Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-612/2019 30.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Hafiz Qənbər oğlu Nəsibov və Əli Səlim oğlu Seyfəliyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın Əhmədovun, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin, bəraət almış şəxs X1 və onun müdafiəçisi X7 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 noyabr 2018-ci il tarixli hökmündən dövlət ittihamçısı X12 tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin ( hakim V.Y.Ruvinov) 19 iyul 2017-ci il tarixli hökmü ilə 27 iyul 1979-cu il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Laçın rayonu, Aşağı Cicimli kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəlliməsi işləyən, Laçın rayonu, Aşağı Cicimli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan; Məhkum Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir.. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X8 məhkum olunmuşdur ona görə ki, o, 20 oktyabr 2016-cı il tarixdə, saat 12:40-da Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən F.Cəfərov adına Aşağı Cicimli kənd tam orta məktəbin inzibati binasında həmin məktəbin riyaziyyat və informatika müəlliməsi işləyən X5 ilə yol verdiyi intizam pozuntularına görə sonuncunun ona irad bildirməsi və barəsində tərtib olunmuş akta imza etməsi haqqında söhbət zamanı aralarında yaranmış münaqişə nəticəsində əli ilə və yumruğu ilə iki-üç dəfə X6nın sifət nahiyyəsinə və baş nahiyyəsinə vurmuş, sonra əli ilə bir neçə dəfə çiyninə vurub yerə yıxmaqla qapalı kəllə beyin travması və baş beyin silkələnməsi ilə nəticələnən, sağlamlığını qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: E.M.Əhmədov (sədrlik edən və məruzəçi), N.R.Mövsümov və F.G.Zeynallıdan ibarət tərkibdə) 19 iyul 2017-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 19 iyul 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər G.L.Rzayeva (sədrlik edən və məruzəçi), F.A.Kərimov və T.L.Kazımovdan ibarət tərkibdə) 13 fevral 2018-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyul 2017-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Kassasiya şikayəti təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər H.Ə.Nəbiyev (sədrlik edən və məruzəçi), T.O.Quliyev və G.F,Tağızadədən ibarət tərkibdə) 23 noyabr 2018-ci il tarixli hökmü ilə Sumqayıt Şəhər Məhkəməsinin 13 iyul 2017-ci il tarixli hökmü ləğv edilmiş, X2 əməlində cinayət hadisəsi olmadığından ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə bəraət verilmiş, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilmiş, zərərçəkmiş şəxsin nümayəndəsinin apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu hökmündən narazı qalan dövlət ittihamçısı T.H.Əsədov verdiyi kassasiya protestində xahiş edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 noyabr 2018-ci il tarixli hökmü ləğv edilsin və cinayət işi apellyasiya məhkəməsində yenidən baxılmasına qaytarılsın. Kassasiya protestinin dəlilləri: Kassasiya protestinin dəlillərini dövlət ittihamçısı Teymur Əsədov onunla əsaslandırır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 noyabr 2018-ci il tarixli hökmü əsassız olmaqla işin faktiki hallarına uyğun deyildir. Belə ki, birinci instansiya məhkəməsi haqlı olaraq X2 ifadəsinə tənqidi yanaşmış, həmin ifadələrin qeyri-obyektiv olmaqla məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıması nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsi cinayət işinin materiallarını, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, o cümlədən iş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasıının rəyini araşdıraraq haqlı olaraq belə nəticəyə gəlmişdir ki, X4 20.10.2016cı il tarixdə, saat 12.40 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən F.Cəfərov adına Aşağı Çiçimli kənd tam orta məktəbin inzibati binasında həmin məktəbin riyaziyyat və informatika müəlliməsi işləyən X5ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə nəticəsində əli ilə və yumruğu ilə iki-üç dəfə X6nın sifət nahiyəsinə və baş nahiyəsinə vurmuş, sonra əli ilə bir necə dəfə çiyninə vurub yerə yıxmaqla qapalı kəllə beyin travması və baş beyin silkələnməsi ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd edilən sübutları nəzərə almamış, hökm çıxararkən həmin sübutları rədd etməsinin motivlərini əsaslandırmamış, nəyə görə X8ə cinayət hadisəsi olmadığı üçün bəraət verməsini izah etməmiş, X8in törətdiyi cinayət əməli şərh olunan sübutlarla tam təsdiq olunmasına bax mayaraq, məhkəmə əsassız olaraq ona bəraət vermişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmi ş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən X3ə bəraət verilməsinin qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə görə birinci instansiya məhkəməsi X8 Allahverdiyevanı Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilib, haqqında ittiham hökmü çıxarmaqda düzgün hüquqi nəticəyə gəlməmişdir. Kassasiya kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin materiallarına uyğundur. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gələrkən təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə və işin materiallarında olan və tədqiq etdiyi sübutlara əsaslanmışdır. Be lə ki, həm ibtidai istintaq, həm birinci, həm də apelyasiya instansiya məhkəməsində verdiyi ifadələrində təqsirləndirilən şəxs X7 özünü təqsirli bilməmiş, zərərçəkmiş şəxs X6ya qarşı heç bir hərəkət etmədiyini, işlədiyi məktəbin direktoru ilə münaqişədə olduğunu, buna görə də həqiqətdə baş verməmiş bir hadisəni qərəzli şəkildə uydurulduğunu bildirmişdir. Bundan başqa, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış X7nın ifadələrində bir sıra ziddiyyətlərin olması müəyyən edilmişdir. Belə ki, X5 Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinə yazdığı ərizəsində göstərmişdir ki, 20 oktyabr 2016-cı il tarixdə saat 12:45 radələrində X4 onu məktəbin qarşısına çağıraraq, burada onu söyüb təhqir etməklə kifayətlənməyərək, şagird və müəllim kollektivi qarşısında ona hücum edərək bədənin müxtəlif nahiyyələrinə y umruq və təpik vuraraq xəsarət yetirib, bu zaman huşunu itirdiyi üçün onu buraxıb getmişdir. 31 oktyabr 2016-cı il tarixdə həmin polis bölməsində verdiyi izahatında X6 qeyd edir ki, 20 oktyabr 2016-cı il tarixdə saat 12:40 radələrində X8 onu məktəbin arxasına çağırdı. Lakin qorxduğu üçün məktəbin arxasına keçməmişdir.Bu zaman X8 qolundan tutaraq məktəbin qarşısındaca uca səslə söyüb təhqir edərək baş nahiyyəsinə vuraraq onu itələdi və arxası üstə yıxılıb huşunu itirmişdir. X6 ifadəsində göstərir ki, 20 oktyabr 2016-cı il tarixdə saat 12:40 radələrində uşaqlarımı məktəbdən götürüb dəhlizdə əllərindən tutub gedərkən X8 nalayiq sözlər deyərək əvvəlcə onu, sonra əlindən tutmuş azyaşlı qızı X9ı itələdi. O, qızına tərəf əyilib onun könlünü almaq istəyərkən, X8 qəflətən iki-üç dəfə yumruğu ilə b aşına və sifətinə vurmuşdur. Müvazinətini itirib yerə yıxılmışdır. Yerə yıxılarkən uşaqlarının əlindən tutduğundan onlar da yerə yıxıldılar. Başı yerə dəydiyi üçün huşunu itirmişdir. Bir neçə dəqiqə sonra ayılıb görmüş ki, Təcili Tibbi Yardım gəlib onu ayıldıb, ilkin tibbi yardım göstəriblər. Zərbədən başı ağrıyırdı, həkimlər ona evə getməməyi, zərbələr səbəbindən xəstəxanada yatmağı məsləhət gördülər. Digər ifadəsində isə zərərçəkmiş şəxs X8 Təcili Tibbi Yardımın məktəbə deyil evinə gəldiyini göstərmişdir. Lakin, Sumqayıt şəhər Səhiyyə Şöbəsi TTTYS-nin 16 mart 2017-ci il tarixli, 446 saylı arayışından görünür ki, stansiyaya və onun struktur bölmələrinə 20 oktyabr 2016-cı il tarixdə H.Z.Tağıyev qəsəbəsində yerləşən F.Cəfərov adına Aşağı Cicimli kənd orta məktəbinə çağırış daxil olmamışdır. (cild-2,iş vər.234) İş materiallarından görünür ki, cinayət işi üzrə şahidlər X11 və X12 də ifadələrində təcili-tibbi yardımın məktəbə çağırışa gəlməsini göstərmişlər. Hadisənin baş verdiyi yerə münasibətdə də X8 ziddiyyətli ifadə vermişdir. Misal üçün müstəntiqin hadisə yeri barəsindəki sualına X8 hadisənin məktəbin dəhlizində baş verməsini göstərmişdir. Göründüyü kimi, iş üzrə təqsirləndirilən şəxsin ittihamının əsasını təşkil edən X6nın, həmçinin şahidlərin ifadələri arasında kəskin ziddiyyətlər mövcuddur. Apellyasiya instansiyası məhkəməsində şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, Laçın rayon Aşağı Cicimli orta məktəbində oxuyan qızına hər gün yemək aparır və mütəmadi olaraq dərsləri ilə maraqlanır. O, 20 oktyabr 2016-cı ildə saat 11:30-da, yəni cinayət işinin m ateriallarına əsasən hadisə baş verən gün evdən çıxıb məktəbə getmiş və qızının dərsdən çıxmağını gözləmişdir. Qızı dərsdən çıxdıqdan sonra qızına yemək vermiş və X8 müəlliməni gözləmişlər. Həmin vaxt X8 müəllimənin dərsi var idi. Saat təqribən 13:30 radələrində X8 müəllimə dərsdən çıxdıqdan sonra qızının tərbiyəsi və dərsləri ilə maraqlanmışdır. Saat 14:00-da isə birlikdə X8 müəllimə ilə getmişlər. Yol ayrıcında isə X8 müəllimə öz evinə, o da öz evinə tərəf getmişdir. Yəni qeyd edilən heç bir hadisə olmamış, heç kimdən heç nə eşitməmişdir. Azərbaycan Respublikası CPM-in 42.1 və 42.1.2-ci maddələrinin tələblərinə görə əməldə cinayət tərkibinin olmaması məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hök münün çıxarılması hallarından biridir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə əməldə cinayət tərkibinin olmamasını düzgün qiymətləndirmiş, X8in əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verməsini isə kifayət qədər əsaslandırmışdır. Bundan başqa, iş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərar ları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən də görünür ki, apellyasiya instansiyası məhkəməsinin X4 haqqındakı bəraət hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün yuxarıda göstərilmiş hallardan heç biri müəyyən edilməmişdir. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəl illər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X4 haqqındakı 23 noyabr 2019-cu il tarixli bəraət hökmünün isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 noyabr 2018-ci il tarixli Məhkum haqqındakı bəraət hökmü dəyişdirilməsin. Kassasiya protesti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-612/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-612/2019
30.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver