Məhkəmə qərarları › İş №1(102)-611/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-611/2023

23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-611/2023 23.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1, Məhkum1 və onun müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx xxxxxxxx 1995-ci il tarixdə Xaçmaz rayonu Çarxı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyə n, ünvan 1 ünvanında qeydiyyatda olan və hal hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.2.1, 181.2.2 və 181.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli hökmünə əsasən (hakimlər: F.A.Qəribov (sədrlik edən), T.Q.Hüseynov və Ə.İ.Məmmədov) Məhkum1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2,177.2.3, 177.2.4, 181.2.1, 181.2.2 və 181.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 1 77.2.4-cü maddələri ilə 2 il müddətə azadlıqdan məhrum etmə, CM-nin 181.2.1, 181.2.2 və 181.2.3-cü maddələri ilə 8 il müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 9 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin 23 dekabr 2020-ci ildən hesablanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Həmin hökmlə həmçinin Məhkum2 da Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2,177.2.3, 177.2.4-cü maddələri ilə məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum1 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 5 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər: C.V.Hüseyn (sədrli k edən), R.M.Abdulov və Q.X.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2022ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum1, qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində, saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli talayıb, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla, təkrar oğurluq və təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində, yaşayış sahəsinə qanunsuz girməklə, hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq etmişdir. Belə ki, Məhkum1 özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə Məhkum2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 7 yanvar 2020-ci il tarixdə gecə təxminən saat 0 2 radələrində Zərərçəkmiş şəxs3 məxsus xxxxx yerləşən ərzaq mağazasının anbarına giriş qapısının kilidini sındırıb qapını açmaq yolu ilə qanunsuz daxil olub saxlanc yeri hesab olunan anbardan 1 qutusunun qiyməti 1,40 manat olmaqla 4900 manat dəyərində 3500 qutu xxxxx tərəfindən Azərbaycan Respublikası ünvan 2 ünvanında istehsal olunmuş mmmmmarkalı siqareti, 1 qutusunun qiyməti 1,50 manat olmaqla 750 manat dəyərində 500 qutu xyyy tərəfindən Azərbaycan Respublikası ünvan 3 ünvanında istehsal olunmuş xlll markalı siqareti, 1 qutusunun qiyməti 0,60 manat olmaqla 28,80 manat dəyərində 48 qutu hər birinin 120 qram çəkisi olan ünvan 4 ünvanında xsss adı ilə istehsal olunmuş xeyir-şər mərasimlərində istifadə olunan qəndi və 1 ədədinin qiyməti 1 manat olmaqla 24 manat dəyərində 24 ədəd hər biri 250 mlqram çəkidə xsl içkisini gizli talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs3 cəmi 5702,80 (beş min yeddi yüz iki manat səksən qəpik) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 9 yanvar 2020-ci il tarixdə gecə təxminən saat 02 radələrində Zərərçəkmiş şəxs3 məxsus xxxxx yerləşən ərzaq mağazasının anbarına giriş qapısının kilidini sındırıb qapını açmaq yolu ilə qanunsuz daxil olub saxlanc yeri hesab olunan anbardan 1 qutusunun qiyməti 1,40 manat olmaqla 9100 manat dəyərində 6500 qutu xxxxx tərəfindən Azərbaycan Respublikası ünvan 5 ünvanında istehsal olunmuş mmmm markalı siqaretləri gizli talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs3 cəmi 9100 (doqquz min yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə 25 may 2020-ci il tarixdə saat 02 radələrində ünvan 6 ünvanın qarşısında qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əvvəlcədən razılaşdırılmış cinayət planına əsasən sifətlərinin görünməsini çətinləşdirən qara rəngli maska-örtüklərdən istifadə edərək yaşayış evinin həyətinə hasardan aşmış, həyətdə evin elektrik cərəyan blokundan elektrik keçiricini ayırmaqla işıqları söndürmüş, evə həyətdə olan taxta pilləkəndən istifadə edərək pəncərədən qanunsuz olaraq girməklə Zərərçəkmiş şəxs1 və arvadı Zərərçəkmiş şəxs2 yatmış olduğu yataq otağına daxil olaraq çarpayıda uzanıqlı vəziyyətdə yatan hücuma m əruz qalmış şəxs Zərərçəkmiş şəxs1 baş və bədəninin müxtəlif nahiyələrinə qəsdən əl və yumruq zərbələri endirib, sonuncuya sağ gözətrafı nahiyənin qançırı, hər iki gicgah nahiyəsinin şişkinli qançırları, alt dodağın səthi əzilmiş yarası ilə müşayiət olunan dərəcəsi təyin olunmayan xəsarət yetirmiş, digər hücuma məruz qalmış şəxs Zərərçəkmiş şəxs2 çarpayıdan durub dəhlizə doğru qaçmaq istəyən zaman şəxsiyyəti istintaqa məlum olmayan şəxs dəhlizdə Zərərçəkmiş şəxs2 tutaraq bədəninə qəsdən əl və yumruq zərbələri vurmaqla yerə yıxmış, bundan sonra o və qeyrisi hər iki zərərçəkmiş şəxsin sağlamlıqlarına təhlükəli zorakılıq tətbiq edərək əl və ayaqlarını kustar üsulla hazırlanmış kəndir və skoçla bağlayıb basqın etməklə mənzilin şkafından 2900 manat, stulun üzərində asılmış vəziyyətdə olan Zər ərçəkmiş şəxs1 məxsus şalvarın cibindən 600 manat pulu ələ keçirməklə ümumilikdə zərər çəkmiş şəxsə 3500 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 5 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinə onun Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2 və 181.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair hissədə xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkum qeyd edir ki, özünü Azərbaycan Respublikası CM-nin 181-ci maddəsi ilə özünü təqsirli bilmir, hadisə zamanı orada olmamış, digər təqsirləndirilən şəxs Şahid1 da hadisəni tək törətdiyini və həmin zaman yanında heç kəsin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ttttt da onun hadisə zamanı Şa hid1la birlikdə olmadığı barədə məhkəmədə ifadə vermişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum1 və müdafiəçi R.Qocayevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynilinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllə nin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız hə min məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Odur ki, məhkumun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2 və 181.2.3-cü maddələri ilə ilə məhkum edilməsinə dair epizod üzrə ittihamın əsasslılığı mübahisələndirilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törə dilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb ed ir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum1 əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçir ilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etmə sə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum1 Zərərçəkmiş şəxs1 və arvadı Zərərçəkmiş şəxs2 həyatları və sağlamlıqları üçün təhlükəli olan basqın etmək yolu ilə əmlaklarını ələ keçirmək məqsədilə cinayətin digər iştirakçıları ilə birlikdə onların üzərinə basqın edib ümumilikdə 3500 manat dəyərində pulunu ələ keçirməsində özünü təqsirli bilməsə də, həmin cinayətə görə təqsirləndirilən digər şəxs Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələri, üzləşdirmə protokolları, ekspertiza rəyləri, işin digər halları və habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, a pellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinin, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəsinin Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilən tövsiyələrə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün tahlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun.” Məhkum еdilmiş şəхs Məhkum1 cəzа təyin еdilməsi ilə əlaqədar məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab ed ir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cin ayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, məhkəmə Məhkum1 cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş Zərərçəkmiş şəxs1lə barışıq əldə etməsini, digər zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəməsini cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını və təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirli bilindiyi maddələrin sanksiyası daxilində cəza təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası Məhkum1 barəsində daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Beləliklə, məhkəmə ko llegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkəmə Məhkum1 barəsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Y uxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 5 aprel 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şika yəti təmin edilməsin. Məhkum1 barəsində Bakı Apellyasiya Məhkəməsinin 5 aprel 2022-ci il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar