Məhkəmə qərarları › İş №1(102)-612/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-612/2021

15.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-612/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun, Zərərçəkmiş şəxs, Məhkum və onun müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızının iştirakları ilə, Şirvan Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Şirvan Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əliyev Ziya Müqərrəm oğlu) Məhkum, 05 iyun1964-cü il tarixdə Sabirabad rayonunun Şıxsalahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, “Qarasu” əməliyyat ünvan 1-də qeydiyyatda olan və yaşayan, CM-nin 128-ci maddəsində nəzərdə tutula n cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəza müddəti ərzində onun üzərinə yaşayış yerini hər gün saat 24:00-dan növbəti gün saat 06:00-a dək tərk etməmək, elektron nəzərət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şirvan şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzərət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulması qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum xx xxxxxx 291 9-cu il tarixdə saat 19 radələrində Şirvan şəhəri, Leytenant İbrahimov küçəsində yerləşən parkın yaxınlığındakı «Foto Uğur» reklam mərkəzinin yanında qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə vaxtı sonuncunun baş və bədənindən yumruqla vuraraq, ona sol əlin İİİ barmaq falanqasında sınığı, sol bazunun yuxarı 1/3-də qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Hökmdən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov Rafiq Musa oğlu (sədrli edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tə rkibdə) xx xxx 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətinə baxılmasına xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs əsasən Məhkum arvadı X11 ilə münasibətlərinə həsr etdiyi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinə barışıq ərizəsini verməsindən peşman olduğunu, Məhkum törətdiyi əməllər nəticəsində ona üç min manat məbləğində maddi və mənəvi zərərin vurulmasını bildirərək sonuncunun barəsindəki cinayət işinə kassasiya qaydasında baxılmasını və bunun üçün apellyasiya instansiyası məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş edir. Hüquqi məsələlər: Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də qeyd etməyi lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sad alanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya şikayətinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi, ona təyin edilmiş cəzanın yüngül olması kimi məsələlər Zərərçəkmiş şəxs tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə ehtiy ac görmür. Kassasiya şikayətində heç bir əsas göstərilmədən həmin şikayətə kassasyia qaydasında yenidən baxılması və apellyasiya instansiyası məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarının ləğv edilməsi xahiş olunur. Cinayət-prosessual qanunvericiliyin yuxarıda şərh edilən tələblərindən çıxış edərək məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş tələbə cavab verilməsi üçün cinayət işinin materiallarına, qanunvericiliyin digər tələblərinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında əksini tapmış hüquqi mövqeyə müraciət etməyi zəruri sayır. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs Məhkum barəsindəki Şirvan Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən apellyasiya şikayəti verərək həmin şikayətində məhk uma təyin olunmuş cəzanın yüngül olmasını qeyd edib göstərilən hökmün ləğv edilməsini xahiş etmişdir. Zərərçəkmişin apellyasiya şikayəti cinayət işi ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olduqdan sonra həmin şikayətə ilkin baxılması xx xxx 2020-ci il tarixə təyin edilmiş, məhkəmənin apellyasiya şikayətinə ilkin baxış iclasının həmin tarixli qərarı ilə isə göstərilən şikayətə mahiyyəti üzrə baxılması məhkəmə istintaqı aparılmadan, əlavə sübutlar tələb edilmədən xx xxx 2020-ci il tarixə saat 12.00-a təyin edilmişdir. Lakin xx xxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək hökmdən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirib həmin şikayətə baxılmasına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bu haqda y azılı ərizə onun tərəfindən məhkəməyə təqdim olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2020-ci il tarixli qərarı ilə zərərçəkmişin bu müraciətində əksini tapmış vəsatəti təmin edilmiş və onun xx xxxxxx 2020-ci il tarixli hökmdən verdiyi apellyasiya şikayətinə baxılmasına xitam verilmişdir. İş materiallarından göründüyü kimi, Zərərçəkmiş şəxs istər apellyasiya şikayəti, istərsə də həmin şikayətindən imtina etməsi barədə müraciəti cinayət-prosessual qanununun aşağıdakı tələblərinə uyğun olaraq verilmiş və apellyasiya instansiyası məhkəməsi də həmin tələblərə uyğun olaraq müvafiq qərar qəbul etmişdir. Belə ki, CPM-nin 381.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda v ə qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. CPM-nin 383.1.5-ci maddəsinin tələbinə görə, zərər çəkmiş şəxs (xüsusi ittihamçı) və onun nümayəndəsi birinci instansiya məhkəməsinin hökmündən və ya digər yekun qərarından zərər çəkmiş şəxsin mənafelərinə aid hissədə apellyasiya şikayəti vermək hüququna malikdirlər. CPM-nin 396-cı maddəsində təsbit edilmişdir ki, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, Zərə rçəkmiş şəxs hökmdən verdiyi apellyasiya şikayətindən hər hansı təzyiq və ya təsir nəticəsində imtina etməsi cinayət işinin materialları ilə müəyyən edilmir və o, öz iradəsini apellyasiya instansiyası məhkəməsinə ünvanladığı ərizəsində sərbəst şəkildə ifadə etmişdir. Bu halları və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən qəbul edilmiş xx xxx 2020-ci il tarixli qərarı birgə təhlil edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə əsas ola bilən CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya həmin məhkəmə tərəfindən yol verilməmiş və belə pozuntular müəyyən edilmədən xx xxx 2020-ci il tarixli qərarın ləğv edilməsi hüquqi müəyyənlik prinsipinə də zidd olar. Əvvəla məhkəmə kollegiyası vurğulam ağı lazım bilir ki, Zərərçəkmiş şəxs məhkəməyə təkrar müraciət etmək hüquqndan istifadə edərək qanunda nəzərdə tulmuş müddətdə və qaydada Məhkum barəsindəki xx xxxxxx 2020-ci il tarixli hökmdən apellyasiya şikayəti verərək öz mülahizəsinə görə dəlillər gətirərək həmin hökmün ləğv edilməsi barədə tələb irəli sürmüşdür. Sonradan o, apellysiya şikayətindən və eyni zamanda həmin şikayətində irəli sürdüyü tələbdən hər hansı şəxs tərəfindən məcbur edilmədən imtina etmiş və buna görə də, apellyasiya instansiyası məhkəməsi CPM-nin 396-cı maddəsində nəzərdə tutulmuş imperativ tələbə uyğun olaraq qərar qəbul etmiş, xx xxxx 2020-ci il tarixdə isə Məhkum barəsindəki hökm icraya yönəlmiş və Şirvan şəhəri üzrə icra və probasiya şöbəsinin xx xxxx 2020-ci il tarixli 7338/7 saylı məktubuna görə, həmin hökm xx xxxx 2020-ci il tarixdən icra edilməyə başlanılmışdır. Göstərilən tarixlər nəzərə alındıqda müəyyən edilir ki, CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Məhkum barəsindəki xx xxxxxx 2020-ci il tarixli hökmün icrası artıq başa çatmışdır. Buna görə, məhkəmə kollegiyası hazırki vəziyyətdə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2020-ci il tarixli qərarının CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş hallar olmadan ləğv edilməsini qanunun tələblərinə və hüquqi müəyyənlik prinsipinə zidd hesab edir. Məhkəmə kollegiyası vurğulayır ki, hüquqi müəyyənlik prinsipi Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında əksini tapan qanunun aliliyinin əsas elementlərindən biridir. Hüquqi müəyyənli k prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxx 2017-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu hüquqi müəyyənlik prinsipinə dair öz mövqeyini aşağıdakı qaydada ifadə etmişdi r: “Konstitusiya Məhkəməsinin Plenumu, ilk növbədə, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququ ilə hüquqi müəyyənliyin ayrılmaz tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin əlaqəli şəkildə təhlil olunmasını zəruri hesab edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin Vİ və Vİİ hissələrinə əsasən, Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Konstitusiyanın 125-ci maddəsinin İ hissəsində məhkə mə hakimiyyətinin ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr tərəfindən həyata keçirilməsi təsbit edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların səmərəli müdafiəsinin vacibliyini dəfələrlə qeyd edərək bildirmişdir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” x xxxxxx 2011-ci il tarixli Qərarı).” Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əha tə edir. Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar xx xxxxxx 2007-ci il tarixli Qərarı). Eyni zamanda, qeyd olunmalıdır ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müda fiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kasasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ mülki və inzibati işlər üzrə nəinki məhkəmə icraatına başlanması imkanını, o cümlədən məhkəmənin lazımi qaydada təşkili və tərkibini, həmçinin prosesin gedişatı ilə bağlı dövlət təminatını nəzərdə tutur. Prosesin gedişatı tərəflərin iradəsindən asılı olaraq birinci instansiya məhkəməsində, həm də apellyasiya və kasasiya instansiyalarında məhkəmə müdafiəsi imkanlarının tükənməsinə qədər davam etdirilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququ həyata keçirilərkən konstitusiya hüqu qunun doktrinasından irəli gələn hüquqi müəyyənlik prinsipinə riayət edilməsi pozulmuş hüquq və azadlıqların qorunmasını daha da səmərəli edir. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən formalaşdırılmış hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəm əsi) qərarlarında da öz əksini tapmışdır. Belə ki, “Brumaresku Rumıniyaya qarşı” iş üzrə xx xxxxxxx 1999-cu il tarixli Qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” iş üzrə xx xxxx 2003-cü il tarixli Qərarında isə qeyd edilmişdir ki, hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yeni dən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyridüzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Avropa Məhkəməsinin bu hüquqi mövqeyini nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli, hüquqi müəyyənlik və mütənas iblik prinsiplərinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsinin Plenumu öz hüquqi mövqeyini təkrarlayaraq bir daha qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəməyə müraciət etmək hüququ Konstitusiyada bəyan edilmiş hüquq və azadlıqların təminatlarına əsaslanır. Belə ki, məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu yalnız qanunla müəyyən edilmiş qaydada müvafiq instansiya məhkəməsi müəyyən edə bilər. Bu isə hüquqi dövlətə xas olan məhkəmədən başqa heç kəsin məhkəmə qərarının ədalətliliyini və hüquqa uyğunluğunu şübhə altına ala bilməməsi prinsipindən irəli gəlir. Məhkəmə səhvlərinin aradan qaldırılması məqsədilə konkret işlər üzrə (mülki, cinayət, inzibati) məhkəmə qərarlarına yenidən baxıl masının bu və ya digər formasını seçərkən qanunverici, ilk növbədə, pozulmuş hüquqların real və vaxtında bərpa edilməsi üçün hüquq və azadlıqların adekvat təmin edilməsi zərurətindən çıxış edir. Aydındır ki, səhv məhkəmə qərarı hüquqa uyğun hesab edilə bilməz.” Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, kassasiya şikayətinin təmin edilməsi barədə zərər çəkmiş şəxsin, həmin şikayətin təmin edilməməsi haqda isə məhkumun, onun müdafiəçisinin və dövlət ittihamçısının çıxışlarını dinləyərək məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kolleg iyasının xx xxx 2020-ci il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2020-ci il tarixli qərarı zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar