Məhkəmə qərarları › İş №1(102)-611/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-611/2022

31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-611/2022 31.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Aytac Səfa qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 1(106)-882/2021 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum Təqsirləndirilən şəxs xx xxxxxx 1965-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz,məhkumluğu olmayan, subay, İmişli şəhəri, Q.İsmayılzadə küçəsi ev 67-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 28 avqust 2020-ci il tarixli ittiham aktına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyə n edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs 15 avqust 2019-cu il tarixdə saat 22 radələrində İmişli şəhəri, H.Əliyev prospektində yerləşən Nuray şadlıq sarayının qarşısındakı kafenin həyətində, ictimai yerdə, sərxoş vəziyyətdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib, oz şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq, küçə və kafedə olan şəxslərə aşkar hörmətsizlik və laqeydlik nümayış etdirməklə, habelə onların istirahətinə mane olmaqla cəmiyyətdə bərqərar olan davranış qaydalarının pozulmasında ifadə olunan hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs onu təhqir etdiyini irad tutaraq, oturduğu masadan qalxıb yaşadığı evə gedib evin mətbəxində olan bir ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, soyuq silah hesab olunmayan mətbəx bıçağını götürüb hadisə yerinə qayıdaraq sonuncunun üzərinə hücum edib, əlindəki silah qismində istifadə etdiyi bıçaqla onun boyun və kürək nahiyələrinə qəsdən üç dəfə zərbə vuraraq ona sağlamılığın qısa müddətə pozulmasına səbəb olan,sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir.

4. İmişli Rayon Məhkəməsinin 08 oktyabr 2020-cu il tarixli, 1(036)-67/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 avqust 2019-cu il tarixdən 18 a vqust 2019-cu il tarixədək həbsdə olduğu 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılması və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum cəzası saxlanılması, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzasının 2 (iki) il sınaq müddəti ərzində öz davranışı ilə islah olunması sübut etmək və onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuşdur.

5. İmişli Rayon Məhkəməsinin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir.

6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2021-ci il tarixli, 1(036)-139/2021 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilməmiş,İmişli R ayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 16 avqust 2019-cu il tarixdən 18 avqust 2019-cu il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 3 (üç) gün həbs müddəti hökmlə məhkum Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, üzərində qəti olaraq 2 (iki) 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır.

7. Şirvan Apellyasiya Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 08 sentyabr 2021-ci il tarixli, 1(102)-1089/2021 nömrəli qərarı ilə kassasiya protesti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2021-ci il tarixli qərarı ləğv edilərək cinayət işi baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 1(106)-882/2021 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il, 1(036)-67/2020 saylı hökmü dəyişdirilmiş, İmişli Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il, 1(036)-67/2021 saylı hökmündən Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəa xaric edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin “08 Noyabr –Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq olunmaqla, ona təyin olunmuş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməməş hissəsi 6 (altı) ay azaldılmış və apellyasiya məhkəməsinin qərarı elan olunduğu gündən, yəni 16 dekabr 2021-ci il tarixdən Təqsirləndirilən şəxs çəkiləcək azadlıqdan məhrumetmə cəzasının müddəti 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilmişdir.

10. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 Nazim oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar

11. Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti onunla əsa slandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2021-ci il tarixli qərarında cəzanın ağırlığı və yüngülləşdirici hallar nəzərə alınmamaqla məhkuma ədalətsiz cəza təyin edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi ilə bağlı onun hərəkətlərinə obyektiv hüquqi qiymət verilməmiş və bununla da əsassızlığa yol verilmişdir. Həmçinin cinayət işinin məhkəmə istintaqı zamanı işin bir sıra faktiki halları əsasları obyektiv araşdırılmamışdır.Kassasiya şikayətində qeyd edilir ki, Təqsirləndirilən şəxs qaraciyər xəstəliyindən əzab çəkir, 22 dekabr 2021-ci il tarixli İmişli rayon Mərkəzi Xəstəxanasının arayışından görünür ki, Təqsirləndirilən şəxs oynaq tipli Psixopatiya, alkoqol psixozu, şəxsiyyət dəyişkənliyi diaqnozu ilə ambulator qeydiyyatdadır və i kinci qrup əlildir.

12. Müdafiəçi məhkumun Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək onun səmimi peçmançılığı,zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ondan heç bir şikayət və tələbinin olmamasını, ilk məhkumluğunu,yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb Təqsirləndirilən şəxs azadıqdan məhrum etmə növündə cəza çəkmədən də islah olunmasını mümkün sayaraq onun barəsində AR CM-nin 70-ci maddəsini tətbiq etməklə şərti hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 13.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

14. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəll əsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

15. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

16. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər. 18.Müdafiəçisi kassasiya şikayətində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə onun barəsin də təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsini xahiş etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və cəzasının yüngülləşdirilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. 19.Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 1(106)-882/2021 nömrəli qərarını yoxlayıb, araşdırm anın nəticələri olaraq aşağıdakıları qeyd edir.

20. Məhkum Təqsirləndirilən şəxs ona hökmlə istinad edilən cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. 21.Məhkəmə kollegiyası həmçinin məhkum Təqsirləndirilən şəxs onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqi edilməsi barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. 22.Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əmə lini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyy ətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları). 23.Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi m əzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-in 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. 24.Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 25.Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayəthüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarı). 26.Qeyd olunan cinayət-hüquqi normalarına və məhkəmə kollegiyasının hüquqi mövqeyinə əsaslanmaqla kassasiya şikayətinin dəlilləri baxılan işin müvafiq materialları ilə müqayisədə yoxlanıldıqda, məhkum Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respub likası CM-nin 70-ci maddəsini tətbiq etməklə onun barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. 27.Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və qeyd edir ki, məhkəmələr tərəfindən məhkuma təyin edilən cəza - onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin müvafiq maddələrinin sanksiyasının orta həddində olmuşdur və məhkəmənin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Mahiyyət etibarı ilə kassasiya şikayətində apellyasiya məhkəməsinin cəza təyini ilə bağlı qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarını Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsinə (o cümlədən, Azərbaycan Respublikası CMnin 70-ci maddələrinin tətbiq edilməsinə) əsas verən hallar kimi qiymətləndirmək üçün əsas müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər. 28.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanu ni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. 29.Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 verdiyi kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 1(106)-882/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsir ləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 1(106)-882/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar