Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-611/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barə sində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli hökmündən kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Qəmbərov Elçin Əliqəmbər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim N.F.Quliyev, hakimlər O.Y.Cəlilov və X.A.Nuriyevdən ibarət tərkibdə) xx xxxxxx 1993-cü il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2da yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 120.1 və 228.1-ci madd ələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-nin 120.1-ci maddəsi ilə 13 (on üç) il müddətə, CM-nin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməklə 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və məhkumun müdafiəçisi Abdul Bağırov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş ap ellyasiya protesti qismən təmin edilmiş, hökm dəyişdirilmiş və iş üzrə maddi sübut olan Azərbaycan Respublikası Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin maddi sübutlar otağında saxlanılan, hadisə vaxtı Zərərçəkmiş şəxsin əynində olmuş 01 ədəd gödəkçə, 01 ədəd sviter, 01 ədəd yarımqol alt köynəyi, 01 ədəd mayka, 01 ədəd trusik, 01 ədəd cins şalvar, 01 ədəd dizlik, 01 cüt ayaqqabı, 01 cüt corab, 01 ədəd kəmər zərərçəkmiş şəxsin hüquqi varisi X1 qaytarılmış, hökmün apellyasiya şikayəti və apellyasiya protestinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən İ.M.Nəsirov) xx xxxxx 2018-ci il tarixli qərarı ilə kassasiya p rotesti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən R.M.Cəfərov, hakimlər İ.H.Əhmədov və K.S.Bəşirovdan ibarət tərkibdə) xx xxxxxxxx 2018ci il tarixli hökmü ilə apellyasiya protesti təmin olunmuş, Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.4 və 228.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 120.2.4-cü maddəsi ilə 14 il 06 ay müddətə, CM-nin 228.1-ci maddəsi ilə 2 il müddətə, CM-nin 66.3cü maddəsi ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 15 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair Məhkum tərəfindən verilmiş vəsatətə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim R.M.Cəfərov, hakimlər E.İ.Əliyev və İ.H.Əhmədovdan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmündən verilmiş kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatət təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli hökmünə əsasən Məhkum olunmuşdur ona görə ki, o, xx xxxxxxxx 2012-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində əmisi oğlu X4 öldürülməsində Lənkəran rayonunun Boladi kənd sakini X2 iştirakının olduğunu güman edib buna görə sonuncudan qisas almaq məqsədilə onu qəsdən ö ldürmək qərarına gələrək, həmin cinayəti törətməyə hazırlıq tədbirləri çərçivəsində xx.xx.2016-cı ıl tarixdə “VAZ-2106” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında 1300 manata almış, istintaqa məlum olmayan mənbədən qanunsuz əldə etdiyi və atəş üçün yararlı yivli odlu silah olan israil istehsalı 9 mm kalibrli «Mini Uzi» markalı səsboğucuya malik İMİ 606 nömrəli tapançapulemyotu və istifadəyə yararlı 32 ədəd eyni kalibrli patrondan ibarət döyüş sursatını həm avtomaşında saxlayıb gəzdirməklə, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini bir aylıq 200 manata kirayə götürüb orada müvəqqəti yaşamaqla Masallı rayonu ərazisində müşahidələr aparıb Zərərçəkmiş şəxsi izləyərək onun hərəkət marşrutunu müəyyən etdikdən sonra xx.xx.2016-cı il tarixdə saat 17 radələrind ə Zərərçəkmiş şəxsin idarə etdiyi «Wolksvagen Jetta» markalı ** VH *** dövlət qeydiyyat nişanlı avtomaşında Masallı rayonunun Türkoba kəndində yerləşən «Yağmur Market» mağazasının qarşısına gələrək avtomaşından düşüb mağazaya daxil olduğunu gördükdə özünün avtomaşınını idarə edən qohumu X5 oradan uzaqlaşdırmaq bəhanəsi ilə mağazaya göndərib avtomaşında gözləyərək Zərərçəkmiş şəxs mağazadan çıxıb avtomaşınına əyləşərkən ona silahlı basqın edib qəsdən həyatdan məhrum etmək məqsədilə qeyd edilən tapançapulemyotdan ətrafda olan kənar şəxslərin həyat və sağlamlığı üçün ümumi təhlükəli üsulla Zərərçəkmiş şəxsə fasiləsiz olaraq 24 atəş açaraq qəsdən açıq kəllə-beyin travması, başbeynin əzilib dağılması, kəllə qapağı sümüklərinin qəlpəli sınığı, başın, sol bazunun, sol saidin və sol budun dəlib ke çən odlu silah (güllə) yaralanmaları, sağ said nahiyəsinin kor odlu silah (güllə) yaralanması, sol yanaq, alt dodaq, sol çiyin, döş qəfəsinin ön hissəsi vəsol mil-bilək oynağı nahiyələrinin yalayıb keçən odlu silah (güllə) yaralanması, döş qəfəsinin döş boşluğuna keçməyən yumşaq toxumaları dəlib keçən odlu silah (güllə) yaralanmaları, sol bazu sümüyünün açıq qəlpəlı sınığı, başın odlu silah (güllə) yaralanması, baş-beyin toxumasının əzilib dağılması ilə müşayiət olunan həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxsi ümumi təhlükəli üsulla qəsdən öldürmüşdür. Həmin hökmdən qanunla müəyyən olunmuş müddət ərzində kassasiya şikayəti verilməmiş, yalnız xx xxxx 2020-ci il tarixdə Məhkumun yuxarıda qeyd olunan hökmdən kassasiya şikayət i və kassasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi barədə vəsatəti Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olmuşdur. Cinayət prosessual qanunvericilikdə edilmiş dəyişikliyə uyğun olaraq vəsatət CPM-nin 411-ci maddəsinin tələblərinin icra edilməsi üçün müvafiq olaraq Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş və Şirvan Apellyasiya Məhkəməsi tərəfindən müvafiq qərar qəbul edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkumun müdafiəçisi Qəmbərov Elçin Əliqəmbər oğlu kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını ləğv etməklə kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum məhz xroniki psixi xəstəlikdən əziyyət çəkməsi səbəbindən barəsində olan ağır ittiham hökmündən nə apellyasiya, nə də kassasiya şikayəti verməmişdir. Həmçinin, məhkumun müdafiəçisi Abdul Bağırov isə səhhətinin uzun müddətli fiziki pozuntularına səbəb olan ağır xəstəliyə tutulması, uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkməsi, apellyasiya instansiyası məhkəməsinin hökmü çıxdıqdan sonra xəstəliyinin daha da ağırlaşması nəticəsində vəfat etməsi səbəbindən, onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanı olmamış, hüquqlarını müdafiə etdiyi şəxs müdafiə olunması üçün hüquqi imkandan istifadə edə bilməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa olunmasını xahiş etmişdir. Azərbaycan Respub likası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti (məhkumun vəziyyətinin yaxşılaşdırılması əsası ilə) apellyasiya məhkəməsinin qərarının çıxarıldığı vaxtdan 18 ay müddətində verilə bilər. Həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin hökmü xx xxxxxxxx 2018-ci ildə çıxarıldığı halda, kassasiya şikayəti məhkum tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmişdir (apellyasiya instansiyası məhkəməsinin hö kmünün çıxarıldığı gündən 01 il 08 aydan çox vaxt keçmişdir). Məhkəmə kollegiyası bu şikayətlə əlaqədar verilmiş müddətin bərpasına dair vəsatəti müzakirə edərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 411-ci maddəsinə görə kassasiya şikayəti vermə müddəti yalnız iki halda – kassasiya şikayəti vermə hüququna malik olan şəxsin uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanına malik olmaması və ya həmin şəxsi kassasiya şikayəti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verməsi hallarında bərpa oluna bilər. Vəsatətdə məhkumun səhhəti ilə əlaqədar vaxtında kassasiya şikayəti verə bilməməsinə istinad edilsə də, vəsatətə məhkumun uzun müddətli ağır xəstəliyə düçar olmasını v ə xəstəliyin onun vaxtında şikayət vermə imkanından məhrum etməsini təsdiq edən sənədlər əlavə olunmamışdır. Məhkəmə kollegiyası bunu, apellyasiya məhkəməsinin qərarı elan edilərkən məhkəmə iclasında iştirak etmiş məhkumun və onun müdafiəçisinin yuxarıda göstərilən müddətdə kassasiya şikayəti vermək imkanının olmamasının inandırıcı olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti vermə müddətinin bərpa edilməsi üçün qanuni əsas yoxdur. Ona görə də, kassasiya şikayəti təmin edilməməlidir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişik liksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 411 və 419.10.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkumun müdafiəçisi Qəmbərov Elçin Əliqəmbər oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli hökmündən kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı məhkumun müdafiəçisi Qəmbərov Elçin Əliqəmbər oğlu tərəfindən verilmiş kassa
Məhkəmə qərarları › İş №1(102)-611/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-611/2021
15.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver