraatına Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə bağlı hissəsində xitam verilməlidir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edib belə qənaətə gəlir ki, apellyasiya məhkəməsinin mövqeyi əsaslıdır və Məhkum barəsində olan cinayət işinin icraatına Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə bağlı hissəsində xitam verilməklə tamamilə düzgün nəticəyə gəlmişdir. Məhkum və müdafiə tərəfindən birgə verilmiş kassasiya şikayətində Məhkum Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş c inayət əməlini törətmədiyi, ona təyin olunmuş cəzanın ağır olduğu iddia edilir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2004-cü il tarixli qərarında qeyd olunur ki, CM-nin 263-cü maddəsindən fərqli olaraq CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli subyektiv cəhətdən təqsirin qəsd forması ilə törədilir. Belə ki, təqsirkar baş verməsində təqsirli olduğu və məsuliyyət daşıdığı yolnəqliyyat hadisəsi yerini qoyub qaçdığını şüurlu sürətdə dərk edir və məhz bu cür hərəkət etməyi arzu edir ki, bu da həmin cinayətlərin fərqli olduğunu bir daha təsdiq edir. Cinayət prosesi üzrə aparılan ibtidai araşdırm a nəticəsində nəqliyyat vasitəsini idarə edən şəxsin yol hərəkəti və ya nəqliyyatın istismar qaydalarını pozması, bu pozuntu ilə baş verən nəticə (az ağır və ya ağır xəsarət, ölüm və ya iki və daha çox şəxsin ölümü) arasında səbəbli əlaqənin olub-olmaması aydınlaşdırılır. Əgər əlaqə mövcuddursa, bundan sonra şəxsin əməlinə və nəticəyə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti, yəni təqsiri aydınlaşdırılır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr CMnin 263 və ya 263-1-ci maddəsi ilə yanaşı, həm də CM-nin 264-cü maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə baxarkən nə zərə almalıdırlar ki, CM-nin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxx 2012-ci il tarixli qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərər çəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. Məhkəmələrin diqqət i həm də ona cəlb edilsin ki, CM-nin 264-cü maddəsinin qeydindən irəli gələn mənaya, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən xx xxxxx 2012-ci il tarixli və “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2004-cü il tarixli Qərarlarında əksini tapmış hüquqi mövqeyə görə, yol-nəqliyyat hadisəsini törətmiş şəxsin hadisə yerindən qaçması CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yalnız özünü zərər çəkmiş şəxsə (tərəfə) bəlli etmədən hadisə yerini tərk etməsini deyil, həm də özünü istər hadis ə yerində, istərsə də başqa yerdə (məsələn, polis orqanlarına müraciət etməklə) bəlli etsə də, zərər çəkmiş şəxsi təhlükədə qoyaraq hadisə yerindən qaçmasını ehtiva edir, yəni CM-nin 264-cü maddəsi CM-nin 143cü maddəsinə münasibətdə xüsusi norma kimi çıxış edir. Buna görə, CM-nin 263 və 2631-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olmuş yol-nəqliyyat hadisəsini törətmiş şəxsin zərərçəkmişi təhlükədə qoymaqla bu kimi hallarda özü haqqında məlumat verməsi onun CM-nin 264-cü maddəsi ilə məsuliyyətini istisna edən əsas kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Məhkum yol nəqliyyat hadisəsini törətdikdən sonra zərərçəkmiş şəxsə yardım etməli olduğu halda hadisə yerindən uzaqlaşması iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tə sdiq olunmuşdur. Məhkum hadisə yerindən yoldaşını oraya gətirmək məqsədilə uzaqlaşması və sonradan xəstəxanaya gələrək zərərçəkmiş şəxsə baş çəkməsi ilə bağlı qeyd etdikləri özünümüdafiə xarakterli olub, onu Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi üçün əsas hesab oluna bilməz. Kassasiya şikayətində həmçinin Məhkum barəsində yüngülləşdirici halları nəzərə alaraq ona daha yüngül cəza təyin olunması xahiş edilir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və icti mai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdı ran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından görünür ki, apelyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (himayəsində bir azyaşlı uşağının olmasını), cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbayc an Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçisi Hüseynova N igar Aydın qızı ilə birlikdə verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Hüseynova Nigar Aydın qızı ilə birlikdə verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1, 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəs ində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı Məhkum müdafiəçisi Hüseynova Nigar Aydın qızı ilə birlikdə verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-611/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-611/2020
22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver